Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-291/2024 02.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Mərkəzi Hərbi Həkim Komissiyasının 13 yanvar 2022-ci il tarixli 464 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. İİ Qarabağ müharibəsində iştirak etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində Zəngilan rayonu ərazisində avtomobildə hərəkətdə olarkən mina partlaması nəticəsində xəsarət almışdır. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 3165 nömrəli travma haqqında arayışa əsasən, İddiaçı döyüş tapşırığını yerinə yetirərkən partlayış travması almış və alın, təpə və sağ gicgah nahiyyəsinin çapılmış-əzilmiş yarası və sol aşıq-baldır oynağının travmatik əzilməsi diaqnozu təyin edilmişdir. İlk tibbi yardımdan sonra Cəbrayılda yerləşən hospitala göndərilmiş, orada "Alın nahiyəsində yaraların birincilicərrahi işlənməsi, hər iki aşağı ətrafın gips lonogti ilə immobiliziyası" cərrahi əməliyyatı icra edilərək Füzuli DM-nə köçürülmüş, daha sonra N nömrəli hərbi hissəyə, xx.xx.2020ci il tarixdə isə SQ BKH-na təxliyə olunmuşdur. xx.xx.2020-xx.xx.2021-ci il tarixədək "Mina partlayış travması: hər iki qamış sümüyünün distal metafizlərinin, sağ incik sümüyünün distal metafizinin, hər iki daban sümüyünün, sağ ayağın V daraq sümüyünün sol ayağın İİİ, İV, V daraq sümüklərinin əsaslarının, sol kubabənzər sümüyü kənari yerdəyişmiş sınıqları. Hər iki ayağın aşıq-baldır oynaqlarının kəskin reaktiv ödemi. Mina partlayış travması: döş qəfəsinin küt travması, ağciyərlərin kontuziyası. Sağtərəfli reaktiv plevriti. Sağ Vİ, Vİİ, Vİİİ, sol Vİ, Vİİ, Vİİİ, İX qabırğaların arxa qövslərinin yerini dəyişən qapalı sınıqları" diaqnozu ilə stasionar müalicədə olmuş, xx.xx.2021-ci il tarixdə "Sınıq fraqmentlərinin Kirşner milləri ilə osteosintezi, hər iki baldır sümüklərinin gips longeti ilə immobilizasiyası" cərrahı əməliyyatı icra edilmişdir. xx.xx.2021-ci il tarixdə MN MHP-da şəhadətləndirilərək 30 gün müddətinə məzuniyyət verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif sanator-kurort mərkəzlərində müayinə və müalicə olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının 13 yanvar 2022-ci il tarixli 464 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, Mina partlayış travması (xx.xx.2020): hər iki qamış sümüyünün distal metafizlərinin, sağ incik sümüyünün distal metafizinin, hər iki daban sümüyünün, sağ ayağın V daraq sümüyünün, sol ayağın İİİ, İV, V daraq sümüklərinin əsaslarının, sol kubabənzər və aşıq sümüyünün qapalı, yerdəyişmiş sınıqlarına, hər iki ayağın kəskin reaktiv ödeminə görə aparılmış sınıq fraqmentlərinin qapalı repozisiyası, Kirşner milləri ilə osteosintezi, hər iki ayağın gips longeti ilə immobiliziasiyasından, Kirşner millərinin xaric edilməsindən sonrakı hər iki baldır sümüklərinin və daban sümüklərinin Kirşner sümükləri ilə osteosintezindən sonrakı kafi bitişmiş sınıqları, hər iki qamış sümüyünün distal metafizinin, sağ incik sümüyünün distal metafizinin, hər iki daban sümüyünün, sağ ayağın V daraq sümüyünün, sol ayağın İİİ, İV, V oynağının osteoartrozu və fibroz ankilozu, sağ aşıq-baldır oynağının kontrakturası, hər iki ayaq sümüklərinin yayılmış osteoparozu, yerişin pozulması. Partlayış travması: keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və asteno-nevrotik təzahürlər. Nəticə etibarilə hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsızdır, müşayiətçiyə zərurət var. xx.xx.2022-ci il tarixdə əlilliyin təyin edilməsi ilə bağlı müayinə aparılmış və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik qrupunun təyin edilməsindən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən xx.xx.2022-ci il tarixli sosial arayışla imtina verilmişdir. Hesab edirlər ki, imtina qanunsuz və əsassızdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, icraatda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış travması (xx.xx.2020) hər iki qamış sümüyünün distal metafizlərinin, sağ incik sümüyünün distal metafizinin, hər iki daban sümüyünün, sağ ayağın V daraq sümüyünün, sol ayağın İİİ, İV, V daraq sümüklərinin əsaslarının, sol kubabənzər və aşıq sümüyünün qapalı, yerdəyişmiş sınıqlarına, hər iki ayağın kəskin reaktiv ödeminə görə aparılmış sınıq fraqmentlərinin qapalı repozisiyası. Kirşner milləri ilə osteosintezi hər iki ayağın gips langeti ilə immobilizasiyasından (xx.xx.2021)sağ aşıq-baldır oynağının osteoartrozu, hər iki aşıq-baldır oynağının osteoartrozu, hər iki aşıq-baldır oynağının kontrakturası, hər iki ayaq sümüklərinin yayılmış osteoparozu, yerişin pozulması. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və asteno-nevrotik təzahürlər.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İddiaçı tərəfindən müayinə sənədləri iş materiallarına əlavə edilmişdir.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli 464 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nə əsasən X3 “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi şəhadətləndirilmişdir. Həm dinc dövrdə, həm də, müharibə dövründə hərbi xidmətə yararsızdır hesab edilmişdir.
9. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının TSEK müayinə sənədlərinə əsasən: - İddiaçının əlillik vəziyyətinə Bakı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış travması (xx.xx.2020) hər iki qamış sümüyünün distal metafizlərinin, sağ incik sümüyünün distal metafizinin, hər iki daban sümüyünün, sağ ayağın V daraq sümüyünün, sol ayağın İİİ, İV, V daraq sümüklərinin əsaslarının, sol kubabənzər və aşıq sümüyünün qapalı, yerdəyişmiş sınıqlarına, hər iki ayağın kəskin reaktiv ödeminə görə aparılmış sınıq fraqmentlərinin qapalı repozisiyası. Kirşner milləri ilə osteosintezi hər iki ayağın gips langeti ilə immobilizasiyasından (xx.xx.2021)sağ aşıq-baldır oynağının osteoartrozu, hər iki aşıq-baldır oynağının osteoartrozu, hər iki aşıq-baldır oynağının kontrakturası, hər iki ayaq sümüklərinin yayılmış osteoparozu, yerişin pozulması. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və asteno-nevrotik təzahürlər.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir.
10. Məhkəmənin 2-1(112)-1405/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən T715/2023 saylı ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndiirlməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişdə qeyd edilən diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamestik klniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir.
11. Məhkəmənin 2-1(112)-1405/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının əlillik vəziyyətinin əyani müayinəyə əsasən cavabdeh tərəfindən qiymətləndirilməsi məqsədilə cavabdehə 30 (otuz) gün müddət təyin edilmişdir. Məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-4/2-1730/2024 nömrəli məktub təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 5200003AAAWX nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra qərardadınıza uyğun olaraq, vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təvin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 268/2024 nömrəli qərara əsasən Bakı şəhər sakini xx.xx.1982-ci il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında elektron qaydada xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1405/2023 nömrəli qərardadına əsasən İddiaçı 3-17-4/1-46509/2023 nömrəli məktub əsasında əyani müayinə məqsədilə Agentliyə dəvət edilmişdir. Araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 464 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mina partlayış travması (xx.xx.2020): hər iki qamış sümüyünün distal metafizlərinin, sağ incik sümüyünün distal metafizinin, hər iki daban sümüyünün, sağ ayağın V daraq sümüyünün, sol ayağın İİİ, İV, V daraq sümüklərinin əsaslarının, sol kubabənzər və aşıq sümüyünün qapalı, yərdəyişmiş sınıqlarına, hər iki ayağın kəskin reaktiv ödeminə görə aparılmış sınıq fraqmentlərinin qapalı repozisivası, Kirşner milləri ilə osteosintezi, hər iki ayağın gips lonqeti ilə immobilizasiyasından (xx.xx.2021), Kirşner millərinin xaric edilməsindən (xx.xx.2021) sonrakı hər iki baldır sümüklərinin və daban sümüklərinin Kirşner milləri ilə osteosintezindən (xx.xx.2021) sonrakı kafi bitişmiş sınıqları, hər iki qamış sümüyünün distal metafizinin, sağ incik sümüyünün distal metafizinin, hər iki daban sümüyünün, sağ ayağın V daraq sümüyünün, sol ayağın İİİ, İV, V daraq sümüklərinin əsaslarının, sol kubabənzər asıq sümüyünün bitişmiş sınıqları, sol asıq-baldır oynağının osteoartozu və fibroz ankilozu, sağ asıq-baldır oynağının osteoartrozu, hər iki asıq- baldır oynağının osteoartrozu, hər iki asıq-baldır oynağının kontrakturası, hər iki avao sümüklərinin yayılmış osteoparozu, yerisin pozulması. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-bevin travması, bas-bevin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və asteno-nevrotik təzahürlər” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki ayağın alt səthində və aşıq- baldır oynaqlarında olan ağrılardan, iynəbatma hissindən şikayətlənmişdir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sol baldırın və sol aşıq-baldır oynağının dəri səthində patologiya müşahidə olunmamış, sol bayır topuqda zəif ödem izlənilmiş, aşıq-baldır oynağında artroz hesabına hərəkətlərdə cüi məhdudlaşma (10-15%) (aşıq-baldır oynağının kontrakturası), pəncə düzgün vəziyyətdə olmuş, məcburi vəziyyət qeyd olunmamışdır. Hazırda xəstənin aşağı ətraf əzələlərində atrofiya, sol aşağı ətrafında qısalıq, aşıq- baldır oynağının ankilozu, pəncənin qüsurlu vəziyyəti müşahidə olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
18. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
20. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsinə yönəlmişdir.
21. Bununla bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçının əlillik vəziyyətinə Bakı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış travması (xx.xx.2020) hər iki qamış sümüyünün distal metafizlərinin, sağ incik sümüyünün distal metafizinin, hər iki daban sümüyünün, sağ ayağın V daraq sümüyünün, sol ayağın İİİ, İV, V daraq sümüklərinin əsaslarının, sol kubabənzər və aşıq sümüyünün qapalı, yerdəyişmiş sınıqlarına, hər iki ayağın kəskin reaktiv ödeminə görə aparılmış sınıq fraqmentlərinin qapalı repozisiyası. Kirşner milləri ilə osteosintezi hər iki ayağın gips langeti ilə immobilizasiyasından (xx.xx.2021)sağ aşıq-baldır oynağının osteoartrozu, hər iki aşıq-baldır oynağının osteoartrozu, hər iki aşıq-baldır oynağının kontrakturası, hər iki ayaq sümüklərinin yayılmış osteoparozu, yerişin pozulması. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və asteno-nevrotik təzahürlər.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. İddiaçı barəsində Bakı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən xx.xx.2022-ci il tarixli göndərişlə göndərilmiş Forma 88-də öz əksini tapan diaqnozun iddiaçıda mövcud olub-olmamasının yoxlanılması məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, təyin edilmiş ekspert rəyinə əsasən həmin diaqnozun iddiaçıda olması öz təsdiqini tapmışdır. Həmin diaqnozun bir daha əlillik təyinatına əsas verib-verməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə qərardadına əsasən əyani müayinə təyin edilmiş, Agentliyin həkimekspert travmatoloqun əyani müayinəsi zamanı sol baldırın və sol aşıq-baldır oynağının dəri səthində patologiya müşahidə olunmamış, sol bayır topuqda zəif ödem izlənilmiş, aşıq-baldır oynağında artroz hesabına hərəkətlərdə cüi məhdudlaşma (10-15%) (aşıqbaldır oynağının kontrakturası), pəncə düzgün vəziyyətdə olmuş, məcburi vəziyyət qeyd olunmamışdır. Hazırda xəstənin aşağı ətraf əzələlərində atrofiya, sol aşağı ətrafında qısalıq, aşıq- baldır oynağının ankilozu, pəncənin qüsurlu vəziyyəti müşahidə olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır.
22. Göründüyü kimi, iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsinin düzgünlüyü məhkəmə araşdırması zamanı bir daha öz təsdiqini tapmışdır.
23. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
24. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
25. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
26. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
28. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
29. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
31. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva