Məhkəmə qərarları › İş №2-1(112)-2903/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2903/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2903/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “üzvlükdən xaric edilmə” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun müdiri Telman Qasımov həmin Büronun vəkili Cavabdeh intizam məsuliyyətinə cəlb olunması barədə təqdimatla Azərbaycan Respublikası Vəkillər X2 müraciət etmişdir. Azərbaycan Respublikası Vəkillər X5 müvafiq qərarı ilə həmin təqdimat əsasında vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər X5 müvafiq qərarı ilə təsdiq olunmuş növbətçilik siyahısına uyğun olaraq 2022-ci il 17 fevral saat 09:00-dan 18 fevral saat 09:00-dək növbətçi olduğu müddətdə müəyyən qanun pozuntularına yol vermişdir. Belə ki, istintaq və təhqiqat orqanlarından daxil olan “dövlət hesabına təyinatla müdafiəçi dəvət olunması barədə” qərarların qeydiyyatı kitabına əsasən Nəsimi RPİ-nin 20-ci polis bölməsinin təhqiqatçısı Tuqay Mehtiyevin vətəndaş X6 cinayət prosesində hüquqlarının dövlət hesabına müdafiə edilməsi məqsədilə “dövlət hesabına təyinatla müdafiəçi dəvət olunması barədə” xx.xx.2022-ci il tarixli qərarı vəkil bürosuna xx.xx.2022-ci il tarixdə saat 23.45-də daxil olmuş və növbətçi vəkil tərəfindən xx.xx.2022-ci il tarixə 005119 saylı vəkil orderi yazılmışdır. Halbuki, həmin qərar büroya əslində xx.xx.2022-ci il saat 04:00 radələrində daxil olmuş, lakin 005119 saylı vəkil orderi Cavabdeh tərəfindən geri tarixə - xx.xx.2022-ci il tarixə tərtib edilmişdir. Vəkil Cavabdeh Büroda verdiyi izahatında göstərmişdir ki, Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı Tuqay Mehtiyev xx.xx.2022-ci il tarixdə gecə caat 02.16-da ona zəng edərək, təhqiqatda iştirak etmək üçün polis bölməsinə çağırmış, o, təxminən saat 03.00-dan 04:00-a kimi istintaq hərəkətlərində iştirak etmiş, şübhəli şəxs xx.xx.2022-ci il tarixdə saat 23.15-də tutulduğundan vəkil orderini həmin tarixə yazmış, uzaqda yaşadığı üçün orderi təhqiqatçıya xx.xx.2022-ci il tarixdə saat 12, 13 radələrində vermişdir. Təqdimatda şərh olunanlara əsasən vəkil Cavabdeh barəsində intizam tənbehi tədbirinin görülməsi xahiş edilmişdir. Təqdimata növbətçi vəkilin qeydiyyat kitabından çıxarış, xx.xx.2022-ci il tarixli 005119 saylı vəkil orderinin surəti, Cavabdeh büroya verdiyi izahatın əsli, dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında xx.xx.2022-ci il tarixli qərarın və icra edilməsi üçün büroya göndərilməsi barədə həmin tarixli məktubun surətləri əlavə edilmişdir. Vəkil Cavabdeh təqdimatla bağlı verdiyi yazılı izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə büro müdirinin əmri ilə növbətçi olmuş, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə keçən gecə saat 02:00 radələrində 20-ci PB-nin təhqiqatçısı ona zəng edərək bildirmişdir ki, onun telefon nömrəsini veriblər, növbətçidir, şübhəli şəxs qismində X1, onun hüquqlarını müdafiə etmək lazımdır. O, növbətçi olduğu üçün Zabrat qəsəbəsindən tanışı ilə 20-ci PB-yə gəlmiş, orada ona dövlət hesabına müdafiəçi təyin etmə ilə bağlı qərar təqdim edilmiş, gecə olduğuna və maddi imkanı olmadığına görə istintaq hərəkətlərində iştirak etdikdən sonra təxminən saat 3-4 arası qərarla büroya gəlib order yazmış, gecə vaxtı olduğundan və qan təzyiqi yüksəldiyindən, orderi təhqiqatçıya həmin vaxt çatdıra bilməmiş, ertəsi gün, yəni xx.xx.2022-ci ildə səhər təqdim etmişdir. Şübhəli şəxs xx.xx.2022-ci il tarixdə saat 23.15 radələrində saxlanıldığından və qərarda həmin saat göstərildiyindən orderi həmin günə yazılmışdır. Təqsirləndirilən şəxs Kamil Rzayevin hüquqlarını keyfiyyətlə müdafiə etdiyi üçün onun barəsində müstəntiqin vəsatəti təmin edilməmiş və prokurorluq həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verməmiş, istintaq orqanı həbslə bağlı olmayan qətimkan tədbiri seçmişdir. Onun barəsində təqsirləndirilən şəxs və istintaq orqanı tərəfindən heç bir şikayət olmamışdır. Vəkillərin İntizam Komissiyasının xx.xx.2022-ci il tarixdə keçirilən iclasında iştirak edən vəkil Cavabdeh yazılı izahatının məzmununa uyğun şifahi izahat vermiş, hər hansı əlavəsinin olmadığını və əməlindən peşman olduğunu bildirmişdir. Nəsimi RPİ-nin 20-ci PB-nin baş təhqiqatçısı Tuqay Mehtiyevin dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında xx.xx.2022-ci il tarixli qərarından və həmin tarixli məktubdan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən X6 cinayət prosesində hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilməsi qərara alınmış və qərarın surəti icra olunmasından ötrü 14 saylı Vəkil Bürosuna göndərilmişdir. xx.xx.2022-ci il tarixli 20-HK-1/371 saylı məktubun üzərinə “Vəkil Cavabdeh. Qəbul edin. Müdir: Telman Qasımov” dərkənarı qoyulmuş və “order № 005119, xx.xx.2022-ci il saat 23.45” qeydi aparılmışdır. Bakı şəhəri 14 saylı Vəkil Bürosu üzrə növbətçi vəkilin qeydiyyat kitabından çıxarışdan görünür ki, dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında xx.xx.2022-ci il tarixli qərarın Büroya daxil olma tarixi və saatı kimi 18-ci sırada “17.02.22, 23.45” göstərilmişdir. xx.xx.2022-ci il tarixli 005119 saylı vəkil orderindən görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə hüquqi yardım göstərilən şəxs X6 Nəsimi RPİ-nin 20-ci PB-də hüquqlarını müdafiə etmək üçün vəkil Cavabdeh order verilmişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh xx.xx.2022-ci il saat 09:00-dan xx.xx.2022-ci il saat 09:00-dək növbətçi olduğu müddətdə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin təhqiqatçısı Tuqay Mehtiyevin qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən X6 cinayət prosesində hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyinatla müdafiəçi dəvət edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı Büroya əslində xx.xx.2022-ci il saat təxminən 03-04 radələrində daxil olduğu halda, şübhəli şəxsin xx.xx.2022-ci il saat 23:15 radələrində saxlanıldığını və qərarda həmin vaxtın göstərilməsini əsas gətirib, qərarın icra üçün Büroya göndərilməsinə dair xx.xx.2022-ci il tarixli 20-HK-1/371 saylı müşayiət məktubunda və Büro üzrə növbətçi vəkilin qeydiyyat kitabında daxil olma tarixi və saatını xx.xx.2022-ci il saat 23.45 kimi göstərərək, geri - yəni xx.xx.2022-ci il tarixinə 005119 saylı vəkil orderi tərtib etməklə, bundan başqa, özünün verdiyi izahatlarında etiraf etdiyinə görə həmin orderi təhqiqatçıya müvafiq istintaq hərəkətlərində iştirak edərkən deyil, bu hərəkətlər başa çatdıqdan sonra ertəsi gün - yəni xx.xx.2022-ci il saat 12 radələrində verməklə və bununla da dövlət hesabına hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, vəkil andına və vəkil etikasına riayət etməyərək, formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci, 1.3-cii, 1.5-ci, 2.2-ci, 2.3-cü, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1-ci və 3-cü abzaslarının, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” Qaydalarının 1.12-ci, 2.3-cü, 2.4-cü və 3.1-ci bəndlərinin tələblərini pozmuşdur. Yuxarıda qeyd edilən intizam araşdırmasının nəticəsinə dair Vəkillərin İntizam Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli rəy qəbul olunmuş və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 22-ci maddəsinin V hissəsinin, “Vəkillərin İntizam Komissiyası haqqında” Əsasnamənin 6.12-ci maddəsinin tələblərini rəhbər tutaraq, müzakirə edilib müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X2 təqdim edilmişdir. Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2022-ci il tarixli qərarına əsasən, sözügedən intizam işinə baxılaraq, yekdilliklə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınmaqla, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun müdiri Telman Qasımovun təqdimatı əsasında başlanılmış intizam icraatı üzrə, peşə fəaliyyətini həyata keçirərkən, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin 1 hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci, 1.3-cü, 1.5-ci, 2.2-ci, 2.3-cü, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1-ci və 3-cü abzaslarının, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” Qaydalarının 1.12-ci, 2.3-cü, 2.4-cü və 3.1-ci bəndlərinin tələblərini pozduğuna görə, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21 sentyabr 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddaya dair yazılı münasibət məhkəməyə təqdim olumamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh məkəmə iclasında iştirak etməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi X7 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Tərəflər arasında olan münasibətlər vəkillik təsisatı üzrə idarəetmə münasibətləri üçün xarakterik olduğundan məhkəmə hazırki mübahisənin inzibati mübahisə olması qənaətinə gəlir. Belə ki, iddiaçı vəkillik təsisatı üzrə yeganə idarəetmə səlahiyyətlərinə malikdir və onun Rəyasət Heyətinin kollegiya üzvlüyündən xaric etmə səlahiyyətinin müstəsna daşıyıcısı olduğuna görə, cavabdehin kollegiya üzvlüyündən xaric edilməsinə dair məhkəməyə müraciət edilməsi və məhkəmə qərarının qanuni qüvvəyə minənədək onun fəaliyyətinin dayandırılması barədə qərarı ümumi (publik) hüquq sahəsinə aid olan və belə mahiyyət kəsb edən hakimiyyət tədbirli qərar kimi səciyyələndirilməlidir. İşin halları. İş materiallarında olan: cavabdehə məxsus AZE seriyalı 00753441 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci ildə doğulmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Nəsimi RPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Tuqay Mehtiyevin vətəndaş X6 qanunsuz olaraq narkotik vasitə əldə etməsi və özündə saxlamaqla daşıması barədə PB-dən daxil olmuş material üzrə qəbul etdiyi “Dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən gprünür ki, vətəndaş X6 cinayət prosesində hüquqlarının dövlət hesabına müdafiə edilməsi məqsədi ilə 14 saylı Vəkil Bürosundan vəkil dəvət olunması, qərarın surətinin icra olunması üçün 14 saylı Vəkil Bürosuna göndərilməsi qərara alınmışdır. Bakı şəhəri 14 saylı Vəkil Bürosu tərəfindən “14 saylı Vəkil bürosunda fəaliyyət göstrən vəkil Cavabdeh intizam məsuliyyətinə cəlb olunması barədə” Azərbaycan Respublikası Vəkillər X2 ünvanlanmış 74 №-li, xx.xx.2022-ci il tarixli təqdimatın surətindən müəyyən olunur ki, vəkil Cavabdeh barəsində intizam tənbehi tədbiri görülməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Vəkillər X5 03 mart 2022-ci il tarixli 04 saylı iclas protokolundan çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində həmin büronun müdiri Telman Qasımovun xx.xx.2022-ci il tarixli 74 saylı təqdimatı əsasında intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vəkillər X5 6 iyul 2022-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun müdiri Telman Qasımovun təqdimatı əsasında başlanmış intizam icraatı üzrə, peşə fəaliyyətini həyata keçirərkən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 3.4-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1,3-cü abzaslarının və Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” Qaydalarının 1.12, 2.3, 2.4 və 3.1-ci bəndlərini pozduğuna görə, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi, vəkil Cavabdeh xx.xx.2022-ci il tarixinədək hüquqi yardımın göstərilməsi haqqında bağladığı müqavilələrdə qeyd edilən instansiyalarda icraatında olan İşləri yekunlaşdırmağa icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, Nəsimi RPİ-nin 20-ci PB-nin baş təhqiqatçısı Tuqay Mehtiyevin dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında xx.xx.2022-ci il tarixli qərarından və həmin tarixli məktubdan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli, bilinən, X6 cinayət prosesində hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilməsi qərara alınmış və qərarın surəti icra olunmasından ötrü 14 saylı Vəkil Bürosuna göndərilmişdir. xx.xx.2022-ci il tarixli 20-HK-1/371 saylı məktubun üzərinə "Vəkil Cavabdeh. Qəbul edin. Müdir: Telman Qasımov" dərkənarı qoyulmuş və “order 005119, xx.xx.2022-ci il, saat 23:45” qeydi aparılmışdır. Bakı şəhəri 14 saylı Vəkil Bürosu üzrə növbətçi vəkilin, qeydiyyat kitabından çıxarışdan görünür ki, dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında xx.xx.2022-ci il tarixli qərarın Büroya daxil olma tarixi və saatı kimi 18-ci sırada “17.02.22, 23:45” göstərilmişdir. xx.xx.2022-ci il tarixli 005119 saylı Vəkil orderindən görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə hüquqi yardım, göstərilən şəxs X6 Nəsimi RPİ-nin 20-ci PB-də hüquqlarını müdafiə etmək üçün vəkil Cavabdeh order verilmişdir. Araşdırmanın nəticəsi: Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan, belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh xx.xx.2022-ci il saat 09:00-dan xx.xx.2022-ci il saat 09:00-dək növbətçi olduğu müddətdə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin təhqiqatçısı Tuqay Mehtiyevin qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən X6 cinayət prosesində hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyinatla müdafiəçi dəvət edilməsi, barədə xx.xx.2022-ci il tarixli qərarı Büroya əslində xx.xx.2022-ci il saat təxminən 03-04 radələrində daxil olduğu halda, şübhəli şəxsin xx.xx.2022-ci il saat 23:15 radələrində saxlanıldığını və qərarda həmin vaxtın göstərilməsini əsas gətirib, qərarın icra üçün Büroya göndərilməsinə dair xx.xx.2022-ci il tarixli 20-HK-1/371 saylı müşayiət məktubunda və Büro üzrə növbətçi vəkilin qeydiyyat kitabında daxil olma tarixi və saatını xx.xx.2022-ci il saat 23:45 kimi göstərərək, geri - yəni xx.xx.2022-ci il tarixinə 005119 saylı vəkil orderi tərtib etməklə, bundan başqa, özünün verdiyi izahatlarında etiraf etdiyinə görə həmin orderi təhqiqatçıya müvafiq istintaq hərəkətlərində iştirak edərkən deyil, bu hərəkətlər başa çatdıqdan sonra ertəsi gün - yəni xx.xx.2022-ci il saat 12 radələrində verməklə və bununla da dövlət hesabına hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, vəkil andına və vəkil etikasına riayət etməyərək, formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci, 1.3-cü, 1.5-ci, 2.2-ci, 2.3-cü, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.1.3-cü bəndinin 1-ci və 3-cü abzaslarının, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” Qaydalarının 1.12-ci, 2.3-cü, 2.4-cü və 3.1-ci bəndlərinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Vəkillər X5 6 iyul 2022-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun müdiri Telman Qasımovun təqdimatı əsasında başlanılmış intizam icraatı üzrə, peşə fəaliyyətini həyata keçirərkən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 3.4-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1,3-cü abzaslarının və Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” Qaydalarının 1.12, 2.3, 2.4 və 3.1-ci bəndlərini pozduğuna görə, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi, vəkil Cavabdeh xx.xx.2022-ci il tarixinədək hüquqi yardımın göstərilməsi haqqında bağladığı müqavilələrdə qeyd edilən instansiyalarda icraatında olan işləri yekunlaşdırmağa icazə verilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; 1-ci maddəsinin 2-ci hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; 1-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. - 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X3 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: “Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrini müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm” 16-cı maddəsinin 1-ci hissəsinə görə peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərə əməl etməlidir; 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. 23-cü maddəsinin 1-ci hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: - öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; - Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; - bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. 23-cü maddəsinin 2-ci hissəsinə görə vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə 1-ci bəndinə görə hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. 2.2-ci bəndinə görə vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 2.3-cü bəndinə görə vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. 2.5-ci bəndinə görə Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. 2.8-ci bəndinə görə vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır. 3.4-cü bəndinə görə vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütəmadi olaraq məlumatlandırmalıdır. 3.5-ci bəndinə görə vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsi 5.13-cü bəndinə əsasən Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu Nizamnamənin tələblərinə əməl etməli, Ümumi yığıncağın (Konfransın) qərarlarını yerinə yetirməlidirlər. 8.2-ci bəndinə əsasən Vəkillər Kollegiyası vəkillik fəaliyyəti üzrə bir sıra idarəetmə səlahiyyətləri ilə yanaşı Kollegiyanın üzvlüyünə qəbul və ondan xaric olunma, vəkilliklə məşğul olmanın müvəqqəti dayandırılması kimi səlahiyyəti vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh xx.xx.2022-ci il saat 09:00-dan xx.xx.2022-ci il saat 09:00-dək növbətçi olduğu müddətdə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin təhqiqatçısı Tuqay Mehtiyevin qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən X6 cinayət prosesində hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyinatla müdafiəçi dəvət edilməsi, barədə xx.xx.2022-ci il tarixli qərarı Büroya əslində xx.xx.2022-ci il saat təxminən 03-04 radələrində daxil olduğu halda, şübhəli şəxsin xx.xx.2022-ci il saat 23:15 radələrində saxlanıldığını və qərarda həmin vaxtın göstərilməsini əsas gətirib, qərarın icra üçün Büroya göndərilməsinə dair xx.xx.2022-ci il tarixli 20-HK-1/371 saylı müşayiət məktubunda və Büro üzrə növbətçi vəkilin qeydiyyat kitabında daxil olma tarixi və saatını xx.xx.2022-ci il saat 23:45 kimi göstərərək, geri - yəni xx.xx.2022-ci il tarixinə 005119 saylı vəkil orderi tərtib etməklə, bundan başqa, özünün verdiyi izahatlarında etiraf etdiyinə görə həmin orderi təhqiqatçıya müvafiq istintaq hərəkətlərində iştirak edərkən deyil, bu hərəkətlər başa çatdıqdan sonra ertəsi gün - yəni xx.xx.2022-ci il saat 12 radələrində verməklə və bununla da dövlət hesabına hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, vəkil andına və vəkil etikasına riayət etməyərək, formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci, 1.3-cü, 1.5ci, 2.2-ci, 2.3-cü, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.1.3-cü bəndinin 1-ci və 3-cü abzaslarının, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” Qaydalarının 1.12-ci, 2.3-cü, 2.4-cü və 3.1-ci bəndlərinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar