Məhkəmə qərarları › İş №2-1(112)-2896/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2896/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2896/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı (3-cü şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC) olmaqla “Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 27 oktyabr 2020-ci il tarixli 05/06-08-14-3638 saylı cavab məktubunun dəlilləri qanunsuz və əssassız hesab edilməsi, iddiaçının mülkiyyətində olan torpaq sahəsində məhsuldarlığın olmamasının səbəblərinin araşdırılması, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı (3-cü şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC) olmaqla cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 27 oktyabr 2020-ci il tarixli 05/06-08-14-3638 saylı cavab məktubunun dəlillərinin qanunsuz və əssassız hesab edilməsi, Hacıqabul rayonunun Navahi kəndində mülkiyyətində olan 17,54 ha torpaq sahəsində məhsuldarlığın olmamasının səbəblərinin iştirakının təmin edilməklə araşdırılması, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməsi üzrə torpaq sahəsindı məhsuldarlığın olmamasının səbəblərinin təmin edilməklə araşdırılması, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəyin verilməsinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə aid edilmədiyi, belə olan halda qeyd olunan Nazirliyə qarşı öhdəliyin icrası ilə bağlı mövcud iddia tələbinə baxılmasının mümkün olmadığı izah edilmiş, lakin bununla bağlı hər hansı hərəkət olunmamışdır. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 04 may 2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi əsasən onunla əsaslandırılmışdır ki, o 15 noyabr 2019-cu il tarixdə Hacıqabul rayonunun Navahi kəndində ********** saylı çıxarışa əsasən mülkiyyətində olan 17,54 ha torpaq sahəsində arpa əkmişdir. Lakin, əkin sahəsinin suvarılması mümkün olmamışdır. Suvarma suyu ilə təmin edilmə barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə dəfələrlə yazılı müraciətlər etsə də, heç bir müsbət nəticə olmamışdır. Yaranmış problemlə bağlı olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə də, bir neçə dəfə yazılı müraciət etmişdir. Həmin müraciətlər aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilsə də, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanunun tələblərini pozaraq həmin ərizələrə cavab verilməsini bu günədək təmin etməyib. Suvarma suyu ilə təmin edilmə barədə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısına ünvanladığı 23 mart 2020-ci il tarixli ərizə yerli icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC- nin X1 İdarəsinə göndərilib. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 İdarəsinin 17 aprel 2020-ci il tarixli 49 saylı cavab məktubunda Piusaat su anbarına aprel ayının əvvəlində suyun daxil olması anından əkinlərə su verildiyi və İddiaçı məxsus 17,54 ha əkinin 9 hektarının suvarılması bildirilib. Bununla əlaqədar olaraq bildirir ki, 2020-ci ilin aprel ayının 9-da əkin sahəsinin cəmi 5 ha hissəsi suvarıla bilib. Lakin suvarma toxum səpilməsindən (15 noyabr 2019-cu il) 5 ay sonra həyata keçirildiyindən sahədə məsul əmələ gəlməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinə “Məhsuldarlığın olmamasının səbəbləri və dəymiş maddi zərərin miqdarının müəyyən edilməsinə dair rəy verilməsi barədə” 26 may 2020-ci il tarixli ərizə ilə müraciət edərək Hacıqabul rayonunun Navahi kəndində mülkiyyətimdə olan 17,54 ha torpaq sahəsində məhsuldarlığın olmamasının səbəblərinin iştirakım təmin edilməklə araşdırılması, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəy verilməsinə göstəriş verməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 17 iyun 2020-ci il tarixli 02/10- 08-14-1718 saylı cavab məktubunda mülki mübahisəyə məhkəmə icraatı qaydasında baxılarkən iş üzrə zəruri hesab edilən hallarla bağlı müvafiq rəy verilməsi üçün məhkəmənin qərardadı əsasında Nazirliyin nümayəndəsinin iştirakının təmin edilə bilər. Daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinə təkrarən “Məhsuldarlığın olmamasının səbəbləri və dəymiş maddi zərərin miqdarının müəyyən edilməsinə dair rəy verilməsi barədə” 12 oktyabr 2020-ci il tarixli ərizə ilə müraciət edərək Hacıqabul rayonunun Navahi kəndində mülkiyyətində olan 17,54 ha lorpaq sahəsində məhsuldarlığın olmamasının səbəblərinin iştirakı təmin edilməklə araşdırılması, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəy verilməsinə göstəriş verməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 27 oktyabr 2020-ci il tarixli 05/06-08-14-3638 saylı cavab məktubunda qeyd edilən məsələnin həllinin Nazirliyin səlahiyyətlərinə aid olmaması bildirilib. Aşağıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 27 oktyabr 2020-ci il tarixli 05/06-08-14-3638 saylı cavab məktubunun dəlillərinin qanunsuz və əssassız hesab edilməsi, Hacıqabul rayonunun Navahi kəndində mülkiyyətimdə olan 17.54 ha torpaq sahəsində məhsuldarlığın olmamasının səbəblərinin iştirakı təmin edilməklə araşdırılması, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəy verilinəsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilinəsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməyə əsasən istehsalçılara zəruri xidmətlərin göstərilməsi, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək, yerlərdə kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi, kənd təsərrüfatı istehsalçılarına müxtəlif xidmətlər göstərilməsi, kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək, kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində iştirak etmək, kənd təsərrüfatı məhsulları istehsalçılarının mənafeyinin qorunması ilə bağlı təkliflər hazırlamaq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, itkilərin qarşısının alınması və məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə texniki, texnoloji, təşkilati və iqtisadi tədbirlərin həyata keçirilməsi, əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatlarını aparmaq, su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasında iştirak etmək, kənd təsərrüfatında çalışan hüquqi və fiziki şəxslərə informasiya-məsləhət xidmətinin göstərilməsini Nazirliyin vəzifə borcudur. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri “Məhsuldarlığın olmamasının səbəbləri və dəymiş maddi zərərin miqdarının müəyyən edilməsinə dair rəy verilməsi barədə” 27 oktyabr 2020-ci il tarixli müraciətə səhlənkar yanaşaraq üzləşdiyim problemin araşdırılmasına səy göstərməmiş, mənə dəymiş zərərin miqdarını müəyyən etməmiş, həmçinin bu barədə məsləhət xidmətinin göstərilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi iddia ərizəsinə dair verdiyi etirazda qeyd etmişdir ki, iddiaç həmin iş üzrə ərizələrində bildirmişdir ki, 2019cu il 15 noyabr tarixndə Hacıqabul rayonunun Navahi kəndində mülkiyyətində olan 17.54 ha torpaq sahəsində arpa əkmişdir, lakin əkin sahəsini suvarma mümkün olmamışdır, suvarma suyu ilə təmin edilmə barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə dəfələrlə yazılı müraciət etsə də heç bir müsbət nətici olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, problemlə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 2020-ci il 29 oktyabr tarixində müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 7.10-cu maddəsinə əsasən Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Bildirirlər ki, həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Həmin Qanunun 7.7-ci maddəsinə əsasən isə vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. iş materiallarından da görünür ki, Nazirlik 2020-ci il 01 dekabr tarixndə 02/16-08-14-3949 nömrəli məktubla vətəndaş İddiaçı müraciətinə ətraflı cavab vermiş və məsələnin həllinin Nazirliyin səlahiyyətləri çərçivəsində olmamasını nəzərə alaraq adiyyatı üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə müraciət etməsi tövsiyyə olunmuşdur. Hesab edir ki, İddiaçı Nazirliyə daxil olmuş 2020-ci il 29 oktyabr tarixli “Suvarma suyu ilə təmin edilməsi barədə” müraciəti cavabdeh tərəfindən tam araşdırılmış və vətənaş İddiaçı Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavab verilmişdir. Cavabdeh yuxarıda qeyd edilənləri nəzərə alaraq İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir: birinci tələb üzrə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 27 oktyabr 2020-ci il tarixli 05/06-08-14-3638 saylı cavab məktubunun dəlillərinin qanunsuz və əssassız hesab edilməsi, 2-ci tələb üzrə Hacıqabul rayonunun Navai kəndində mülkiyyətində olan 17,54 ha torpaq sahəsində məhsuldarlığın olmamasının səbəblərinin iştirakının təmin edilməklə araşdırılması, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş 27 oktyabr 2020-ci il tarixli 05Ə06-08-14-3638 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş cavab məktubundan görünür ki, iddiaçının təsərrüfatına dəymiş zərərin müəyyən edilməsi barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı müraciətə baxılmış və bildirilmişdir ki, iddiaçının eyni məzmunlu müraciətinə Nazirliyin 2020-ci il 17 iyun tarixli 02/10-08-14-1718 nömrəli məktubu ilə ətraflı cavab verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 2-ci hissəsinə uyğun olaraq Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamə ilə müraciətdə qeyd etdiyi məsələnin həlli Nazirliyin səlahiyyətlərinə aid edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci ilin 1 yanvar tarixindən aqrar sahədə risklərin sığortalanması nəzərdə tutulmuşdur. Gələcəkdə aqrar sahədə baş verə biləcək risklərdən sığortalanmaq məqsədilə aqrar sığorta mexanizmindən faydalanmağınız tövsiyə olunur. Aqrar sığorta barədə əlavə məlumat əldə etmək üçün Aqrar Sığorta Fonduna müraciət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 №li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin Hissəsinin 10.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlamaq və həyata keçirmək; 10.2. aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək; 10.3. aqrar bölməyə daxil olan sahələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün tədbirlər görmək; 10.4. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə normativ hüquqi tənzimləməni, o cümlədən iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirmək və.s Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əsas vəzifələridir. Göründüyü kimi iddiaçının tələb etdiyi məhsuldarlığın olmamasının səbəblərinin araşdırılması, o cümlədən dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin vəzifələri sırasına aid edilməmiş və mövcud tələblə bağlı mövcud qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 20.04.2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin haqqında Əsasnamə»də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə hər hansı səlahiyyət verilməmişdir. Odur ki, məhkəmənin mövqeyinə görə işin ilkin məhkəmə araşdırılması ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz əksini tapmır. Yuxarıda qeyd edilən xüsusatlara istinadən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi iddiaya cavab verməli orqan deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı (3-cü şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC) olmaqla “Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 27 oktyabr 2020-ci il tarixli 05/06-08-14-3638 saylı cavab məktubunun dəlilləri qanunsuz və əssassız hesab edilməsi, iddiaçının mülkiyyətində olan torpaq sahəsində məhsuldarlığın olmamasının səbəblərinin araşdırılması, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar