Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2904/2023 18.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir) iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Cavabdeh qarşı “Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Cavabdeh qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosu, büronun vəkili Cavabdeh barəsində təqdimatla Azərbaycan Respublikası Vəkillər X2 müraciət etmişdir. Azərbaycan Respublikası Vəkillər X3 qərarı ilə həmin təqdimat əsasında vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları, 2022-ci ilin yanvar, fevral, mart ayları üçün üzvlük haqqı və büronun saxlama xərclərini ödəməmişdir. Bununla bağlı ona poçt vasitəsilə məktub göndərilsə də, yaşadığı Bakı şəhəri, N.Vəzirov küçəsi 23 saylı binanın sökülməsi ilə əlaqədar 12 fevral 2022-ci il tarixdə göndərilmiş məktubun çatdırılması mümkün olmamışdır. O, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona cavab vermir, büroya gəlmir. Ona görə də Cavabdeh barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülməsi xahiş edilmişdir. İntizam icraatı üzrə izahat verilməsi ilə əlaqədar olaraq dəfələrlə vəkil Cavabdeh müraciət edilsə də, o, yazılı izahat təqdim etməmişdir. İntizam icraatı üzrə araşdırma materiallarında olan, Bakı şəhəri 2 saylı Vəkil Bürosu tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, 05/16 saylı məktubundan görünür ki, vəkil Cavabdeh 2021-ci ilin 3 ayı (oktyabr, noyabr, dekabr) üçün ayı 60 manat olmaqla 180 manat, 2022-ci ilin dörd ayı (yanvar, fevral, mart, aprel) üçün ayı 60 manat olmaqla 240 manat, cəmi isə 420 manat üzvlük haqqı borcu vardır. Azərbaycan Respublikası Vəkillər X3 18 fevral 2019-cu il tarixli qərarı ilə Bakı şəhərində fəaliyyət göstərən vəkillər 60 manat miqdarında üzvlük haqqının ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vəkillər X1 05 mart 2020-ci il tarixli Qərarı ilə Rəyasət Heyətinin 18 fevral 2019-cu il tarixli qərarı üç il müddətinə 01 mart 2020-ci il tarixindən 01 mart 2023-cü il tarixədək uzadılmışdır. Araşdırma ilə vəkil Cavabdeh tərəfindən Vəkillər Kollegiyasına üzvlük haqqının 6 aydan artıq müddətdə üzrsüz səbəbdən ödənilmədiyi və onun üzvlük haqqı borcunun 420 manat olduğu müəyyən edilmişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə araşdırma materiallarını məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Cavabdeh üzvlük haqqını 6 aydan artıq müddətdə üzrsüz səbəbdən Vəkillər Kollegiyasına ödəməmiş və bununla «Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin 1-ci hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci, 1.5-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Müraciətin vəkil Cavabdeh tərəfindən Bakı şəhəri 2 saylı Vəkil Bürosuna xərclərinin ödəməməsinə dair hissəsinə qiymət verilməsi Vəkillərin İntizam Komissiyasının səlahiyyətlərinə aid olmadığından hüquqi qiymət verilməsi mümkün olmamışdır, belə ki, həmin məbləğ üzvlük haqqı ilə bağlı deyil, vəkil bürosunun saxlanılması üçün ödənilməli olan məbləğdir. Yuxarıda qeyd edilən intizam araşdırmasının nəticəsinə dair Vəkillərin intizam Komissiyası tərəfindən 23 iyun 2022-ci il tarixli rəy qəbul olunmuş və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" AR Qanununun 22-ci maddəsinin V hissəsinin, "Vəkillərin intizam Komissiyası haqqında" Əsasnamənin 6.12-ci maddəsinin tələblərini rəhbər tutaraq, müzakirə edilib müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X2 təqdim edilmişdir. İntizam işi üzrə Azərbaycan Respublikası Vəkillər X3 18 iyul 2022-ci il tarixli qərarına əsasən, Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınmaqla, üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədiyinə görə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncamla cavabdehdən iddiaya dair münasibət (etiraz)n təqdim edilməsinin tələb edilməsinə baxmayaraq məhkəmə sərəncamı icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmşdir. Həmin Məcəllənin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin və vəkilinin çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə Azərbaycan Respublikasının Vəkillər X1 03 saylı xx.xx.2022-ci il tarixli, 04 saylı xx.xx.2021-ci il tarixli, 05 saylı xx.xx.2022-ci il tarixli, 11 saylı xx.xx.2022-ci il tarixli iclas protokollarından çıxarışların, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun xx.xx.2022-ci il tarixli, 05/11 nömrəli təqdimatı vəxx.xx.2022-ci il tarixli 05/16 nömrəli məktubu, Vəkillərin İntizam Kollegiyasının xx.xx.2022-ci il tarixli rəyi, cavabdehin şəxsiyyət vəsiqəsinin surətlərini təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür, Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərir, 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları, 2022-ci ilin yanvar, fevral, mart ayları üçün üzvlük haqqı və büronun saxlama xərclərini ödəməmiş, bununla bağlı məlumatın yaşadığı ünvana çatdırılması mümkün olmamış, eyni zamanda əlaqə telefonuna da cavab verilməmişdir, bu barədə Bakı şəhəri 2 saylı Vəkil Bürosu 30 mart 2022-ci il tarixdə Vəkillər Kollegiyasına təqdimat göndərmişdir, bu səbəbdən Azərbaycan Respublikasının Vəkillər X4 tərəfindən cavabdehin vəkillik fəaliyyətinin dayandırılması və ona töhmət verilməsi qərara alınmış, nəticədə Vəkillərin İntizam Kollegiyası xx.xx.2022-ci il tarixli rəy tərtib edərək vəkil Cavabdeh tərəfindən Vəkillər Kollegiyasına üzvlük haqqının 6 aydan artıq müddətdə üzrsüz səbəbdən ödənilmədiyi və onun üzvlük haqqı borcunun 420 manat olduğu müəyyən edilmişdir, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən cavabdehin vəkillik fəaliyyətinin məhkəmənin qətnaməsi qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. İddiaçı hesab edir ki, cavabdeh göstərilən hərəkətlərlə ”Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəalarını rəhbər tutmaq və icra etmək vəzifəsinə, qanunun aliliyi prinsipinə və vəkil etikasına riayət etməmiş, peşə fəaliyyətini həyata keçirərkən qanunun tələblərini icra etməmiş, vəkil andına sadiq qalmamış, qanunvericiliyin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa zidd hərəkətlər etmiş, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmiş, bununla da “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin 1-ci hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci, 1.5-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur, odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin İİ hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Həmin Qanunun 1-ci maddəsinin İİİ hissəsinə əsasən vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin hüquqlarının bərabərliyi;özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Həmin Qanunun 16-cı maddəsinin İ hissəsində göstərilmişdir ki, peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır; Həmin Qanunun 18-ci (vəkil etikası) maddəsində göstərilmişdir ki, vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən: İ. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. İİ. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər X4 tərəfindən intizam məsuliyyətinə cəlb edilir...Vİİİ. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər X4 məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur, həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkillərin davranışı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 2.3-cü bəndinə əsasən vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. Həmin Əsasnamənin 2.4-cü bəndinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsisinin 5.13-cü bəndinə əsasən Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu Nizamnamənin tələblərinə əməl etməli, Ümumi yığıncağın (Konfransın) qərarlarını yerinə yetirməlidirlər. İşin faktiki hallarına əsasən cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş üzvlük haqqını 2021-ci ilin 3 ayı (oktyabr, noyabr, dekabr), 2022-ci ilin dörd ayı (yanvar, fevral, mart, aprel) üçün ödəməmişdir. Cavabdeh bunu təkzib edən hər hansı bir dəlil və ya sübut iddiaçıya və ya məhkəməyə təqdim etməmişdir. Cavabdehin bu hərəkətsizliyi o nəticəyə gəlməyə əsas verir ki, o, üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməyərək qanunun tələblərini, “Vəkilləri davranış qaydaları haqqında” Əsasnamənin müddəalarını rəhbər tutmaq və icra etmək vəzifəsinə, qanunun aliliyi prinsipinə, vəkil etikasına, qanunla müəyyən edilmiş vəkillik prinsiplərinə riayət etməmiş, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmiş, öz davranışı və peşəkar fəaliyyəti ilə vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 11ci maddəsinin İİİ bəndinə əsasən, vəkillər X4: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; vəkillər kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır;vəkillər haqqında intizam icraatı başlayır. Həmin Qanunun 23-cü maddəsində göstərilmişdir: “İ. Vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə;barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə;vəfat etdikdə;məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə.” Həmin Qanunun 23-cu maddəsinin İİ-ci hissəsinə əsasən, vəkillərin fəaliyyətinə Vəkillər X1 qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. Göründüyü kimi, üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödənilməməsi vəkillik fəaliyyətinə xitam verilməsi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi isə cavabdehin 2021-2022-ci illər üzrə altı aylıq üzvlük haqqı borcu qalmışdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli 2(102)-3816/16 nömrəli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə tələbinə dair mübahisə subyektiv tərkibinə, predmetinə, eləcə də hüquq münasibətlərinin xarakterinə görə inzibati mübahisə olduğu üçün belə mübahisələrə dair işlər üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının iddiası əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-2904/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2904/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver