Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2894/2023 11.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının Bakı şəhər Cavabdehndə güzəştli mənzil uçotuna götürülməyisi barədə öhdəliyin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində Bakı şəhər Cavabdehnə müraciət edərək, müraciətində bildirmişdir ki, "xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində zabit kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2020-ci il tarixində başlayan "Vətən müharibəsi"nin iştirakçısı olaraq, Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrimi yerinə yetirərkən yaralanaraq, 2-ci dərəcəli Qarabağ müharibəsi əlilidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə, "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur. Hazırda Şabran rayon İcra Hakimiyyətinin Başçısı Aparatının vətən müharibəsi iştirakçısı və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışır. Özü başqa mülkiyyətçinin mənzilində, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi ev 26 mənzil 28 qeydiyyatda olduğuna və ailəsilə (həyat yoldaşı və iki azyaşlı övladı ilə) birlikdə yaşayış yeri olmadığına görə, "Hərbi Qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci bəndinə (yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir) uyğun olaraq, iddiaçının güzəştli mənzil uçotuna götürülməyini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli Q-112-174 saylı məktubu ilə ona bildirildi ki, "onun ərizəsinə baxılmışdır, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə vətəndaşın yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Mövcud Mənzil qanunvericiliyinə əsasən siz son beş il ərzində yaşayış yeriniz üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinizin yerinə yetirilməsi mümkün deyil. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərsiniz" O, ərizə ilə birlikdə Cavabdehnə özünün və həyat yoldaşının şəxsiyyət vəsiqələrinin surətini, Daxili işlər Nazirliyindən verilən, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi ev 26 mənzil 28 qeydiyyatda olduğuna dair arayışı, həyat yoldaşının ünvan 1 ünvanında qeydiyyatda olsa da Bakı şəhərində yaşamasına dair arayışı, nikah haqqında şəhadətnamənin surətini, hər iki övladının doğum haqqında şəhadətnamələrinin surətini, övladlarının Bakı şəhəri 1-ci mkr, Asif Məhərrəmov küç 33B ünvanında yerləşən "Bilik açarı" uşaq bağçasında təhsil almaları barədə arayışlarını, onun Yasamal rayon Bələdiyyəsindən və həyat yoldaşının Şabran şəhər Bələdiyyəsindən torpaq sahələrinin almamalarına dair arayışlar, onun daşınmaz əmlakının olmaması barədə DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsindən verilən arayışı, hərbi biletindən çıxarışını, onun "Vətən Müharibəsi" zamanı yaralanmasına dair və bunun əsasında 2-ci qrup əlil təyin edilməsi barədə aryışını əlavə etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli Q-112-174 saylı məktubunda" mövcud Manxll qanunvericiliyinə əsasən son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyil. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürə bilər" hansı maddənin tələblərinə İstinad edib yazması qeyd edilməyib. O, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci bəndinin (yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir) tələblərinə əsasən, Cavabdehnə güzəştli mənzil uçotuna götürülməsi ilə əlaqədar müraciət etmişdir. Belə ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində zabit kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2020-ci il tarixində başlayan "Vətən müharibəsi"nin iştirakçısı olaraq, Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrimi yerinə yetirərkən yaralanaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2021-ci il tarixli Qərarı ilə 2-ci dərəcəli Qarabağ müharibəsi əlillik dərəcəsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həm dinc və həmdə müharibə dövründə hərbi xidmətə yararsız kimi tərxis olunaraq, istefaya buraxıldığına, həyat yoldaşı X1 Bakı şəhərində yerləşən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Tarix-Nəzəriyyə" fakültəsində tyutor işləməsini, övladlarının Bakı şəhəri 1-ci mkr, Asif Məhərrəmov küç 33B ünvanında yerləşən "Bilik açarı" uşaq bağçasında təhsil almalarına, xx.xx.2021-ci il tarxində Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 26 mənzil 28 yaşayış yeri üzrə qeydiyyatda olduğuna görə, Cavabdehndə onun güzəştli mənzil uçotuna götürülməyini xahiş etmişdir. Yuxarıda Qeyd edilənləri nəzərə alıb, hesab edirə ki, Cavabdehndə güzəştli mənzil uçotuna götürülməlidir, lakin qarşı tərəf ona imtina məktubu göndərdiyinə görə, cavabdehin üzərinə onu güzəştli mənzil uçotuna götürülməyi bardə öhdəliyin qoyulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ona ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsi” iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim etməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu. - AZ-İİ seriyalı 201032 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti. - EZ seriyalı ******* nömrəli iddiaçıya məxsus hərbi biletin surəti. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Arayış. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Arayış. - Şabran Rayon Şabran Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli Arayışı. - Şabran Rayonu İcra Hakimiyyəti başçısının Şabran Şəhəri üzrə Nümayəndəsinin 05.072022-ci il tarixli Arayışı. - Yasamal Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli Arayışı. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2021-ci il tarixli Müayinə barədə Məlumatı.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayə haqqının ödənilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab edərək imtina etmişdir. Cavabdeh inzibati orqan Mənzil Məcəlləsinin müvafiq müddəalarına istinad edərək imtina məktubunda bildirmişdir ki, İddiaçı mövcud mənzil qanunvericiliyinə əsasən son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından, onun xahişinin yerinə yetirilməsi mümkün deyildir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. İddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlakın olması iş materialları ilə öz təsdiqini tapmamış, həmçinin iddiaçı barəsində elektron informasiya sistemindən əldə edilmiş əmlak məlumatlarından da müəyyən edilir ki, mülkiyyətində heç bir daşınmaz əmlak qeydiyyata alınmamışdır. Həmçinin işin araşdırılan hallarından məlum olmuşdur ki, iddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsi və ya torpaq sahəsi ilə təmin edilməmiş, hazıradək müvafiq mənzil növbəsinə götürülməmiş və kirayə haqqı ödənilməmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində zabit kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2021-ci il tarixində xəstəlyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həm dinc və həmdə müharibə dövründə hərbi xidmətə yararsız kimi tərxis olunaraq, istefaya buraxılmışdır. İş materiallarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2021-ci il tarixli Müayinə barədə Məlumatına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik dərəcəsi verilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1.1ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasına əsasən qanunverici müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. Göründüyü kimi, qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu nəzərdə tutmuşdur. Belə ki, qanunvericilikdə mənzil kirayəsi xərclərinin ödənilməsini nəzərdə tutan norma da xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin özü tərəfindən seçilmiş yer üzrə mənzil uçotuna alınma hüququnun olduğunu, həmçinin bu şəxslərin yaşayış yerinin müvəqqəti olduğu halda belə həmin mənzil kirayəsi xərclərini müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən həyata keçirildiyini təsbit etmişdir. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli Plenumunun Qərardadında qeyd edilmişdir: Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilən qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquqları, azadlıqları və vəzifələri konkretləşdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 10.2-ci maddəsinə əsasən normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Məhkəmə cavabdeh inzibati orqanın gətirdiyi dəlili ilə bağlı qeyd edir ki, qeyd edilən münasibətlərə Mənzil Məcəlləsinin tətbiq edilməsi yolverilməzdir. Belə ki, iddiaçı Mənzil Məcəlləsində nəzərdə tutulmuş vətəndaşların mənzil növbəsinə alınmanı yox, o xəstəliyə görə təxris olunmuş keçmiş hərbi qulluqçu statusundan irəli gələrək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq mənzil uçotuna alınmanı və mənzil kirayə xərclərinin ödənilməni tələb edir. Həmin münasibətlərə Mənzil Məcəlləsi tətbiq olunsa da belə, məhkəmə qeyd edir ki, indiki halda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu xüsusi normadır və həmin qanunvericilik aktı tətbiq edilməldir. Məhkəmə qeyd edir ki, iddiaçı xəstəliyə görə ehtiyata buraxılan zabit olduğundan, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan kateqoriyaya aid olunduğu məhkəmə araşdırması ilə müəyyən edildiyindən, həmçinin iddiaçının statusunda olan şəxslərə Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsi yolverilməz olduğundan və müvafiq qanunvericilikdə mənzil uçotuna götürülməni hərbi qulluqçunun seçdiyi yer üzrə həyata keçirilmə müəyyən edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ona ödənilməsi vəzifəsi Cavabdehnə həvalə olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ona ödənilməsi vəzifəsi Cavabdehnə həvalə olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev