Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-290/2023 03.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının təqdim edilmiş sənədlər əsasında yenidən hesablanmasını xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə İddiaçının müraciəti cavablandırılmış və bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin 2006-cı il 14 iyul tarixli 74 nömrəli qərarı ilə ona yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyin olunarkən qüvvədə olan qanunvericiliyə əsasən 39 il sığorta stajı və əmək haqqı nəzərə alınaraq pensiya təyinatı aparılmışdır. Pensiyasının sığorta hissəsi xx.xx.2007-ci ildən 64,98 manat, 01,01.2008-ci ildən 75,83 manat, xx.xx.2009-cu ildən 91,60 manat, xx.xx.2010-cu ildən 92,97 manat, xx.xx.2011-ci ildən 98,27 manat, xx.xx.2012-ci ildən 106,03 manat, xx.xx.2013-cü ildən 107,20 manat, xx.xx.2014-cü ildən 109,77 manat, xx.xx.2015-ci ildən 111,31 manat, xx.xx.2016-cı il tarixdən 115,76 manat hesablanmışdır. "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-cİ il 21 yanvar tarixli 2611 nömrəli Sərəncamına əsasən pensiyasının sığorta hissəsi 2017-ci ilin 1 yanvar tarixindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin 2016-cı il səviyyəsinə uyğun olaraq 12,4 faizlə indeksləşdirilərək yenidən hesablanmış və pensiyasının məbləği xx.xx.2017-ci il tarixindən aşağıdakı kimi hesablanmışdır: Bh- 110,00+Sh-130,11=P-240,11 manat. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 27.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Həmin Qanunun 27.3cü maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcüd pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. 39 il iş stajının 1,94 manat nisbəti mövcud pensiyasının sığorta hissəsinin məbləğindən aşağı olduğu üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.3-cü maddəsinə əsasən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülmüşdür. Hazırda təqdim etdiyi sənədlərə əsasən də pensiyasının məbləğində artım hesablanmır. Əlavə təqdim olunan sənədlərlə birgə iş stajı 47 il hesablansa belə, hazırkı pensiya məbləği ilə fərq yaranmır. Eyni zamanda bildirilmişdir ki, təqdim etdiyi iş stajı barədə arayış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1 bəndinə əsasən əmək kitabçasında qeyd olunmadığı üçün sosial sığorta stajına daxil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından, onun 1963- 1968-ci illərdə Azərbaycan Politexnik İnstitutunda əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı bununla razılaşmayaraq xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehdən ona hesablanmış xx.xx.2021-ci il tarixə kimi almadığı pensiyanın qaytarılması və mart 2021-ci ildən pensiya məbləğinin 459,46 manat hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(116)-633/2021 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) ilə əvəz edilmişdir. Şəki İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(116)-633/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hesablanmış xx.xx.2021-ci il tarixə kimi almadığı pensiyanın qaytarılması və mart 2021-ci ildən pensiya məbləğinin 459,46 manat hesablanması” tələbinə dair inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1(112)-7315/2021 nömrəli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 2617/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7315/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(102)-373/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 2617/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1811/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7315/2021 nömrəli qərardadı ləğv olunmuşdur, inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 iyun 1958-ci ildə Mingəçevir şəhər Məhkəməsinə iclas katibi vəzifəsinə qəbul olmuşdur. 1960-cı ilin avqust ayının 2-nə qədər orda işləmiş və ordan ordu sıralarına çağırılmışdır. Ordu sıralarında olarkən Azərbaycan Politexnik İnstitutuna qəbul olmaq üçün ərizə ilə müraciət etmişdir. İmtahanlar başlayarkən ordu sıralarının rəhbərliyinə institut tərəfindən müraciət olunmuş və onu vaxtından bir neçə ay qabaq əsgərlikdən təxris edib imtahan verməyə göndərmişlər. İmtahanları müvəffəqiyyətlə verib institutun əyani şöbəsində təhsilini davam etdirmişdir. 1968-ci ildə mühəndis peşəsinə yiyələnmiş və təyinatla işləməyə göndərilmişdir. 2006-cı il 14 iyul tarixli 74 nömrəli X1 Mingəçevir şəhər Şöbəsinin qərarı ilə ona 240,11 manat yaşa görə pensiyası təyin olunmuşdur. O vaxtlar pensiyaya 60 yaşında çıxarılırdılar. Nə qədər müraciət etsə də, pensiya təyinini 5 il uzatdılar və izah etdilər ki, rəhbərlik etdiyi müəssisənin Sosial Müdafiə Fonduna borcu var. İş olmadığı üçün Sosial Müdafiə Fonduna pul köçürə bilmirdi. Pensiya təyin olunarkən məhkəmədə işlədiyi dövr, əsgərlikdə olduğu 3 ili, institutda olduğu 5 ili iş stajına hesablamadılar. Avqust 2017-ci ildə pensiyasının düzgün hesablanmaması barədə DSMF-nin Mingəçevir Şöbəsinə müraciət etdi və bildirdi ki, pensiya hesablanarkən 10 il iş stajı, 5 il pensiya gecikdirilməsi nəzərə alınmamışdır. Pensiya təyin olunarkən aşağıdakı kimi hesablanmalıdır:
1. 5 il pensiyasını gecikdirdikləri üçün 5x1,94=9,7 manat
2. 10 il iş stajına görə 10x1,94=19,4 manat, cəmi 9,7+19,4=29,1 manat. Pensiya məbləği xx.xx.2017-ci il tarixdən aşağıdakı kimi hesablanmalıdır. 240,11+29,1=269,21 manat. Hal-hazırda alacaq olduğu pensiya 339,77 manatdır. xx.xx.2017-ci ildə pensiya artımının faizi : 240,11:339,77=70,668% Ona görə pensiya hesablanmalıdır: 269,2 lx70,668%=269,21 + 190,25=459.46 manat. Yanvar-fevral 2021-ci ildə az aldığı pensiyanın məbləği: (459.16 339,77)x2=239,38 manat edir. xx.xx.2017-ci il tarixdən azaldılmış 29,1 manat pensiyanın üstünə 2021-ci ilə kimi artım faizi 70,668 gəlinsə eləyər 29, 1x70,668%=29,1+20,56=49,66 manat. Hər ay azaldılan pensiya məbləği 49,66 manat təşkil edir. Ümumi xx.xx.2017-ci il larixinədək pensiya almamışdır. 49,66 manat x 12 ay x 4 il = 2383,68 manat. Cəmi: xx.xx.2017-ci il tarixdən almadığı pensiyanın məbləği 2383,68+239,38=2623,06 manat. Beləliklə, Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsindən ona hesablanmış xx.xx.2021-ci il tarixə kimi almadığı pensiyanın qaytarılması və mart 2021-ci ildən pensiya məbləğinin 459,46 manat hesablanmasını xahiş etmişdir. İddiaçı daha sonra ona pensiya təyin olunarkən almadığı pensiyanın xx.xx.2017-ci il tarixə hansı qaydada hesablanmasına dair bir sıra mülahizələrini məhkəməyə təqdim etmiş, sonuncu xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə daxil olmuş ərizəsində ona ödəniləcək pensiya fərqinin 5142,25 manat, 10 noyabr 2022-ci il tarixdən pensiyasının 470.69 manat olmalı olduğunu göstərmiş, həmin məbləğin ona ödənilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********7 nömrəli iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, qanunvericiliyin tələblərinə əsasən, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərtişlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İddiaçı xx.xx.2006-cı il tarixdə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 39 il 5 ay 2 gün sığorta stajı və orta aylıq əmək haqqına əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyası təyin edilərkən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 357 nömrəli arayışın surətinə əsasən xx.xx.1958-ci il tarixdən xx.xx.1960-cı il tarixədək əmək fəaliyyəti dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1960-ci il tarixdən xx.xx.1963-cü il tarixədək hərbi xidmət dövrü, diplomun surətinə əsasən xx.xx.1963-cü il tarixdən xx.xx.1968-ci il tarixədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1968-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-cı il tarixdən xx.xx.1998-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixədək 39 il 5 ay 2 gün sığorta stajı nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 27.2 və 27.3-cü maddələrinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixdən yenidən hesablanır. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. İddiaçı 39 il 5 ay 2 gün sığorta stajının hər ili 1,94 manatla hesablandığı təqdirdə pensiyanın məbləği pensiya təyin edilərkən orta aylıq əmək haqqına əsasən hesablanan pensiyanın məbləğindən aşağı olduğundan qeyd olunan maddənin tələbinə əsasən daha yüksək məbləğ pensiya təyinatı üçün əsas götürülmüşdür. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı hazırda ona təyin edilmiş pensiyanın düzgün hesablanmaması nəticəsində ödənilməmiş məbləğin verilməsini və pensiya məbləğinin 470.69 manat müəyyən edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqında iddiaya uyğundur. İddiaçının hazırkı iddianı aldırmaq üçün subyektiv hüququ mövcuddur və o məhkəməyəqədər cavabdehə mürciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd dir ki, iddia ərizəsindən və ona təqdim edilən əlavələrdən görünür ki, iddiaçı hazırda ona təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmadığını iddia edir və bu zaman aşağıdakılara istinad edir:
1. iddiaçıya pensiyanın 5 il gec təyin edilməsi;
2. İddiaçıya pensiya təyin edilərkən onun sığorta stajının düzgün hesablanmaması. Məhkəmə iddiaçının bu dəlilləri ilə bağlı qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə görə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İşdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1941-ci ildə anadan olmuş, onun 62 yaşı xx.xx.2003-cü il tarixdə tamam olmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin arayışının, hərbi biletin, diplomun və əmək kitabçasının surətlərindən görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdən xx.xx.1960-cı il tarixədək Mingəçevir şəhər məhkəməsində iclas katibi işləmiş, xx.xx.1960-xx.xx.1963-cü il tarixlərdə hərbi xidmətdə olmuş, xx.xx.1963-cü ildən xx.xx.1968-ci il tarixədək Azərbaycan politexnik institutunda əyani təhsil almış, xx.xx.1968-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Kür-Araz Su Tikintisi Baş İdarəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmişdir (keçmiş “Qlavkolxozsovxozstroy”). xx.xx.1998-ci il tarixdə isə Mingəçevir Aqrartikinti filialına rəis təyin edilmişdir. Beləliklə, iddiaçının 62 yaşının tamam olduğu xx.xx.2003-cü il tarixə 44 il 10 ay 14 gün iş stajı olmuş və onun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən 62 yaşının tamam olduğu tarixdə pensiya təyin edilmək hüququ mövcud olmuşdur. Lakin işdən görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdə DSMF-nin Mingəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etmiş, ona xx.xx.2006-cı il tarixdə 74 nömrəli qərara əsasən xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda ilk növbədə onun pensiyasının hüququnun yarandığı xx.xx.2001-ci ildən təyin edilməsini, daha doğurusu, həmin dövrlər üçün ödənilməyən pulun ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən isə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi, iddiaçının pensiya hüququ 60, deyil 62 yaşının tamam olduğu xx.xx.2003-cü il tarixdə yaransa da, qanunvericilik yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilməsini nəzərdə tutduğundan iddiaçının tələbi bu hissədə əsaslı sayıla bilməz. İddiaçının tələbinin iş stajı ilə bağlı hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, işdən görünür ki, iddiaçıya pensiya təyin edilərkən onun 39 il 5 ay 2 gün iş stajı nəzərə alınsa da, həmin tarixə onun 47 il 3 ay 5 gün iş stajı olmuşdur. İddiaçı hazırda iş stajının düzgün hesablanmaması nəticəsində ona hesablanmış pensiya məbləğinin az olmasına istinad edərək, həmin məbləğin ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iş materialları, o cümlədən məhkəməyə təqim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.2006-cı il tarixdə DSMF-nin Mingəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququnun yarandığı xx.xx.2006-cı il tarixdən 39 il 25 gün sığorta stajına və 100,00 manat orta aylıq əmək haqqına görə işləyən pensiyaçı kimi iddiaçıya aylıq 25,00 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən Qanun qüvvəyə mindikdə, yəni xx.xx.2006-cı il tarixdən əmək haqqı məhdudiyyəti (minimum əmək haqqının üç misli: 85000 AZN x 3 = 255000 AZN=51,00 AZN) tətbiq edilməklə pensiya təyin edilmiş şəxslərə xx.xx.2007-ci il tarixdən həmin məhdudiyyətin ləğv olunması və işləyən yaşa görə əmək pensiyaçılarının pensiyasının tam məbləğdə ödənilməsi şərtinə əsasən İddiaçı pensiyası xx.xx.2007-ci il tarixdən orta aylıq 100,00 manat əmək haqqı ilə yenidən hesablanmışdır. Sözügedən Qanunun 10-cu maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+PS(PSK/T), burada: P - Pensiyanın əsas məbləği; BH - yaşa görə əmək pensiyasının baza hissəsi; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi; PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T-gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Eyni zamanda Qanunun 27-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə görə bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqan sonra yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq pensiyanın əsas məbləği orta aylıq əmək haqqının məbləğinin 85%-dən artıq ola bilməz. Vətəndaşın orta aylıq əmək haqqının məbləği isə 100,00 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesablanan əmək pensiyasının məbləğindən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğin xx.xx.2007-ci il tarixinə indeksləşdirilməsi aparılır. SH=100,00x85%=85,00-25,0 (BH)=60,00+8,3%=64,98 manat (Qanunun 27-ci maddəsinə uyğun olaraq hesablanmış əmək pensiyasının sığorta hissəsi). İddiaçının xx.xx.2006-cı il tarixindən hal hazıradək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmamışdır. Qeyd olunanlara əsasən xx.xx.2007-ci il tarixində pensiyanın ümumi məbləği BH=40,00+SH-64,98=104,98 manat hesablanmışdır. Sonrakı illərdə iddiaçının pensiyasının məbləği illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyəsinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2011-ci il tarixindən BH=85,00+SH-98,27=183,27 manat olmaqla ödənilmişdir. Məhkəmə qeyd edir ki, Qanunun 2011-ci il tarixdə qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövrdə pensiyaya çıxmış şəxslərin əmək pensiyaları 01 01.2006-cı il tarixədək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə xx.xx.2011-ci il tarixdən yenidən hesablanır. Qanunun 27.3-cü maddəsinə əsasən həmin şəxslərin əmək pensiyalarının yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. Məhkəmə qeyd edir ki, iddiaçının Qanunun 27.2-ci maddəsinə əsasən pensiyası 47 il 3 ay 5 gün iş stajı nəzərə alınmaqla hesablandıqda onun pensiyasının məbləği xx.xx.2011-ci il tarixdən BH- 85,00+SH-91,69 (47 il 3 ay 5 gün x 1,94 = 91,69) = 176,69 manat təşkil edir ki, bu da iddiaçının 2011-ci il tarixində aldığı 183,27 manat əmək pensiyasından azdır. Belə olan olan halda, müəyyən olunur ki, iddiaçının 47 il 3 ay 5 gün iş stajı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və bununla ona əlavə pensiya məbləğinin ödənilməsi barədə tələbi də əsaslı olmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya ödənilən pensiya ödənişlərindən görünür ki, sonrakı illərdə iddiaçının pensiyasının məbləği (183,27 manat) illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2022-ci il tarixindən 351,10 manat olmaqla ödənilmişdir. Beləliklə, işin halları ilə iddiaçıya ödənilən pensiya məbləğinin düzgün hesablanması və az ödənilməməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı :
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova