Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2904/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 34 saylı Mənzil-kommunal istismarı Sahəsinə qarşı yazılı informasiyanın təqdim edilməsi barədə iddia tələbinə dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 34 saylı Mənzil-kommunal istismarı Sahəsinə qarşı 34 saylı Mənzil Kommunal Təsərrüfat Birliyinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, inzibati orqanın üzərinə ərizənin baxılması və 100 manat cərimənin qoyulması, ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi haqqında yazılı informasiyanın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 8(011)- 732/2021 və 2(011)-5230/2021 saylı mənəvi və maddi zərərin ödənilməsi haqqında mülki iş üzrə borclu Abbasov Elçinin əmlakına həbsin qoyulması məqsədilə 29.09.2021-ci il tarixdə 34 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin rəisinin adına ərizəçi İddiaçı1 və İddiaçı2a tərəfindən ünvan 2 ünvanında yerlşən mənzilin mülkiyyətçisi haqqında informasiyanın yazılı şəkildə təqdim edilməsi haqqında rus dilində ərizə daxil olmuşdur. 34 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin rəisi ərizənin rus dilində qəbulundan nümayəndəsi Nümayəndə kobud surətdə imtina etmişdir və təhqiramiz şəkildə ifadələr işlətmişdir. 34 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin rəisi iddiaçıların mülki prosesdə nümayəndəsinin Rusiya Federasiyası vətəndaşı olduğunu bilərək, rus dilində ərizənin qəbulundan imtina etmşdir. Bu isə öz növbəsində mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçılar tərəfindən 01.10.2021-ci il tarixdə 34 saylı Mənzil- Kommunal İstismar Sahəsinə müvafiq ərizə ünvanlanmış və eyni tarixli hazırki iddia ərizəsi 04.10.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən (İnzibati orqanın hərəkətsizliyindən müdafiə ilə bağlı iddia müddətləri) inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, iddiaçılar tərəfindən 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müvafiq müraciət 01.10.2021-ci il tarixdə poçt şöbəsi vasitəsilə təqdim edilməsinə baxmayaraq, hazırki iddia tələbi ilə 35 gün müddət gözlənilmədən 04.10.2021-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbindən göründüyü kimi, iddiaçılar inzibati məhkəmə icraatında cavabdehin üzərinə ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi barədə yazılı informasiyanın təqdim edilməsi öhdəliyinin qoyulmasını tələb edirlər. Halbuki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı şəhər İcra Hakimiyyəti Başçısının "Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında" 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şşəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzilkommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılmışdır. Departamentin strukturu aşağıdakılardan ibarətdir - Departamentin aparatı; - Bakı şəhərinin rayon Mənzil- Kommunal Təsərrüfatı Birlikləri; - X2 İdarəsi; - Sanitariya və Texniki Təmizlik İdarəsi; - Əhaliyə Vətəndaşlıq Xidməti Tresti; - Bakı şəhər Məhəllədaxili Yollarının və Səkilərin İstismarı İdarəsi; - Kommunal Xidmətlər Müəssisəsi; - Bakı şəhər Fəvvarələrin İstismarı İdarəsi və digər xidmət sahələri. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti əhalinin mənzil kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzilkommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, 34 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin daşınmaz əmlakın mülkiyyətçisi ilə bağlı məlumat verməsi, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlara dair məlumat verməsinə dair səlahiyyəti mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxmından əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edildiyindən, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərtərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2904/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2904/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver