Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2920/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 540) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildən 1992-ci ilə kimi keçmiş Sovet Ordusunda, 1992-ci ildən 2015-ci ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət etmişdir. 20.04.1994-cü ildə döyüşdə yaralanmışdır. Müdafiə Nazirinin dekabr 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən həqiqi hərbi xidmətdən polkovnik leytenant hərbi rütbəsində ehtiyata buraxılmışdır. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 30 dekabr 2012-ci il tarixli, 04124 nömrəli məlumat vərəqinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada 06 yanvar 2016-cı il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən (42 il 7 ay 25 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında) yaşa görə əmək pensiyası alır. Azərbaycan Respublikası Nazilər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü maddəsində əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanun ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddəti göstərilmədən təyin edilir. 10.09.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarının tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası Müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyinin müddətsiz təyin edilməsinə kömək etsinlər. Lakin, hal-hazıra kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı müraciətinə cavab vermir. Hesab edir ki, onun əlilliyi müddətsiz təyin edilməldir. Çünki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə uyğun qaydada 06 yanvar 2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən yaşa görə əmək pensiyası təyin edildiyinə görə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ona qarşı münasibəti qanunla yolverilməzdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən onun əlilliyi müddətsiz təyin edilməlidir. Lakin, cavabdeh qanunsuz olaraq onun əlilliyinin müddətsiz təyin edilməsindən imtina edir. Bu səbəbdən də, hal-hazırda mübahisənin məhkəmə qaydasında həll olunması zəruridir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən hal-hazıradək iddia ərizəsinə qarşı münasibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1 nömrəli, 02.11.2016-cı il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi RHK tərəfidnən 1983-cü ildə hərbi xidmətə çağırılmış, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və 16.09.1993-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman təyin edilmiş xəstəlik və diaqnoza əsasən şəhadətləndirilərək ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” qərarı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı 24.04.2017-ci il tarixdə, 2765003AAB63 nömrəli Forma 88 göndərişinə əsasən qiymətləndirilərək, ona 24.04.2022ci il tarixədək ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 16 iyul 2020-ci il tarixli, **********1 nömrəli “pensiya məbləğinə əlavələrin hesablanması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 30 dekabr 2012-ci il tarixli, 04124 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada ona 6 yanvar 2016-cı il tarixində İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 1000.00 manat, rütbə maaşı 154.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi – 461.60 manat, “usta” məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarına əlavə - 350.00 manat və ərzaq payı əvəzinə kompensasiya 64.00 manat olmaqla cəmi təmiant xərcliyinin 2029.60 manat təşkil etmişdir. Həmin Qanunun 20.1.41-ci maddəsinə əsasən 42 il 7 ay 25 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2) qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğdə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Ona sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. Əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 2029.60 manat məbləğində müəyyən edilmişdir: - əmək pensiyasının sığorta hissəsi – 379.51 manat, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hisəssinə əlavəsi 77.00 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 1573.09 manat. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin sədri tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 sədrinə ünvanlanmış xidməti məktubdan görünür ki, xidməti məruzədə bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin (bundan sonra Əsasnamə) 4.3. bəndində qeyd olunur ki, əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. İddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmasına baxmayaraq, 06.01.2016-cı il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən (bundan sonra DSMF-nin XŞTİ) 42 il 7 ay 25 gün hərbi xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında yaşa görə əmək pensiyası aldığını bildirərək, Əsasnamənin yuxarıda qeyd olunan bəndinə istinad edib əlilliyin müddətsiz təyin edilməsini tələb edir. Cavabdeh olaraq tərəflərindən iddiaçının pensiya təyininin xidmət illərinə görə aparıldığını bu səbəbdən əlilliyin müddətli təyin edildiyi bildirilmişdir. Lakin, iddiaçı istinad etdiyi halın təsdiqi olaraq məhkəməyə təqdim etdiyi DSMF-nin XŞTİ tərəfindən verilmiş **********1 nömrəli 16.07.2020-ci il tarixli məktubunda hərbi qulluqçu kimi yasa görə əmək pensiyası ödənildiyinin qeyd olunduğunu göstərir. Qeyd olunan hal məhkəmədə yanlış fikir formalaşmasına səbəb olur. İddianın əsaslı və ya əsassız olmasını təsdiq etmək üçün iddiaçıya göndərilmiş məktubda qeyd olunan hala aydınlıq gətirilməsi zəruridir. Odur ki, yaranmış zərurətlə əlaqədar məhkəməyə təqdim etmələri üçün xx.xx.1966-cı il təvəllüdlü İddiaçı pensiyanın yaşa yaxud hərbi xidmət illərinə görə təyin olunması barədə ətraflı məlumatın onlara təqdim edilməsinə tapşırıq verilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 sədri vəzifəsini müvəqqəti icra edən tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin sədrinə ünvanlanmış “İddiaçı təyin olunmuş əmək pensiyası haqqında” xidməti məktubdan görünür ki, bildirilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39.1.4.1-ci maddəsinə əsasən mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün həqiqi hərbi xidmətdə olmanın son yaş həddi 48 yaş müəyyən edilmişdir. İddiaçı hərbi xidmətdən tərxis olunmaqla əlaqədar ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Fondun Xüsusi Şərtlərlə X5 Filiala təqdim olunmuş 30.12.2015-ci il tarixli, 04124 nömrəli məlumat vərəqəsində adıçəkilən şəxsin (təvəllüd: xx.xx.1966) həqiqi hərbi xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 22.12.2015-ci il tarixində hərbi xidmətdən polkovnikleytenant rütbəsi ilə tərxis olunduğu qeyd edilmşdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əmək pensiyasının üç növü vardır: - yaşa görə; əlilliyə görə; - ailə başçısını itirməyə görə. “Əmək pensiyaları haqqında” Qanununda yaşa görə əmək pensiyası hüququ olan şəxslər müxtəlif müddəalarda iki kateqoriyaya ayrılır. Birincisi, həmin Qanunun 7-ci maddəsinə əsasən pensiya yaş həddinə çatmış şəxslər; ikincisi, yaşından asılı olmayaraq müvafiq xidmət illərini tamamlamış güzəştli pensiya hüququ olan şəxslər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü bəndində qeyd olunur ki, əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin İddiaçı xidmətdən tərxis olunduğu 22.12.2015-ci il tarixində qüvvədə olmuş redaksiyasına əsasən 63 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası hüququ var idi (hazırda bu hədd 65 yaşdır). Eyni zamanda həmin Qanunun 9.5.1-ci maddəsində hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ təsbit olunur. Göründüyü kimi 9.5.1 -ci maddə Qanunun 4-cü maddəsinə uyğun olaraq “yaşa görə pensiya hüququ” ilə təsnifləşdirilsə də, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarında qeyd olunan hər-hansı yaş həddinə çatma şərti müəyyən edilmədən faktiki olaraq, xidmət illərinə görə pensiya hüququndan bəhs edir. Qeyd olunanlara əsasən İddiaçı 23 dekabr 2015-ci il tarixindən Xüsusi Şərtlərlə X5 Filial tərəfindən Qanunun 7-ci maddəsinə əsasən pensiya yaş həddinə çatdığı üçün deyil, 9.5.1 -ci maddəsinə əsasən müəyyən xidmət illərinə görə hərbi qulluqçu kimi 49 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nazirlər Kabinetinin sözügedən Qərarında müəyyən edilən hüquq isə məhz “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarla təsbit olunmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə çatmış şəxslərə şamil edilir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********6 nömrəli, 13.01.2021-ci il tarixli məktubun surətindən görünür ki, onun əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik gösətrilməsi barədə müraciətinə Agentlikdə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci bəndinə uyğun olaraq əlillik vəziyyəti 5 il müddətinə təyin olunmuşdur. Ətraflı məlumat almaq üçün qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən tibbi-sosial ekspert komissiyasına müraciət edə bilər. İşdə olan iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, Azəbraycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş 30.12.2015-ci il tarixli, 04124 nömrəli məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının 06.01.2016-cı il tarixli qərarı ilə 23.12.2015-ci il tarixdən İddiaçı yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Müdafiə Nazirinin dekabr 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən həqiqi hərbi xidmətdən polkovnik leytenant hərbi rütbəsində ehtiyata buraxılmışdır. Hərbi xidmətdən tərxis olunmaqla əlaqədar ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialına 30.12.2015-ci il tarixli, 04124 nömrəli məlumat vərəqəsi göndərilmişdir. Həmin məlumat vərəqəsində İddiaçı həqiqi hərbi xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 22.12.2015-ci il tarixdə hərbi xidmətdən polkovnik-leytenant rütbəsi ilə tərxis olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1 nömrəli, 02.11.2016-cı il tarixli qərarı ilə o, “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” şəhadətləndirilmiş, həmin qərar nəzərə alınmaqla 2765003AAB63 nömrəli Forma 88 göndərişinə əsasən Tibbi-Sosial Ekspert Komissiyasında 24.04.2017-ci il tarixdə qiymətləndirilərək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiə ilə əlaqədar 24.04.2022-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü maddəsinə istinad etməklə ona təyin edilmiş İİ qrup əlillik dərəcəsinin müddətsiz təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının tələbi ilə bağlı cavabdehin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əmək pensiyasının üç növü vardır: yaşa görə; əlilliyə görə; ailə başçısını itirməyə görə. “Əmək pensiyaları haqqında” Qanununda yaşa görə əmək pensiyası hüququ olan şəxslər müxtəlif müddəalarda iki kateqoriyaya ayrılır: birincisi, həmin Qanunun 7-ci maddəsinə əsasən pensiya yaş həddinə çatmış şəxslər; ikincisi, yaşından asılı olmayaraq müvafiq xidmət illərini tamamlamış güzəştli pensiya hüququ olan şəxslər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü bəndində qeyd olunur ki, əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İddiaçı xidmətdən tərxis olunduğu 22.12.2015-ci il tarixində qüvvədə olmuş redaksiyasına əsasən 63 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası hüququ var idi (hazırda bu hədd 65 yaşdır). Eyni zamanda həmin Qanunun 9.5.1-ci maddəsində hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ təsbit olunmuşdu. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 -ci maddə Qanunun 4-cü maddəsinə uyğun olaraq “yaşa görə pensiyası hüququ” ilə təsnifləşdirilsə də, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarında qeyd olunan hər-hansı yaş həddinə çatma şərti müəyyən edilmədən faktiki olaraq, xidmət illərinə görə pensiya hüququndan bəhs edir. İddiaçı isə 23 dekabr 2015-ci il tarixindən Xüsusi Şərtlərlə X5 Filial tərəfindən Qanunun 7-ci maddəsinə əsasən pensiya yaş həddinə çatdığı üçün deyil, 9.5.1 -ci maddəsinə əsasən müəyyən xidmət illərinə görə hərbi qulluqçu kimi 49 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nazirlər Kabinetinin sözügedən Qərarında müəyyən edilən hüquq isə məhz “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununları ilə təsbit olunmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə çatmış şəxslərə şamil edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməsi, maddi-hüquq normalarının düzgün tətbiq edilməməsi hazırki iş üzrə məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi hazırki iş üzrə, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələblərinə əsasən, iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkəsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2920/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2920/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver