Məhkəmə qərarları › İş №2-1(112)-29/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-29/2021

05.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-29/2021 05.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızı, iddiaçı “X1 LLC” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İlham Co” firması üçüncü şəxs qismində göstərilməklə “çıxarışın ləğv olunması tələbinə dair iddiа ərizəsi üzrə işə məhkəmənin binаsındа baxaraq müəyyən еtdi: iddiaçı “X1 LLC” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı caabdeh tərəfindən Bakı şəhər Suraxanı rayonu Samir Cəfər küçəsi 9a saylı evin 44 saylı mənzili, Bakı şəhərXəzər rayonu Buzovna qəsəbəsi,Mustafa Sübhi küçəsi 2 saylı evin 100 saylı mənzili, Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi 15 a saylı evin 20 saylı mənzilinin mülkiyyət hüquqlarının dövlət reyestrində “İlham Co” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “X1 LLC” MMC digər bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi,məhəllə 5057-68,10 saylı evin 1 saylı mənzilinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində “İlham Co” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. “X1 LLC” MMC-nin eyni cavabdehə qarşı eyni üçüncü şəxs cəlb olunmaqla qaldırılan iki iddia ərzəsi üzrə məhkəmənin icraatında 2-1(112)-28/2021 və 2-1(112)- 29/2021 saylı iki inzibati iş vardır. Məhkəmə hər iki inzibati işi üzrə materialları nəzərdən keçirərək hesab edir k, işlər bir məhkəmə icraatına birləşdirilərək baxılmalıdır. Belə ki, hər iki iş üzrə iddiaçı“X1 LLC” MMC, cavabdeh isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, eyni zamanda hər iki iş üzrə iddia tələbləri oxşardır. Belə ki, hər iki işdə iddiaçının tələbi “ 3-cü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində mənzillərə dair qeydiyyat barədə reyestrdən çıxarışların ləğv edilməsi vəzifəsinin qoyulması” tələb edilir. Beləliklə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2021 nömrəli və 2-1(112)-29/2021 nömrəli işləri bir-birinə tərəflərə, iddia tələbinə, hüquqi əsaslara görə oxşar və əlaqəlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1. –ci maddəsinə əsasən, Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəlləsinin 16.3.-ci maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İnzibati Prosessual Məcəlləsinin 56-ci maddəsində göstərilmişdir:” 56.1. Məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır.56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrıayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır.56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. “ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş birgə baxılması və vahid qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)- 28/2021 nömrəliinzibati işlə birləşdirilməlidir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 1-ci, 80-ci və Azərbaycan Rеspublikasının Mülki Prosessual Məcəlləsinin 43-cü və 263-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “X1 LLC” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən Bakı şəhər Suraxanı rayonu Samir Cəfər küçəsi 9a saylı evin 44 saylı mənzili , Bakı şəhərXəzər rayonu Buzovna qəsəbəsi,Mustafa Sübhi küçəsi 2 saylı evin 100 saylı mənzili, Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsi, Hövsan yoluküçəsi 15 a saylı evin 20 saylı mənzilinin mülkiyyət hüquqlarının dövlət reyestrində “İlham Co” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)- 29/2021 nömrəli inzibati iş birgə baxılması üçün Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı “X1 LLC” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi,məhəllə 5057-68,10 saylı evin 1 saylı mənzilinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində “İlham Co” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışın ləğv edilməsinə dair iddiа ərizəsi üzrə 2-1(112)- 28/2021 nömrəli inzibati işlə bir icraatda baxılması üçün birləşdirilsin. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar