Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-29/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ildə döyüşmüşdür. Yaralandığı üçün Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 10 iyun 2017-ci il tarixli 1050 saylı qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” şəklində şəhadətləndirilmişdir. Cavabdeh ona əlillik təyin etməkdən imtina etmişdir. Bildirilmişdir ki, əlavə müalicəyə ehtiyacın olması, ətraflı – xəstəlik 1992-ci ildən başlanmasına baxmayaraq epikrizlər son illərədir. Ona xəbər vermədən onun barəsində qərar qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz edərək təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0276003AAF48 saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0276003AAF48 saylı göndərişdə əsas xəstəlik kimi qeyd edilmiş “Qamış sümüyü cisminin [diafizinin] sınığı, qeyri düzgün bitişmiş,kobud sümük dəyənəyi əmələ gətirmiş sınıq” xəstəliyi və onun ağırlaşmaları “Bayır dizaltı peroneal sinirin zədələnməsi, incik sinirinin posttravmatik neyropatiyası.sağ aşağı ətrafın parezi. Digər daimi ağrı, davamlı ağrı sindromu. Orta dizaltı sinirin zədələnməsi , sağ aşağı ətrafın hissi və hərəki pozğunluğu. Sümük sınığının pis bitişməsi, baldır sinirlərini kompressiya kobud sümük döyənəyi. Hərəkətin və yerişin pozulmaları, yerişin kobud pozülması” xəstəlikləri göstərilmişdir. Qeyd edilmiş əsas diaqnoz və ağırlaşmalar Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlilliyin təyininə əsas vermədiyinə görə əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Belə ki, Əsasnamənin 2.3.3. bəndinə görə “əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi” üçüncü dərəcə əlilliyin təyininə əsas verir. Göndərişdə sağ pəncənin iflici barədə heç bir məlumat qeyd edilməyib, sağ aşağı ətrafda isə parez qeyd edilib, əlilliyin təyini isə ətrafın dərin parezi olduqda aparılır. Müşfiq Məhərrəmovun əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 0276003AAGDR saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Göndərişdə əsas diaqnoz kimi “Qamış sümüyü cisminin [diafizinin] sınığı, qeyri düzgün bitişmiş, kobud sümük döyənəyi əmələ gətirmiş sınıqdan sonra sağ aşıq baldır oynağının kəskin nəzərəçarpan kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti” xəstəliyi göstərilmişdir. Rəsmiləşdirilmə tarixlərində üç ay fərq olan əvvəlki göndərişdə pəncənin qüsurlu vəziyyətdə kontrakturası göstərilməmişdir. Üç ay ərzində qüsurlu vəziyyətdə kontrakturanın əmələ gəlməsi səbəbləri göndərişdə aydınlaşdırılmır, hiperdiaqnostika kimi qiymətləndirilməlidir. Əvvəlki göndərişdə qeyd edilmiş ağırlaşmalara “Drenə olunmuş sinusla xroniki osteomielit, sağ incik sümüyünün xroniki osteomieliti,funksiya edən fistullarla” xəstəliyi əlavə edilmişdir. Xroniki osteomielit isə köməkçi diaqnostik müayinə ilə təsdiqlənmir. Digər ağırlaşmalar isə əvvəlki göndərişdə qeyd edilənlərin təkrarıdır və əlilliyin təyininə əsas vermir. Buna görə də bu göndəriş əsasında əlilliyin təyinatı mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Bildirirlər ki, X3 əlillik vəziyyətinin qiymətləndirilməsi istiqamətində tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. X1 müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunduqdan sonra, travmanın hazırkı ağırlaşmaları dolğun qeyd edilmiş göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş ““Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisə öz aktuallığını itirdiyinə görə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki işin hallarından müəyyən edilmişdir ki: - İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0276003AAF48 saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0276003AAF48 saylı göndərişdə əsas xəstəlik kimi qeyd edilmiş “Qamış sümüyü cisminin [diafizinin] sınığı, qeyri düzgün bitişmiş,kobud sümük dəyənəyi əmələ gətirmiş sınıq” xəstəliyi və onun ağırlaşmaları “Bayır dizaltı peroneal sinirin zədələnməsi, incik sinirinin posttravmatik neyropatiyası.sağ aşağı ətrafın parezi. Digər daimi ağrı, davamlı ağrı sindromu. Orta dizaltı sinirin zədələnməsi , sağ aşağı ətrafın hissi və hərəki pozğunluğu. Sümük sınığının pis bitişməsi, baldır sinirlərini kompressiya kobud sümük döyənəyi. Hərəkətin və yerişin pozulmaları, yerişin kobud pozülması” xəstəlikləri göstərilmişdir. Qeyd edilmiş əsas diaqnoz və ağırlaşmalar Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlilliyin təyininə əsas vermədiyinə görə əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. - İddiaçı əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 0276003AAGDR saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Göndərişdə əsas diaqnoz kimi “Qamış sümüyü cisminin [diafizinin] sınığı, qeyri düzgün bitişmiş, kobud sümük döyənəyi əmələ gətirmiş sınıqdan sonra sağ aşıq baldır oynağının kəskin nəzərəçarpan kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti” xəstəliyi göstərilmişdir. Rəsmiləşdirilmə tarixlərində üç ay fərq olan əvvəlki göndərişdə pəncənin qüsurlu vəziyyətdə kontrakturası göstərilməmişdir. Üç ay ərzində qüsurlu vəziyyətdə kontrakturanın əmələ gəlməsi səbəbləri göndərişdə aydınlaşdırılmır, hiperdiaqnostika kimi qiymətləndirilməlidir. Əvvəlki göndərişdə qeyd edilmiş ağırlaşmalara “Drenə olunmuş sinusla xroniki osteomielit, sağ incik sümüyünün xroniki osteomieliti,funksiya edən fistullarla” xəstəliyi əlavə edilmişdir. Xroniki osteomielit isə köməkçi diaqnostik müayinə ilə təsdiqlənmir. Digər ağırlaşmalar isə əvvəlki göndərişdə qeyd edilənlərin təkrarıdır və əlilliyin təyininə əsas vermir. Buna görə də bu göndəriş əsasında əlilliyin təyinatı mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. - İddiaçı əlillik vəziyyəti məhkəmə araşdırması dövründə yeni forma 88-ə əsasən xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və yenə də, əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. səbəb kimi, diaqnoz əlillik əlaməti təyin etmir göstərilmişdir. - Məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq X2 əlillik vəziyyəti əyani müayinəyə əsasən xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarla iddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyalarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının hazırki iddia tələbinin əsasını onun barəsində səhiyyə müəssisəsinin 0276003AAGDR saylı göndərişi əsasında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qiymətləndirmə qərarı təşkil etdiyindən, məhkəmə icraatının gedişatında isə artıq iddiaçıda mövcud olan obyektiv sağlamlıq vəziyyətinə əsasən səhiyyə müssisəsələri tərəfindən yeni göndərişlər tərtib edilərək cavabdehə təqdim edildiyindən və cavabdeh tərəfindən həmin göndərişlərə əsasən artıq iddiaçı barəsində yeni qərarlar qəbul edildiyindən həmin hallar iddiaçının hazırki iddia tələbinin əsası olan xx.xx.2018-ci il tarixli qərara əsasən yaranmış mübahisəni əhəmiyyətsiz etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış hesab edilməyərək mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X8rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (RuizTorija İspaniyaya qarşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərindən də, göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-29/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-29/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver