Məhkəmə qərarları › İş №2-1(112)-2909/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2909/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2909/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinə qarşı üçüncü şəxs X7 olmaqla sonuncunun ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinə qarşı üçüncü şəxs X7 olmaqla sonuncunun ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 35, 12 saylı mənzil iddiaçının mülkiyyətindədir. Ona məlum olmuşdur ki, X7 onun mülkiyyətində olan mənzildə qeydiyyatdadır. X8 ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yaşayırdılar. Sabunçu rayon Polis İdarəsi X1 olaraq iddiaçının ünvanına qeydiyyata almışdır. Həmçinin, iddiaçı həmin şəxsin mənzilə qeydiyyata salınmasına dair heç bir razılıq verməmişdir. İddiaçı Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, X2 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin, Sabunçu rayon Polis İdarəsi müraciətinin icrasını təmin etməkdən imtina etmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin imtinası əsassızdır. Belə ki, Sabunçu rayon Polis İdarəsi qanunsuz olaraq iddiaçının, yəni mülkiyyətçinin razılığı olmadan X2 ona məxsus olan mənzilə qeydiyyata almış, mülkiyyətçi olaraq iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Buna görə də X7 iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 35, 12 saylı mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz ( mülahizəsi ) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edirəm ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - ASAN 4 tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X10, X9 ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 180870 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində İddiaçı xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilərək bu barədə 1311 saylı reyestr kitabında 196881-ci səhifədə 30/196881 qeydə alma nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeyd aparılmışdır. - Sabunçu RPİ-nin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 32633 saylı məktubdan görünür ki, X5 iddiaçıya məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 35, mənzil 12-dən qeydiyyatdan çıxarılması Sabunçu rayon Polis İdarəsinin QMB səlahiyyətləri daxilində olmadığı bildirilmişdir. Qeyd olunan faktla əlaqədar olaraq məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir. - İş materiallarında olan Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli ***-**** saylı məktubu ilə göndərilmiş X6 fərdi uçot vərəqəsindən görünür ki, o, ünvan 2 ünvanında əsassız olaraq qeydiyyatdadır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məhkəmənin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 180870 saylı qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi barədə sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2021-ci il tarixli **********86 saylı məktuba əlavə edilmiş: - 000343 saylı orderdən görünür ki, İddiaçı mənzili həmin sənəd əsasında özəlləşdirmişdir, X6 adı həmin orderdə qeyd olunmamışdır; - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 39 saylı Mənzil-Kommunal İstismarı Birliyinin 367 saylı 24 yanvar 2004-cü il tarixli arayışından görünür ki, X10 və iddiaçı ünvan 2 ünvanında yerləşən mənzildə 2003-cü ildən qeydiyyatdadırlar; - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 39 saylı Mənzil-Kommunal İstismarı Birliyinin 367 saylı 24 yanvar 2004-cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanı əvvəllər ünvan 7likası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 39 saylı Mənzil- Kommunal İstismarı Birliyinin 368 saylı 24 yanvar 2004-cü il tarixli arayışından görünür ki, X11 ünvan 2 ünvanında yerləşən mənzillə bağlı verilmiş orderdə adı olsa da, həmin ünvana qeydiyyata düşməmişdir. Beləliklə də işdə olan sənədlərdən aydın olur ki, qeydiyyatdan çıxarılması tələb olunan şəxs yetkinlik yaşına çatmış şəxsdir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Belə ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində İddiaçı xüsusi mülkiyyət hüququ dövlət qeydiyyata alınmışdır. Üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxsin uzun müddət faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən X7 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 9 HAKİM Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar