Məhkəmə qərarları › İş №2-1(112)-2896/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2896/2022

22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2896/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «sərəncamın ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «sərəncamın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının mərhum əri X4 Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən xalq hərəkatı zamanı, yəni 1990-cı ilin yanvar ayının əvvəllərindən başlayan ümumxalq çıxışlarının aktiv iştirakçısı olmuşdur. SSRİ qoşunlarının 1990-cı ilin yanvar aynın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə hücumu zamanı Fərman Məmmədov da öz haqqını, müstəqillik huququnu tələb edən insanların arasında olmuş və tanklardan açılmış avtomat, pulemyot atəşlərindən ağır dərəcədə yaralanmış, saatlarla hərbi texnika tərəfindən əzilmiş avtomobilin içərisində ölümcül yaralı halda, huşsuz vəziyyətdə qalmışdır. Daha sonra ətrafdakı işanların köməkliyi ilə o, xəstəxanaya çatdırmışdır. Aldığı xəsarətlərdən uzun müddət müalicədə olunsa da, daimi olaraq həmin yara və xəsarətlər onun səhhətinin getdikcə pisləşməsinə səbəb olmuşdur. Beləliklə də, 10 iyun 2003-cü il tarixdə vaxtilə aldığı güllə yaralarının nəticəsində yaranmış xroniki ürək çatşmazlığından vəfat etmişdir. Bakı şəhəri Yasamal RİH başçısının 18 dekabr 2003-cü il tarixli 779 saylı sərəncamıına əsasən X3 “20 Yanvar şəhidi” adı verilmişdir. Bakı şəhəri Yasamal RİH başçısının 27 avqust 2012-ci il tarixli 250 nömrəli sərəncamına əsasən İddiaçı 2 nəfər ailə tərkibi (özü və qızı) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və 20 Yanvar şəhidi ailələrinin mənzil-uçot siyahısına daxil edilmişdir. Bunlara baxmayaraq, Bakı şəhəri Yasamal RİH başçısı 1 sentyabr 2020-ci il tarixli 216 saylı yeni sərəncam vermiş və həmin sərəncamla iddiaçı qızı ilə RİH-in 20 yanvar şəhidi ailələrinin güzəştli mənzil növbəsindən çıxarılmış, eyni zamanda da, Yasamal RİH başçısının 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamları ləğv edilmişdir. İddaçı Bakı şəhəri Yasamal RİH-ə ərizə ilə müraciət edərək, RİH-in 1 sentyabr 2020-ci il tarixli ‘‘Yasamal RİH-in 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamlarının ləğv edilməsi haqqında” sərəncamının ləğvini xahiş etmişdir. Lakin Bakı şəhəri Yasamal RİH başçısının müavininin iddiaçıya ünvanlanmış 25 avqust 2021-ci il tarixli M-24/7-068/7112 saylı cavab məktubu ilə ərizənin təmin edilməsinin mümkün olmaması bildirilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, 1990-cı ilin 20 Yanvar hadisələrində aldığı zədə nəticəsində 2003-cü ildə vəfat etmiş İİ qrup 20 yanvar əlili X3 Yasamal RİH başçısının 779 nömrəli 18 dekabr 2003-cü il tarixli sərəncamı ilə “20 Yanvar şəhidi’’ statusu verilmişdir. Yasamal RİH başçısının 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamı ilə o (hazırkı iddiaçı), 2 nəfər ailə üzvü (özü, qızı) ilə 20 yanvar şəhidi ailələrinin güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot sihasına daxıl edilmişdir. Məmmədov Fərman 20 Yanvar hadisələri zamanı vəfat etmədiyindən, ona şəhid statusunun verilməsi və onun ailəsinin şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi Azərbaycan Respublikasının normativ hüquqi aktlarına zidd hesab olunduğundan, Yasamal RİH başçısının 216 nömrəli 1 sentyabr 2020-ci il tarixli sərəncamı ilə o, RİH-in 20 yanvar şəhidi ailələrinin güzəştli mənzil növbəsindən çıxarılmış, RİH başçısının 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamları ləğv olunmuşdur. İddiaçı hesab edir ki, Yasamal RİH başçısının 216 nömrəli 1 sentyabr 2020-ci il tarixli sərəncamı onun hüquqlarını kobudcasına pozur, mərhum əri Fərman Məmmədovun ölkəmizin suverenliyi uğrunda yaralanması və nəticədə vəfat etməsi faktını da nəzərə almır. Bu həm də, mərhumun ruhuna hörmətsizlik kimi qəbul edilir, Yasamal RİH başçısının sərəncamı ədalətsiz inzibati akt hesab olunur. Hazırkı iddia “mübahisələndirmə haqqında iddia” növünə aiddir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 127-ci maddələrinı, İPM-in 2.2-ci maddəsinə və digər müddəalarına əsaslanaraq, Bakı şəhəri Yasamal RİH başçısının “Yasamal RİH başçısının 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamlarının ləğv edilməsi haqqında” 1 sentyabr 2020-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi (vəkili) gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəssinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümlük saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X7 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVADQ çöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 066152 nömrəli 4 iyul 2003-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 10 iyun 2003-cü il tarixdə Bakı şəhərində ölmüşdür, şəhədətnamədə ölümün səbəbi kimi “Xroniki ürək damar çatışmazlığı” göstərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RİH başçısının 779 nömrəli 19 dekabr 2003-cü il tarixli sərəncamı ilə qərara alınmışdır ki, 1990-cı ilin qanlı 20 yanvar hadisələrində ağır zərbə və işgəncələr nəticəsində 2003-cü ilin uyun ayının 10-da vəfat etmiş İİİ qrup 20 Yanvar əlili X3 “20 Yanvar şəhidi” statusu verilsin. İş materiallarından görünü ki, Bakı şəhəri Yasamal RİH başçısının 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamı ilə İddiaçı 2 nəfər ailə üzvü (özü və qızı) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və 20 Yanvar şəhidi ailələrinin mənzil-uçot siyahısına daxil edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RİH başçısının 216 nömrəli 1 sentyabr 2020-ci il tarixli sərəncamı ilə İddiaçı və onun qızı Yasamal RİH-in 20 Yanvar şəhidi ailələrinin güzəştli mənzil növbəsindən çıxarılmış, Yasamal RİH başçısının 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamları ləğv edilmişdir. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Mübahisələndirilən 216 nömrəli 1 sentyabr 2020-ci il tarixli sərəncam cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal RİH tərəfindən qəbul edildiyindən və əlverişsiz inzibati akt kimi iddiaçının hüquqdan məhrum etdiyindən, iddia qaldırılarkən iddia müddətinin buraxılması (sərəncamın 4 sentyabr 2021-ci il tarixdən əvvəlki dövrdə iddiaçıya təqdim olunması) ilə bağlı cavabdeh tərəfindən heç bir tutarlı sübut, dəlil təqdim edilmədiyindən, habelə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən digər hallar mövcud olmadığından, məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Məhkəmə hazırkı mübahisənin ərazi aidiyyəti ilə bağlı bildirir ki, hazırkı iddia “mübahisələndirmə haqqında iddia”ya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına daxil olan ərazini əhatə etdiyindən, mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (birinci cümləsinin) tələblərinə uyğun olaraq cavabdeh inzibati orqanın olduğu yer üzrə müvafiq səlahiyyətli məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunauyğundur. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə aşağıdakı qanunvericlik normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.1-ci maddəsinə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Həmin 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: (1.2.1) 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar. Həmin Qaydaların 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: (2.1.1) arvadı (əri). Həmin Qaydaların 3.2-ci bəndinə görə şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir: (3.2.16) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Həmin Qaydaların 4.1-ci bəndnə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Göründüyü kimi, iddiaçı hazırda cavabdeh Bakı şəhəri Yasamal RİH-in “iddiaçının mərhum ərinə 20 Yanvar şəhidi statusunun verilməsinə dair” 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və “iddiaçının yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülməsi və 20 Yanvar şəhidi ailələrinin mənzil-uçot siyahısına daxil edilməsinıə dair” 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamlarının ləğvi barədə inzibati orqan kimi özünün 216 nömrəli 1 sentyabr 2020-ci il tarixli sərəncamını mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericiliyin Bakı şəhəri Yasamal RİH-in 770 nömrəli 18 dekabr 2003-cü il tarixli sərəncamı qəbul edilən dövrdə və hazırda qüvvədə olan tələbləri mülki vətəndaşlara münasibətdə “şahid” və “şəhid ailəsi” statusunun verilməsinin təsdiqini bu barədə yerli icra hakimiyyəti orqanı tərəfindən ayrıca sərəncam qəbul edilməsi ilə deyil, arayış verilməsi ilə nəzərdə tutur. Bu hal isə, belə qənaət yaradır ki, cavabdeh Bakı şəhəri Yasamal RİH 18 dekabr 2003-cü il tarixli 770 nömrəli sərəncamı qəbul etməkdə səlahiyyətli olmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçının mərhum əriniin “Ölüm haqqında şəhadətnaməsi”ndə ölümün səbəbi kimi xroniki ürək damar çatışmazlığı göstərilmişdir. Müvafiq hadisənin baş verdiyi vaxtdan 13 ildən artıq müddət keçdikdən sonra vəfat etmiş şəxs yuxarıda qeyd olunan səbəbdən öldüyü halda, ona “şəhid” statusu verilə bilməzdi. Qeyd olunanlar Bakı şəhəri Yasamal RİH-in 18 dekabr 2003-cü il tarixli 770 nömrəli sərəncamının qanunsuz əlverişli inzibati akt olmasına dəlalət edir. Məhkəmə həmçinin diqqətə çəkir ki, 18 dekabr 2003-cü il tarixli sərəncamın qəbulu dövlət maraqlarına və ictimai maraqlara zidd olduğundan, maraqlı şəxs kimi hazırkı iddiaçıya münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulmasına və ya əmələ gəlməsinə səbəb olmadığından” iddiaçının sərəncamla bağlı etimad hüququ yaranmış olmur. Bakı şəhəri Yasamal RİH-in 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamına gəldikdə isə, iddiaçı mərhum ərinə “şəhid” statusu verildiyi halda, “şəhid ailəsi” sayıla bilərdi. Bundan başqa, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 4.1-ci bəndində nəzərdə tutulan arayış da verilməmişdir. Bu isə, onu deməyə əsas verir ki, Bakı şəhəri Yasamal RİH-in 27 avqust 2012-ci il tarixli 250 nömrəli sərəncamı qanuna zidd olmuşdur. Həmin sərəncama münasibətdə də iddiaçı etimad hüququna malik olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə Bakı şəhəri Yasamal RİH-in iddiaçının mərhum ərinə 20 Yanvar şəhidi statusunun verilməsinə dair 779 nömrəli 18 dekabr 2003-cü il tarixli və iddiaçının yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülməsi və 20 Yanvar şəhidi ailələrinin mənzil-uçot siyahısına daxil edilməsinıə dair 250 nömrəli 27 avqust 2012-ci il tarixli sərəncamlarının qanunsuz əlverişli inzibati akt kimi ləğv edilməsi qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 17, 67-ci maddələrinə zidd olmamışdır və həmin sərəncamların ləğv edilməsi barədə Bakı şəhəri Yasamal RİH-in özünün qəbul etdiyi 1 sentyabr 2020-ci il tarixli sərəncam əlverişsiz inzibati akt kimi qanunsuz sayıla bilməz. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «sərəncamın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «sərəncamın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar