Məhkəmə qərarları › İş №2-1(112)-2912/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2912/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2912/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MTK-nın (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MTK-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə qərara aldı: TƏSVİRİ HİSSƏ: İşin halları İddiaçı MTK (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı MTK-nın şəxsi hesab vərəqəsindən 2016-cı ilin İ rübü üzrə hesablanmış 1329614.33 manat BTFSV borcunun silinməsi, borcun tələb edilməsinin dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsindən 2256756.88 manat məbləğində BTFSV məbləğinin silinməsinin tam təmin edilməməsi nəticəsində şəxsi hesab vərəqəsində 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı ilə ləgv edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 fevral 2019-cu il tarixli, **********232600 saylı qərarına əsasən hesablanmış 2256756.88 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşqul olan sadələşdirilmiş vergi borcunun İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsindən tam olaraq silinməməsi nəticəsində qalmış 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək şəxsi hesab vərəqəsindən 1329614.33 manat vergi borcun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin 12 fevral 2019-cu il tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2-1 (103)-45/2020 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2-1(102)- 1120/200 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-45/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2-1(103)-212/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Repsublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1332/2021 saylı qərarına əsasən cavabdeh orqan tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-212/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən cavabdeh vergi orqanına bu barədə dəfələrlə müraciətlər edilsə də, bu günədək həmin qərarlar vergi orqanı tərəfindən tam şəkildə icra olunmamışdır. Vergi orqanının vəzifəli şəxsləri qərəzli mövqe nümayiş etdirərək, həmin qərarın icrasına maneçilik törədirlər. Lakin etdiyi müraciətlərə və şikayət ərizələrinə baxılmamış və qanunamüvafıq qaydada cavab verilməmişdir. Şifahi şəkildə iddiaçıya bildirilsə də, bu günə qədər məhkəmə qərarının icra olunması barədə heç bir müsbət cavab almamışdır. Yəni Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış məhkəmə qərarları icra edilməmiş və müəssisənin bank hesablarına sərəncam qoyulması davam etmişdir. Artıq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarların qanuni qüvvəsini almasından uzun bir müddət ötməsinə baxmayaraq vergi orqanı tərəfindən qərarların icrası həyata keçirilməmiş, bank hesablarına, ƏDV subhesablarına qoyulmuş sərəncamlar aradan qaldırılmamışdır. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmə zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uygun izahat verərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın dəqiqləşdirilmiş iddiaya dair yazılı etirazında bildirilmişdir ki, cavabdeh iddiaçının iddia ərizəsində irəli sürdüyü iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara, hüquq normalarına və Mülki Prosessual Məcəllənin 47.2-ci və İnzibati Prosessual Məcəllənin 47.2 və 48.2-ci maddəsinə əsaslanaraq etiraz edir. Belə ki, cavabdeh xx.xx.2016-cı il tarixdə qərar qəbul edərək İddiaçı MTK barəsində 2014-cü ilin 2 və 3-cü rübləri ərzində təməli qoyulmuş binalarla bağlı Bina tikintisi fəaliyyəti ilə məşqul olan sadələşdirilmiş vergi öhdəliyini (BTFSV) 1329614,33 manat müəyyən etmişdir. İddiaçı cavabdehin xx.xx.2016-cı il tarixli **********398100 saylı “Vergilərin hesablanması barədə” qərarı ilə razılaşmış, həmin qərar mübahisələndirməmişdir. Həmçinin, iddiaçı tərəfindən 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş yaşayış binası üzrə 204120,0 manat vergi hesablanmaqla xx.xx.2015-ci il tarixdə cari bəyannamə təqdim edilmiş, lakin xx.xx.2015-ci il tarixdə heç bir əsas olmadan hesablanmış vergilər tam azaldılmışdır. 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş yaşayış binası ilə əlaqədar hesablanmış vergilər xx.xx.2016-cı il tarixədək vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə tam azaldıldığına görə xx.xx.2016-cı il tarixdən sonra qüvvədə olan yeni qanunvericiliyə əsasən 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə aparılmış hesablamalar zamanı həmin binanın (təməli 2015-ci ilin 2-ci rübündə qoyulan) sahəsi nəzərə alınmamış və digər rüblərdə təməli qoyulmuş binalarla bağlı hesablamanın aparılmasına baxmayaraq, qeyd edilən bina ilə əlaqədar yeni metod üzrə sadələşdirilmiş vergi hesablanmamışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə 2015-ci ilin 2-ci rübü üzrə təməli qoyulmuş bina ilə əlaqədar yeni metod üzrə sadələşdirilmiş vergilərin hesablanmadığı əsas götürülməklə cavabdeh tərəfindən 2014-cü ilin 2 və 3-cü rüblərində təməli qoyulmuş binalarla əlaqədar 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə hesablanmış 1329614,33 manat vergi məbləğinə düzəliş olunaraq 927142,55 manat əlavə vergi (cəmi hesablama 2256756,88 manat) hesablanmışdır. İddiaçı həmin bina üzrə yəni 2015-ci ilin 2-ci rübü üzrə təməli qoyulmuş bina ilə əlaqədar vergilərin hesablanması haqqında xx.xx.2019-cu il tarixli qərarın ləğvi tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təmin olunaraq iddia rədd edilmişdir. İşə kassasiya qaydasında baxmış Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti əsasında iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Növbəti dəfə işə baxmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli qərarın mübahisələndirilməsinə dair olan inzibati məhkəmə işi üzrə Ali Məhkəmə işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytararkən xx.xx.2020-ci il tarixli qərarında iddiaçının hansı ünvanda olan, sahəsi göstərilməklə hansı binaya görə vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı araşdırma aparmasını apellyasiya məhkəməsinə göstəriş vermişdir. Həmin göstərişlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında bildirilmişdir ki, vergi orqanının mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarı Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş, yəni 3-cü bina ilə bağlı qəbul edilmişdir. Həmçinin həmin qərarda göstərilmişdir ki, müəssisənin Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa etdiyi ümumi sahəsi 13.301,2 kv.m olan binanın təməlinin xx.xx.2015-ci ildə qoyulduğu iş materialları ilə təsdiq olunduğu üçün həmin bina ilə bağlı 2016-cı ilin İ rübünə dair BTFSV ödeyicisi olaraq sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmək öhdəliyi yaranmamışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin qərarından vergi orqanının vermiş olduğu kassasiya şikayəti üzrə qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, müəssisə 2015-ci ilin İİ rübündə təməli qoyulmuş binaya görə bəyannamələri (ilkin və dəqiqləşdirilmiş) həmin ildə təqdim etmiş, lakin vergi orqanı tərəfindən həmin bəyannamələr üzrə Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyən edilmiş müddətlər pozulmaqla vergilərin hesablanması 2019-cu ildə həyata keçirilmişdir. Məhkəmənin mövqeyinə görə mübahisə predmetini təşkil edən xx.xx.2019-cu il tarixli qərarla 2015-ci ilin İİ rübündə təməli atılmış binaya görə 927.142,55 manat əlavə vergi məbləği hesablanmış, 1.329.614,33 manat məbləğində BTFSV isə hazırki mübahisə predmetinə daxil olmayan xx.xx.2016-cı il tarixli qərarla hesablanmışdır. Başqa sözlə, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında (səh. 14-15) xx.xx.2016-cı il tarixli **********398100 saylı qərar hazırkı mübahisənin predmeti deyil və bu iş üzrə məhkəmə aktı həmin qərarın qüvvəsinə və nəticəsinə təsir etmədiyini bildirmişdir. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təmin olunaraq iddia rədd edilmişdir. İşə kassasiya qaydasında baxmış Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti əsasında iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Növbəti dəfə işə baxmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır. Bundan başqa vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli qərarın mübahisələndirilməsinə dair olan inzibati məhkəmə işi üzrə Ali Məhkəmə işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytararkən xx.xx.2020-ci il tarixli qərarında iddiaçının hansı ünvanda olan, sahəsi göstərilməklə hansı binaya görə vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı araşdırma aparmasını apellyasiya məhkəməsinə göstəriş vermişdir. Həmin göstərişlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında bildirilmişdir ki, vergi orqanının mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarı Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş, yəni 3-cü bina ilə bağlı qəbul edilmişdir. Həmçinin həmin qərarda göstərilmişdir ki, müəssisənin Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa etdiyi ümumi sahəsi 13.301,2 m2 olan binanın təməlinin xx.xx.2015-ci ildə qoyulduğu iş materialları ilə təsdiq olunduğu üçün həmin bina ilə bağlı 2016-cı ilin İ rübünə dair BTFSV ödeyicisi olaraq sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmək öhdəliyi yaranmamışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin qərarından vergi orqanının vermiş olduğu kassasiya şikayəti üzrə qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarının təsviri - əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, müəssisə 2015-ci ilin İİ rübündə təməli qoyulmuş binaya görə bəyannamələri (ilkin və dəqiqləşdirilmiş) həmin ildə təqdim etmiş, lakin vergi orqanı tərəfindən həmin bəyannamələr üzrə Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyən edilmiş müddətlər pozulmaqla vergilərin hesablanması 2019-cu ildə həyata keçirilmişdir. Məhkəmənin mövqeyinə görə mübahisə predmetini təşkil edən xx.xx.2019-cu il tarixli qərarla 2015-ci ilin İİ rübündə təməli atılmış binaya görə 927.142,55 manat əlavə vergi məbləği hesablanmış, 1.329.614,33 manat məbləğində BTFSV isə hazırkı mübahisə predmetinə daxil olmayan xx.xx.2016-cı il tarixli qərarla hesablanmışdır. Başqa sözlə, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında (səhifə 14- 15) xx.xx.2016-cı il tarixli **********398100 saylı qərar hazırkı mübahisənin predmeti deyil və bu iş üzrə məhkəmə aktı həmin qərarın qüvvəsinə və nəticəsinə təsir etmədiyini bildirmişdir. Göründüyü kimi, məhkəmələr tərəfindən xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə qərara hüquqi qiymət verilərkən məhz 2015-ci ildə təməli qoyulmuş 3-cü bina nöqteyi-nəzərindən yanaşılmış, daha əvvəlki qərarın (xx.xx.2016-cı il tarixli **********398100 saylı) da öz qüvvəsini itirməsinə dair heç bir qeyd aparılmamışdır. Əlavə olaraq, 1.329.614,33 manat BTSV-nin yayındırılması ilə bağlı VClABl-nin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət işi başlanmış və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 22584 saylı rəydə, iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyətinə görə 18.757,10 m2 sahəyə görə vergidən yayındığı öz təsdiqini tapmışdır. Göründüyü kimi, iş üzrə cavabdehin qanuni qüvvədə olan xx.xx.2016-cı il tarixli **********398100 saylı qərarı ilə hesablanan 1329614,33 manat məbləğində vergi borcunun silinməsi iddia tələbi əsassızdır. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2019-cu il tarixə yaranan 1541486,1 manat borcuna görə 1918840,0 manat məbləğində əmlakı siyahıya alınmış və siyahıya alınmış amlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin xx.xx.2020-ci il tarixli e-2-2(113)-805/2020 saylı qərarı ilə iddia təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Əlavə olaraq, iddiaçının şəxsi hesab vərəqəsinin “Əmlaka yönəldilən məbləğ üzrə vərəqəsindən" göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi vergi borcunun əsası məhkəmə qərarları ilə təmin olunmuş (1274964,10 manat) vergi borclarıdır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəlləsinin 78-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub - olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materiallarına əlavə edilmiş: - xx.xx.2021-ci il tarixli 2-1(102)-1332/2021 saylı Azərbaycan Repsublikası Ali Məhkəməsinin qərarından görünür ki, 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli, 2-1(82)- 1419/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barədə 2019-cu il 12 fevral tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020ci il 11 fevral tarixli, 2-1(103)-45/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 31 avqust tarixli, 2-1 (102)-1120/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-212/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)- 212/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021, xx.xx.2022, xx.xx.2021, xx.xx.2021-ci il tarixli şikayətlərdən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciət etmişdir. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-805/2020 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikasın Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı Mənzil - Tikinti Kooperativinə qarşı dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi İlə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiası təmin edilərək Azerbaycan Respublikasın Vergiləri Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Çinar- AN” Mənzil - Tikinti Kooperativinin siyahıya alınmış ******* manat məbləğində əmlakının ixtisaslaşdırılmış açıq hərracdan satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən İddiaçı Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə 1730915,3 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumunun tutulması, vəsaitin qalan hissəsinin “Çinar – AN” Mənzil - Tikinti Kooperativinə qaytarılması qət edilmişdir. - Cavabdehin xx.xx.2016-cı il tarixli **********398100 saylı “Vergilərin hesablanması barədə” qərarından görünür ki, İddiaçı MTK barəsində Bina tikintisi fəaliyyəti ilə məşqul olan sadələşdirilmiş vergi öhdəliyinə görə (BTFSV) 2016-cı ilin 1-ci rübü üçün 1.329.614,33 manat məbləğində vergi borcu hesablanmışdır. - Cavabdehin xx.xx.2019-cu il tarixli **********232600 saylı vergilərin hesablanması haqqında qərarından görünür ki, iddiaçıya 2016-cı ilin 1-ci rübü üçün 2.256.756,88 manat məbləğində vergi məbləği hesablanmışdır. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-85/2022 saylı hökmündən görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin mülki cavabdeh X2 qarşı 974885.18 manat məbləğində vergiləri və 41511,56 manat məbləğində məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqının tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılmışdır. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-355/2020 saylı qətnaməsindən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən İddiaçı siyahıya alınmış 427800 (dörd yüz iyirmi yeddi min səkkiz yüz) manat məbləğində əmlakının ixtisaslaşdırılmış açıq hərracdan satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclərin, İddiaçı dövlət büdcəsinə olan 75542 (yetmiş beş min beş yüz qırx iki) manat 35 (otuz beş) qəpik məbləğində vergi borcunun və 10 (on) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-154/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qarşı iddia cavabdehin xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə ödənilməmiş 233687.62 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 239850 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiası təmin edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə və öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının hazırki tələbi İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsindən 2256756.88 manat məbləğində BTFSV məbləğinin silinməsinin tam təmin edilməməsi nəticəsində şəxsi hesab vərəqəsində 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsindən ibarətdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3.-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2.-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Məcəllənin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. İş materiallarından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli **********232600 saylı vergilərin hesablanması haqqında qərarı ilə iddiaçıya 2016-cı ilin 1-ci rübü üçün 2.256.756,88 manat məbləğində vergi məbləği hesablanmışdır. İddiaçı həmin qərarı məhkəmədə mübahisələndirmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli, 2-1(82)- 1419/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barədə 2019-cu il 12 fevral tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 fevral tarixli, 2-1(103)-45/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 31 avqust tarixli, 2-1 (102)-1120/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-212/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Repsublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1332/2021 saylı qərarına əsasən cavabdeh orqan tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-212/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qüvvədə olan məhkəmə qərarı ilə xx.xx.2019-cu il tarixli **********232600 saylı vergilərin hesablanması haqqında qərarı ləgv edilsə də, həmin qərarla qanunsuz hesablanması müəyyən edilmiş 1329614,33 manat vergi borcunu iddiaçının şəxsi hesab vərəqəsindən silməmiş və bunu borc kimi hesablayaraq iddiaçı barəsində həmin borcun alınması istiqamətində hərəkətlər etməkdə davam edir. Cavabdehin dəlillərinə görə “xx.xx.2019-cu il tarixli qərarla 2015-ci ilin İİ rübündə təməli atılmış binaya görə 927.142,55 manat əlavə vergi məbləği hesablanmış, 1.329.614,33 manat məbləğində BTFSV isə hazırkı mübahisə predmetinə daxil olmayan xx.xx.2016-cı il tarixli qərarla hesablanmışdır. Başqa sözlə, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında (səhifə 14-15) xx.xx.2016-cı il tarixli **********398100 saylı qərar hazırkı mübahisənin predmeti deyil və bu iş üzrə məhkəmə aktı həmin qərarın qüvvəsinə və nəticəsinə təsir etmədiyini bildirmişdir. Göründüyü kimi, məhkəmələr tərəfindən xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə qərara hüquqi qiymət verilərkən məhz 2015-ci ildə təməli qoyulmuş 3-cü bina nöqteyi-nəzərindən yanaşılmış, daha əvvəlki qərarın (xx.xx.2016-cı il tarixli **********398100 saylı) da öz qüvvəsini itirməsinə dair heç bir qeyd aparılmamışdır.” Halbuki iş materiallarında olan qüvvədə olan Azərbaycan Repsublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1332/2021 saylı qərarından görünür ki, cavabdehin öz dəlillərinin əsası kimi istinad etdiyi - 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanunun müddəalarının hazırkı mübahisəyə tətbiqi ilə bağlı, məhkəmə kollegiyası hüquqi mövqeyində bildirmişdir ki, ilk növbədə nəzərə alınmalıdır ki, həmin Qanun Vergi Məcəlləsinin 37.2, 37.3 və 85.4-cü maddələrinin dispozisiya şərtlərini dəyişmir. Belə ki, qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq vergi yoxlamasının müddətini Vergi Məcəlləsinin 37.2-ci maddəsində dəqiq müəyyən etmişdir. Vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi kameral vergi yoxlaması üzrə vergi orqanının tətbiq etdiyi tədbirlərə aiddir (Vergi Məcəlləsinin 37.3-cü maddəsi) və həmin tədbir də qanunla müəyyən edilmiş 30 günlük müddət çərçivəsində icra olunmalıdır. Kameral vergi yoxlamasının keçirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra vergi orqanı vergi ödəyicisindən kameral vergi yoxlamasının məqsədləri üçün sənəd (məlumat) tələb edə bilməz. Kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilə bilər. 2015-ci ildə verilmiş bəyannamələr üzrə cavabdeh tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada kameral vergi yoxlamaları aparılmayıb, həmin bəyannamələrdəki məlumatlara dair etirazlar bildirilməyib. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vergi orqanının Vergi Məcəlləsinin 37.2 və 37.3-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətləri publik-hüquqi xarakter daşıdığından vergi orqanı həmin səlahiyyətlərin icrasından özbaşına imtina edə bilməz və bunun üçün əsaslar olduğu halda, kameral vergi yoxlamasının məqsədləri üçün vergi ödəyicisindən zəruri məlumatları tələb etməlidir. Lakin vergi orqanı onun üzərinə qoyulmuş vergi nəzarəti funksiyasının icrası ilə bağlı səlahiyyətlərini qanunla müəyyən edilmiş müddətlərdə yerinə yetirməlidir. Buradan, kameral vergi yoxlaması üçün müəyyən edilmiş müddətdə vergi orqanı tərəfindən hər hansı əlavə sənəd və məlumat tələb edilmədiyi halda, vergi ödəyicisi təqdim etdiyi vergi hesabatlarındakı məlumatların doğru olduğunun vergi orqanı tərəfindən təsdiq edildiyini güman etmək hüququna sahibdir. Bunun əksi, hüquqi dövlətin təməl prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinin pozulmasına rəvac vermiş olardı. Cavabdeh təsdiq edir ki, iddiaçı tikintisinə 2015-ci ilin 2-ci rübündə başlamış binaya görə 2015-ci il 21 iyul tarixdə mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim etmiş, daha sonra 2015-ci il 16 noyabr tarixdə dəqiqləşdirilmiş mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim edərək şəxsi hesab vərəqəsində azalma aparmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin bəyannamələr üzrə VM-in 37.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə kameral vergi yoxlamasının aparılmadığı və hər hansı qərarın qəbul edilmədiyi, bəyannamələrdəki məlumatlara etirazların edilmədiyi nəzərə alındıqda, həmin bəyannamələrdəki məlumatların düzgünlüyünün vergi orqanı tərəfindən təsdiq olunduğu qəbul edilməlidir. Cavabdeh bəyan etmişdir ki, vergi orqanı tərəfindən iddiaçıya kameral vergi yoxlaması ilə hesablamanın köhnə qayda əsasında mənzil tikintisi ilə deyil, 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minən yeni qanunla nəzərdə tutulmuş BTFSV üzrə aparmış və bu səbəbdən də iddiaçı yeni qanunla müəyyən edilmiş qayda ilə BTFSV üzrə bəyannamə təqdim etmədiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş yuxarıda qeyd olunan 30 iş günü müddətin axımı başlamamış, eyni zamanda, hesablamanın aparıldığı 2016-ci ilin İ rübü üzrə hesabat dövründən 3 illik müddətin keçməsi halı baş verməmişdir. Məhkəmə kollegiyası cavabdehin qənaətini əsaslı hesab etməyərək hüquqi mövqeyini onunla əsaslandırımışdır ki, iddiaçı 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş binaya görə bəyannamələri (ilkin və dəqiqləşdirilmiş) 2015-ci ildə təqdim etmişdir. Bunu, cavabdeh özü də təsdiq edir. Lakin vergi orqanı tərəfindən həmin bəyannamələr üzrə Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyən edilmiş müddətdə hər hansı qərar qəbul olunmamışdır. Cavabdehin istinad etdiyi 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minən yeni qanun isə, iddiaçının üzərinə yenidən vergi bəyannaməsi vermək öhdəliyi qoymur. Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddətin tətbiqinə gəldikdə, yuxarıda da qeyd olunduğu kimi, 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanunun müddəaları Vergi Məcəlləsinin 85.4-cü maddəsinin dispozisiya şərtlərini dəyişmir. Həmin normanın tələbinə görə isə, 3 illik müddətin axımı vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra başlanır. Hazırkı işdə iddiaçıya münasibətdə “vergiyə cəlb edilən hesabat dövrü” 2015-ci ilin İİ rübü olmuş, 3 illik müddətin axımının başlanğıcı da həmin rübün (vergiyə cəlb edilən hesabat dövrünün) başa çatdığı vaxtdan sonrakı gündən başlamışdır. Buna görə də, 3 illik müddətin axımını vergi hesabatının (vergi bəyannaməsinin) verildiyi vaxtdan hesablamaqda, bu zaman, “vergiyə cəlb edilən hesabat dövrü” ilə “vergi hesabatının təqdim edilməsi üçün müəyyən edilmiş müddəti” eyniləşdirməkdə cavabdeh haqlı olmamışdır. Halbuki, qanunverici həmin dövr və müddətləri Vergi Məcəlləsində aşkar olaraq fərqləndirmiş, “hesabat dövrü”nə vergi ödəyicisinin bilavasitə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olduğu dövrü aid etmişdir (Vergi Məcəlləsinin 16.2, 67.15, 67.16, 74.1, 82.1, 83.1-ci maddələri). “Vergi hesabatının təqdim edilməsi üçün müəyyən edilmiş müddətlər”də də məhz vergi ödəyicisinin bilavasitə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olduğu dövrə (vergiyə cəlb edilən hesabat dövrünə) dair məlumatları əks etdirən vergi hesabatı (bəyannamə) təqdim olunmalıdır. Həm də həmin hesabatın (bəyannamənin) verilməsi ilə, cavabdehin qeyd etdiyi kimi, - 3 illik müddətin deyil (bu müddətin axımı vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra başlamışdır), kameral vergi yoxlaması keçirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin axımı başlanır (Vergi Məcəlləsinin 37.2-ci maddəsi). Digər tərəfdən, qanunverici tərəflər arasında bərabərliyi təmin edərək vergi ödəyicisinə münasibətdə də eyni yanaşma müəyyən etmiş, 3 illik müddətin axımının başlanğıcını “vergi hesabatı dövrü”nün qurtarması anı ilə şərtləndirmişdir (Vergi Məcəlləsinin 85.5-ci maddəsi). Beləliklə, cavabdehin etiraz və şikayətlərində istinad etdiyi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanun iddiaçıya münasibətdə 2015-ci ilin İİ rübünü əhatə edən “vergiyə cəlb edilən hesabat dövrünün” başa çatdığı vaxtdan sonrakı gündən başlamış 3 illik müddətin başlama və bitmə vaxtlarını dəyişməmiş, həmin müddətin axımını kəsməmiş və ya dayandırmamışdır. Başqa sözlə, vergi orqanı yeni (yükləyici) qanunun yaratdığı nəticələri də həmin 3 illik müddət daxilində tətbiq edə bilərdi. Hazırkı halda, həmin müddət ötürüldüyündən, cavabdehin mübahisələndirilən qərarı qanunsuzdur. Cavabdeh şikayətin dəlili kimi həmçinin qeyd etmişdir ki, məhkəmə iddiaçının 2014cü ilin 2 və 3-cü rüblərində təməli qoyulmuş binalara görə yeni qüvvəyə minmiş qanuna əsasən 2016-cı ilin 1-cü rübü üzrə hesablama aparılmasına irad bildirmədiyi halda, 2015ci ilin 2-ci rübündə təməli qoyulmuş binaya görə 2016-cı ilin 1-ci rübü üzrə hesablama aparılmasının mümkün olmadığını bildirməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Həmçinin Bakı şəhəri Abşeron rayonu Xirdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb hissəsində mənzil tikintisi üçün ayrılmış torpaq sahəsində 5 ədəd 5 bloklu 10 mərtəbəli binanın ümumi sahəsi 18757,10 kv.m o cümlədən 1881,78 kv.m qeyri yaşayış sahəsinə görə kameral yoxlama aparılmış və 'Vergilərin hesablanması barədə” 2016-cı il 24 may tarixli qərarla MTK-ya bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün 1329614,33 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Lakin, məhkəmə iddiaçı tərəfindən 2015-ci ilin 2-ci rübündə təməli atılmış binaya görə hesablanmış 927142,55 manat əlavə vergi məbləği olduğunu və 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə hesablanmış 1329614,33 manat vergi məbləğini başqa bir binaya görə hesablandığını nəzərə almamış, bununla da qüvvədə olan və mübahisələndirilməyən 2016-cı il 24 may tarixli qərar ilə hesablanan vergi məbləğini ləğv etmişdir (İ cild, iş v. 128). Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini əsaslı hesab etməyərək hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh özü də təsdiq edir ki, hazırda mübahisələndirilən 2019-cu il 12 fevral tarixli qərarla iddiaçı tərəfindən 2015-ci ilin 2-ci rübündə təməli atılmış binaya görə 927142,55 manat əlavə vergi məbləği hesablanmışdır. 1329614,33 manat məbləğində sadələşdirilmiş vergi isə iddiaçıya 2016-cı il 24 may tarixli qərarla hesablanmışdır. Cavabdeh vergi orqanı mübahisələndirilən (2019-cu il 12 fevral tarixli) qərarla əvvəlki (2016-cı il 24 may tarixli) qərara əlavə edildiyini bəyan edirsə, o, bunu, eyni zamanda, əvvəlki qərarın hüquqi taleyini (ləğv edildiyini və ya dəyişdirildiyini) sonrakı qərarında göstərməli və əsaslandırmalı idi. Hazırkı (2019-cu il 12 fevral tarixli) qərarda əvvəlki qərarın ləğvinə və ya dəyişdirilməsinə dair hər hansı göstəriş (məlumat) yoxdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vergi orqanının qərarlarında yuxarıda qeyd olunan anlaşılmazlıqların (qeyri-müəyyənliklərin) mənbəyi, məhz həmin qərarların Vergi Məcəlləsinin 49.2-ci və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsində təsbit olunmuş tələblərə uyğun tərtib olunmaması, qərarların əsaslandırılmamasıdır. Mübahisələndirilən 2019-cu il 12 fevral tarixli qərarın, həmçinin cavabdehin istinad etdiyi 2016-cı il 24 may tarixli qərarın məzmunundan göründüyü kimi, həmin qərarlarla iddiaçıya hesablanmış vergi məbləğlərinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri qərarda göstərilməmişdir. Beləliklə, mübahisələndirilən qərar həm də Vergi Məcəlləsinin 49.2-ci və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddələrinə görə qanunsuzdur. Əlavə olaraq, cavabdehin dəlillərinə görə 1.329.614,33 manat BTSV-nin yayındırılması ilə bağlı VClABl-nin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət işi başlanmış və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 22584 saylı rəydə, iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyətinə görə 18.757,10 m2 sahəyə görə vergidən yayındığı öz təsdiqini tapmışdır. Halbuki işdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-85/2022 saylı hökmündən görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Göründüyü kimi bu halda da cavabdeh məhkəmənin bəraət hökmü ilə sübut əhəmiyyətini itirmiş ekspert rəyinə istinad etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Qeyd olunanlara əsasən hazırki iş üzrə məhkəmə hesab edir ki, preyudisiya qüvvəsinə malik məhkəmə qərarları ilə maddi-hüquqi faktlar müəyyən edilərək cavabdeh vergi orqanının 2019-cu il 12 fevral tarixli qərarı ilə hesablanmış 2256756.88 manat vergi məbləğinin əsassız hesablandıgı, cavabdehin əvvəlki 2016-cı il 24 may tarixli qərarının hüquqi taleyinin (ləğv edildiyini və ya dəyişdirildiyini) sonrakı qərarında göstərməməsinin və əsaslandırmamasının qanunsuz oldugu və bununla iddiaçının təqsirli hesab edilməsinə əsas vermədiyi sübut edildiyindən cavabdeh orqanın qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş işin hallarının yenidən mübahisələndirməsi əsaslı deyil. Göründüyü kimi, inzibati akt məhkəmə tərəfindən əsasladırılaraq ləğv edilsə də, onun hüquqi nəticələri cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə yenidən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, cavabdehin hüquqi müəyyənlik və preyudisiallıq prinsipinə zidd davranaraq qüvvədə olan məhkəmə qərarı ilə xx.xx.2019-cu il tarixli **********232600 saylı qərarı ləgv edilmiş hesab edildiyi həmin qərarla qanunsuzlugu müəyyən edilmiş vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silməməsi və bunu borc kimi hesablayaraq iddiaçı barəsində həmin borcun alınması istiqamətində hərəkətlərin edilməsi (əmlakının siyahıya alınması, hesablarına sərəncam qoyulması və s.) əsassız və qanunvericiliyin tələblərinə zidd hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları, habelə sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilməsi prinsipləri pozularaq müvafiq inzibati akt ləğv edilsə də, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmiş, hüquqi nəticələri aradan qaldırılmamışdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı ilə ləgv edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 fevral 2019-cu il tarixli, **********232600 saylı qərarına əsasən hesablanmış 2256756.88 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşqul olan sadələşdirilmiş vergi borcunun İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsindən tam olaraq silinməməsi nəticəsində qalmış 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətləri qanunsuz hesab edilərək şəxsi hesab vərəqəsindən 1329614.33 manat vergi borcu silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2-1(82)- 1419/2019 saylı qərarı ilə ləgv edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 fevral 2019cu il tarixli, **********232600 saylı qərarına əsasən hesablanmış 2256756.88 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşqul olan sadələşdirilmiş vergi borcunun İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsindən tam olaraq silinməməsi nəticəsində qalmış 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə baglı cavabdehin hərəkətləri qanunsuz hesab edilərək şəxsi hesab vərəqəsindən 1329614.33 manat vergi borcu silinsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar