Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2896/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə (özü, arvadı, iki nəfər qızı) mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1998-2NN2-ci il tarixlərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışdır. 2NN2-2NN3-cü il təlimtədris mərkəzində təkmilləşmə kursu keçmiş, 2NN3-cü ildən 2NN6-cı il tarixə kimi Goranboy rayonunda «N» saylı hərbi hissədə ön cəbhədə kəşfiyyat taqım komandiri vəzifəsində işləmiş, 2NN6-2NN8-ci il tarixlərdə Naftalan şəhərində Tapqaraqoyunlu kəndində «N» saylı hərbi hissədə kəşfiyyat bölüm komandiri vəzifəsində xidmət etmiş, 2NN9-2N1N-cu illərdə Goranboyda «N» saylı hərbi hissədə ön cəbhədə Gülüstan kəndi istiqamətində motatıcı bölük komandiri vəzifəsində xidmət etmiş, 2N12-2N14-cü il tarixlərdə Göygölün Toğana kəndində «N» saylı hərbi hissədə hərbi hissənin qərargah bölük komandiri vəzifəsində iştirak etmiş, həmin hərbi hissənin artilleriya bölməsində 2N14-dən 2N17-ci il tarixə kimi tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmiş, 2N17-ci ilin yanvar ayından noyabr ayına kimi Gəncə şəhərində «N» saylı hərbi hissədə tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmiş, 2N18-ci il tarixdə Ağstafanın Qırlı kəndində «N» saylı hərbi hissədə hərbi hissə komandirinin müavininin mənəvi psixoloji təminat üzrə müavini vəzifəsində xidmət etmiş, 2N18-ci ilin avqust ayından 2N19-cu ilin aprel ayına kimi Ağcabədi şəhərinin Minəxorlu kəndində «N» saylı hərbi hissədə hərbi hissə komandirinin müavininin mənəvi psixoloji təminat üzrə müavini vəzifəsində xidmət etmiş, 2N16-cı il tarixdə aprel döyüşlərində Talışkənd kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 9 ildən çox idi ki, övladları olmurdu deyə, müalicələrini aparmaq məqsədilə - öz arzusu ilə məcbur qalaraq 2N19-cu ilin may ayında ordu sıralarından ehtiyata buraxılmışdır. Onun maddi imkanı pis olduğundan, evləri olmadığından və kirayədə qalmaq maddi cəhətdən alınmadığından mənzil növbəsinə qəbul olunması üçün Bakı şəhəri Cavabdehnə müraciət etsə də, bir nəticə vermədi. Belə ki, müraciətinə cavab olaraq gəlmiş 28 dekabr 2N19-cu il tarixli imtina məktubunda qeyd olunur ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aiddir. Buradan da aydın görünür ki, İcra Hakimiyyəti müvafiq qanunvericiliyin tələbini tam şəkildə yazmayaraq, özlərinə sərf edən hissəsini imtinada qeyd etmişdir. Halbuki, həmin qanunvericiliyin 12-ci maddəsində açıq-aydın qeyd olunur ki, həmin şəxslər ilk növbədə mənzillə təmin olunurlar. Bu o demək deyil ki, ehtiyata buraxılmış hərbi qulluqçular mənzil növbəsinə qəbul olunmamalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iş üzrə iddiaya qarşı cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 28 dekabr 2N19-cu il tarixli, M-289-N68 saylı məktubda qeyd olunur: Mənzil növbəsinə qəbul olunmağınız barədə daxil olmuş ərizənizə Cavabdehndə baxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aiddir. xx.xx.2N19-cu ildə Azərbaycan Respublikası MNnin N192 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxıldığınızdan həmin Qanunda nəzərdə tutulan imtiyazlar Sizə şamil edilə bilməz. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2N19-cu il tarixli ******* saylı arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2N19-cu il tarixli ******* saylı arayışından görünür ki, X1N, X9, X16, X11, X6, X7, X12, X2, X3, X4 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2N19-cu il arayışlarından görünür ki, X5 və İddiaçı Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı «Asan Xidmət» X1 xx.xx.2N19-cu il tarixli N5/5N89/69 nömrəli arayışından görünür ki, İddiaçı barəsində avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2N19-cu ilədək aparılmış və məlumatlar aşkar edilmişdir: arvadı X1N (xx.xx.1987-ci il təvəllüdlü), uşağı X3 (xx.xx.2N19-cu il təvəllüdlü), uşağı X4 (xx.xx.2N19-cu il təvəllüdlü). İş materiallarında olan N hərbi hissə komandirinin N saylı xx.xx.2N19-cu il tarixli əmrindən çıxarışdan görünür ki, mayor İddiaçı, N nömrəli hərbi hissənin şəxsi heyətlə iş üzrə bölmə (Q1) rəisinin mənəvi-psixoloji təminat üzrə müavini Azərbaycan Respublikası Müdafiə Nazirinin N1 mart 2N19-cu il tarixli N192 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, N1 may 2N19-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Xətai rayon idarəsinə göndərilmişdir. Mayor İddiaçı Müdafiə nazirinin xx.xx.2N17-ci il tarixli 22 nömrəli qərarına əsasən 2N19-cu ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını yanvar ayı üçün tam həcmdə almağa layiqdir. 2N19-cu il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2N19-cu ilin növbəti məzuniyyətindən 9N (doxsan gün) istifadə edib. 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib. N nömrəli hərbi hissə komandirinin xx.xx.2N19-cu il tarixli N18 nömrəli əmri ilə “2-ci məharət dərəcəsi” verilmişdir. Mayor İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilməsi əmr edilmişdir. Əsas: Müdafiə Nazirinin N1 mart 2N19-cu il tarixli N192 nömrəli əmrindən çıxarış (d\N №173) İş materiallarında olan İddiaçı məxsus EZ № ******* nömrəli hərbi biletin surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmişdir), İddiaçı 1998-2NN2-ci il tarixlərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almış (kursant), 2NN2-2NN3-cü il təlim-tədris mərkəzində kurs keçmiş, 2NN3-cü ildən xx.xx.2N19-cu ilə kimi həqiqi hərbi xidmət keçmiş, xx.xx.2N19-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin N192 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2N19cu il tarixədək həqiqi hərbi xidmət keçmişdir, xx.xx.2N19-cu il tarixdə ehtiyata buraxılmışdır, yəni 15 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıldığına görə müraciətin təmin edilməsindən imtina etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin norma öz arzusu ilə xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 15 ildən çox olması iş materialları ilə müəyyən edilir. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçının ailə üzvləri aşağıdakı şəxslərdən ibarətdir: arvadı X1N (xx.xx.1987-ci il təvəllüdlü), uşağı X3 (xx.xx.2N19-cu il təvəllüdlü), uşağı X4 (xx.xx.2N19-cu il təvəllüdlü). Həmçinin iddiaçının və arvadı X5 adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatdan keçmir. Qeyd olunanlar iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının 3 nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə (özü, arvadı, 2 nəfər qızı) mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2896/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2896/2020
20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver