Məhkəmə qərarları › İş №2-1(112)-292/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-292/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-292/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı «X10» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRAR 2-1(112)-292/2022 GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 Firudin oğlunun Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı «X10» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı «X10» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərarın ləğv edilməsini və həmin qərar əsasında hesablanmış 2760203,61 manat əlavə vergi məbləği və 1380181,81 manat maliyyə sanksiyasının silinməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********190923 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticələri xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlması aktı ilə rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərarına əsasən iddiaçıya 2760203,61 manat ( o cümlədən 1694, 47 manat mənfəət vergisi və 2758509,14 manat əlavə dəyər vergisi) əlavə vergi məbləği və həmin məbləğin 50 faizi miqdarında yəni-1380181,81 manat maliyyə sanksiyası hesablanmışdır. Hesab edirlər ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərarı qanunsuz və əsassızdır. Belə ki, yoxlamanın keçirilməsi zamanı Vergi Məcəlləsinin və Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının tələbləri pozulmuşdur. İlk növbədə bildirirlər ki, yoxlamanın keçirilməsi müddətinə düzgün əməl olunmamışdır. Belə ki, yoxlama aktından məlum olur ki, yoxlama xx.xx.2019-cu il tarixdə başlamış və xx.xx.2020ci il tarixdə başa çatmışdır. Eyni zamanda, xx.xx.2019-cu il tarixli qərarla yoxlamanın aparılması müddəti 30 gün uzadılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Göründüyü kimi, xx.xx.2019-cu il tarixdə başlamış yoxlama xx.xx.2019-cu il tarixdə yekunlaşdırılmalı və ya yoxlama müddətinin uzadılması ilə bağlı qərar qəbul olunmalı idi. Halbuki müddət uzadılması ilə bağlı qərar xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Eyni zamanda yoxlamanın keçirilməsi müddətinin hansı müstəsna halla əlaqədar uzadılması da məlum deyildir. Eyni zamanda, yoxlama aktından məlum olur ki, xx.xx.2020-ci il tarixli qərarla yoxlamanın keçirilməsi 32 gün müddətinə müvəqqəti dayandırılmışdır. Beləliklə növbəti dayandırılma qərarı xx.xx.2020-ci il tarixdə qəbul edilməli idi ki, həmin qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Yoxlama aktından məlum olur ki, vergi ödəyicisinə yoxlama ilə əlaqədar xx.xx.2019-cu il tarixli **********191049 nömrəli tələbnamə verilmiş və yoxlama xx.xx.2019-cu il tarixdə başlanmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 18.1-ci maddəsinə əsasən Yoxlayıcı növbəti səyyar vergi yoxlaması başlanmazdan azı 15 gün əvvəl, vergi ödəyicisinə və ya sığortaedənə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında Tələbnamə” göndərməlidir. Göründüyü kimi qaydaların tələbləri pozularaq tələbnamə yoxlama başlamazdan 12 gün əvvəl tələbnamə göndərilmişdir. Yoxlama zamanı xx.xx.2019-cu il tarixli **********194528 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəycisinin ərazisinin, binalarının habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında, xx.xx.2019-cu il tarixli **********194370 nömrəli Ekspertizanın təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********194369 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarlar qəbul edilmiş baxışın nəticəsinə dair xx.xx.2019-cu il tarixli protokol tərtib edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 10.5-cu maddəsinə əsasən Səyyar vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı qəbul edilən qərarlar, tərtib edilən aktlar və protokollar tərtib edildiyi tarixdən sonra 5 (beş) gündən gec olmayaraq həmin Qaydaların 10.3-cü bəndində göstərilən qaydada vergi ödəyicisinə və ya sığortaedənə təqdim edilməlidir. Göstərilənlərin əksinə, səyyar vergi yoxlaması gedişində qəbul edilmiş qərarlar və tərtib edilmiş protokollar barədə vergi ödəyicisinə hər hansı məlumat verilməmiş, vergi ödəyicisinin qəbul edilmiş qərarlar və tərtib edilmiş protokolla tanış olma və münasibət bildirmək hüququ pozulmuşdur. Eyni zamanda, yoxlama aktından məlum olur ki, vergi orqanının hesablamalarının əsasını xx.xx.2020-ci il tarixli ekspert rəyi təşkil etmiş, həmin rəylə ekspert tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi 476-cı məhəllədə yerləşən yeni tikili binalarda suvaqlı podmayak yaşayış sahəsinin 1 kv metrinin satışının orta bazar qiyməti 1800 manat müəyyən edilmişdir. Bildirirəm ki, vergi orqanı bilərəkdən ekspertizanın keçirilməsi haqqında qərarı mənə təqdim etməmiş və nəticədə ekspertin həqiqətə uyğun olmayan və qərəzli rəy verməsinə səbəb olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 44.6-cı maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Həmin Məcəllənin 44.7-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək, ekspertin rəyi ilə tanış olmaq hüquqları vardır. Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 22.5-ci maddəsinə əsasən “Ekspertizanın təyin edilməsi haqqında Qərar” çıxarmış vergi orqanı səyyar vergi yoxlaması keçirilən vergi ödəyicisini qərarla tanış etməyə və həmin şəxsin Vergi Məcəlləsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 22.8-ci maddəsinə əsasən ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə məlumat yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır. Göstərilənlərin əksinə ekspertə etiraz etmək, eskpertin yoxlanan şəxs tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək hüquqları pozulmuş, espert rəyi vergi ödəyicisinə təqdim edilməmişdir. Yoxlama ilə müəssisə tərəfindən guya 2019-cu il üzrə 2758509,14 (iki milyon yeddi yüz əlli səkkiz min beş yüz doqquz manat ) manat Əlavə dəyər vergisi məbləğinin azaldılmasına münasibətdə bildirirəm ki, vergi orqanı tərəfindən mənzillərin satılması vaxtı düzgün müəyyən edilməmiş, bu da öz növbəsində vergilərin hesablanmasına mənfi təsirini göstərmişdir. Akta əsasən vergi orqanı tərəfindən 10336,2 kv m yaşayış sahəsinin 2017- 2019-cu illər ərzində satıldığı qənaətinə gəlinmişdir. Amma yoxlama materiallarında həmin qənaəti təsdiq edən sübutlara rast gəlinməmişdir. Yoxalama aktında sahəsi 365,2 kv metr olan iki ədəd 3 otaqlı mənzilin Bakı ş İcra Hakimiyyətinin mənzil fonduna ayrıldığı qeyd olunsa da, əslində sahəsi 547,8 kv metr (3x182.6 kv metr) olan 3 ədəd 3 otaqlı mənzil Bakı ş İH-nin mənzil fonduna ayrılmış və həmin mənzil sonuncunun 67 saylı xx.xx.2006-cı il tarixli və 63 saylı xx.xx.2006-cı il tarixli Sərəncamları ilə müvafiq olaraq X4, X1 və X3 verilmişdir. Vergi Məcəlləsinin 164.1.47-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr ƏDV-dən azaddır. Həqiqətdə satışa təqdim edilmiş və vergitutma obyekti olan yaşayış sahəsinin 10927,4 kv metr olduğu müəyyən edilir. Belə ki, 13075,2 kv metr mənzil sahəsindən 1600,0 kv metr əvvəlki yoxlama ilə əhatə olunduğundan və 547,8 kv metr mənzil sahəsi Bakı ş İH-nin mənzil fonduna ayrıldığından həmin sahələr ümumi sahədən çıxılmalıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən heç bir əsaslı sübut olmadan mənzil sahələrinin 2017-2019-cu illər ərzində satıldığına istinad edilmişdir. Reallıqda həmin yaşayış sahələri 2005-2018-cu illər ərzində satılmışdır. Buna dair alqı-satqı müqavilələri əvvəlki yoxlamalarda yoxlayıcılara təqdim olunsa da, həmin alqı-satqı müqavilələri nəzərə alınmmamış və yaşayış sahələrinin satılmadığı qeyd olunmuş, beləcə də vergi orqanı tərəfindən hazırkı yoxlama üzrə daha böyük məbləğdə vergilərin hesablanmasına müvəffəq olunmuşdur. Həmçinin, yoxlama gedişində 1347,0 kv m yaşayış sahəsinin satışına dair müqavilələr yoxlayıcılara təqdim edilməsinə baxmayaraq həmin müqavilələrdə təsbit edilmiş qiymətlər heç bir əsas olmadan qəbul edilməmiş həmin yaşayış sahələri üzrə müqavilədə göstərilən qiymətlərdən artıq qiymətlər (ekspert rəyinə əsasən) tətbiq edilməklə vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Səyyar vergi yoxlaması aktında əks halın sübuta yetirilməsi, va ya hansı səbəbdən müqavilə üzrə satış qiymətlərinin nəzərə alınmaması göstərilməmişdir. Qeyd olunanlara uyğun olaraq bildirirəm ki, mənzil sahələrinin alqı-satqısına dair müqavilələrinin və həmin müqavilə üzrə müəyyən edilən satış qiymətlərinin olmasına baxmayaraq, yaşayış sahəsinin 1 kv metmin satışı üzrə bazar qiymətinin qiymətinin ekspert tərəfindən müəyyən edilməsi (1800 manat) və həmin qiymətlər əsas götürülməklə vergilərin hesablanması yolverilməzdir. Əslində vergi orqanı tərəfindən alqı-satqı müqavilələrində təsbit edilmiş satış qiymətləri əsas götürülərək vergilər hesablanmalı idi. Lakin, vergi orqanı ekspert rəyi ilə müəyyən edilmiş bazar qiymətini əsas götürmüş və Vergi Məcəlləsinin 159.1-ci və 67.15-ci maddələrinə əsasən mövcud hesablamanı aparmışdır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bununla əlaqədar bildiririk ki, yoxlama aktında vergi uçot məlumatlarında göstərilən malların faktiki olaraq sahibliyimizdə olmadığının aşkar edilməsi haqqında heç bir məlumat və ya bununla bağlı invertizasiyanın aparılması haqqında hər-hansı akt mövcud deyildir. Aktın 4-cü səhifəsində səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin binasına (ərazisinə) baxışın keçirilməsi haqqında qeyd aparılsa da baxışın nəticələrinə əsasən tərtib edilmiş xx.xx.2019-cu il tarixli protokolda binada tikinti quraşdırma və xarici tamamlanma işlərinin başa çatdığı, 1-ci mərtəbədən 4-cü mərtəbəyədək, qaraj və mansardda işlərin tamamlanmadığı, mənzillərdə elektrik və su sayğaclarının quraşdırılmadığı, qaz sayğaclarının bir hissəsinin cəmiyyətin, bir hissəsinin sakinlərin adına rəsmiləşdirildiyi qeyd edilmişdir. Göstərilən hallara əsasən yoxlama ilə əhatə edilən dövrdə mənzillərin satışının həyata keçirildiyi qənaətinə gəlmək və ehtimallar əsasında vergiləri hesablamaq yolverilməzdir. Göstərilənlərdən də məlum olur ki, vergi orqanı yoxlamaya səthi yanaşmış, vergi ödəyicisinə hesablanmalı real vergilərin müəyyən edilməsi əvəzinə, ehtimallar və həqiqətə uyğun olmayan ekspert rəyi ilə əsassız vergilər hesablamışdır. Belə ki, vergi qanunvericiliyinin tələblərinə əsasən səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanı vergi ödəyicisindən müvafiq dövrün yoxlanması üçün zəruri sənədləri tələb etməli, vergi ödəyicisi tərəfindən qeyd olunan sənədlər təqdim edilmədikdə, həmin sənədləri vergi orqanının müvafiq qərarı əsasında, bu da mümkün olmadıqa isə Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tələb etməli idi. Lakin vergi orqanı özü üçün daha rahat olan yolu seçmiş, əlavə vaxt və əmək sərf etməmək üçün mühasibat sənədlərinin vergi ödəyicisindən götürülməsində maraqlı olmamış, hətta təqdim edilmiş mühasibat sənədlərini (alqı-satqı müqavilələri) qəbul etməmiş, ekspert rəyi ilə müəyyən olunmuş satış qiymətini satışı ehtimal edilən sahəyə tətbiq etməklə həqiqətə uyğun olmayan vergilər hesablamışdır. Həmçinin, yoxlama dövründə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi 476-cı məhəllədə yerləşən yeni tikili binalarda suvaqlı podmayak yaşayış sahəsinin 1 kv metrinin satışının orta bazar qiyməti 1800 manat təşkil etmişdir ki, qeyd olunan dəyər reallıqdan çox çox uzaqdır. Yaşayış sahələrinin yerləşdiyi binanın tam hazır olmadığını və binanın istismara təhvil verilmədiyini (qaz, işıq, su və elektrik enerjisi ilə təmin edilməmişdir) nəzərə alsaq ekspertin müəyyən etdiyi dəyərin həqiqətə uyğun olmadığını müəyyən etmək çətin deyildir. Eyni zamanda bildirirlər ki, vergi orqanı tərəfindən əlavə dəyər vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 159.9-cu maddəsi tətbiq edilməli idi. Belə ki, Vergi Məcəlləsinin 1 yanvar 2016-cı il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 159.9-cu maddəsinə əsasən Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Vergi Məcəlləsinin 159.1 və 159.9-cu maddələrinin qarşılıqlı təhlili onu göstərir ki, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün əlavə dəyər vergisinin hesablanmasına münasibətdə 159.9-cu maddə xüsusi, 159.1-ci maddə isə ümumi normadır. Lakin vergi orqanı xüsusi normanı tətbiq etmədən birbaşa ümumi normanı tətbiq edərək vergiləri hesablamışdır. Beləliklə işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, yoxlama predmeti olan yaşayış sahələrinin təqdim edilməsi vaxtı və sahənin satış dəyəri vergi orqanı tərəfindən düzgün müəyyən edilməmişdir və bu səbəbən vergi orqanının hesablamaları əsaslı hesab edilə bilməz. Eyni zamanda daha əvvəlki dövrlərdə malların təqdim edilməsinə, lakin vergilərin hesablanmaması ilə əlaqədar bildirirəm ki, vergilərin düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə ödənilməsinə məsuliyyıtli olan orqan vergi orqanıdır. Vergi Məcəlləsinin 24.0.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Beləliklə 2017-ci ilədək satılmış mənzillərə görə vergi orqanının vergilər və maliyyə sanksiyası hesablamaq hüququ olmamışdır. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.2-ci maddəsinə vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2019 tarixli **********190923 saylı qərarına əsasən "X10“ MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2020-ci İİ tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı aşğıdakılar müəyyən edilmişdir. Bakı şəhəri icra Hakimiyyəd Başçısının xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamına əsasən “X10“ MMC-yə ünvan 1 ünvanda 1 girişli 21 mərtəbəli 4 mərtəbəsi qeyri yaşayış sahəsi olan 64 mənzillik bina inşa edilmişdir. Binanın ümumi sahəsi 22069,80 kv.metr (yaşayış sahəsi 13075,20 kv.metr, qeyri-yaşayış sahəsi 3913,84 kv.metr, zirzəmi sahəsi 3032,00 kv.metr, (o cümlədən qaraja yararlı sahə 1224.00 kv.metr). mansard sahəsi 981,12 kv.metr, pilləkən, dəhliz, lift, divar altı sahə 1067,64 kv.metr), satışa yararlı sahə 19194,16 kv.metr (yaşayış sahəsi 13075.20 k/.metr. qeyri-yaşayış sahəsi 3913,84 kv.metr, zirzəminin qaraja yararlı sahəsi 1224,00 kv.metr, mansard sahəsi981,12 kv.m) təşkil edir. İnşa edilmiş binanın 1600,0 kv.m. sahəsi xx.xx.2009-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə əhatə edilmişdir. Müəssisədə aparılan 13.04.201 2-ci il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2017ci il tarixli səyyar vergi yoxlaması aktlarında yoxlama ilə yaşayış və qeyri-yaşayış sahələrinin satılmadığı qeyd edilmişdir. Müəssisənin direktoru X6 tərəfindən yoxlamaya təqdim edilmiş arayışa əsasən (arayış akta əlavə olundu)13075,2 kv.metr mənzil sahəsindən 1600,0 kv.metr sahə əvvəlki yoxlama ilə əhatə edilmiş, 365,2 kv.metr sahə (2 ədəd 3 otaqlı mənzil) Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna verilmişdir. Ümumilikdə 773.8 kv.metr mənzil sahəsi satılmamış qalmışdır. Beləliklə yoxlama ilə əhatə edilməli yaşayış sahənin 10336,2 kv.metr (13075,2 kv.m (yaşayış sahəsi) - 1600,0 kv.metr (əvvəlki yoxlama ilə əhatə olunan sahə) - 365,2 kv.metr (Bakı ş. İH-nin mənzil fonduna ayrılan sahə) - 773,8 kv.metr (satılmayan yaşayış sahəsi)) olduğu müəyyən edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2019-cu il tarixli **********191049 nömrəli Tələbnamə verildi. Lakin müəssisə tərəfindən tələbnamədə göstərilən sənədlər yoxlamaya qismən təqdim edildiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli imtina aktı tərtib olunmuşdur. Yoxlama zamanı vergi qanunvericilyinin pozulması hallan olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntular bilavasitə əşyalarla bağlı olduğuna görə "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019cu il tarixli, **********192457 nömrəli Qərar çıxarılmışdır. Lakin müəssisə tərəfindən "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərara əsasən sənədlər yoxlamaya qismən təqdim edildiyi üçün Vergi Məcəlləsinn 43.10-cu maddəsinə əsasən imtina aktı tərtib edilmişdir. Baş idarənin xx.xx.2019-cu il tarixli **********194528 nömrəli "Vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” qərarına əsasən müəssisənin ünvan 2 ünvanında yerləşən binasına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, binada tikinti quraşdırma işləri başa çatmışdır, binada xarici tamamlama işləri başa çatmışdır, 1-ci mərtəbədən 4-cü mərtəbəyədək qaraj və mansardda işlər tamamlanmamışdır (beton işləri başa çatmışdır), mənzillərdə elektrik sayğacları quraşdırılmamışdır, qaz sayğaclarının bir hissəsi cəmiyyətin, bir hissəsi sakinlərin adına rəsmiləşdirilmişdir, su sayğacı qurqşdırılmamışdır. Baxışın nəticəsi xx.xx.2019-cu il tarixli protokolla rəsmiləşdirilmişdir. "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2019-cu il tarixli **********194370 nömrəli Qərar çıxarılmış və Ekspert qarşısında ünvan 2 ünvanında inşa edilən yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək elan dövrdə satılmış mənzillərin aylar üzrə 1 kv.metrinin bazar qiymətlərini müəyyənləşdirmək sualı qoyulmuşdur. Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə xx.xx.2019-cu il tarixdə Protokol tərtib edilmişdir. Ekspert tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən ünvan 2də yerləşən binanın (yeni tikili binalarda suvaqlı (podmayak))yaşayış (mənzil) sahəsinin 1 (bir) kv.metrinin satışının orta bazar qiyməti 1800,00 (bir min səkkiz yüz) manat, qeyri yaşayış sahəsinin 2500 (iki min beş yüz) manat olduğu müəyyən edilmişdir. Ekspert rəyindən yoxlama zamanı vergilərin hesablanması üçün istifadə edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlaması keçirildikdə, vergi orqanlan və onlann vəzifəli şəxslərinin düzgün qərar qəbul etməsi üçün əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallan aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına mütəxəssis cəlb edilə bilər və ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda mütəxəssis dəvət olunur. "Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194369 nömrəli Qərarına əsasən inşa edilən yaşayış binasının yaşayış, qeyri-yaşayış, mandsard, zirzəmi, sair sahələrini müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertza” Birliyinə məktubla müraciət edilmiş və oradan mütəxəssis əynimişdir. Mütəxəssis qarşısında ünvan 2 ünvanında inşa edilən yaşayış binasının yaşayış, qeyriyaşayış, mansard, zirzəmi, sair sahələrini müəyyənləşdirmək sualı qoyulmuşdur. Mütəxəssis tərəfindən xx.xx.2020-ci il tarixdə rəy təqdim olunmuşdur. Yoxlama zamanı vergilərin hesablanmasında mütəxəssis tərəfindən təqdim olunmuş rəyə istinad olunmuşdur. Mənfəət vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə mənfəət vergisi ödəyicisi olmuşdur. Bu vergi növünün yoxlanılması üzrə 2016-2017-2018-ci illər əhatə edilmişdir. 2016-2017-ci il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılması zamanı kənarlaşma aşkar edilməmişdir. Müəssisə tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir 442034,00 manat, xərclər 376834,00 manat göstərilməklə vergiyə cəlb olunan 65200,00 manat (442034.00 manat - 376834,00 manat) mənfəətdən 13040,00 manat (65200,00 manat x 20%) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən gəlir və xərciərin uçotu kassa metoduna əsasən apanlmışdır. Yoxlama ilə müəssisə tərəfindən təqdim olunmuş sənədlərə (müqavilələr və ödəniş qəbzləri) və Vergilər Nazirliyinin baza məlumatlanna əsasən vergi ödəyicısinin mənfəət vergisinin məqsədləri üçün gəliri 442034,00 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatlann başlanğıcım, gedişini və qutarmasını müəyyənləşdirməyə imkan verən uçotun apanlmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericilikdə nəzərdə tutmam ş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektinin uçotunun apanlması, 16.1.0-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatlann və sənədlərin təqdim edilməsi vergi ödəyiciıərinin vəzifələrinə aid edilmişdir. Yoxlamaya xərc sənədləri tam təqdim edilmədiyindən, vergiyə cəlb edilən mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən 2018-ci il üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 55 saylı qəranna əsasən şəni rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1 M1 ---------------- xR; 100+R Burada: M1- vergi ödəyicisinin mənfəəti, G1- vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) R -şərti rentabellik normasıdır: 442034,00 M7 ----------- x 20= 73672,33 manat 100+20 Göründüyü kimi yoxlama ilə mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb edilən mənfəət 2018-ci il üzrə 73672.33 manat məbləğində müəyyən edilmiş və Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən 14734.47 manat (73672,33 x 20%) məbləğində mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama nəticəsində müəssisə tərəfindən 1694,47 manat (14734,47 manat - 13040,00 manat) məbləğində mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1694,47 manat azaldılmasına görə 50% məbləğində, yəni 847.24 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV üzrə Müəssisə Bakı şəhəri icra Hakimiyyəti Başçısınm xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamına əsasən ünvan 2 ünvanda 1 girişli 21 mərtəbəli 4 mərtəbəsi qeyri yaşayış sahəsi olan 64 mənzillik bina inşa etmişdir. Binanın ümumi sahəsi 22369.80 kv.m (yaşayış sahəsi 13075.20 kv.m, qeyri-yaşayış sahəsi 3913,84 kv.m, zirzəm sənəsi 3032.00 kv.m, (o cümlədən qaraja yararlı kv.m), mansard sahəsi 981,12 kv.m, pilləkən, dəhliz,lift.divar altı sahə 1067,64 kv.m), satışa yararlı sahə 19194.16 kv.m (yaşayış sahəsi 13075.20 kv.m. qeyri-yaşayış sahəsi 3913,84 kv.m, zirzəminin qaraja yararlı sahəsi 1224,00 kv.m. mansard sahəsi 981,12 kv.m) təşkil edir. Müəssisə tərəfindən inşa edilmiş binanın 1600,0 kv.m. sahəsi xx.xx.2009-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə əhatə edilmişdir. Müəssisədə apanlan xx.xx.2012-ci il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2017-ci ii tarixli səyyar vergi yoxlaması aktlarında yoxlama ilə yaşayış və qeyri-yaşayış sahələrinin satılmadığı qeyd edilmişdir. Müəssisənin direktoru İ.T.Rzayev tərəfindən yoxlamaya təqdim edilmiş arayışa əsasən 13075,2 kv.m. mənzil sahəsindən 1600,0 kv.m. sahə əvvəlki yoxlama ilə əhatə edilmiş, 365,2 kv.m. sahə (2 ədəd 3 otaqlı mənzil) Bakı ş. İH-nin mənzil fonduna verilmişdir. Müəssisə tərəfindən 10336.2 kv.m. yaşayış sahəsi alqı satqı müqavilələrinə əsasən satılmışdır. Bundan 1347, 0 kv.m. yaşayış sahəsinin alqı-satqı müqavilələri yoxlamaya təqdim edilmiş, digər 8989.2 kv.m. yaşayış sahəsinin alqı-satqı müqavilələrinin yandığını müəssisənin direktoru i.T.Rzayev təqdim etoıyi arayışında qeyd etməklə yoxlamaya təqdim etməmişdir. Ümumilikdə satışa yararlı mənzil sahəsi 773.8 kv.m, qeyri-yaşayış sahəsi 3913,84 kv.m, zirzəminin qarajayararlı sahəsi 1224,00 kv.m, mansard sahəsi 981,12 kv.m satılmamış qalmışdır. Beləliklə yoxlama ilə əhatə edilməli yaşayış sahənin 10336.2 kv.m (13075.2 kv.m (yaşayış sahəsi) - 1600.0 kv.m (əvvəlki yoxlama ilə əhatə olunan sahə) - 365.2 kv.m (Bakı ş. İH-nin mənzil fonduna ayn.an sahə) - 773.8 kv.m (satılmayan yaşayış sahəsi)) olduğu müəyyən edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərdə 2018-ci ilin dekabr ayında müəssisənin kassasına 521600,12 manat (ƏDV ilə) mədaxil olunduğu göstərilmiş və müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində həmin dövriyyə əks etdirilmişdir. Ekspert rəyinə əsasən yaşayış sahəsinin 1 kv.m-nin satışı üzrə bazar qiyməti 1800.0 manat müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla ƏDV üzrə VM-nin 159.1-ci və 67.15-ci maddələrinə əsasən vergi ödəyicisi tərəfindən hesablanmış 79566,12 manat ƏDV nəzərə alınmaqla, 2758509,14 manat (10336.2 x 1800.0 /1.18 x 18%- 79566,12) əlavə vəsait hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2758509,14 manat azaldılmasına görə 50% məbləğində, yəni 1379254,57 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. iddia ərizəsində vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilmə müddətinin hansı əsasla uzadılmasının məlum olmadığını və ümumiyyətlə səyyar vergi yoxlamasının müddətinin uzadılmasının qanunsuz olması qeyd edilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır); - 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; - 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; - 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; - 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda xarici ölkədən cavab elmanadək; -38.7.5. bu Məcəllənin 43.11 -ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəc etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışın surəti. - Yaşayış sahələrinin alqı-satqısına dair müqavilələrin surəti. - Yaşayış sahələrinin Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna ayrılmasına dair sənədlər. - Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli **********190923 nömrəli qərarın surəti. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərarın surəti. - 01 05.2020-ci il tarixli **********192372 nörməli Səyyar vergi yoxlaması Aktı. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin məktubu. - Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə bağlı verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8425 nömrəli Ekspert Rəyi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019cu il tarixli **********190923 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticələri xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlması aktı ilə rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçya 2760203,61 manat (o cümlədən 1694, 47 manat mənfəət vergisi və 2758509,14 manat əlavə dəyər vergisi) əlavə vergi məbləği və həmin məbləğin 50 faizi miqdarında yəni-1380181,81 manat maliyyə sanksiyası hesablanmışdır. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırkı iş məhkəmə kompleks tikinti-texniki və qiymətləndirmə ekspertizası təyin edilmişdir. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8425 nömrəli Ekspert Rəyinin nəticə hissəsində göstərilmişdir: “Birinci və ikinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində “X10” MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli ƏDV-nin 924773,20 (1.004.339,32 - 79566,12) manat məbləğində az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində təqdim edilmiş iş materiallarına əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 1694,47 manat məbləğində az hesablanması müəyyən olunur. Ümumilikdə dövlət büdcəsinə az hesablanmış verginin məbləği 926467,67 (924773,20 ƏDV + 1694,47 mənfəət vergisi) manat məbləğində az hesablanması müəyyən olunur. Üçüncü, dördüncü, beşinci və altıncı suallar üzrə: Təqdim edilmiş sənədlərə əsasən bildirilir ki, gəlirin əldə edilməsi ilə bağlı iddiaçının vergi ödəyiciləri tərəfindən tərtib edilmiş bir qism xərc sənədləri mövcud olmuşdur. Həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri, (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğin ayrılıqda nə qədər olması və hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmununun ayrılıqda nədən ibarət olması təqdim edilmiş materiallarında öz əksini tapmışdır.” İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8425 nömrəli Ekspert Rəyinə mülahizə təqdim edərək bildirmişdir ki, Aşağıda göstərilən əsaslara görə Məhkəmə Ekspertiza Mərkəzinin 07 fevral 2022-ci il tarixli 9/8425 saylı ekspert rəyini əsassız hesab edirik: Yoxlanılan dövrdə İddiaçı faktiki olaraq YAŞAYİŞ VƏ QEYRİ-YAŞAYİŞ BİNALARİNİN TİKİNTİSİ ilə məşğul olmuşdur. Mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Yoxlama müəssisə tərəfindən təqdim edilmiş ilkin sənədlər, bank idarələrindən alınmış hesablaşma hesablan ilə aparılmış əməliyyatlar barədə məlumatlar, Vergilər Nazirliyinin baza məlumatları (ƏDV depozit sub-hesabı, elektron vergi hesab fakturaları, gömrük məlumatları və sair), müəssisənin iş qovluğunda olan sənədlər və mütəxəssis rəyi əsasında aparılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamına əsasən “X10” MMC-yə ünvan 1 ünvanda 1 girişli 21 mərtəbəli 4 mərtəbəsi qeyri yaşayış sahəsi olan 64 mənzillik bina inşa edilmişdir. Binanın ümumi sahəsi 22069,80 kv.metr (yaşayış sahəsi 13075,20 kv.metr, qeyri- yaşayış sahəsi 3913,84 kv.metr, zirzəmi sahəsi 3032,00 kv.metr, (o cümlədən qaraja yararlı sahə 1224,00 kv.metr), mansard sahəsi 981,12 kv.metr, pilləkən, dəhliz,lift,divar altı sahə 1067,64 kv.metr), satışa yararlı sahə 19194,16 kv.metr (yaşayış sahəsi 13075,20 kv.metr, qeyri-yaşayış sahəsi 3913,84 kv.metr, zirzəminin qaraja yararlı sahəsi 1224,00 kv.metr, mansard sahəsi 981,12kv.m) təşkil edir. İnşa edilmiş binanın 1600,0 kv.m. sahəsi xx.xx.2009-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə əhatə edilmişdir. Müəssisədə apanlan xx.xx.2012-ci il tarixli, xx.xx.2014- cü il tarixli, xx.xx.2017-ci il tarixli səyyar vergi yoxlaması aktlarında yoxlama ilə yaşayış və qeyri- yaşayış sahələrinin satılmadığı qeyd edilmişdir. Müəssisənin direktoru X6 tərəfindən yoxlamaya təqdim edilmiş arayışa əsasən (arayış akta əlavə olundu)13075,2 kv.metr mənzil sahəsindən 1600,0 kv.metr sahə əvvəlki yoxlama ilə əhatə edilmiş, 365,2 kv.metr sahə (2 ədəd 3 otaqlı mənzil) Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna verilmişdir. Ümumilikdə 773,8 kv.metr mənzil sahəsi satılmamış qalmışdır. Beləliklə yoxlama ilə əhatə edilməli yaşayış sahənin 1033,6 kv.metr (13075,2 kv.m (yaşayış sahəsi) - 1600,0 kv.metr (əvvəlki yoxlama ilə əhatə olunan sahə) - 365,2 kv.metr (Bakı ş. İH-nin mənzil fonduna aynlan sahə) - 773,8 kv.metr (satılmayan yaşayış sahəsi)) olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********191049 nömrəli tələbnamə təqdim olunmuş və xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə yoxlamanın predmetinə aid olan vergilərin hesablanması və ödənilməsi ilə əlaqədar sənədlərin təqdim olunması tələb edilmişdir. Lakin müəssisə tərəfindən tələbnamədə göstərilən sənədlər yoxlamaya qismən təqdim edildiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli imtina aktı tərtib olunmuşdur. Yoxlama zamanı vergi qanunvericilyinin pozulması hallan olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntular bilavasitə əşyalarla bağlı olduğuna görə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********192457 nömrəli Qərar çıxarılmışdır. Lakin müəssisə tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərara əsasən sənədlər yoxlamaya qismən təqdim edildiyi üçün Vergi Məcəlləsinn 43.10-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci və 45-ci maddəsinə əsasən “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194369 nömrəli Qərarına əsasən inşa edilən yaşayış binasının yaşayış, qeyri-yaşayış, mandsard, zirzəmi, sair sahələrini müəyyənləşdirilməsi məqsədi ilə yoxlamaya mütəxəssis cəlb edilmişdir. Mütəxəssis qarşısında ünvan 2 ünvanında inşa edilən yaşayış binasının yaşayış, qeyri-yaşayış, mandsard, zirzəmi, sair sahələrini müəyyənləşdirmək sualı qoyulmuşdur. Mütəxəssis tərəfindən xx.xx.2020-ci il tarixdə rəy təqdim olunmuşdur. Yoxlama zamanı vergilərin hesablanmasında mütəxəssis tərəfindən təqdim olunmuş rəyə istinad olunmuşdur. Mənfəət vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə mənfəət vergisi ödəyicisi olmuşdur. Bu vergi növünün yoxlanılması üzrə 2016-2017-2018-ci illər əhatə edilmişdir. 2016-2017-ci il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılması zamanı kənarlaşma aşkar edilməmişdir. Müəssisə tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir 442034,00 manat, xərclər 376834,00 manat göstərilməklə vergiyə cəlb olunan 65200,00 manat (442034,00 manat - 376834,00 manat) mənfəətdən 13040,00 manat (65200,00 manat x 20%) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən gəlir və xərclərin uçotu kassa metoduna əsasən aparılmışdır. Yoxlama ilə müəssisə tərəfindən təqdim olunmuş sənədlərə (müqavilələr və ödəniş qəbzləri) və Vergilər Nazirliyinin baza məlumatlarına əsasən vergi ödəyicisinin mənfəət vergisinin məqsədləri üçün gəliri 442034,00 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qutarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onlann vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Yoxlamaya xərc sənədləri tam təqdim edilmədiyindən, vergiyə cəlb edilən mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən 2018-ci il üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: 442034,00

M| =---------- x 20= 73672,33 manat

100+20

Göründüyü kimi yoxlama ilə mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb edilən mənfəət 2018-ci il üzrə: 73672,33 manat məbləğində müəyyən edilmiş və Vergi Məcəlləsinin 104cü maddəsinə əsasən 14734,47 manat (73672,33 x 20%) məbləğində mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama nəticəsində müəssisə tərəfindən 1694,47 manat (14734,47 manat -13040,00 manat) məbləğində mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. ƏDV üzrə: Müəssisə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamına əsasən ünvan 3 ünvanda 1 girişli 21 mərtəbəli 4 mərtəbəsi qeyri yaşayış sahəsi olan 64 mənzillik bina inşa etmişdir. Binanın ümumi sahəsi 22069.80 kv.m (yaşayış sahəsi 13075,20 kv.m, qeyri-yaşayış sahəsi 3913,84 kv.m, zirzəmi sahəsi 3032,00 kv.m, (o cümlədən qaraja yararlı 1224,00 kv.m), mansard sahəsi 981,12 kv.m, pilləkən, dəhliz,lift,divar altı sahə 1067,64 kv.m), satışa yararlı sahə 19194.16 kv.m (yaşayış sahəsi 13075,20 kv.m, qeyri-yaşayış sahəsi 3913,84 kv.m, zirzəminin qaraja yararlı sahəsi 1224,00 kv.m, mansard sahəsi 981,12 kv.m) təşkil edir. Müəssisə tərəfindən İnşa edilmiş binanın 1600,0 kv.m. sahəsi xx.xx.2009-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə əhatə edilmişdir. Müəssisədə apanlan xx.xx.2012-ci il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2017-ci il tarixli səyyar vergi yoxlaması aktlarında yoxlama ilə yaşayış və qeyriyaşayış sahələrinin satılmadığı qeyd edilmişdir. Müəssisənin direktoru İ.T.Rzayev tərəfindən yoxlamaya təqdim edilmiş arayışa əsasən kv.m. mənzil sahəsindən 1600,0 kv.m. sahə əvvəlki yoxlama ilə əhatə edilmiş, 365,2 kv.m. sahə (2 ədəd 3 otaqlı mənzil) Bakı ş. İH-nin mənzil fonduna verilmişdir. Müəssisə tərəfindən kv.m. yaşayış sahəsi alqı satqı müqavilələrinə əsasən satılmışdır. Bundan 1347, 0 kv.m. yaşayış sahəsinin alqı-satqı müqavilələri yoxlamaya təqdim edilmiş, digər 8989.2 kv.m. yaşayış sahəsinin alqı-satqı müqavilələrinin yandığını müəssisənin direktoru İ.T.Rzayev təqdim etdiyi arayışında qeyd etməklə yoxlamaya təqdim etməmişdir. Ümumilikdə satışa yararlı mənzil sahəsi 773,8 kv.m, qeyri-yaşayış sahəsi 3913,84 kv.m, zirzəminin qaraja yararlı sahəsi 1224,00 kv.m, mansard sahəsi 981,12 kv.m satılmamış qalmışdır. Beləliklə yoxlama ilə əhatə edilməli yaşayış sahənin 10336.2 kv.m (13075.2 kv.m (yaşayış sahəsi) - 1600.0 kv.m (əvvəlki yoxlama ilə əhatə olunan sahə) - 365.2 kv.m (Bakı ş. İH-nin mənzil fonduna aynlan sahə) - 773.8 kv.m (satılmayanyaşayış sahəsi)) olduğu müəyyən edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərdə 2018-ci ilin dekabr ayında müəssisənin kassasına 521600,12 manat (ƏDV ilə) mədaxil olunduğu göstərilmiş və müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində həmin dövriyyə əks etdirilmişdir. Ekspert rəyinə əsasən yaşayış sahəsinin 1 kv.m-nin satışı üzrə bazar qiyməti 1800.0 manat müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla ƏDV üzrə VM-nin 159.1-ci və 67.15-ci maddələrinə əsasən vergi ödəyicisi tərəfindən hesablanmış 79566,12 manat ƏDV nəzərə alınmaqla, 2758509,14 manat (10336.2 x 1800.0 /1.18 x 18% - 79566,12) əlavə vəsait hesablanmışdır. 07 fevral 2022-ci il tarixli 9/8425 saylı ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında ünvan 4 ünvanında yerləşən 1 girişli, 21 mərtəbəli, 4 mərtəbəsi qeyriyaşayış sahəsi olan binadakı mənzillərin satılması ilə bağlı müqavilələr və kassa mədaxil orderləri öz əksini tapmışdır. Həmin müqavilələr və kassa mədaxil orderləri nəzərə alınmaqla, hesablama aparıldıqda “X10” MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin məbləği 1004339,32 manat müəyyən olunur. Bildirirlər ki, iş materiallarına əlavə edilmiş müqavilələr müvafiq tələblərə cavab vermədiyindən mötəbər sübut qismində gəlirin hesablanması zamanı istifadə edilə bilməz. Belə ki, iş materiallarına nəzər saldıqda bəzi müqavilələrin icraçı tərəfindən imzalanmadığı, bəzilərinin möhürlənmədiyi, bu sənədlərin tərtibi zamanı müvafiq şərtlərə əməl olunmadığı məlum olur. Həmçinin rəydə ekspert qarşısında qoyulmuş üçüncü, dördüncü, beşinci və altıncı suallar üzrə ötəri olaraq gəlirin əldə edilməsi ilə bağlı iş materiallarında iddiaçının bir qisim xərc sənədlərinin mövcud olması qeyd edilmişdir. Halbuki müvafiq suallarda həmin xərc sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), həmin sənədlərin hər birində əks olunmuş məbləğin ayrılıqda nə qədər olması və bu sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etməsi, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunun ayrılıqda nədən ibarət olması suallarına aydınlıq gətirmək tələb olunurdu. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən ekspertin üzərinə təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, həmin qanunun 26-cı maddəsinə əsasən ekspert rəyində məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar, istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması əks olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən yoxlamanın keçirilməsinə dair Vergi Məcəlləsi ilə müəyyən edilmiş prosessual müddətlərə dair tələblər pozulmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli **********192372 nömrəli “Səyyar vergi yoxlaması” aktının 1.1-ci bəndi ilə müəyyən edilir ki, yoxlama xx.xx.2019-cu il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Eyni zamanda, xx.xx.2019-cu il tarixli qərarla yoxlamanın aparılması müddəti 30 gün uzadılmışdır. Eləcə də, xx.xx.2020ci il tarixli **********192372 nömrəli “Səyyar vergi yoxlaması” aktının 1.1-ci bəndi ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli qərarla yoxlamanın keçirilməsi 32 gün müddətinə müvəqqəti dayandırılmış və növbəti müvəqqəti dayandırma qərarı xx.xx.20220-ci il tarixdə qəbul edilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən: Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 38.2-ci maddənin ikinci hissəsinin ikinci və üçüncü cümlələrində və üçüncü hissəsində ismin müvafiq hallarında “gün” sözü ismin müvafiq hallarında “iş günü” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi, hazırkı məhkəmə mübahisəsinə münasibətdə səyyar vergi yoxlmasının keçirilmə müddətləri “gün”lərlə hesablanmalıdır. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə başlamış yoxlama xx.xx.2019-cu il tarixdə yekunlaşdırılmalı və ya yoxlama müddətinin uzadılması ilə bağlı qərar qəbul olunmalı idi. Halbuki müddət uzadılması ilə bağlı qərar xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Eyni zamanda ,xx.xx.2020-ci il tarixli qərarla yoxlamanın keçirilməsi müddətininin 32 gün dayandırılması nəzərə alındıqda növbəti dayandırılma qərarı xx.xx.2020-ci il tarixdə qəbul edilməli idi ki, həmin qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********192372 nömrəli “Səyyar vergi yoxlaması” aktının 1.9.1-ci bəndi ilə müəyyən edilir ki, vergi ödəyicisinə yoxlama ilə əlaqədar xx.xx.2019-cu il tarixli **********191049 nömrəli tələbnamə verilmiş və yoxlama xx.xx.2019-cu il tarixdə başlanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 18.1-ci maddəsinə əsasən Yoxlayıcı növbəti səyyar vergi yoxlaması başlanmazdan azı 15 gün əvvəl, vergi ödəyicisinə və ya sığortaedənə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında Tələbnamə” göndərməlidir. Mövcud halda isə sözügedən tələbnamə səyyar vergi yoxlaması başlanmazdan 12 gün əvvəl göndərilmiş və vergi ödəyicisinin tələb olunan sənədləri təqdim etməsi üçün müəyyən edilmiş 15 günlük prosessual müddət pozulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********192372 nömrəli “Səyyar vergi yoxlaması” aktının 2. 1-ci bəndində (səh 11, abzas 3) qeyd olunur ki, müəssisə tərəfindən 10336,2 kv.m yaşayış sahəsi alqı-satqı müqavilələrinə əsasən satılmışdır. Bundan 1347,0 kv.m. yaşayış sahəsinin alqı-satqı müqavilələri yoxlamaya təqdim edilmiş, digər 8989,2 kv.m yaşayış sahəsinin alqı-satqı müqavilələrinin yandığı müəssisənin direktoru İ.T.Rzayev təqdim etdiyi arayışında qeyd etməklə yoxlamaya təqdim etməmişdir. Vergi orqanı tərəfindən satılmış sahələr üzrə vergilərin hesablanması üçün xx.xx.2019-cu il tarixli **********194370 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında qərar”a əsasən ekspertiza təyin edilmiş və Ekspert tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ, Qurtqaşınlı küçəsi 476-cı məhəllədə yerləşən binanın (yeni tikili binalarda suvaqlı (podmayak) yaşayış (mənzil) sahəsinin 1 kv. metrinin satışının orta bazar qiyməti 1800 ( bir min səkkiz yüz) manat, qeyri-yaşayış sahəsinin 2500 (iki min beş yüz) olduğu müəyyən edilmişdir. Odur ki, ƏDV üzrə VM-nin 159.1 və 67.15-ci maddələrinə əsasən vergi ödəyicisi tərəfindən hesablanmış 79566,12 manat ƏDV nəzərə alınmaqla, 2758509,14 manat (10336,2 x1800/1.18 x 18%-79566,12) əlavə vəsait hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2020-ci il tarixli **********192372 nömrəli “Səyyar vergi yoxlaması” aktında müəssisənin direktoru İ.T.Rzayev tərəfindən 1347,0 kv.m. yaşayış sahəsinin alqı-satqı müqavilələri yoxlamaya təqdim edildiyi göstərilməsinə baxmayaraq, hansı səbəbdən həmin müqavilələrdə əks olunmuş alqı-satqı məbləğlərinin nəzərə alınmaması göstərilməmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşinli küçəsi 476-cı məhəllədə inşa edilmiş yaşayış binasında olan 61 ədəd mənzilin alqı-satqısına dair müqavilələr məhkəməyə təqdim edilmişdir. Müqavilələr təhlil olunarkən mənzillərin təqdim etmə müddətlərinin müxtəlif olması müəyyən edilmişdir. Göründüyü kimi, vergi orqanı ƏDV hesablanan zaman, vergi ödəyicisi tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrində əks olunmuş qiymətləri nəzərə almamış, mənzillərin satış dövrü müxtəlif olmasına baxmayaraq, ekspert rəyinə əsasən binanın yerləşdiyi ərazi üzrə 2018-ci ilin orta bazar qiymətlərini nəzərə alaraq hesablama aparmışdır. Sadalanan hallar “X10” MMC-yə məznillərin satışı ilə əlaqədar vergi orqanı tərəfindən hesablanmış ƏDV məbləğinin dəqiqləşdirilməsi zərurətini yaratmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-1217/2021 saylı qərardadı ilə təyin edilmiş məhkəmə kompleks texniki-tikinti və qiymətləndirmə ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8425 saylı rəyinə əsasən “X10” MMC-yə məznillərin satışı ilə əlaqədar 79566,12 manat ƏDV nəzərə alınmaqla 924773, 20 (doqquz yüz iyirmi dörd min yeddi yüz yetmiş üç manat iyirmi qəpik) manat əlavə ƏDV məbləğinin hesablanmalı olması müəyyən edilmişdir. Məhkəmə ekspertizanın sözügedən rəyi ilə razılaşır. Belə ki, Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi, vergi orqanı hansı səbəbdən təqdim edilmiş alqı-satqı müqavilələrində göstərilən qiymətləri nəzərə almadığını və ƏDV hesablanması zamanı ekspert rəyini əsas götürməsini əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərarı 1833735,94 manat ƏDV məbləği və 916896,97 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsinə dair hissədə təmin, qalan hissədə rədd edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərarı 1833735,94 manat ƏDV məbləği və 916896,97 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar