Məhkəmə qərarları › İş №2-1(112)-2915/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2915/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2915/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, onun vəkili Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X4, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X10 iştirаkları ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onun işdən azad olunması barədə 12.11.2020-ci il tarixli **********1 saylı əmrindən ibarət inzibati aktın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiаçı İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12.11.2020-ci il tarixli **********1 saylı əmrindən ibarət inzibati aktın ləğv edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 24 aprel 2004-cü ildən 12 noyabr 2020-ci il tarixinə kimi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda məsləhətçi-əmək müfəttişi vəzifəsində xidmət etmişdir. 12.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin eyni tarixli, **********1 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinin tələbləri əsas götürülməklə guya əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdir və onunla 26 may 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edilməklə ləğv edilməlidir. Cavabdeh onun tutduğu vəzifədən azad edilməsi barədə əmr verərkən adı çəkilən Qanunun 25.6-cı maddəsinin tələblərini pozmuş və əmək funksiyalarının icrasında guya yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin 21 oktyabr 2020-ci il tarixli **********3 nömrəli xidməti məruzəsini əsas götürmüşdür. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin həmin xidməti birtərəfli qaydada, heç bir konkret sübut və əsas olmadan tərtib edilmişdir və onun surəti qanunla müəyyən olunmuş qaydada ona təqdim edilməmişdir. Halbuki, aprel 2004-cü ildən 12 noyabr 2020-ci il tarixinə kimi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda məsləhətçi-əmək müfəttişi vəzifəsində qulluq keçdiyi müddət ərzində barəsində heç bir cəza tədbiri görülməmişdir, əksinə hər zaman vəzifə funksiyalarını layiqincə və yüksən səviyyədə yerinə yetirmişdir və rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmışdır. 05 oktyabr 2020-ci il tarixindən 11 noyabr 2020ci il tarix də daxil olmaqla növbəti əmək məzuniyyətində olmuşdur. Məzuniyyətdə olduğuna baxmayaraq, 07 oktyabr 2020-ci il tarixdə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinə dəvət olunaraq, avqust 2020-ci ildə icraatında olmuş X2 öz anası Arzu Səfərovaya məxsus "xxxx" MMC-də özünün xəbəri olmadan işə qəbul edilməsi barədə şikayət ərizəsinin araşdırılmasının gedişatından narazı qaldığı və bu barədə Nazirliyə şikayət etməsi ona bildirilmiş və ondan izahat tələb olunmuşdur. Bununla bağlı qısa izahatı ilə bildirmişdir ki, şikayətçinin ərizəsinin araşdırılması başa çatmışdır. "xxxx" MMC-nin direktoru Arzu Səfərova barəsində toplanmış sənədləri İdarənin sektor müdiri və rəis müavini ilə müzakirə edərək, onların dərkənarını alqdıqdan sonra İXM-nin 192.4 və 192.6cı maddələri ilə İXH-da protokol tərtib etmişdir. Rəhbərlik tərəfindən Arzu Səfərovanın iştirakı ilə tərtib etdiyi protokola baxılmış, Arzu Səfərova barəsində toplanmış sənədləri İdarənin sektor müdiri və rəis müavini ilə müzakirə edərək, onların dərkənarını aldıqdan sonra İXM-nin 192.4 və 192.6-cı maddələri ilə İXH-da protokol tərtib etmişdir. Rəhbərlik tərəfindən Arzu Səfərovanın iştirakı ilə tərtib etdiyi protokola baxılmış, Arzu Səfərova 1.500 (bir min beş yüz) manat inzibati qaydada cərimə edilmişdir. Bu barədə DƏMX tərəfindən müvafiq dərkənar verilmiş, “işə tikilsin” dərkənarı veriləndən sonra şikayətçiyə hazırladığı cavabı rəhbərlik tərəfindən imzalanaraq göndəriləcəyini bildirmişdir. Cavabdeh barəsində məlum əmri verərkən işdən azad edilməsinin xidməti məruzədə göstərilən əsasları ona təqdim edilməmişdir. Beləliklə, hesab edir ki, formal mülahizələrə və əsassız ehtimallara əsaslanaraq verilmiş həmin əmr qanunsuz və əsassız hesab edilməklə ləğv edilməli, barəsində dövlət qulluğuna işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 02.12.2020-ci il tarixli sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İPM-nin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını (və etiraza əlavəni) təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı 12 noyabr 2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin 21 oktyabr 2020-ci il tarixli **********3 nömrəli xidməti məruzəsi olmuşdur. Məruzədən göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda məsləhətçi-əmək müfəttişi İddiaçı ona həvalə edilmiş vəzifələrin icrasına etinasız yanaşaraq, icra intizamını pozmuşdur. Məruzədə göstərilir ki, ünvan 1 ünvanında yaşayan X2 əmək hüquqlarının pozulması barədə 24.08.2020-ci il tarixli müraciətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətində araşdırılması zamanı Xidmətin Bakı şəhər İdarəsinin məsləhətçi-əmək müfətişi İddiaçı qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmşdur ki, G.Məmmədzadə 21.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində olmadığı müddətdə (təqdim etdiyi xarici pasportun surətində bu fakt öz əksini tapır) "xxxx" MMC-nin direktoru, anası X15 tərəfindən yazılı əmək müqaviləsi bağlanmadan Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə müqavilə bildirişi daxil edilərək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda G.Məmmədzadə ilə cəmiyyət arasında bağlanan əmək müqaviləsinə 27.07.2020-ci il tarixdə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əməl olunmamış, onun son haqq-hesabının ödənilmədiyi məruzədə qeyd edilmişdir. Məruzədə G.Məmmədzadənin nazirliyə təqdim etdiyi 21.09.2020-ci il tarixli izahatında heç bir müqaviləyə imza etmədən A.Səfərova tərəfindən tələb olunan şirkətlə bağlı bəzi maliyyə işlərini gördüyünü bildirmiş, lakin işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztıminatlı vətəndaşlar üçün ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə etdiyi müraciətə imtina cavabı aldıqdan sonra adına aktiv əmək müqaviləsi olduğunu müəyyən etmişdir. Bundan başqa G.Məmmədzadə izahatında Nazirliyə müraciətindən bir neçə gün sonra araşdırma ilə bağlı anası A.Səfərovanın ilkin olaraq 5.000, sonra isə 4.000 manat pul verəcəyi ilə bağlı telefon danışığına onun arvadı Məmmədzadə Olesyanın şahid olduğunu bildirmişdir. A.Səfərova təqdim etdiyi 28.09.2020-ci il tarixli izahatında oğlu G.Məmmədzadəni yazılı əmək müqaviləsi bağlanmaqla işə qəbul etdiyini, işlədiyi müddətdə bəzi maliyyə məsələləri ilə bağlı onun əməyindən istifadə etdiyini, lakin bağlanmış əmək müqaviləsi daxil olmaqla şirkətə aid digər sənədlər də G.Məmmədzadə tərəfindən oğurlandığı üçün təqdim edə bilmədiyini qeyd etmişdir. Əmək haqqını isə nağd şəkildə verdiyini bildirmişdir. A.Səfərovanın təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, oğurlanmış sənədlərlə bağlı Bakı şəhəri Səbail rayon polis idarəsinin 41-ci polis bölməsinə müraciət etsə də bölmənin 05.09.2020-ci il tarixli (müraciətdən 12 gün sonra) cavab məktubunda keçirilmiş müvafiq tədbirlərin nəticə vermədiyi qeyd olunmuşdur. İddiaçı 05.10.2020-ci il tarixli izahatında A.Səfərova tərəfindən heç bir sənədin təqdim edilmədiyini, lakin A.Səfərova ilə G.Məmmmədzadə arasında ailə zəminində münaqişə səbəbindən sonuncunun işdən azad edilməsi barədə müraciətin (ərizə) təqdim edilməsinin həqiqətə uyğun olmadığı və son haqq-hesabın rəsmi ödənilmədiyi səbəbindən "xxxx" MMC-nin direktoru A.Səfərova barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən 16.09.2020-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara görə bu Məcəllənin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində cərimə tətbiq edildiyi məruzədə qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərdən məlum olmuşdur ki, İddiaçı işəgötürən A.Səfərova barəsində İXM-nin-192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 20.000 manatdan 25.000 manata kimi nəzərdə tutulmuş pul cəriməsi yazılması əvəzinə İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə, həmçinin işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə 1.500 manat pul cəriməsi tətbiq etmişdir. Qeyd edilənlərə əsasən aşkarlanmış faktlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Nazirliyin 17.12.2020-ci il tarixli **********6 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş X3 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin 25 sentyabr 2020-ci il tarixli ******* saylı qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli 3(009)-2167/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, idarənin İXP ******* nömrəli protokoluna əsasən tərtib edilmiş qərar ləğv edilmiş və iş baxılması üçün X16 Xidmətinin Bakı şəhər İdarəsinə qaytarılmışdır. Qərarın qərarın 4-cü səhifəsindən göründüyü kimi qeyd edilən inzibati qərarın ləğv edilməsinin səbəbi aşağıdakı kimi qeyd edilmişdir: Mühüm əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmamışdır; şikayətçi Gündüz Məmmədzadə qanunsuz işə götürülməsi ilə bağlı tədbirlər görülməsini xahiş etməsinə baxmayaraq, A.X9 Məcəlləsinin 192.6-cı maddəsi ilə İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə 1500 manat məbləğində cərimə tətbiq edilmişdir; G.Məmmədzadənin hansı əsaslarla işləməsi, əmək müqaviləsi bağlanarkən və xitam verilərkən ərizəsinin alınması kimi hallar araşdırılmadan inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati qərar verilmişdir. Məhkəmə araşdırmasından göründüyü kimi inzibati xəta ilə bağlı protokol düzgün tərtib edilməmiş, İnzibati Xətalar Məcəlləsinin maddələri düzgün tətbiq edilməmiş və faktiki olaraq qeyd edilənlər Nazirliyin Aparatının daxili nəzarət və audit şöbəsinin araşdırması ilə üst-üstə düşür. Qeyd edilən araşdırma İddiaçı tərəfindən aparılmış və İXP ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 18-ci hissəsindən göründüyü kimi Sənədin düzgün tərtibi, məzmununun aydın ifadə edilməsi və üslubu, tapşırığın vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bilavasitə icraçının vəzifəsidir. X20 tərəfindən idarə olunan Dövlət X1 Sistemində götürülmüş arayışdan göründüyü kimi İddiaçı qulluq keçdiyi vəzifənin qulluq funksiyaları aşağıdakı kimi müəyyən edilmişdir: o idarə rəisinin sərəncam və tapşırıqlarını yerinə yetirmək; əmək haqqı, əməyin ödənilməsi, əmək münasibətləri, əmək şəraiti, iş vaxtı rejimi, istirahət vaxtı, məzuniyyət, sosial və şəxsi sığortalar, istehsalatda baş verən bədbəxt hadisələrdən icbari sığorta, qadınların, əlillərin və yaşı 18-dən az olan şəxslərin əməyindən qanunvericiliyə uyğun istifadə olunması ilə bağlı qanunvericilik aktlarının düzgün icra olunmasına dövlət nəzarətini həyata keçirilməsini təşkil etmək; o kollektiv müqavilələrin və sazişlərin şərtlərinin yerinə yetirilməsinə və işçilərlə yaranan əmək münasibətlərinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada təmin edilməsinə nəzarəti həyata keçirmək; işəgötürənlərə öz səlahiyyətlərinə aid məsələlər üzrə verilmiş icrası məcburi olan göstərişlərin, əmək qanunvericiliyinin tələblərinin pozulması halları ilə əlaqədar qəbul edilmiş qərarların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini təmin etmək; qanunvericiliyə uyğun olaraq əmək qanunvericiliyini pozmuş hüquqi və fiziki şəxslər barəsində tədbir görülməsi və lazımi hallarda nəzarət sənədlərini hüquq-mühafizə orqanlarına göndərilməsi barədə idarə rəhbərliyinə təklif vermək; sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan müraciət, ərizə və şikayətlərə baxılmasını, bununla bağlı müvafiq tədbirlərin görülməsini və qanunvericiliklə müəyyən edilmiş müddətdə cavablandırılmasını təmin etmək; əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını işəgötürənlərdən tələb etmək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək üçün təkliflər vermək; sektorun iş planının layihəsini hazırlamaq, idarə rəhbəri tərəfindən təsdiq edildikdən sonra vaxtında və keyfiyyətlə icrasını təşkil emək; sektorun fəaliyyəti barədə idarə rəhbərinə mütəmadi olaraq hesabat vermək həvəsləndirmə və ya intizam tədbirlərinin tətbiq edilməsi üçün idarə rəhbərinə təqdimat vermək. İddiaçı işəgötürən A.Səfərova barəsində İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 20.000 manatdan 25.000 manata kimi nəzərdə tutulmuş pul cəriməsi yazılması əvəzinə İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə, həmçinin işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə 1.500 manat pul cəriməsi tətbiq etmişdir. Əmək müqaviləsinin tələblərindən göründüyü kimi əmək müqaviləsi yalnız elektron sistemə daxil edilməklə qüvvəyə minmir, ondan daha öncə müqvilə tərəflərin qarşılıqlı razılığı ilə kağız daşıyıcıda tərtib edilməlidir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi G.Məmmədzadə əmək müqaviləsi bağlaması üçün iradə nümayiş etdirməmiş, onu xaricdə olduğu müddətdə razılığı və ərizəsi olmadan işə götürülmüşdür. X16 Xidmətinin 23.11.2020-ci il tarixli **********1 nömrəli xidməti məruzəsindən göründüyü kimi məhkəmədən təkrar X16 Xidmətinin Bakı şəhər İdarəsinə qaytarılan iş araşdırılmış, G.Məmmədzadənin əmək müqaviləsi olmadan işlədildiyi aşkar edilmiş, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən icraata xitam verilmişdir. Cavabdeh inzibati orqan yuxarıda göstərilənlərə əsaslanaraq, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X7 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X17 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarında olan; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən ki; İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında **********1 nömrəli 12 noyabr 2020-ci il tarixli əmrin təsdiq olunmuş surətindən müəyyən olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda məsləhətçi-əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı 12 noyabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla 26 may 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmiş; əmrin verilməsinə əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatın Daxili nəzarət və audit şöbəsinin 21 oktyabr 2020-ci il tarixli **********3 nömrəli xidməti məruzəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 yanvar 2021-ci il tarixli **********9 №li məktubu ilə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatın Daxili nəzarət və audit şöbəsinin 21 oktyabr 2020-ci il tarixli **********3 nömrəli “Xidməti məruzə”sindən görünür ki, məruzə edən bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X2 əmək hüquqlarının pozulması barədə 24.08.2020-ci il tarixli müraciətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətində araşdırılması zamanı Xidmətin Bakı şəhər İdarəsinin məsləhətçi-əmək müfətişi İddiaçı qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmşdur ki, G.Məmmədzadə 21.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində olmadığı müddətdə (təqdim etdiyi xarici pasportun surətində bu fakt öz əksini tapır) "xxxx" MMC-nin direktoru, anası X15 tərəfindən yazılı əmək müqaviləsi bağlanmadan Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə müqavilə bildirişi daxil edilərək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda G.Məmmədzadə ilə cəmiyyət arasında bağlanan əmək müqaviləsinə 27.07.2020-ci il tarixdə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əməl olunmamış, onun son haqq-hesabı ödənilməmişdir. Bununla bağlı G.Məmmədzadənin nazirliyə təqdim etdiyi 21.09.2020-ci il tarixli izahatında heç bir müqaviləyə imza etmədən A.Səfərova tərəfindən tələb olunan şirkətlə bağlı bəzi maliyyə işlərini gördüyünü bildirmiş, lakin işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyriformal işləyən şəxslərdən ibarət aztıminatlı vətəndaşlar üçün ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə etdiyi müraciətə imtina cavabı aldıqdan sonra adına aktiv əmək müqaviləsi olduğunu müəyyən etmişdir. Bundan başqa G.Məmmədzadə izahatında Nazirliyə müraciətindən bir neçə gün sonra araşdırma ilə bağlı anası A.Səfərovanın ilkin olaraq 5.000, sonra isə 4.000 manat pul verəcəyi ilə bağlı telefon danışığına onun arvadı Məmmədzadə Olesyanın şahid olduğunu bildirmişdir. A.Səfərova təqdim etdiyi 28.09.2020-ci il tarixli izahatında oğlu G.Məmmədzadəni yazılı əmək müqaviləsi bağlanmaqla işə qəbul etdiyini, işlədiyi müddətdə bəzi maliyyə məsələləri ilə bağlı onun əməyindən istifadə etdiyini, lakin bağlanmış əmək müqaviləsi daxil olmaqla şirkətə aid digər sənədlər də G.Məmmədzadə tərəfindən oğurlandığı üçün təqdim edə bilmədiyini qeyd etmişdir. Əmək haqqını isə nağd şəkildə verdiyini bildirmişdir. A.Səfərovanın təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, oğurlanmış sənədlərlə bağlı Bakı şəhəri Səbail rayon polis idarəsinin 41-ci polis bölməsinə müraciət etsə də bölmənin 05.09.2020-ci il tarixli (müraciətdən 12 gün sonra) cavab məktubunda keçirilmiş müvafiq tədbirlərin nəticə vermədiyi qeyd olunmuşdur. İddiaçı 05.10.2020-ci il tarixli izahatında A.Səfərova tərəfindən heç bir sənədin təqdim edilmədiyini, lakin A.Səfərova ilə G.Məmmmədzadə arasında ailə zəminində münaqişə səbəbindən sonuncunun işdən azad edilməsi barədə müraciətin (ərizə) təqdim edilməsinin həqiqətə uyğun olmadığı və son haqq-hesabın rəsmi ödənilmədiyi səbəbindən "xxxx" MMC-nin direktoru A.Səfərova barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən 16.09.2020-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara görə bu Məcəllənin 192.6-cı maddəsinə əsasən 1.500 manat məbləğində cərimə tətbiq edildiyini bildirmişdir. Bundan başqa İddiaçı araşdırmanın nəticəsi ilə bağlı 17.09.2020-ci il tarixdə **********8 nömrəli daxili sənədlə X16 Xidmətinə müraciət etsə də, işə yalnız 15.10.2020-ci il tarixdə baxılmış və müraciətin işə tikilməsi barədə Xidmətin rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, qəbul edilmiş qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi nəzərə alınmayaraq vətəndaşların Nazirliyə və əməkdaşlarına etimadının aşağı düşməsinə, habelə Nazirliyin işguzar nüfuzuna xələl gətirməsinə səbəb olmuş və vətəndaşın haqlı narazılığı ilə nəticələnmişdir. DƏMX-nin Bakı şəhər İdarəsinin əmək müfəttişi İddiaçı tərəfindən "xxxx" MMC-də çalışan X2 əmək müqaviləsinə xitam verilməsində və son haqq hesabının ödənilməsində qanun pozuntusuna yol verildiyindən X15 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. DƏMX-nin Bakı şəhər İdarəsinin rəisinin MN seriyalı ******* №li 25.09.2020-ci il tarixli İnzibati tənbehvermə haqqında qərarı ilə "xxxx" MMC-nin direktoru X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.500 manat məbləğində cərimə olunması qərara alınmışdır. Aparılan araşdırma zamanı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı 05.10.2020-ci il tarixli yazılı izahatında A.Səfərova tərəfindən heç bir sənədin təqdim edilmədiyini, lakin A.Səfərova ilə G.Məmmmədzadə arasında ailə zəminində münaqişə səbəbindən sonuncunun işdən azad edilməsi barədə müraciətin (ərizə) təqdim edilməsinin həqiqətə uyğun olmadığı və son haqq-hesabın rəsmi ödənilmədiyi səbəbindən "xxxx" MMC-nin direktoru A.Səfərova barəsində onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunduğunu və icraat başlandığını, qərar qəbul edilməsi üçün A.Səfərovanın İdarəyə dəvət olduğunu, İdarə rəisi tərəfindən A.Səfərovanın iştirakı ilə işə baxıldığını və sonuncuya 1.500 manat məbləğində cərimə tətbiq edildiyini bildirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2167/2020 saylı 22.10.2020-ci il tarixli qərarından görünür ki, DƏMX-nin Bakı şəhər İdarəsinin MN seriyalı ******* №li 25.09.2020-ci il tarixli İnzibati tənbehvermə haqqında qərarından X15 tərəfindən verilmiş şikayətə baxılarkən, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 DƏMX-yə 21.08.2020-ci il tarixdə ərizə göndərərək, qanunsuz işə götürülməsi ilə bağlı "xxxx" MMC barəsində qanuni tədbirlər görülməsini xahiş etməsinə baxmayaraq, DƏMX-nin Bakı şəhər İdarəsi "xxxx" MMC-nin rəhbəri X15 barəsində araşdırma apararaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə, yəni işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi əsası ilə 1.500 manat məbləğində cərmə edilmişdir. Qeyd olunan qərarda məhkəmə belə nəticəyə gəlmişdir ki, DƏMX-nin Bakı şəhər Ərazi İdarəsinin 16 sentyabr 2020-ci il tarixli MN ******* №li inzibati xəta haqqında protokolu əsasında 25 sentyabr 2020-ci il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmənin qeyd olunan qərarı ilə X8 şikayəti qismən təmin olunaraq DƏMX-nin Bakı şəhər İdarəsinin MN seriyalı ******* №li inzibati xəta haqqında protokolu əsasında qəbul olunmuş MN seriyalı ******* №li 25.09.2020-ci il tarixli qərarın ləğv edilərək, qeyd olunan inzibati xəta haqqında işin baxılması üçün DƏMXnin Bakı şəhər İdarəsinə göndərilməsi qərara alınmışdır. X8 şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 3(103)-35/2021 №li 27.01.2021-ci il tarixli qərarı ilə şikayət təmin olunmayaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2167/2020 saylı 22.10.2020-ci il tarixli qərarı dəşyişdirilmədən saxlanılmışdır. X16 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış **********1 №li 23.11.2020-ci il tarixli “Xidməti məruzə”də göstərilmişdir ki, vətəndaş X2 Xidmətin Bakı şəhər İdarəsinin məsləhətçi-əmək müfəttişi İddiaçı qanunsuz hərəkətləri ilə bağlı Nazirliyin Daxili nəzarət və audit şöbəsinin xidməti məruzəsinə DƏMX-də baxılmışdr. X6 müraciəti ilə əlaqdar aparılan araşdırma zamanı "xxxx" MMC-nin direktoru X13 tərəfindən G.Məmmədzadənin əmək müqaviləsinə xitam verilməsi zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin192.4 və 192.6-cı madələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi aşkar faktı ilə əlaqədar A.Səfərova barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Nazirliyin Daxili nəzarət və auidit şöbəsinin araşdırması zamanı A.Səfərovanın və G.Məmmədzadənin izahatlarından sonuncunun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək müqaviləsi bildirişi” altsisteminə 27.07.2020-ci il tarixdə daxil edildiyini nəzərə alaraq, inzibati xəta faktının mövcud olduğu təsdiq olunsa da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata başlamaq mümkün olmamışdır. İddiaçının hazırki tələbindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin Sosialhüquq məsələləri üzrə nəzarət sektorunda məsləhətçi-əmək müfəttişi vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12.11.2020-ci il tarixli **********1 saylı əmrinin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsini tələb edir. Cavabdeh mübahisələndirilən əmrin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə istinad etmişdir. Həmin normaya görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Beləliklə, əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. Mübahisələndirilən əmrdən də görünüdüyü kimi inzibati orqan tərəfindən iddiaçı tərəfindən yol verilmiş kobud pozuntu kimi, əmrdə “əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə” qeyd olunmuşdir. İddiaçının dövlət qulluqçusu kimi əmək funksiyalarının həyata keçirməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 18.0-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: - 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidirlər. - 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməlidirlər. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 23.3.1.-cü maddəsinə əsasən bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi halında intizam icraatına başlanıla bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin mövcud faktiki hallarına əsasən iddiaçı bir dövlət qulluqçusu kimi qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermiş, vətəndaşın müraciətinə qanunla müəyyən edilmiş müddətdə baxmamış, bundan əlavə şikayətlə bağlı araşdırma apararkən qanunvericiliyin tələblərini düzgün tətbiq etməmiş, bununla da qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, nəticədə “Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsinin tələblərini pozmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan məsələ ilə bağlı araşdırma aparılmış, iddiaçının bununla bağlı yazılı izahatı alınmış, araşdırmanın nəticəsi olaraq hazırlanmış yazılı məruzə əsasında iddiaçı barəsində “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində qeyd edilən intizam tənbeh tədbirlərindən biri –dövlət qulluğundan azad etmə tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməməlidir. İPM-nin 2, 68, 69, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar