Məhkəmə qərarları › İş №2-1(112)-2920/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2920/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2920/2024 18.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi, o cümlədən də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməsi üçün yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair icra hakimiyyəti orqanının sərəncamı, razılaşdırılmış eskizi, texniki rəyi, bildirişi və istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Cavabdeh başçısına xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar (sərəncam) qəbul edilməsi üçün ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh Başçısı tərəfindən göndərilmiş cavab məktubunda iddiaçının xahişinin həyata keçirilməsindən imtina edilmişdir və məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (bundan sonra Mənzil Məcəlləsində) fərdi yaşayış evlərinin qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulmadığından xahişin yerinə yetirilməsi mümkün deyildir. İddiaçı bu məsələ ilə bağlı son 5 ayda Bakı şəhəri Cavabdehnə 2 dəfə müraciət etmiş və hər dəfə eyni imtina cavabı almışdır. Bu səbəbdən də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı ilk növbədə qeyd edir ki, fərdi yaşayış evi də (iddiaçının evi fərdi yaşayış evidir) yaşayış sahəsidir və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Mənzil Məcəlləsində nəzərdə tutulmuşdur, yəni İcra Hakimiyyətinin iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə olan xahişinə imtinası qanunsuzdur. İddiaçı eyni zamanda əlavə edir ki, eyni məzmunlu ərizə ilə müraciət etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubunda bildirilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir və ərizəyə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, razılaşdırılmış eskizi, texniki rəyi, bildirişi və istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı əlavə edilməlidir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsinə dair müvafiq icra hakimiyyəti orqanın sərəncamı, razılaşdırılmış eskizi, texniki rəyi, bildirişi və istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı təqdim edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra — keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə əsasən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsində fərdi yaşayış evlərinin qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulmadığından iddiaçının xahişinin yerinə yetirilməsi imkan xaricindədir.

5. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 408 nömrəli Sərəncamına əsasən A.M.Şərifzadə küçəsi 5 saylı evdə yaşayan vətəndaş X2 rayon İcra Hakimiyyətinə yaşadığı evin ona məxsus hissəninin sahəsinin dəqiqləşdirilməsi haqqında müraciət etmişdir. Müraciəti araşdıran zaman məlum olmuşdur ki, Seriya MH №0161974 saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən qeyd olunan evin ümumi sahəsi 115,2 kv.m, yaşayış sahəsi 3 otaq 51,1 kv.m-dən ibarət hissəsi vət. C.Qurbanova məxsusudur. Keçmiş illərdə o evin 1-ci mərtəbəsində bir ədəd giriş qapısı açmış və 2-ci mərtəbədə 52,31 kv.m 3 otaq, 53,66 kv.m köməkçi sahə tikərək evdə rekonstruksiya işləri aparmış, nəticədə evin ona məxsus hissəsinin ümumi sahəsi 213,41 yaşayış sahəsi 88,11 kv.m 5 otaq köməkçi sahələri 107,3 kv.m və 18,0 kv.m ticarət sahəsindən ibarət olmuşdur. Aparılmış yenidənqurma və tikinti işlərindən sonra evin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlıdır. A.M.Şərifzadə küçəsi 5 saylı evdə yaşayan vət. X9 tərəfindən evin özünə aid hissəsində 2-ci mərtəbədə 52,31 kv.m 3 otaq, 53,66 kv.m köməkçi sahə tikilməsi 1-ci mərtəbədə yenidənqurma işləri apararaq 18,0 kv.m ticarət sahəsindən qapı açması, nəticədə evin ona aid hissəsinin ümumi sahəsinin 213,41 kv.m, yaşayış sahəsinin 88,11 kv.m 5 otaq və 18,0 kv.m ticarət sahəsindən ibrarət olması nəzərə alınaraq həmin ölçüdə sənədləşdirilməsi və 1-ci mərtəbədə 18,0 kv.m ticarət sahəsinə giriş qapısı açılması təsdiq edilmişdir.

6. İş materiallarına əlavə olunmuş xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən X9 Azərbaycan Respublikası İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə 04 №-li r/kitabı; 541 səhifədən verilmiş qeydiyyat vəsiqəsi əsasında, Bakı şəhəri, Yasamal r-nu, 10-cu Xrebtovıy küçəsi, faktiki 0.0320 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 246.5 kv.m, köməkçi sahə 281.4+10.9 kv.m, ümumi sahəsi 527.9+10.9 kv.m 11 otaqdan ibarət 5 nömrəli fərdi yaşayış evin “A” tikintisinin birinci mərtəbəsindən üç otaq № 2,6,7, sahələr 15.1+14.5+21.5 kv.m, köməkçi sahə № 4.5 sahələr 10.8+3.7 kv. faktiki torpaq № 1 sah. 342 kv.m qardaşı X7 bağışlamışdır.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda (xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli) qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0.02884 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 11 otaqlı, 246.5 kv.m yaşayış, 292.3 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X5 3 otaq y/s 51.1 kv.m, ü/s 115.2 kv.m, X6 8 otaq ü/s 423.6 kv.m, y/s 195.4 kv.m, İ mərt. – 3 otaq № 11;12;15-48.4 kv.m, k/s № 8;9;10;13;14 bütün İİ mərt. Və mansard adlarına daşınmaz əmlakın dövlət reyestrində 100 nömrəli reyestr kitabının 9059 nömrəli vərəqində qeydiyyata alınmışdır.

8. Reyestrdə 4Ə-1870 nömrə ilə qeyd edilmiş notariat işində olan xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X10 ona məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilini hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (elektron) surətindən görünür ki, ünvan 1 ünvanına xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın növü fərdi yaşayış evi müəyyən edilmişdir.

10. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport, torpaq sahəsinin və tikilinin planı iş materiallarına əlavə olunmuşdur.

11. Yasamal rayonu, Şərifzadə küçəsi, 5 №-li evin sakini X8 aid fərdi evin tikintisi üçün Archico MMC tərəfindən tərtib edilmiş eksiz layihə iş materiallarına əlavə olunmuşdur.

12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.

14. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. Odur ki, iddianın növü məcburetmə növündə iddiadır.

16. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

17. Mənzil Məcəlləsindən: 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 20.5. Mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin İİİ fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.

18. Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydalarından: 4.1. Qeyri-yaşayış özəl bina, tikili və qurğuların (onların hissələrinin) qeydiyyatını və reyestrini apararkən X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin yerli bölmələrinin mütəxəssisləri aşağıdakıları həyata keçirirlər: - qanunla müəyyən edilmiş qaydada qeyri-yaşayış özəl bina, tikili və qurğuların (onların hissələrinin) sahiblərinin hüquqlarının rəsmiləşdirilməsi; - faktiki olaraq obyektə sahiblik edən, lakin əlində heç bir hüququ müəyyən edən sənəd olmayan mülk sahiblərinin müəyyən edilməsi; - sahibsiz və ya özbaşına inşa edilmiş tikililərin, habelə mövcud inşaat norma və qaydalarının pozulması hallarının müəyyən edilməsi, bu barədə müvafiq yerli icra hakimiyyəti orqanlarına məlumat verilməsi. 4.2. Qeyri-yaşayış özəl bina, tikili və qurğuların (onların hissələrinin) qeydiyyatı zamanı BDTİMHQ və ŞKİ-nin yerli bölmələrinin mütəxəssisləri aşağıdakıları həyata keçirməyə borcludurlar: - qeyri - yaşayış özəl bina, tikili və qurğulara (onların hissələrinə) mülkiyyət hüququnu təsdiq edən sənədlərin tələb edilməsi və onların doğruluğunun araşdırılması; - hər bir obyekt üçün inventar işi açaraq hüququ müəyyən edən sənədlərin qanunla nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surətlərinin xronoloji ardıcıllıqla inventar işində saxlanılması; - mülkiyyət hüququnun yaranması və bu hüququn ardıcıl olaraq digər mülkiyyətçilərə keçməsi barədə bütün sənədlərin yerində olmasının təmin edilməsi. 4.3. Mülkiyyət hüququnu təsdiq edən sənədlər tam yerində olduqda BDTİMHQ və ŞKİ nin yerli bölməsi “Azərbaycan Respublikasında yaşayış fondunun qeydiyyata alınması və dövlət uçotunun aparılması Qaydaları”nda müəyyən edilmiş qaydada ilkin hüquqi qeydiyyat işini aparır və mülk sahibinə (sahiblərinə) müəyyən olunmuş formada “Qeydiyyat vəsiqəsi” verir. 4.4. Əmlaka mülkiyyət hüququnu digər yolla təsdiq edən sənədlər olduqda və ya heç bir sənəd olmadıqda BDTİMHQ və ŞKİ - nin yerli bölməsi bu Qaydaların 3-cü bölməsində göstərilən qaydada araşdırmalar aparır və ilkin qeydiyyatın aparılması üçün yerli icra hakimiyyəti orqanına təqdimat yazır. Təqdimatda aşağıdakı məlumat və göstəricilər əks olunmalıdır: - bina, tikili və qurğunun (onun hissəsinin) ünvanı; - tikintinin altına torpaq sahəsinin ayrılmasına dair sənədlər, torpaq sahəsinin miqdarı (sənəd üzrə və faktiki istifadədə olan); - əsas tikililərin sayı, tikililərin inşasının başlanma və istismara qəbul edilmə tarixləri; - əsas və əlavə tikililərin təsnifatı, onların həcmi planlaşdırma göstəriciləri və texniki xarakteristikaları; - sənədlərə istinad edilməklə hüququn keçmə ardıcıllığı; - qeydiyyata alma anında mülkiyyətçiləri müəyyən edən sənədlərin müfəssəl siyahısı; - mülkiyyətçinin (mülkiyyətçilərin) soyadı, adı və atasının adı, birgə mülkiyyət zamanı hər bir mülkiyyətçinin payı; - bu Qaydaların 3-cü bölməsində nəzərdə tutulan qaydada əsaslandırılmış təklif.

19. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsində yaşayış sahəsinin bütövlükdə (tam) qeyri yaşayış sahəsinə keçirilməsi iddia tələbi kimi qeyd olunmuşdur.

20. X18 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X18 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - istənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X17rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X12 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

21. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini əks etdirən maddələrinin tətbiqi zamanı qanunun hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr qanunvericinin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, qanunvericinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır.

22. Məhkəmə nəzərə alır ki, qanunvericiliyin məqsədinə müvafiq olaraq Mənzil Məcəlləsinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini nəzərdə tutan maddələri yaşayış sahəsinin bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi kimi qəbul edilməli və həmin formada tətbiq olunmalıdır. Belə ki, qanunvericilikdə qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasına dair müstəqil şərtlər və ayrıca prosedur tələb olunduğundan yaşayış sahəsinin bütövlükdə qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi qeyri-yaşayış sahəsinin inşa edilməsinə və qeydiyyata alınmasına dair prosedurların əhəmiyyətsiz hesab olunmasına və qanundan sui-istifadə hallarının yaranmasına səbəb ola bilər.

23. Beləliklə, iddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus yaşayış sahəsinin (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın növü fərdi yaşayış evi müəyyən edilmişdir) bütövlükdə qeyri-yaşayış sahəsinə keçirilməsini tələb etdiyinə görə hazırki iddia tələbinin təmin olunması qanunvericiliyin məqsədlərinə uyğun deyil.

24. Məhkəmə qeyd edilən qənaəti həm də ona əsaslanır ki, iddiaçıya məxsus qeyd edilən fərdi yaşayış evinin 18 kv.m. hissəsi vaxtilə Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2013cü il tarixli sərəncamı ilə qeyri-yaşayış sahəsinə çevrilmiş və həmin hissədə giriş qapısının açılmasına icazə verilmişdir. Nəticə etibarilə, iddiaçının ona məxsus fərdi yaşayış evinin bir hissəsindən (18 kv.m.) qeyri-yaşayış təyinatı ilə istifadə etmək imkanı olduğundan iddianın təmin edilməməsi onu hər hansı əlverişsiz vəziyyətə salmır.

25. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

26. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

27. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 73, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar