Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2917/2021 10.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının vəkili X8, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 13.10.2015-ci il tarixdən, 52 yaşdan 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndibə əsasən pensiya təyin edilməsini və 10.07.2020-ci il tarixdən yəni müraciət etdiyi vaxtdan 3 il müddət əvvələdək olan dövrlərin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 13.010.1963-cü ildə Qazı-Məmməd şəhərində doğulmuşdur. O, 09.06.1980-ci ildən 16.02.2007-ci ilə qədər işləməklə 26 il 08 ay 07 gün əmək stajı olmuşdur. O, 09.06.1980-ci ildən 26.12.1996-cı ilə qədər “Cənubxüsusienerjimühafizə” İdarəsinin Əlibayramlı DRES-nin nəzdində fəaliyyət göstərmiş Əlibayramlı sahəsində futerçi, 06.01.1997-ci ildən 26.12.2005-ci ilə qədər “Əlibayramlı 15 saylı Yoltikinti İdarəsi”-də asfalt məhsulunun tərkibinin analiz etmək üçün laborant və 09.01.2006-cı ildən 16.02.2007-ci ilə qədər 56 №-li Şirvan Təmir-tikinti quraşdırma İdarəsində laborant vəzifəsində işləmişdir. İşlədiyi futerçi vəzifəsi zərərli iş stajı sayıldığından ona 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli idi. Bununla bağlı olaraq cavabdehə müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. İmtinaya səbəb kimi onun tələb olunun 20 il ümumi iş stajının mövcud olmadığı gğstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan onun iddiası təmin edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının mərkəzi filiala təqdim etdiyi 09.06.1980-ci il tarixli İT-İ ******* №-li əmək kitabçasında 06.01.1997-26.12.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdəki məlumatların mərkəzi filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı qeyd olunan dövr ərzində həmin müəssisədə işləməyinə dair hər hansı bir sənəd aşkar olunmamışdır. Bu səbəbdən həmin dövrü qanunvericiliyin tələbləri baxımından əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (8 il 11 ay 20 gün) təşkil edir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraza uyğun uyğun məzmunda izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Qazı-Məmməd şəhərində doğulmuşdur. İşdə olan "xxxx" ASC-nin 17№-li 05.02.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı Əlibayramlı 15 saylı Yoltikinti İdarəsi”-nə 06.01.1997-ci il tarixli 02 saylı Əmrlə Asfalt-beton məhsullarının analizini aparmaq üçün laboratoriya şöbəsinə laborant qəbul edilmişdir. 26.12.2005-ci il tarixli 13/k saylı Əmrlə (ərizəsinə əsasən) işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X4 iddiaçıya ünvanladığı 131 №-li, 14.05.2020-ci il tarixli məktubundan görünür ki, Южспецэнергонун 1980-1993-cü il və Azərbaycan –Rusiya müştərək müəssisəsi olan Южспецэнергозащита müəssisəsinin 1993-1996-cı illərin və 56 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 2006-2007-ci illər sənədləri X9 Filialına təhvil verilməmişdir. İşdə olan Dövlət X4 iddiaçıya ünvanladığı 13 №-li 28.01.2021-ci il tarixli Arxiv arayışından görünür ki, iddiaçı 06.01.1997-ci il tarixli 02/k №-li Əmrlə 06.01.1997-ci ildə əmək haqqı işəmuzd sistemi ilə ödənilməklə asfalt-beton məhsullarının analizini aparmaq üçün laborant vəzifəsinə qəbul edilmiş, 26.12.2005-ci il tarixli, 13/k №-li Əmrlə 26.12.2005ci ildə işdən azad edilmişdir. İşdə olan “Xüsusienerjimühafizə” Azərbaycan-Rusiya müştərək müəssisəsinin 103 №-li, 26.12.1996-cı il tarixli arayışından görünür ki, iddiaçı 09.06.1980-ci ildə 26.12.1996cı ilə qədər istilik izoliasiya filtirlərinin anti korroziya müdafiəsinin və.sairlərin təmiri üzrə 4cü dərəcəli futerçi vəzifəsində işləmişdir və həmin vəzifəgüzəştli şərtlərlə pensiya hüququ verən 2№-li Siyahının 12-ci bölməsinin futerçi vəzifəsinə aiddir. İşdə olan iddiaçıya məxsus İT-İ ******* №-li əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X2 09.06.1980-ci ildə “Yujspetsenerqo” MM-nın X1 futerçi (turşuya davamlı materiallarla işləyən) işinə qəbul edilmiş, 11.11.1981-ci ildən İstehsalat Komissiyasının 11.11.1981-ci il tarixli 10№-li protokoluna görə futerçi işi üzrə 3-cü dərəcə təhkim edilmiş, 04.02.1983-cü il tarixdə İstehsalat Komissiyasının 04.02.1984-cü il tarixli 4№-li protokoluna görə futerçi (turşuya davamlı materiallarla işləyən) işi üzrə 4-cü dərəcə təhkim edilmiş, 04.10.1993-cü ildə köçürülmə yolu ilə azad edilmiş, 04.10.1993-cü ildə “Yujspetsenerqomüdafiə” MM-nın X1 4-cü dərəcəli futerçi (turşuya davamlı materiallarla işləyən) işinə qəbul edilmiş, 26.12.1996-cı ildə öz xahişi ilə işdən azad edilmiş, 06.01.1997-ci ildə Əlibayramlı 15 saylı Yol Tikinti İdarəsinə əmək haqqı işə muzd sistemi ilə ödənilməklə asfalt məhsulunun tərkibini analiz etmək üçün laborant 4-cü dərəcə qəbul edilmiş, 26.12.2005-ci ildə ərizəsinə əsasən işdən azad edilmiş, 09.01.2006-cı ildən 56 №li Təmir Tikinti Quraşdırma İdarəsinə laborant vəzifəsinə təyin edilmiş, 16.02.2007-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 29.10.2020-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Belə ki, iddiaçının ümumi iş stajının 20 ildən az olması öz əksini tapmışdır. Göründüyü kimi iddiaçıya onun ümumi iş stajının 20 ildən az olması əsası ilə güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 52 yaşı 13.10.2015-ci il tarixdə tamam olduğundan, onun pensiya hüququ 13.10.2015-ci il tarixdən yarandığından, məhkəmə qeyd edir ki, hazırkı işə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Lakin həmin Qanunun 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajına malik olması məhkəmə tədqiqatı zamanı mübahisələndirildiyindən, məhkəmə tərəfindən iddiaçının işlədiyi futerçi vəzifəsinin güzəştli iş stajı verən vəzifəyə aid olub-olmaması araşdırılmış, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Xüsusienerjimühafizə” Azərbaycan-Rusiya birgə müəssisəsinin 103 №-li, 26.12.1996-cı il tarixli arayışından görünür ki, iddiaçının işlədiyi futerçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısının “Elektrik stansiyaları, Enerji qatarları, Buxar güc təsərrüfatı adlanan 13-cü bölməsinin futerçilər (turşuya davamlı materiallarla işləyənlər)2140000a- 19496 şifrinə uyğundur Göründüyü kimi iddiaçının 09.06.1980-ci ildən 26.12.1996-cı ilə qədər Cənub Xüsusi Enerji Mühafizə MM-də işlədiyi futerçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısının “Elektrik stansiyaları, Enerji qatarları, Buxar güc təsərrüfatı adlanan 13-cü bölməsinin futerçilər (turşuya davamlı materiallarla işləyənlər)2140000a-19496 şifrinə uyğundur və həmin dövr üzrə güzəştli iş stajı 16 il 06 ay 17 gün təşkil etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçası və arxivdən əldə edilmiş arayışlar əsasında ümumi iş stajının 26 il 08 ay 07 gün olması müəyyən edilmişdir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 13.10.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73, 75.1, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddia qismən təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 13.10.2015-ci il tarixdən, 52 yaşdan 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsini və 10.07.2020-ci il tarixdən yəni müraciət etdiyi vaxtdan 3 il müddət əvvələdək olan dövrlərin ödənilməsi cavabdehə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2917/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2917/2021
10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver