Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2918/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X13 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsillidir, işləmir), iddiaçının nümayəndəsi və vəkili X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası- hüquqşünas, “Femida” vəkil bürosunda vəkil işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “iddiaçının mənzil növbəsinə qeydiyyata alınması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “iddiaçının mənzil növbəsinə qeydiyyata alınması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İİ Qarabağ müharibəsində könüllü olaraq hərbi xidmətə çağırılmış və 30.09.2020 - 13.12.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi xidmət keçdiyi dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadətlə iştirak etmiş və 20.10.2020-ci il tarixdə xəsarət almışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən aldığı xəsarətin diaqnozu X34 travması, barotravma (kontuziya) olaraq müəyyən olunmuşdur. Xəsarətlə əlaqədar olaraq müalicə almaq üçün Salyan RMXnın Terapiya söbəsinə göndərilmiş və 20.10.2020-ci il tarixdən 17.11.2020-ci il tarixədək “X34 Travması” diaqnozu ilə müalicə almışdır. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən aparılmış müayinədə İİİ dərəcə əlilliyi müəyyən olunmuşdur. Qeyd edir ki, özü, yoldaşı, uşağı, valideynləri və digər ailə üzvləri ilə birlikdə 10 ildir ki, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yaşayır və atası X23 vergi ödəyicisi kimi Hövsan bələdiyyəsində qeydiyyatdadır. O hələ müharibəyə getməmişdən əvvəl yoldaşı və uşağı ilə birlikdə kirayədə qalmış, müharibəyə yollandıqdan sonra ünvan 1 ünvanında yerləşən 70 kv.m. sahəsi olan evdə ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Lakin heç bir ünvanda qeydiyyatda olmadığı üçün və Suraxanı rayonunda rəsmi olaraq qeydiyyata düşə bilmədiyi üçün bir sıra sənədləşmə işlərində çətinliklər yaranmış və bu məqsədlə ünvan 3 ünvanına ailə üzvləri ilə birlikdə qeydiyyata düşmüşdür. Mənzil şəratinin yaxşılaşdırılması və evlə təmin olunması məqsədilə Nərimonav Rayon İcra Hakimiyyətiə ərizə ilə müraciət edərək mənzil növbəsinə götürülməyim barədə lazım olan bütün sənədləri cavabdehə təqdim etmişdir. Lakin Bakı şəhəri Cavabdeh 9-14-068 nömrəli, 19.09.2021-ci il tarixli imtina məktubu ilə iddiaçını mənzil növbəsinə götürməkdən imtina etmiş, imtinanın əsası kimi azı 5 il ərzində Bakı şəhərində yaşamadığı və pasport qeydiyyatında olmadığı üçün mənzil növbəsinə götürülməyinin mümkün olmaması qeyd olunmuşdur. İddiaçı bildirir ki, o, faktiki olaraq ailə üzvləri ilə birlikdə 10 ildən çoxdur ki, ünvan 4 ünvanında yaşayaraq bələdiyyə vergilərini və digər ödənişləri həyata keçirir. Cavabdeh orqan yaşayış müddətinin pasport qeydiyyatına alındıqdan sonra hesablanmasını müəyyən olunduğunu imtina məktubunda qeyd etsə də, bu faktı təsdiq edən Azərbaycan Respublikasının hər hansı Qanunvericilik aktına əsaslanmamışdır. Halbuki, cavabdeh orqana faktiki olaraq 10 ildən uzun müddətdə Bakı şəhərində yaşadığını təsdiq edən Bələdiyyə və İcra Hakimiyyətinin Azəbaycan Respublikasının Qanunvericiliyinə müvafiq surətdə təsdiq olunaraq təqdim edilmiş arayışları təqdim olunmuşdur. Cavabdeh orqan isə bütün bu sənədlərin təqdim olunmasına baxmayaraq qanunsuz və əsassız olaraq iddiaçını mənzil növbəsinə götürməkdən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə mənzil verilməsi və həmin şəxslərə yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülməsi qərara alınmışdır. Beləliklə, iddiaçı 2020-ci il İİ Qarabağ müharibəsi iştirakçısı və qazi olmuş biri olaraq mənzil şəraitinin yaxşılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinin qeyd olunan Sərəncamına əsasən Cavabdehə müraciət etmiş, lakin imtina edilmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamına əsasən iddiаyа dаir cavabdehin yazılı münasibətində (еtirаzda) bildirilmişdir ki, iş üzrə iddiaçı 16 avqust 2021-ci il tarixdə Bakı şəhəri, ünvan 5 ünvanında daimi qeydiyyata düşdükdən sonra, yeni yaşayış yeri üzrə ünvan 6əsinə götürülməsi barədə ərizə ilə müraciət etmiş və mahiyyəti üzrə ona 16.09.2021-ci il tarixli məktubla imtina edilmişdir. İmtina üçün onun ünvan 9inin yaxşılaşdırılmasına ehtiyacı olan qismində hesab edilməsi əsaslarının AR Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə və ünvan 9inin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının 8-ci maddəsinin 1 və 2-ci hissələrinə zidd olması olmuşdur və bu məsələ ilə əlaqədar sonuncu qeydiyyatı üzrə müvafiq Rayon İcra Hakimiyyətinə müvafiq qaydada müraciət etməsi ona tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. İddiaçı cavabdehin etirazına münasibəti təqdim edərək bildirmişdir ki, cavabdeh etirazda iki normativ hüquqi akt barəsində koliziyanın yaranmasına qeyd edilməsinə baxmayaraq bu ziddiyət hansı hissədə yaranmasını qeyd etmir. Hər bir halda əgər ziddiyət təşkil edirsə belə AR Mənzil Məcəlləsinin 51.3-cü maddəsi yəni qanun tətbiq edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya qanunun 2.6 maddəsinə əsasən “Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.” AR Mənzil Məcəlləsi AR Konstitusiyasına və qanunvericiliyə uyğun olaraq AR Milli Məclis tərəfindən qəbul edilmiş qanundu. Qaydalara uyğun olaraq müraciət edən vətəndaş azı 5 il ərzində Bakı şəhərində yaşamış olmalıdır, lakin daimi pasport qeydiyyatında olması qaydalarda qeyd edilmir. Qeyd edilsə belə Mənzil Məcəlləsinin 51.3cü maddəsini tətbiq edərək, vətəndaş başqa yerdə yaşayaraq, qeydiyyatda olan yer üzrə müraciət edə bilər. AR Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 21.02.2022-ci il tarixli, 545 saylı arayışına əsasən iddiaçı ailə üzvləri ilə birlikdə 10 ildir qeydiyyatsız olaraq Bakı şəhəri Suraxanı rayonu O.Şabanov küçəsində yerləşən fərdi evdə yaşayırlar. Qeyd olunan arayış bir daha təsdiq edir ki, iddiaçı artıq 10 ildir ki, Bakı ərazisində yaşayır və 16 avqust 2021-ci il tarixində Nərimanov rayon ərazində daimi qeydiyyata düşdüyünə görə AR Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşadığı yer üzrə yox, qeydiyyata düşdüyü yer üzrə İcra Hakimiyyətinə mənzil növbəsinə qeydiyyata alınması hüququ vardır. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır; iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və onun vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: AA******* şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən iddiaçı xx.xx.1995-ci il təvəllüddlü Azərbaycan Respublikasının vətəndaşıdır. AZ-İİ 322101 nömrəli Nikah haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Gözəlov İddiaçı Gülər Mahir qızı ilə 05.02.2019-cu ildə nikaha daxil olmuşdur. AZ-İV 329012 nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X10 06.06.2019-cu ildə doğulmuşdur və atası İddiaçı, anası X11r. 556 nömrəli 17.02.2021-ci il tarixli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi tərəfindən verilən vətəndaşın hərbi xidmət keçməsinə dair arayışın surətinə əsasən İddiaçı 30.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək 30.09.2020-ci il tarixdən 13.12.2020-ci il tarixədək xidmət etmişdir. 1711 nömrəli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən, Hərbi Həkim Komissiyasının qərarı ilə iddiaçıya mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindromu, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı diaqnozu qoyulmuşdur. Qeyd edilmişdir ki, RPX-də müayinə olunmuş, Kranial KT (02.03.2021)-müayinədə intrakranial ocaqlı və həcmli patoloji dəyişikliklər aşkar edilmir, EEQ (02.03.2021)-müayinə zamanı baş beyində spesifik epileptik işarələr qeyd edilmir, habelə müşayiətçiyə zərurət yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 05.04.2021-ci il tarixli göndərişin surətinə əsasən, keçirilmiş kəllə-beyin travması nəticəsində yaddaşın enməsi, davranış pozuntuları və hiperkinezlər diaqnozu ilə iddiaçı stasionar müalicə üçün Müdafiə (Səhiyyə) Nazirliyinin psixiatriya bölməsinə göndərilmişdir. “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 11.12.2020-ci il tarixli, 2532 nömrəli arayışına əsasən, iddiaçı həqiqətən 20.10.202-ci il tarixdən 17.11.2020-ci il tarixə kimi Salyan RMX-nin Terapiya şöbəsində “qapalı kəllə-beyin travması” diaqnozu ilə müalicə olmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müainəyə dair məlumatlara əsasən, iddiaçı İİİ dərəcə əlildir, əlillik müddəti 01.07.2026-cı ilədəkdir, 01.07.2021-ci il tarixdə əlilliyi qiymətləndirilib, əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır, mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindromu, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı, yaddaşın enməsi, davranış pozuntuları və hiperkinezlər diaqnozu qoyulmuşdur. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi üzrə Nümayəndəliyinin 01.10.2021-ci il tarixli, 3357 nömrəli arayışına əsasən, X24 ailəsi ilə birlikdə 10 ildir ki, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində qeydiyyatsız yaşayırlar. Ailə tərkibi həyat yoldaşı X4, oğlu İddiaçı (xx.xx.1995-ci il təvəllüdlü), gəlni X17 (14.12.2000-ci il təvəllüdlü), nəvəsi X10 (06.06.2019-cu il təvəllüdlü), oğlu X19 (29.11.1999-cu il təvəllüdlü), qızı X6 (13.08.1996-cı il təvəllüdlü), kürəkəni X12 (06.01.1984-cü il təvəllüdlü) ibarətdir. Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsinin 29.09.2021-ci il tarixli 1214 nömrəli arayışına əsasən, X24 həqiqətən Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında 150 kv.m torpaq və 70 kv.m əmlakın vergi ödəyicisi kimi Hövsan Bələdiyyəsində 10 ildir qeydiyyatdadır, vergilərdən borcu yoxdur. Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsinin 09.08.2021-ci il tarixli 654 nömrəli arayışın surətinə əsasən, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yaşayan İddiaçı və ailə üzvlərinə həqiqətən Hövsan Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 23.08.2021-ci il tarixli arayışın surətinə əsasən, Bakı şəhəri, ünvan 3 ünvanında X4 (20.07.1968-ci il təvəllüdlü), X24 (10.11.1967-ci il təvəllüdlü), İddiaçı (xx.xx.1995-ci il təvəllüdlü), X17 (14.12.2000-ci il təvəllüdlü), X10 (06.06.2019-cu il təvəllüdlü), X19 (29.11.1999-cu il təvəllüdlü), X14 (02.09.1963-cü il təvəllüdlü), X20 (04.08.1991-ci il təvəllüdlü), X7 (08.02.1996-cı il təvəllüdlü), X15 (02.04.2000-ci il təvəllüdlü) qeydiyyatdadırlar. "xxxx" MMC-nin 23 avqust 2021-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 1956-1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, ümumi sahəsi 75,7 kv.m olan 2 otaqlı, mənzil 320 ünvanında X4 (20.07.1968-ci il təvəllüdlü), X24 (10.11.1967-ci il təvəllüdlü), İddiaçı (xx.xx.1995-ci il təvəllüdlü), X17 (14.12.2000-ci il təvəllüdlü), X10 (06.06.2019-cu il təvəllüdlü), X19 (29.11.1999-cu il təvəllüdlü), X14 (02.09.1963-cü il təvəllüdlü), X20 (04.08.1991-ci il təvəllüdlü), X7 (08.02.1996-cı il təvəllüdlü), X15 (02.04.2000-ci il təvəllüdlü), X16 (02.09.1993-cü il təvəllüdlü) qeydiyyatdadır və yaşayırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 027/U nömrəli xəstənin ambulator, stasionar tibbi kartasından epikrizinə əsasən, iddiaçının stasionar üzrə daxil olma tarixi 20.10.2021-ci il, çıxma tarixi 17.11.2020-ci ildir, həmçinin qapalı kəllə-beyin travması diaqnozu qoyulmuşdur. İddiaçının anası X1 Cavabdehə ünvanladığı 23.08.2021-ci il tarixli ərizənin surətinə əsasən, oğlunun Qarabağ müharibəsi iştirakçısı olduğunu, qapalı kəllə-beyin travması aldığını bildirərək və ailə üzvlərini sadalayaraq oğlununun, yəni iddiaçının ev ilə təmin edilməsini xahiş etmişdir. Cavabdehin X2 ünvanladığı 19.09.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 9inin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının İİ fəslinin 8-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi, 7 il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırımasına ehtiyacı olanların uçotuna götürülürlər. Bakı şəhərində qeydiyyatın məhdudluğu ilə əlaqədar, İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması qismində mənzil növbəsinə götürülməsi barədə müraciətin müsbət həlli mümkün deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdehə ünvanladığı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamını nəzərə alaraq 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsi və növbəyə alınması Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün mövcud qanunvericiliyə uyğun olaraq həmin şəxslərin mənzil növbəliliyinə qəbul edilməsinə Rayon icra Hakimiyyətinin səlahiyyətləri daxilində baxılması və ilkin adlı siyahını cari ilin yanvar ayının sonunadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunması cavabdeh orqandan xahiş edilir. "xxxx" MMC-nin 11 may 2022-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, ünvan 3 ünvanında İddiaçı (xx.xx.1995-ci il təvəllüdlü), X17 (14.12.2000-ci il təvəllüdlü), X10 (06.06.2019-cu il təvəllüdlü), qeydiyyatdadırlar, lakin orada yaşamırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən 04.05.2022-ci il tarixli Arayışına əsasən, X8 adına daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən 29.04.2022-ci il tarixli Arayışına əsasən, X3 adına daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən 04.05.2022-ci il tarixli Arayışına əsasən, İddiaçı adına Ağsu rayonu, Hacıuşağı kəndində 4.82 ha kənd təsərrüfatı təyinatı torpaqların 1/7 hissəsindən ibarət daşınmaz əmlak aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi üzrə Nümayəndəliyinin 21.02.2022-ci il tarixli, 545 nömrəli arayışına əsasən, İddiaçı (xx.xx.1995-ci il təvəllüdlü) ailəsi ilə birlikdə 10 ildir ki, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində qeydiyyatsız yaşayırlar. Ailə tərkibi X4, X24 (10.11.1967-ci il təvəllüdlü), X17 (14.12.2000-ci il təvəllüdlü), X10 (06.06.2019-cu il təvəllüdlü), X19 (29.11.1999-cu il təvəllüdlü), X6 (13.08.1996-cı il təvəllüdlü), X12 (06.01.1984-cü il təvəllüdlü) ibarətdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi üzrə Nümayəndəliyinin 14.03.2022-ci il tarixli, 750 nömrəli arayışına əsasən, İddiaçı (xx.xx.1995-ci il təvəllüdlü) ailəsi ilə birlikdə 10 ildir ki, Hövsan qəsəbəsi, Dənizkənarı evdə qeydiyyatsız yaşayırlar. Ailə tərkibi X4, X24 (10.11.1967-ci il təvəllüdlü), X17 (14.12.2000ci il təvəllüdlü), X10 (06.06.2019-cu il təvəllüdlü), X9 (29.11.1999-cu il təvəllüdlü) ibarətdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi naminə gedən hərbi əməliyyatlar zamanı yaralanması nəticəsində əlil olmuşdur, iddiaçı 3-cü qrup vətən müharibəsi qazisi kimi dövlət hesabına mənzillə təmin olunmaq üçün yaşadıqları rayon üzrə İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmək üçün müraciət etmiş, cavabdeh orqan isə iddiaçının müraciətinə imtina cavabı vermişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilməsi nəzərdə tutulmuşdur. (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsi) Mənzil Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. (Mənzil Məcəllənin 51.1-ci maddə) Mənzil Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə;həmin məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi, iddiaçı müharibə əlili olduğundan, ailənin yaşayış sahəsi olmadığı üçün, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ mövcuddur. Cavabdeh iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtina üçün Mənzil Məcəlləsinin 53.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı bir əsası göstərməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilən əsaslarla yaşayış sahəsinə ehtiyacı olan vətəndaşın mənzil növbəsinə götürülməsindən imtina edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdlr. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı mənzil növbəsinə qeydiyyata alınması üçün lazım olan sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı mənzil növbəsinə qeydiyyata alınması üçün lazım olan sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2918/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2918/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver