Məhkəmə qərarları › İş №2-1(112)-29/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-29/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-29/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinin hərraca çıxarılmasına əsas olmuş inzibati aktın həmin qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilməsi və qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin ilk növbədə İddiaçı MMC-yə təklif edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hərraca çıxarılmasına əsas olmuş inzibati aktın həmin qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin ilk növbədə həmin əmakın icarəçisi olan İddiaçı MMC-yə təklif edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hərraca çıxarılmasına əsas olmuş inzibati aktın (xx.xx.2018-ci il tarixli, 116 saylı sərəncamın) ləğv edilməsini, Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin ilk növbədə həmin əmlakın icarəçisi olan İddiaçı MMC-yə təklif edilməsi və Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qiymətinin Azərbaycan Respublikasının Nazirlət Kabinetinin xx.xx.2001-ci il tarixli, 23 saylı qərarı ilə müəyyən olunmuş normativ qiymətlərlə təklif olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı MMC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 116 saylı sərəncamının ləğv edilməsinin məhkəmədən xahiş edildiyini, digər hissədə isə iddia tələbinin dəyişdirilmədən saxlanılmasını bildirmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə İddiaçı X5 Müəssisəsi (indiki İddiaçı MMC) arasında xx.xx.1996-cı il tarixdə 43 nömrəli, qeyri-yaşayış sahəsinin icarəsi üçün bir tipli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 6əsi İddiaçı EİKM-ə icarəyə verilmişdir, xx.xx.1997-ci il tarixində həmin ünvanda yerləşən 144,94 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı EİKM-ə icarəyə verilmişdir. 1995-ci ildən etibarən Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanmış və artıq dövlət mülkiyyətini icarəyəverən orqan kimi Dövlət Əmlak Komitəsi çıxış edirdi. Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İcarəyə Verilməsi İdarəsinin xx.xx.1998-ci il tarixli, 2309 nömrəli əmri ilə Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən 148,5 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı EİKM-yə icarəyə verilmişdir və xx.xx.1998-ci ildə 2371 nömrəli icarə müqaviləsi bağlanmışdır. Daha sonra xx.xx.1998ci il tarixli, 2192 nömrəli və xx.xx.1999-cu il tarixli, 4978 nömrəli icarə müqavilələri əsasında ünvan 6əsi İddiaçı EİKM-nin icarəsində olmuşdur. xx.xx.2005-ci il tarixli, 3534/4978 nömrəli və xx.xx.2006-cı il tarixli, 1314/3534 nömrəli dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqavilələri əsasında 152,1 kv.m. ibarət qeyri-yaşayış sahəsi İddiaçı EİKM-nin icarəsində olmuşdur. xx.xx.2012-ci ildə İddiaçı EİKM təşkilati-hüquqi formasını dəyişərək İddiaçı MMC-yə çevrilmişdir. İddiaçı MMC tərəfindən vaxtlı-vaxtında icarə haqları ödənilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 1 saylı Ərazi Şöbəsi xx.xx.2009-cu ildə 143-A nömrəli məktubla İddiaçı MMC-yə bildiriş ünvanlamış və ünvan 6əsinin Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında Dövlət Proqramına uyğun olaraq özəlləşdirilməyə açıq elan edilmiş obyektlərin siyahısına daxil edilməsini bildirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 1 saylı Ərazi Şöbəsinə iddiaçı tərəfindən yazılı şəkildə icarədə olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında niyyəti bildirilmiş və buna görə də qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqda müvafiq göstərişin verilməsi həmin Dövlət Komitəsindən xahiş olunmuşdur, eyni zamanda özəlləşdirilmə üçün zəruri sənədlər təqdim edilmişdir. xx.xx.2016-cı ildə yenə də ƏMDK-dən göstərilən 152,1 kv.m. qeyriyaşayış sahəsi satın alınması üçün onlara təklif olunmuşdur. xx.xx.2016-cı il cavab məktubunda İddiaçı MMC qeyri-yaşayış sahəsinin alınmasından imtina etmədiyini və özəlləşdirilmədə maraqları olduğunu göstərmişdir. 2017-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün icarə haqları iddiaçı tərəfindən ödənilmişdir. 2018-ci ilin yanvar ayında ƏMDK-nin nümayəndəsi tərəfindən qeyri-yaşayış sahəsinin yeni texniki pasportunun hazırlandığı və yaxın vaxtlarda özəlləşdirmək üçün müqavilənin göndəriləcəyi haqda məlumat verilmişdir. Lakin ƏMDK göstərilən qeyri-yaşayış sahəsini İddiaçı MMC-yə özəlləşdirmək üçün təklif etmədən obyektin hərraca çıxarılması barədə mətbuat orqanında elan vermişdir. Bununla əlaqədar iddiaçı xx.xx.2018-ci il tarixli 04/18 nömrəli məktubla ünvan 6əsinin hərrac siyahısından çıxarılması və həmin sahəsinin icarəçisi olan İddiaçı MMC-yə təklif edilməsi haqqında qərar qəbul olunması barədə cavabdehə müraciət etmişdir. Daha sonra xx.xx.2018-ci il tarixdə ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə satılması nəzərdə tutulan zaman ilkin satış qiymətinin 230000 manat məbləğində qiymətləndirilməsinin hansı meyarlarla müəyyən edilməsi və hansı qiymətləndirmə şirkəti tərəfindən aparılması haqda məlumatın (qiymətləndirmə rəyi) əlavə edilməklə təqdim edilməsi haqqında müraciətlər edilmişdir. Bu müraciətlər cavabsız qaldığı üçün məhkəməyə müraciət edilmişdir. İddiaçı onu da qeyd etmişdir ki, 1996-cı ildən etibarən iddiaçı icarəsində olan qeyri-yaşayış sahəsində mütəmadi olaraq öz hesabına əsaslı təmir işləri və cari təmir işləri aparmışdıır.İddiaçı hesab edir ki, qeyd edilənlərə əsasən ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hərraca çıxarılması haqqında qəbul edilmiş inzibati akt ləğv edilməli və həmin qeyri-yaşayış sahəsi özəlləşdirilməsi üçün ilk növbədə iddiaçıya təklif edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cаvаbdеhdən iddia tələbinə etirazın təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh iddia tələbinə etirazını məhkəməyə təqdim etməmşdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddiaçının iddiası Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin ilk növbədə həmin əmlakın icarəçisi olan İddiaçı MMC-yə təklif edilməsi və Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qiymətinin Azərbaycan Respublikasının Nazirlət Kabinetinin xx.xx.2001-ci il tarixli, 23 saylı qərarı ilə müəyyən olunmuş normativ qiymətlərlə təklif olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun, Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 2.0-ci bəndinə əsasən Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:.. 2.0.5. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək;.. 2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək;..3.0.4. dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırda iddiaçının Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin ilk növbədə həmin əmlakın icarəçisi olan İddiaçı MMC-yə təklif edilməsi və Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qiymətinin Azərbaycan Respublikasının Nazirlət Kabinetinin xx.xx.2001-ci il tarixli, 23 saylı qərarı ilə müəyyən olunmuş normativ qiymətlərlə təklif olunması tələbi üzrə cavabdehə müraciət etməsi, lakin müraciətinin təmin edilməməsi, yəni iddiaçının subyektiv hüququnun cavabdeh tərəfindən pozulması iş materiallarından müəyyən olunmadığı üçün cavabdehin üzərinə həmin öhdəliklərin qoyulması hissəsində iddiaçının iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin ilk növbədə həmin əmlakın icarəçisi olan İddiaçı MMC-yə təklif edilməsi və Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qiymətinin Azərbaycan Respublikasının Nazirlət Kabinetinin xx.xx.2001-ci il tarixli, 23 saylı qərarı ilə müəyyən olunmuş normativ qiymətlərlə təklif olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddiaçının iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı MMC-nin iddiası Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin ilk növbədə həmin əmlakın icarəçisi olan İddiaçı MMC-yə təklif edilməsi və Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi, 6/8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qiymətinin Azərbaycan Respublikasının Nazirlət Kabinetinin xx.xx.2001-ci il tarixli, 23 saylı qərarı ilə müəyyən olunmuş normativ qiymətlərlə təklif olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması hissəsində mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 11 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar