Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2898/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), İddiaçı X6 cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı soyadın dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 580 saylı, AZ İ 349417 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsini cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, İddiaçı əsl iddiaçı X12 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 29 mart 2022-ci il tarixli 29 mart 2022-ci il tarixli Qərardadına əsasən əsl olmayan İddiaçı əsl iddiaçı X12 ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, İddiaçı nəvəsi X12 xx.xx.2002-ci ildə Almaniya Respublikasının Hanburq şəhərində dünyaya gəlmişdir və ona 2003-cü ildə Almaniya Respublikasının Hanburq şəhərində 190 saylı doğum akt qeydləri tərtib edilmişdir. Bundan sonra xx.xx.2003-cü ildə isə Azərbaycan Respublikası Binəqədi rayon Qeydiyyat şöbəsində 580 saylı doğum haqqında akt qeydləri tərtib edilmişdir və AZ İ 349417 seriyalı şəhadətnamə verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə X7 müraciət etmiş, lakin X4 05 q-1906/13 nömrəli məktubla imtina məktubu verərək akt qeydində uşağın doğum yerində fərqlilik olduğu üçün aktı ləğv etməklərinin mümkün olmadığını bildirmişlər. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 13-cü bəndinə əsasən kifayət qədər əsaslar olmadığı üçün ərizəsi təmin edilməmişdir. Bununla bağlı vətəndaşa rəsmi imtina məktubu təqdim edilmişdir. Cavabdeh işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə məktubla müraciət edilərək, işə onların iştirakları olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli, 051-1906/13 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının akt qeydinin ləğvinə dair müraciətinə baxılaraq bildirilmişdir ki, təqdim edilən sənədlərdən görünür ki, xx.xx.2002-ci ildə doğulmuş X8 Almaniya Hamburq şəhərində 2003-cü ildə 190 saylı, xx.xx.2003-cü il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsində 580 saylı doğum haqqında akt qeydləri tərtib olunmuş, vətəndaşa AZ İ 349417 seriyalı şəhadətnamə verilmişdir. Akt qeydlərində uşağın doğum yerində fərqlilik olduğu üçün “Hamburq” və “Bakı şəhəri” qeyd olunduğundan Binəqədi rayon qeydiyyat şöbəsinin akt qeydinin ləğv edilməsi mümkün deyildir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları” -nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı bildirilərək iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması təddqiq edilən: -Bakı şəhəri Binəqədi rayonu X17 tərəfindən Vİ-ЖГ№489563 №li xx.xx.1999-cu il tarixdə verilmiş “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 ilə X2 arasında 19 mart 1999-cu il tarixdə nikah bağlanmışdır. Nikahın bağlanması haqqında akt qeydləri kitabında 1999-cu ilin mart ayıın 19-u günündə 142 nömrə ilə qeyd aparılmışdır. -Notarial qaydada tərcümə və təsdiq edilmiş Almaniya Federativ Respublikası Hamburq-Altona VVAQ İdarəsi tərəfindən verilmiş 190/2003 qeydiyyat nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, uşaq haqqında məlumat qrafasında soyadı – Quliyev, adı – Pərvin, cinsi – kişi, doğulduğu tarix – xx.xx.2002-ci il , doğulduğu yer – Hamburq; ana haqqında məlumat qrafasında Quliyeva (Tağıyeva) Şəfəq Ziyafəddin qızı, ata haqqında məlumat qrafasında X13 göstərilmişdir. -Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən Bakı şəhər Binəqədi rayon Qeydiyyat Şöbəsinə ünvanlanan 06 sentyabr 2021-ci il tarixli 907 saylı məktubda 25 avqust 2002-ci il tarixdə Gədəbəy rayonu Garaməmmədli kənd xəstəxanasında X1 oğlan uşağının doğulması barədə Qaraməmmədli kənd xəstəxanasının və Gədəbəy rayon Mərkəzi Xəstəxananın arxiv sənədlərində heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 14 aprel 2022-ci il tarixli, 05/4875/13 nömrəli məktubla təqdim edilmiş X6 580 saylı, xx.xx.2003-cü il tarixli doğum haqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, onun dayısı X5 məlumatı və müraciəti əsasında qeydə alınmışdır. Uşağın doğumunu təsdiq edən sənəd qismində Gədəbəy rayon Garaməmmədli kənd xəstəxanası göstərilmişdir. Halbu ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən Bakı şəhər Binəqədi rayon Qeydiyyat Şöbəsinə ünvanlanan 06 sentyabr 2021-ci il tarixli 907 saylı məktubda 25 avqust 2002-ci il tarixdə Gədəbəy rayonu Garaməmmədli kənd xəstəxanasında X1 oğlan uşağının doğulması barədə Qaraməmmədli kənd xəstəxanasının və Gədəbəy rayon Mərkəzi Xəstəxananın arxiv sənədlərində heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən 10 sentyabr 2021-ci il tarixli, 05q- 1906/13 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı X12 25 avqust 2002-ci il tarixdə Almaniya Federativ Respublikasının Hamburq şəhərində anadan olmuşdur. Almaniya Federativ Respublikasının Hamburq-Altona VVAQ İdarəsi tərəfindən onun doğumu barədə müvafiq olaraq 190/2003 nömrə ilə qeyd aparılmışdır. Həmçinin, iddiaçı X6 dayısı X3 müraciəti və təqdim etdiyi sənədlər əsasında Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçı X12 barəsində müvafiq olaraq 16 aprel 2003-cü il tarixli və 580 № li doğum akt qeydi tərtib edilmişdir. Həmin doğum haqqında akt qeydində uşağın doğumunu təsdiq edən sənəd qismində Gədəbəy rayon Garaməmmədli mərkəzi xəstəxanası göstərilmişdir. Halbuki, işdə iştirak edən iddiaçının qanuni nümayəndəsinin izahatından və digər sənədlərlə müəyyən edilmişdir ki, həqiqətən iddiaçı X12 25 avqust 2002-ci il tarixdə Almaniya Federativ Respublikasının Hamburq şəhərində doğulmasına və buna dair Almaniya Federativ Respublikasının Hamburq-Altona VVAQ İdarəsi tərəfindən müvafiq olaraq 190/2003 qeydiyyatın aparılmasına baxmayaraq, iddiaçının dayısı tərəfindən təqdim edilmiş məlumatlara əsasən, uşağın doğum yeri haqqında yanlış məlumatlar daxil edilməklə müvafiq qeydlər aparılmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il təvəllüdlü X12 barəsində müvafiq olaraq 580 saylı AZ İ 349417 nömrəli doğum akt qeydinin düzgünlüyü məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilməklə həmin doğum haqqında akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın mübahisəli doğum akt qeydləri tərtib olunan zaman qüvvədə olan redaksiyasının 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valdieynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı X8 Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 580 saylı, AZ İ 349417 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2898/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2898/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver