Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2921/2020 01.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüquuqunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m hesab edilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Bu səbəbdən, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək qeyd olunan mənzilin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Onun müraciətindən sonra Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində Daimi fəaliyyət göstərən X2 məsələyə baxmış və müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 18 saylı mənzilinin çıxarışa əsasən ümumi sahəsi 52.1 kv.m göstərilsə də, komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı mənzilin faktiki ümumi sahəsinin 79.6 kv.m-dən ibarət olması aşkar edilmişdir. Ümumi sahədəki fərq, mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Bundan sonra Komissiyanın 52 saylı, xx.xx.2019-cu il tarixli Qəbul aktına əsasən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Daha sonra Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 150 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmiş və bununla bağlı ona müvafiq bildiriş verilmişdir. Bundan sonra o, qəbul aktı və sərəncam əsasında daşınmaz əmlakın yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçməklə dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi ilə əlaqədar cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2019-cu i ltarixli, **********95 saylı və xx.xx.2020-ci il tarixli, **********88 saylı məktubları ilə ona cavab vermiş və məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qeyd olunan əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahsinin istismara qəbul ediməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi) və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin texniki pasportda göstərilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş sahə birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh təşkilat ərizəsi ilə bağlı imtina verərəkən heç bir əsaslı səbəb gətirməmiş, əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi üçün zəruri sənədlər təqdim edilsə də, əsassız olaraq ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən ididaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.1 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Onun həmin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********30-05101-093038 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair 11/********** inventar nömrəsi ilə, xx.xx.2017-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Texniki pasportda mənzil haqqında məlumatlarda mənzilin yerləşdiyi mərtəbə 1ci mərtəbə göstərilmişdir. İşdə olan 52 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində Fəaliyət Göstərən X1 qəbul aktının surətindən görünür ki, İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, 28 may küçəsi, 11 saylı evin 18 saylı mənzili DƏDRX-nin seriya RX № ******* saylı, xx.xx.2017-ci il tarixli Çıxarışına əsasən ümumi sahəsi 52.1 kv.m-dən ibarət olmaqla İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, mənzilin faktiki ümumi sahəsi 79.6 kv.m təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Halhazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur (Göstərilənləri nəzərə alaraq, komissiya İddiaçı məxsus Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab etmişdir. Bu barədə 15 saylı MKİS-in xx.xx.2019-cu il tarixli Aktı və mənzilin sxeminin surəti də, iş materiallarına əlavə edilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 150 nömrəli, xx.xx.2019-cu il tarixli “İddiaçı mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamının surətindən görünür ki, İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, 28 may küçəsi, 11 saylı, ev 18 saylı mənzili DƏDRX-nin Seriya RX № ******* saylı, xx.xx.2017-ci il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ ilə vətəndaş İddiaçı məxsusdur və mənzilin faktiki ümumi sahəsi 79.6 kv.m-dir. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Vətəndaşın müraciəti, təqdim edilmiş sənədlər nəzərə alınaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə əsasən vətəndaş İddiaçıa məxsus Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.. hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir. İşdə olan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının E-7 nömrəli, xx.xx.2019-cu il tarixli bildirişinin surətindən görünür ki, “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 150 saylı sərəncamının qəbul edilməsi barədə İddiaçı bildiriş verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” **********88 nömrəli, 16.010.2020-ci il tarixli bildirişin surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi) və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin texniki pasportda göstərilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra-keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə əsasən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. İşin hallarından göründüyü kimi, mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzil çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı mövcuddur. Həmçinin imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinasında göstərilən hallar əsassız olduğundan, cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, xx xxxx 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m olmaqla, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və bu barədə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2921/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2921/2020
01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver