Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2910/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı «qeydiyyatdan çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 5 saylı ASAN Xidmət Mərkəzinə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 H ünvanda yerləşən mülkiyyətindən onun xəbəri və icazəsi olmadan saxta yollarla pasport qeydiyyatına düşmüş X1 pasport qeydiyyatından, onun mülkiyyətindən, evindən çıxarılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsi əsasında ilk cavabdeh Bakı şəhəri 5 saylı ASAN Xidmət Mərkəzi əsl cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi ilə əvəz edilmişdir, həmçinin cavabdeh X4 cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, X4 onun oğlu X5 arvadıdır. X4 ona məxsus ünvan 3 ünvanında pasport qeydiyyatındadır, lakin qeydiyyata düşməsindən xəbəri olmamışdır. Ülviyyənin onun mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını pozur. Bununla əlaqədar Bakışəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etsə də, imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. O, hesab edir ki, Hüseynova Ülviyyənin onun mənzilində istifadə hüququ yoxdur, ona görə də onun iddiasına hazırki məhkəmədə baxılmalıdır, iddiası təmin edilərək Hüseynova Ülviyyənin onun mənzilindən qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsininin üzərinə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlar, eləcə də iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, üçüncü şəxs X4 iddiaçının oğlunun arvadıdır, yəni gəlinidir. Üçüncü şəxs X4 ünvan 4 ünvanda qeydiyyatdadır. Həmin ünvanda eyni zamanda İddiaçı və onun oğlu, üçüncü şəxsin əri X9 qeydiyyatdadırlar. İddiaçının üçüncü şəxsi qeydiyyatdan çıxarmaq istədiyi ünvan 5 ünvanda torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı və onun oğlu, üçüncü şəxsin əri X6 məxsusdur. Göründüyü kimi, üçüncü şəxs iddiaçının ailə üzvüdür, həmçinin üçüncü şəxsin qeydiyyatda olduğu ünvanda yerləşən torpaq sahəsi onun ərinin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir, paylı mülkiyyətindədir. Üçüncü şəxsin qeyd olunan ünvandan istifadə hüququna malik olub-olmaması, eləcə də həmin torpaq sahəsi üzərində ər-arvadın birgə mülkiyyət hüquqlarına malik olub-olmaması kimi məsələlər araşdırılmalıdır, qeyd olunan məsələlərin araşdırılması isə ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qanunun mənasından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə şəxslər yaşayış sahəsindən çıxarıldıqdan və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdən sonra müvafiq polis idarəsi tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Üçüncü şəxsin iddiaçının qeyd etdiyi ünvandan istifadə hüququna malik olub-olmaması, eləcə də həmin torpaq sahəsinin ər-arvadın birgə mülkiyyətinə daxil olubolmaması kimi məsələlər araşdırılmalıdır, qeyd olunan məsələlərin araşdırılması isə ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən üçüncü şəxsin istifadə hüququqlarına xitam verilməsi və ya istifadə hüquqlarının itirilməsi barədə ümumi məhkəmədə iddia qaldırılmalı və iddia təmin olunacağı təqdirdə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun qeydiyyatdan çıxarılmasına dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2910/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2910/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver