Məhkəmə qərarları › İş №2-1(112)-290/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-290/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-290/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi, eyni zamanda vəkili Vəkil iştirakı ilə, iddiaçı - X3 cavabdeh - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 3-cü şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı qarşı “yeni hesablama vərəqəsinin göndərilməsi, kompensasiyanın və müavinətin yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı xüsusi təyinatlı qoşunun tabur komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq, hərbi xidmət illəri NK-nın xx.xx.1992 tarixli 631 saylı qərarına əsasən hesablanmaqla 1993-cü ildən indeksasiya etməklə, 2013-cü ildən ərzaq payının 128 manatdan hesablamaqla təminat xərcliyinin məbləği haqqında yeni hesablama vərəqinin ƏƏSMN yanında DSMF-in X6 İdarəsinə göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, işdən çıxarma pulu, geyim əşya kompensasiyası, məzuniyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya qanunvericiliyin tələblərinə uyğun hesablanıb ödənilməsi, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanunun 15v və 23b maddələrinə əsasən minimum pensiyanın müvafiq olaraq 300 və 100 faizi miqdarında əlavə 1993-dən hesablanmaqla, Azərbaycan Respublikası Prezidentininin xx.xx.2000 tarixli 597 saylı sərəncamı və xx.xx.2001 tarixli 613 saylı fərmanı ilə müəyyən edilmiş müvafiq olaraq 14 manatlıq və 26 manatlıq, toplam 40 manatlıq aylıq müavinət prezidentin aktının qəbul edilməsi tarixindən hesablanmaqla pensiyasına hesablanması tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə məhkəmənin icraatına verilmişdir. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əsl olan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi ilə əvəz edilmiş və “xüsusi təyinatlı qoşunun tabor komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq, hərbi xidmət illəri Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarına və xx.xx.2000-ci il tarixli 73 nömrəli qərarına əsasən hesablanmaqla təminat xərcliyinin məbləği haqqında yeni hesablama vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X6 İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin üzərinə qoyulması, işdən çıxarılma pulu, geyim, əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiyanın hesablanaraq ödənilməsi, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 15 v və 23 b maddədlərinə əsasən minimum pensiyanın müvafiq olaraq 300 və 100 faizi miqdarında əlavə 1993-cü ildə hesablanmaqla, Azərbaycan Respublikasın Prezidentinin xx.xx.2000-ci il tarixli 597 nömrəli sərəncamı, xx.xx.2001-ci il tarixli 613 nömrəli fərmanı ilə müəyyən edilmiş müvafiq olaraq 14 manatlıq və 26 manatlıq, toplam 40 manatlıq aylıq müavinət Azərbaycan Respublikasının Prezidentinin aktının qəbul edilməsi tarixindən hesablanmaqla pensiyasına hesablanması”na dair iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi əsl olan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarının surətini məhkəməyə təqdim edərək, öz izahatında bildirmişdir ki, iddiaçının hazırkı tələbi digər məhkəmə mübahisəsinin predmeti olmuş və həmin işin nəticəsində iddia tələbi mümkün sayılmamışdır. Qeyd edilən məhkəmə qərardadı qanuni qüvvəyə minmişdir. Odur ki, hazırkı iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-30/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “1993-cü ildən polkovnik-leytenant rütbəsi 2003-cü ildən polkovnik rütbəsinin verilməsinin təmin edilməsi; 1993-cü ilin əvvəlində Ağdərədə sıra qabağında elan edilən, amma şəxsi işinə yazılmayan tabur komandiri vəzifəsinin şəxsi işinə yazılması, yeni hesablama vərəqinin bu xidmət ilinə, polkovnik rütbəsinə və tabur komandiri vəzifəsinə uyğun tərtib edilməsi; işdən çıxarma pulu, geyim əşya kompensasiyası məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiyanın da Nazirlər Kabinetinin xx.xx.1992 -ci il tarixli 631 saylı qərarının 3 və 5-ci bəndinə əsasən hesablanması: 6 ildə ayda 64 manat məbləğində artım indeksasiya edilməklə hesablanıb ödənilməsinin təmin edilməsi; "Hərbi qulluqçuların pensiya təminatı haqqında" xx.xx.1992 tarixli qanunun 15 "v" maddəsinə uyğun olaraq 300 faizlik və 23 "b" maddəsinə əsasən 100 faizlik yaşa görə minimum pensiya məbləğində əlavənin pensiyasına 1993-cü ildən indeksasiya edilməklə hesablanması; Prezidentin xx xxxxxx 2001 tarixli 613 saylı fərmanı və xx xxxxxx 2000 tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş müvafiq olaraq 26 və 14 manatlıq aylıq müavinətin pensiyasına əlavə olunması; "Əmək pensiyaları haqqında" qanunun 20.16.1 maddəsinə görə müvafiq təminat xərcliyinin 100 faizi qədər müəyyən edilmiş məbləğin 2006-cı ildən indeksasiya edilməklə pensiyasına əlavə edilməsi, Konstitusiyanın 149-cu maddəsinə əsasən qanunun geriyə qüvvəsi olduğundan bu əlavənin ındeksasıyasız 1993-cü ildən pensiyasına hesablanmasının təmin edilməsi, həmin qanunun 19.1.4 maddəsinə əsasən 1-cı qrup əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qulluq üçün 11 manat məbləğində aylıq əlavənin 2006-cı ildən ındeksasiya edilməklə pensiyasına hesablanması; onun vəzifə maaşının müvafiq rütbə və vəzifəyə (polkovnik tabur komandiri) uyğun olaraq DİN-də ən yüksək səviyyədə təminat alan qurumun (X5, ya da X9) təminat xərcliyinə uyğunlaşdırılmasının təmin edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarından görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 2-1(107)-237/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 30/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-444/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-237/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur. Həmçinin, məhkəmə qeyd edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-30/2019 nömrəli qərardadında iddianın mümkün sayılmamasına dair əsaslar aradan qalxmamışdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-30/2019 nömrəli qərardadı mövcud olduğundan, həmçinin həmin qərardadda göstərilən iddianın mümkün sayılmamasına dair əsaslar aradan qalxmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar