Məhkəmə qərarları › İş №2-1(112)-2911/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2911/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2911/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X5, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X8 İdarəsi (X8 üzrə Mərkəzi Filialı) “yenilənmiş məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini 1 (bir) ildən artıq icra etməsini nəzərə alaraq pensiya məbləğinin bütün əlavələrin nəzərə alınmaqla yenidən hesablanaraq müvafiq məlumat vərəqəsinin yenidən tərtib edilərək Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X8 İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X8 İdarəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 1993-cü ildən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə xidmət edərək kursant taqım komandiri-tərbiyəçi vəzifəsindən Hərbi Liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə qədər yüksəlmiş, Qüsursuz xidmətə görə 3-cü, 2-ci və 1-ci dərəcəli medallara layiq görülmüşdür. Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndi (yaşa görə) ilə xx.xx.2015-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılaraq həmin vəzifədən ehtiyata buraxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyasını almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Həmin Qanunun 9.5.1-ci maddəsinin tələblərinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət keçmiş hərbi qulluqçular hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Onun Silahlı Qüvvələrdə xidmətdə olduğu müddətdə Cəmşid Naxçıvanski adına Hərbi Lisey rəisinin müvafiq əmri ilə xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə qədər (həmin vaxt yaşa görə əmək pensiyasını almaq hüququna malik olmuş, belə ki, 1993-cü ildən həqiqi hərbi xidmətə başlamış və 2014-cü ildə aşağı vəzifəyə keçirilmişdir) və xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilə qədər Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra etmişdir. Həmçinin xidməti dövründə xəstəliyi ilə əlaqədar Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarlarına əsasən 2007-ci ildə “sıradan kənar hərbi xidmətə yararlı” və sonuncu dəfə xx.xx.2014-cü il tarixdə “Silahlı Qüvvələrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra etməsini nəzərə alaraq pensiyasının yenidən hesablanması və pensiyasına müvafiq əlavələrin edilməsi məqsədilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə və Azərbaycan Respubikasının Müdafiə Nazirinə məktubla müraciət etmişdir. Hər iki məktubuna məzmun etibarı ilə eyni, lakin mahiyyəti üzrə müraciətinə qətiyyən toxunmayan cavablar verilmişdir. Belə ki, o, Hərbi Lisey rəisinin əmri ilə Şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra etdiyi üçün həmin müraciətinə qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslandırılmış cavablar verilməmişdir. Beləliklə, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək və xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixinədək Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra etməsi, daha sonra xidmət mənafeyi naminə, həm də xəstəliyi ilə əlaqədar aşağı vəzifəyə keçirildiyi və aşağı vəzifəyə keçirildiyi an “yaşa görə” pensiya almaq hüququnu əldə etdiyi nəzərə alınarsa, ona təyin edilmiş pensiya sonuncu tutduğu vəzifədən, yəni Hərbi Liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsindən deyil, məhz ondan əvvəlki, yəni Hərbi Lisey Şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsindən hesablanmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0909 nömrəli xx xxxxxx 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin ”b” bəndinə (yaşa görə) müvafiq olaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Lisey rəisinin 31 nömrəli xx xxxxxx 2015-ci il tarixli əmrilə Liseyin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Həmin tarixə İddiaçı sonuncu təminat xərcliyi (pul təminatı) Hərbi Liseyindən verilmiş MN 003562 nömrəli "haqq-hesab kitabçası"nda olan məlumatlara əsasən: vəzifə maaşı - 457,00 manat, rütbə maaşı - 134,00 manat, xidmət illərinə görə 30 faiz əlavə - 177,30 manat, habelə "birinci” məharət dərəcəsinə görə 25 faiz əlavə - 114,25 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası isə 64,00 manat təşkil etmişdir. Bu məlumatlar tərəflərinzdən tərtib olunmuş 02560 nömrəli xx.xx.2015-ci il tarixli "məlumat vərəqi"ndə əks olunaraq Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət X13 təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Lakin İddiaçı Müdafiə nazirinin 018 nömrəli xx xxxx 2004-cü il tarixli əmrilə C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçısı-psixoloqu vəzifəsinə təyin olunmuş, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 013 nömrəli xx xxxxxx 2014-cü il tarixli əmrilə Hərbi Liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini, yəni daha yuxarı maaşlı vəzifəyə təyin edilmişdir. O, ştat üzrə baş təlimatçısı-psixoloq vəzifəsində xidmət etdiyi zaman müvəqqəti olaraq xx.xx.2012-ci ıl tarixdən xx.xx.2013-cü il tarixədək Lisey rəisinin əmrilə öz vəzifəsi ilə yanaşı həm də həmin ərəfədə vakant olan "şəxsi heyətlə iş üzrə bölmə rəisi" vəzifəsinin işlərini təhvil alaraq icra etmiş, lakin yenidən öz vəzifəsinin icrasına qayıdaraq müvəqqəti icra etdiyi "şəxsi heyətlə iş üzrə bölmə rəisi" vəzifəsinin işlərini yeni təyin olunmuş zabitə təhvil verərkən aşağı maaşlı vəzifəyə keçirilmə faktı baş verməmiş, habelə müvəqqəti icra etdiyi vəzifənin işlərinin təhvil verilməsi səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. Bundan başqa, İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş 141 nömrəli xx.xx.2014-cü il tarixli "xəstəlik haqqında şəhadətnamə"sinə əsasən o, sonuncu dəfə xx xxxxxx 2014-cü il tarixdə müayinə və müalicə olunmaq üçün hospitala müracit etmişdir. Yəni, burdan məlum olur ki, bu, İddiaçı iddia etdiyi kimi deyil, hospitala müraciət etməsi onun müvəqqəti işlərini icra etdiyi vəzifədə olduğu zaman deyil, məhz 01 il 08 ay 17 gün sonra baş vermişdir. Bu səbəbdən də, İddiaçı pensiya təyin olunması tutduğu sonuncu vəzifənin, yəni Hərbi Liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavininin vəzifəsinin təminat xərcliyi barədə məlumatlar Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X8 idarəsinə təqdim edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının tutduğu son vəzifəsi və hərbi xidmətdən buraxıldığı günə təminat xərcliyi göstərilməklə məlumat vərəqəsi verilmiş və buna uyğun olaraq ona pensiya təyin edilmişdir. İddia tələbi əsassızdır və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 12/3872 saylı məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığınız ərizənizə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsində baxılmışdır. Bildiririk ki, Siz Azərbaycan Respublikası Müdafiə nazirinin 0909 nömrəli xx xxxxxx 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq lisey rəisinin 31 nömrəli xx xxxxxx 2015-ci il tarixli əmrinə müvafiq olaraq şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmısınız. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X13 təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Əlavə olaraq bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə müvafiq olaraq hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Bundan başqa, xx xxxxxx 2007-ci il tarixədək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin 2-ci hissəsinə və hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə gəldikdə isə bildiririk ki, həmin maddələrin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Siz isə Azərbaycan Respublikası Müdafiə nazirinin 03 nömrəli xx xxxxxx 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçı-psixoloq vəzifəsindən həmin Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə təyin olunmuşunuz. Yəni, Sizin iddia etdiyiniz kimi aşağı maaşlı vəzifəyə deyil, məhz yuxarı maaşlı vəzifəyə təyin edilmisiniz. Yuxarıda göstərilənlərə əsasən adınıza tərtib olunmuş 02560 nömrəli “Məlumat vərəqi"ndə Sizin hərbi xidmətdən buraxıldığınız günə tutduğunuz sonuncu vəzifə üzrə, yəni Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvipsixoloji təminat üzrə müavini vəzifəsi üzrə, aldığınız təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X8 idarəsinə təqdim edilmişdir. Bu barədə Sizə tərəfimizdən daha öncə xx xxxxxx 2018-ci il tarixli 12/132 nömrəli məktubla məlumat verilmişdir. İş materiallarında olan Cəmşid Naxçıxanski adına Hərbi Lisey rəisinin xx.xx.2004-cü il tarixli 163 saylı əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinəmüvafiq olaraq və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2004-cü il tarixli 081 saylı əmrinə əsasən təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar və MN-nin müavininin 018 saylı xx.xx.2004-cü tarixli əmri ilə C.Naxçıvanski adına Hərbi Litseyin şəxsi heyətlə iş üzrə bölmənin psixoloqu kapitan İddiaçı C.Naxçıvanski adına Hərbi Litseyin şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçıpsixoloqu vəzifəsinə təyin edilməsi və vəzifəsinin icrasına başlamış hesab edilməsi əmr edilmişdir. İş materiallarında olan Cəmşid Naxçıxanski adına Hərbi Lisey rəisinin xx.xx.2014-cü il tarixli 42 saylı əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxx 2014-cü il tarixli 03 nömrəli əmrinə əsasən keçirilmiş təşkilati-ştat tədbirləri ilə əlaqədar və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, mayor İddiaçı Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçısı-psixoloq vəzifəsindənazadedilmişvəŞəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi- psixoloji təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cəmşid Naxçıxanski adına Hərbi Lisey rəisinin xx.xx.2015-ci il tarixli 31 saylı əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı, Şəxsi Heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini - Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxx 2014-cü il tarixli 0909 saylı əmri ilə “ Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin w‘b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə əsasən hərbi qeyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə, Hərbi Liseyin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi rəisinin sərəncamına göndərilmişdir. İş materiallarında olan C.Naxçıvanski adına Hərbi Lisey rəisinin xx.xx.2012-ci il tarixli 43 nömrəli əmrindən çıxarışdan görünür ki, mayor İddiaçı, Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçı-psixoloqu - xx.xx.2012-ci il tarixdən Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini qəbul etmiş və icrasına başlamış hesab edilməsi əmr edilmişdir. İş materiallarında olan C.Naxçıvanski adına Hərbi Lisey rəisinin xx.xx.2013-cü il tarixli 46/T nömrəli əmrinin surətindən görünür ki, Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli əmrinə əsasən C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsinə təyin olunmuş polkovnik-leytenant X2 Hərbi Liseyə gəldiyi üçün Şəxsi heyətlə iş üzrə bölmə rəisi vəzifəsini icra edən baş təlimatçı-psixoloq mayor İddiaçı iş və vəzifəsini qəbul etməsi və təhvil-qəbulu ilə əlaqədar komissiya təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan C.Naxçıvanski adına Hərbi Lisey rəisinin xx.xx.2013-cü il tarixli 241 nömrəli əmrindən çıxarışdan görünür ki, mayor İddiaçı, xx.xx.2013-cü il tarixdə Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini qəbul etmiş və icrasına başlamış hesab edilməsi əmr edilmişdir. İş materiallarında olan C.Naxçıvanski adına Hərbi Lisey rəisinin xx.xx.2014-cü il tarixli 40/T nömrəli əmrinin surətindən görünür ki, Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli əmrinə əsasən Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə müavini – şöbə rəisi vəzifəsinə təyin olunmuş X7 vəzifə və işlərini mayor İddiaçı təhvil alması və təhvil-qəbulu ilə əlaqədar komissiya təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan Azərbaycan Respublikası DSMF-nin Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2015-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2015-ci ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsindən görünür ki, İddiaçı doğulduğu tarix xx.xx.1966-cı il, hərbi xüsusi rütbəsi polkovnik-leytenant, tutduğu vəzifə C.Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsidir, təqvim xidmət illəri 23 il, 03 ay, 17 gün, güzəştli xidmət illəri 05 il, 11 ay, 27 gün, cəmi iş stajı və xidmət illəri 29 il, 03 ay, 14 gün, tərxis olunduğu tarix xx.xx.2015-ci il, tərxis olunduğu maddə 156B – yaşa görə. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Müdafiə nazirinin müavininin xx.xx.2004-cü tarixli əmri ilə C.Naxçıvanski adına Hərbi Litseyin şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçı-psixoloqu vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxxxx 2014-cü il tarixli əmri ilə iddiaçı C.Naxçıvanski adına Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçısı-psixoloq vəzifəsindən azad edilmiş və C.Naxçıvanski adına Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. Daha sonra İddiaçı, Şəxsi Heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini - Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxx 2014-cü il tarixli 0909 saylı əmri ilə “ Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin w‘b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə əsasən hərbi qeyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə, Hərbi Liseyin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi rəisinin sərəncamına göndərilmişdir. İddiaçıya xx.xx.2015-ci ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Üçüncü şəxsə təqdim edilmiş məlumat vərəqəsində iddiaçının tutduğu vəzifə C.Naxçıvanski adına Hərbi Liseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsi qeyd olunmuşdur. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək və xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək C.Naxçıvanski adına Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini icra etmişdir. Hazırda iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirildiyi və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olduğunu əsas gətirərək xidmətdən buraxılarkən onun əmək pensiyasına əlavənin bilavasitə göstərilən keçirilməyədək çalışdığı Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanmasını və bununla əlaqədar yeni məlumat vərəqəsinin verilməsini tələb edir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının başqa vəzifəyə keçirilməsi səhhəti və ya yaşı ilə əlaqədar olmamışdır, habelə daha az maaşlı vəzifəyə keçirilmə olmamışdır. Belə ki, iddiaçı Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə bölmə rəisinin vəzifəsini müvəqqəti icra etmiş, o, Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə bölmənin baş təlimatçısı-psixoloq vəzifəsində olmuş və həmin vəzifədən azad edilərək C.Naxçıvanski adına Hərbi Litseyin Şəxsi heyətlə iş üzrə şöbə rəisinin mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X8 İdarəsi (X8 üzrə Mərkəzi Filialı) “yenilənmiş məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar