Məhkəmə qərarları › İş №2-1(112)-2906/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2906/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2906/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X29 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı Bakı şəhəri İddiaçı nümayəndəsi X11, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12, üçüncü şəxs Əzim-zadə X20 iştirakları ilə, iddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X30, Əzim-zadə X32, X17 qızı, X8, X9, Fərəcli Ləman Ələsgər qızı, X33, X14, X24 inziati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “daşınmaz əmlakın dövlət reyeystrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.” tələbi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək - üçüncü şəxslər X15, Əzim-zadə X20, X1, X2, X3, X16, X22, X10 və X13 adlarına özəlləşdirilməsi ilə bağlı cavabdeh (əvvəlki adı: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi; bununla əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AN-İ ******* nömrəli 06.12.2018-ci il tarixli, AN-İ ******* nömrəli 15.08.2018-ci il tarixli, AN-İ ******* nömrəli 19.12.2018-ci il tarixli, AN-İ ******* nömrəli, 09.01.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən X33, X14, X24 və X31 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onların mülkiyyətlərində olan hissələrini İddiaçı xeyrinə özgəninkiləşdirmişdirlər. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin digər paylı mülkiyyətçiləri olan X30, Əzim-zadə X20, X1, X2 və X3 mülkiyyətlərində, eyni zamanda faktiki istifadələrində olan sahələrinin bazar qiyməti müəyyənləşdirilərək İddiaçı tərəfindən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin şəxslərə kompensasiya məbləği təklif olunmuşdur. Lakin, qeyd olunan şəxslər kompensasiya məbləğlini könüllü almaqdan imtina etdikləri üçün İddiaçı X23, Əzim-zadə X25, X4, X5 və X6 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılmasına dair” iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İlkin iddia ərizəsi icraata qəbul edildikdən sonra ilkin iddia üzrə cavabdehlər tərəfindən İddiaçınə qarşı “torpaq, yaşayış və qeyri- yaşayış sahələrinə görə kompensasiyanın tələb edilməsinə dair" qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilmişdir.Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçılar Əzim-zadə X32 və qeyriləri 1 saylı Bakı İnzibati Məhkəməsinə vəsatətlə müraciət edərək inzibati işin aidiyyəti üzrə baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. 1 saylı Bakı İnzibati Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2-1(81)1592/2019 nömrəli Qərardadı ilə vəsatət rədd edilmişdir. Qeyd olunan qərardad yuxarı instansiya məhkəmələrində mübahisələndirilsə də dəyişdirilmədən saxlanılmışdır və qanuni qüvvəsini almışdır. 1 saylı Bakı İnzibati Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2- 1(81)1592/2019 nömrəli Qərardadı yuxarı instansiya məhkəmələrində mübahisələdirilənə qədər həmin iş üzrə inzibati icraat müvəqqəti dayandırılmışdır. Beləliklə də, həmin iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məhkəmə mübahisələri yekunlaşana qədər mübahisə predmeti olan evin mülkiyyətçiləri həmin ünvanda yerləşən tikili altında olan və həyətyanı sahə üzrə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdırlar. Göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra, eyni zamanda Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evin müəyyən hissəsi dövlət ehtiyacları üçün satın alındıqdan və İddiaçı mülkiyyətinə keçdikdən sonra üçüncü şəxslərin tikili altında olan və həyətyanı sahəyə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra, eyni zamanda Bakı şəhəri, Yasamal rayonu, Qədrli küçəsi, 81 saylı evin müəyyən hissəsi dövlət ehtiyacları üçün satın alındıqdan və İddiaçı mülkiyyətinə keçdikdən sonra üçüncü şəxslərin tikili altında olan və həyətyanı sahəyə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 02.12.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə tədim etdiyi 04 fevral 2021-ci il tarixli **********2 edirazda iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi ilə bağlı İdarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair paylı mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəli 14.08.2019-cu il tarixli çıxarış Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyəti hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1973-cü il tarixli pasport əsasında verilmişdir. iddia ərizəsində qeyd olunan məhkəmə mübahisəsi (2-1 (81 )- 1592/2019 nömrəli inzibati iş) barədə İdarədə hər hansı məlumat aşkar olunmamışdır.Habelə məlumat üçün bildiririk ki, İddiaçı 346/g-12 nömrəli, 10.06.2019-cu il tarixli məktubuna və müvafiq alqı-satqı müqavilələrinə əsasən müvafiq fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəsi ilə X31, ********** qeydiyyat nömrəsi ilə X14 və ********** qeydiyyat nömrəsi ilə X13 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. Göründüyü kimi müvafiq torpaq sahəsinə dair verilmiş çıxarış qanunvericiliyin tələblərinə uyğundur.Qeyd olunanları rəhbər tutularaq iddia tələbinin mümkün sayılmaması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı şəhəri İddiaçı nümayəndəsi X27 izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X28 iddiaçı tərəfindən hazırki tələblə bağlı təmsil etdiyi orqana müraciət olunmadığının nəzərə alınmaqla iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Əzim-zadə X32 izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin və üçüncü şəxsin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkünsüz sayılmalıdır. Belə ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrində cavabdeh inzibati orqan tərəfindən aparılmış qeydləri mübahisələndirilsə də, məhkəməyə iddia ərizəsi ilə müraciət olunmazdən əvvəl qeyd olunan tələblə bağlı cavabdeh inzibati orqana müraciət olunmamışdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müraciət etmədiyindən və müraciətinə dair imtina olunması barədə yazılı məlumat almadığından hazırki iddiaya mövcud vəziyyətdə baxıla bilməz. Odur ki, yuxarıda qeyd olunanlara əsasən işin bu cür halında iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X30, Əzim-zadə X32, X7, X8, X9, Fərəcli Ləman Ələsgər qızı, X33, X14, X24 inziati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qeydiyyatın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar