Məhkəmə qərarları › İş №2-1(112)-291/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-291/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-291/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı X8 oglunun katibliyi Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X1 iştirakları ilə İddiaçı "xxxx" X2nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 və X5 vəfat etmiş X4 prosessual hüquqi varisi kimi tanınmaqla üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “üçüncü şəxsin adına texniki pasportun verilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxsin adına 10 avqust 2004-cü il tarixli texniki pasportun verilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü şəxs X4 adına verilmiş 10 avqust 2004-cü il tarixli texniki pasportun etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin 2-1(112)-1615/2020 saylı 23 noyabr 2020-ci il tarixli qərardadı ilə X6 və X5 vəfat etmiş X4 prosessual hüquqi varisi kimi tanınmaqla üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayədəsi vəsatət verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh DƏDRX ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyesyrində X4 adına qeydiyyat aparılması, 30 avqust 2017-ci il tarixli müvafiq reyestrdən çıxarış və texniki pasport verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz sayılması, həmin reyestrdən çıxarışın və texniki pasportun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddianın dəyişdirilərək “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, torpaq sahəsinin planölçüsü barədə ilkin sənədlər və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmiş, məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-51/2019 saylı 07 may 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-28/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iş üzrə yeni qərar elan olunmaqla iddia qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1249/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün qaytarılmışdır. Hazırki iddiasında iddiaçı eyni tələbi irəli sürür, Bakı Apelyasiya Məhkəməsində artıq bu məsələyə baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 20 ünvanında yerləşən qeyri-yaşayış binası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi göstərilən sənədlər (“Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 11 noyabr 1997-ci il tarixli 007172 nömrəli və “Özəlləşdirlmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən” 5 noyabr 1998-ci il tarixli 000087 nömrəli şəhadətnamələr) əsasında daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyata alınmış və hal-hazırda da onun mülkiyyətindədir. Bundan əlavə, müvafiq qeyri-yaşayış binası dövlət əmlakı olmuşdur, bu səbəbdən də müvafiq daşınmaz əmlak “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq özəlləşdirilmiş və ********** qeydiyyat nömrəli 30 avqust 2017-ci il tarixli hüquqların dövlət haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, müvafiq qeyri-yaşayış binası qanunvericliyin tələblərinə uyğun qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən hər hansı qanunsuz hərəkət və hərəkətsizlik olmamışdır. Sözügedən daşınmaz əmlakla bağlı cavabdehin hərəkətlərini iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş inzibati işdə mübahisələndirmiş, buna artıq qiymət verilsə də, iddiaçı lüzumsuz olaraq eyni iddianı qaldırmış, hazırda həmin işlə baglı da məhkəmə prosesləri davam edir. İddianın mümkün sayılmaması barədə üçüncü şəxsin vəsatətinin əsaslı oldugundan təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia ərizəsinin təmin edilərək qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 20 ünvanında yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyesyrində X4 adına qeydiyyat aparılması, 30 avqust 2017-ci il tarixli müvafiq reyestrdən çıxarış və texniki pasport verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz sayılması, həmin reyestrdən çıxarışın və texniki pasportun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddianın dəyişdirilərək “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, torpaq sahəsinin planölçüsü barədə ilkin sənədlər və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmiş, məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı 07 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş reyestdən çıxarış və digər sənədlər (o cümlədən texniki pasport) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin həmin üçüncü şəxsə verdiyi “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə əsasında tərtib olunmuş, iddiaçının məhkəmə icraatında gətirdiyi dəlillər təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə ekspertiza təyin edilmiş, lakin zəruri mütəxəssis rəyi alınmadığından ekspert tərəfindən rəy verilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi aktların ləğvi və etibarsız sayılması ilə bağlı xüsusatlar məhkəmə icraatında müəyyən edilməmiş, cavabdehin həmin sənədlərin verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz olduğu isbat olunmamıdır. İddia tələbi təmin edilməyən iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2- 1(103)28/2021 saylı qərarı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən iş üzrə yeni qərar qəbul edilmiş və iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxsin adına aparılmış, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət qeydiyyatı və onun əsasında verilmiş 30 avqust 2017-ci il tarixli çıxarış və digər sənədlər iddiaçının faktiki torpaq sahəsi ilə üst-üstə düşən 21,56 kv.m. hissədə ləğv olunmuşdur. İddia qalan hissədə təmin olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin 02 iyun 2016-cı il tarixli imtina məktubuna əsasən, Ziyad Əliyev Bakı şəhər Nərimanov Rayon Məhkəməsində qanunsuz tikilinin sökülməsinə dair iddia qaldırmışdır. Həmin mülki iş üzrə məhkəmə icraatı davam edərkən, imtina məktubundan 5 ay sonra cavabdeh üçüncü şəxsin hüquqlarını dövlət qeydiyyatına almış, onun adına 30 avqust 2017-ci il tarixli çıxarış və texniki pasport vermişdir. Apelyasiya məhkəməsi işin qeyd edilən bu halına əsasən, yəni cavabdehin öz məktublarında qeyd etdiyi maneə ilə əlaqədar imtinasının ardından, üçüncü şəxsin hüquqlarını dövlət qeydiyyatına alması, sonuncu məktubda qeyd olunan 22,1 kv.m torpaq sahəsinin həqiqətən üçüncü şəxsin xüsusi mülkiyyətində olan 109 kv.m torpaq sahəsi daxilində deyil, cavabdeh tərəfindən hüquqmüəyyənedici sənəd olmadan üçüncü şəxsin adına qeyri-qanuni apardığı koordinatlar daxilində olması qənaətinə gəlmişdir. Apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, üçüncü şəxsə məxsus 134 saylı pavilyonun yerləşdiyi torpaq sahəsininin sərhədlərini ilkin sənədlər əsasında müəyyən etmək mümkün olmadığı halda, cavabdeh tərəfindən 30 avqust 2017-ci il tarixdə üçüncü şəxsə ilkin sənədlərə uyğun olmayan çıxarışın və texniki pasportun verilməsi, həmin üçüncü şəxsin istifadəsində olan 2,8x7,7 ölçüdə torpaq sahəsi ilə iddiaçı kiçik müəssisəsinin faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşməsi ilə nəticələnmişdir. Üçüncü şəxs həmin qərardan kasasiya şikayəti verərək apelyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-28/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1249/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün qaytarılmışdır. Məhkəmənin mövqeyinə görə apelyasiya məhkəməsi cavabdeh tərəfindən üçüncü şəxsə verilmiş çıxarışların daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsas qismində çıxış edən hüquqmüəyyənedici sənədlərə, yəni ünvan 3 ünvanında yerləşən 134 saylı pavilyona dair Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 11 noyabr 1997-ci tarixli 7172 saylı şəhadətnaməyə, 13 sentyabr 1997-ci ildə tərtib edilmiş texniki pasporta, Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu” təsdiq edən 05 noyabr 1998-ci il tarixli 000087 saylı Şəhadətnaməyə, habelə sonuncu sənədlərdə əks olunmuş məlumatlara uyğun olaraq verilib – verilmədiyini araşdırmamışdır. Eyni zamanda hüquqmüəyyənedici ilkin sənədlər əsasında üçüncü şəxsə məxsus torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən olunmamışdır. Araşdırma iddiaçı kiçik müəssisəsinə münasibətdə də həyata keçirilməli, məhkəmə tərəfindən həmçinin iddiaçıya aid hüquqmüəyyənedici və digər sənədlər də tədqiq edilməli, həmin sənədlərdə olan məlumatlar dəqiqləşdirilməli və qeyd olunan sənədlər əsasında iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilməli idi. İddiaçı və üçüncü şəxsə məxsus torpaq sahələrinin üst-üstə düşməsinin səbəbini müəyyən etmək üçün yalnız üçüncü şəxsə aid sənədlərin tədqiq olunması obyektiv və hərtərəfli araşdırma prinsipinin tələbləri baxımından yetərli sayıla bilməz. Bu faktının səbəbini müəyyən etmək üçün həm üçüncü şəxsə, həm də iddiaçıya məxsus hüquqmüəyənedici sənədlər araşdırılmalı, üst-üstə düşmənin qeyd olunan sənədlərdən yoxsa cavabdehin hərəkətlərindən qaynaqlandığı aydınlaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, araşdırmanın nəticəsi mübahisənin məhkəmə aidiyyatına və mübahisə predmetinin məzmununa birbaşa təsir göstərə bilən faktordur. Yuxarıda qeyd edilmiş məhkəmə qərarlarının (iş materiallarına əlavə edilmişdir) mətnindən göründüyü kimi müvafiq məhkəmə instansiyalarında araşdırma iddiaçının mübahisə açdığı texniki pasportun verilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü şəxsin adına verilmiş texniki pasportun etibarsız hesab edilməsinin müəyyən edilməsi istiqamətində aparılmışdır. Hazırkı işdən isə görünür ki, iddiaçı eyni tələblə iddia vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 15.4-cü bəndində göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin qərarın 15.6-cı maddəsində göstərilmişdir ki, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5KİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar