Məhkəmə qərarları › İş №2-1(112)-2905/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2905/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2905/2020 27.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsinə dair” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin direktoru Sahib Cavadov Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh 25 dekabr 2019-cu il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2 (005)-4300/2019 saylı qərardadı ilə İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118.4 kv metr olan “B” tikilisinin ətrafında divarlarının dibində söküntü-qazıntı işlərinin qadağan edilməsi qərara alınmışdır. Həmin qərardadın icra edilməsi ilə əlaqədar olaraq Cavabdeh 25 dekabr 2019-cu il tarixli qərarı ilə icra işi üzrə icraata başlanılması qərara alınmış və söküntünün dayandırılmasına dair akt tərtib edilmişdir. Aşağıdakı əsaslara görə hesab edilir ki, yuxarıda qeyd olunan qərar əsasız olduğundan ləğv edilməlidir. Qeyd edilməsi zəruridir ki, mübahisəsi gedən iş üzrə iddianın təmin tədbiri kimi daha öncə Nərimanov rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2 (005)- 4300/2019 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb həll edilənədək İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında aparılan söküntü işlərinin dayandırılması qərara alınmışdır. Həmin qərardaddan apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin qərardadı ilə Nərimanov rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2 (005)-4300/2019 saylı qərardadı ləğv edilmişdir. Hazırda iddianın təmin etmə tədbiri kimi mahiyyət etibarilə eynilik təşkil edən ərizə verilmiş və məhkəmə tərəfindən həmin ərizənin təmin edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, bununla bağlı artıq yuxarı instansiya məhkəməsinin qərardadı mövcuddur və məhkəmə bu məsələyə öz münasibətini bildirmişdir. Həmin qərardaddan da apelyasiya şikayəti verilmişdir. Məhkəmə prosesi 03 fevral 2020-ci il tarixə təyin edilmişdir. İcra vərəqəsi aidiyyəti inzibati məhkəmə (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Bakı İnzibati Məhkəməsi) tərəfindən verilmədiyinə baxmayaraq, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. 27 fevral 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflərin nümayəndələri iştirak etmədiyinə görə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, icra sənədi üzrə tərəf İddiaçı MMC Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2 (005)-4300/2019 saylı icra sənədi əsasında Bakı şəhəri Cavabdeh icra məmuru Vüsal Şirinov tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul olunmuş “icraata başlamaq haqqında” qərarının qanuniliyini mübahisələndirmişdir. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə, işin göstərilən hallarından çıxış edərək belə qənaətə gəlir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İcra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də, hərəkət və hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də, üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İnzibati Prosessual Məcəlləyə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrindəki tənzimləmələr bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, iddiaçı tərəfə izah edilir ki, məzmunu yuxarıda şərh edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, hazırki iddia tələbində qaldırdığı məsələlər barəsində icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququndan istifadə edə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia mümkün sayılmadığından, iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və inzibati məhkəmə icraatına cəlb etmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar