Məhkəmə qərarları › İş №2-1(112)-2917/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2917/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2917/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar məhkəməyə iddia ərizə ilə müraciət edərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə inzibati polis binasına pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 1984-cü ildən ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayırdı. 1989 cü ildə anadan doğulmuş qızı İddiaçı3 anadangəlmə İİ qrup əlil olduğu üçün yaşadığı evin mühiti ağır olduğuna görə həkimlərin məsləhəti ilə həmin evdən çıxıb Yeni Suraxanıda kirayə qalmağa başlamışdır. Sonradan iddiaçının evi verdiyi kirayəkeşlər tərəfindən ona məlumat verilmişdir ki, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən evi hansısa ailəyə verilmiş və iddiaçılar pasport qeydiyyatından çıxarılmışdırlar. Bundan sonra İddiaçı1 Yeni Suraxanıda göstərdiyi ünvanda məcburiyyət qarşısında özünə torpaq alaraq 2002-ci ildə orda ev tikmişdir. Evin sənədi olmadığı üçün iddiaçılar bu ünvana qeydiyyata düşə bilməmişdir. xx.xx.2010-cu il tarixdə İddiaçı1 7 nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin İnzibati Polis Binasına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçılara məlum olmuşdur ki, kim hansı rayonda yaşayırsa həmin rayonun X2 pasport qeydiyyatına düşməlidir. Odur ki, İddiaçı1 xx.xx.2022- ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat Şöbəsinə müraciət etmişdir. İddiaçı lazımi sənədləri toplayıb qeydiyyat şöbəsinə təqdim etmişdir. Bundan sonra xx.xx.2022- ci il tarixdə iddiaçıya zəng edib bildirmişdirlər ki, qeydiyyata düşməkləri barədə rəy gəlib. İddiaçı1 həmin rəyi götürüb, Sabunçu rayon ərazisində yerləşən ASAN xidmətə yaxınlaşmışdır. İddiaçılara 10 gün müddətində yeni çıxan şəsxiyyət vəsiqəsini təqdim etmişdirlər. 2022-ci ilin 30 dekabr ayında yenidən iddiaçılara məlum olmuşdur ki, Daxili İşlər Nazirliyinin göstərişi əsasında bütün ailə üzvləri özü ilə birlikdə pasport qeydiyyatından çıxarılmışdır. İddiaçıların yaşadığı evin sənədi olmadığı üçün öz evinə qeydiyyata düşə bilmir. Odur ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə inzibati polis binasına pasport qeydiyyatına alınmaqları barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən İddiaçı1 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçıların yaşayış yeri müəyyən olunduğundan lakin yaşadığı evin hüquqi sənədi olmadığından aydiyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti"-nə müraciət etməkləri tövsiyyə olunmuşdur. İddiaçıların Suraxanı RPİ-nin İnzibati binasına (Balandin 42) pasport qeydiyatına alınması məqsədə müvafiq hesab edilməmişdir.

4. Cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı1 cavabdeh Suraxanı rayon polis İdarəsinə qarşı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə qeydiyyata alıması məsələsi üzrə tələbinə dair işdə xx.xx.2024-cü il tarixdə Suraxanı RPİ-nin QMB-nin inspektoru polis kapitanı Toğrul Məmmədov iştrak edəcəkdir.

5. CMS-AZEMİS məlumat-axtrarış sistemindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6 və Talıbova X1 rayon Polis İdarəsinin binasında - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 ünvanında (inzibati bina) qeydiyyatdadır.

6. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

7. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6 və İddiaçı7 qeyd olunan ünvanda (ünvan 5undan iddiaçıların tələbi həmin hissədə təmin olunmuşdur və işin mahiyyəti üzrə mübahisə mövcud deyildir. Odur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6 və İddiaçı7 münasibətdə iş üzrə icraata xitam verilməlidir.

8. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6 və İddiaçı7 münasibətdə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar