Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2917/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “birinci qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona birinci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cəlilabad şəhər sakini, ikinci qrup əlil İddiaçı Ovezovic oğlu xx.xx.1989-cu ildə Türkmənistan Respublikasının Taxta-Bazar rayonunda anadan olmuşdur. Hal-hazırda Cəlilabad şəhərində yaşayır. 2013-cü ildə Cəlilabad şəhərində avtomobil tərəfindən vurulmuşdur. Həmin qəzadan sonra sol ayağı tamamilə hərəkət qabiliyyətini itirmişdir. Dəfələrlə müalicə etsə də, müalicənin bir faydası yoxdur. 2016-cı il tarixindən etibarən ona ömürlük ikinci qrup əlillik təyin edilmişdir. Sonralar səhhətində ağırlaşmalar olduğundan birinci qrup əlillik üçün dəfələrlə şəhər poliklinikasına, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciətinə şifahi şəkildə ona birinci qrup əlilliyin təyin edə bilməyəcəklərini bilmişlər. Müraciətinə məsələni məhkəmədə mübahisələndirmək üçün imtina cavabı olaraq rəsmi sənəd verilmir. Səhhətində baş verən ağırlaşmalar səbəbindən etdiyi müraciətlə bağlı yuxarıda qeyd etdiyi orqanlar tərəfindən şifahi şəkildə verilən imtina cavabını əsassız hesab edir. ''Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarınm 2-ci maddəsinin 2-ci hissəsinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurlarm və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarının 4-cü maddəsində əks olunmuşdur: Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Göstərilənlərə əsasən ona birinci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı əlavə olaraq bildirdi ki, ona təyin edilmiş əlillik dərəcəsi ilə razı deyildir, çünki ona təyin edilmiş əlillik dərəcəsi səhiyyə müəssisəsinin göndərişinə uyğun deyildir, onun əlillik vəziyyəti həmin göndərişə uyğun qiymətləndirilməmişdir, ona birinici qrup əlillik dərəcəsi təyin edilməli olduğu halda, ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 bildirdi ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0340003AAQB3 saylı göndərişi əsasında qiymətləndirilmişdir və ona ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilmişdir. Göndərişdə qeyd edilmiş diaqnoz və ağırlaşmalar iddiaçıya birinci dərəcə əlilliyin təyininə əsas vermir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0340003AAQB3 saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0340003AAQB3 saylı göndərişdə qeyd olunan diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq birinci dərəcə əlilliyin təyininə əsas vermir. Buna görə də birinci dərəcə əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əsasnamənin 2.1.1-ci bəndinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qiymətləndirməyə əsas verən 0340003AAQB3 saylı göndərişdə qeyd edilmiş diaqnozlar kənar şəxsin yardımına ehtiyacın olmasını göstərmir, kənar şəxsin yardımına ehtiyacı olması barədə məlumat qeyd edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə verilmiş 188817 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı ilədək İİİ qrup əlillik müəyyən edilmişdir, xx.xx.2017-ci ildə isə İİ qrup əlillik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Sizin əlillik dərəcənizin gücləndirilməsi barədə müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində baxılmışdır. Məlum olmuşdur ki, sizin əlillik vəziyyətiniz səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Hazırda səhhətinizdə ağırlaşma əmələ gəlmişsə, səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli 446 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyətiniz özünüzün iştirakınız olmadan adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0340003AAQB3 saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0340003AAQB3 saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2004-cü il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Digər posttravmatik qonartrozlar, Sol diz oynağının postravmatik osteoxondriti, irinli artriti, oynağın yad cisminə görə edilmiş artrotomiya cərrahi əməliyyatından (xx.xx.2004) sonrakı vəziyyət”, ağırlaşma kimi isə “Oynaqların kontrakturası, Sol diz oynağının kəskin, funksional yararsız vəziyyətdə açıcı-bükücü kontrakturası (Açma -160o, bükmə -110o). Diz oynağının xroniki qeyri-stabilliyi, Sol diz oynağının qeyri-stabilliyi. Osteofit, Sol bud və qamış sümüyünün medial, qamış sümüyünün arxa kənarında, diz qapağının yuxarı qütbündə osteofitlər. Oynaqda ağrı, Daimi ağrı sindromu. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Sol diz oynağının funksiyasının və yerişin pozulması.” diaqnozları qeyd edilmişdir. Qeyd edilmiş diaqnoz və ağırlaşmalar Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»yə uyğun olaraq birinci dərəcə əlilliyin təyininə əsas vermir. Buna görə də birinci dərəcə əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əsasnamənin 2.1.1. bəndinə görə “Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun.” Qiymətləndirməyə əsas verən 0340003AAQB3 saylı göndərişdə qeyd edilmiş diaqnozlar kənar şəxsin yardımına ehtiyacın olmasını göstərmir, kənar şəxsin yardımına ehtiyacı olması barədə məlumat qeyd edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 T 204/2020 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd olunanlarla ona təyin edilmiş İİ dərəcə əlillik üçün qiymətləndirmə uyğunluq təşkil edir, diaqnoz və ağırlaşmaları tam əhatə edir. 2. Səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar ona İ dərəcə əlilliyin təyini üçün əsas vermir. Belə ki, İ dərəcə əlillik orqanizmin həyat fəaliyyətinin elə kəskin məhdudlaşması zamanı təyin edilir ki, bu zaman həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daim ehtiyacı olsun. Belə hal isə hal-hazırda İddiaçı müşahidə olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin: 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir; 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 ötürülür; 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Lakin iddiaçı ona təyin edilmiş əlillik dərəcəsi ilə razı deyildir, hesab edir ki, ona təyin edilmiş əlillik dərəcəsi səhiyyə müəssisəsinin göndərişinə uyğun deyildir, onun əlillik vəziyyəti həmin göndərişə uyğun qiymətləndirilməmişdir, ona birinici qrup əlillik dərəcəsi təyin edilməli olduğu halda, ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı ona birinci dərəcə əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etmişdir, lakin əlillik vəziyyətinin səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi bildirilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona birinci dərəcə əlilliyin təyin edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edildi ki, iddiaçıya səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd olunanlarla ona təyin edilmiş İİ dərəcə əlillik üçün qiymətləndirmə uyğunluq təşkil edir, diaqnoz və ağırlaşmaları tam əhatə edir, səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar ona İ dərəcə əlilliyin təyini üçün əsas vermir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “birinci qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2917/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2917/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver