Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2923/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı2, İddiaçı X3 nümayəndəsi (atası) X7, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin X6 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı2 və X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və planölçünün verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı2 və İddiaçı1 oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 17 ünvanında yerləşən 371,3 kv.m. torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən 621,3 kv.m torpaq sahəsi üzərində yerləşən yaşayış sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2011 -ci il tarixli MA seriyalı ******* saylı, MA seriyalı ******* saylı, xx.xx.2006-cı il tarixli MH seriyalı ******* saylı Çıxarışları və Bakı şəhəri İH Texniki İnventarlaşdırma və MHQİ-nin 03.01,2003-cü il tarixli OM seriyalı 139788 saylı Qeydiyyat vəsiqəsinə əsasən iddiaçıların adına ayrı-ayrılıqda dövlət qeydiyyatına alınmışdır. Həmin yaşayış sahələrinin yerləşdiyi və faktiki olaraq iddiaçıların qanuni mülkiyyətində olan 621,3 kv.m torpaq sahəsinin 371,3 kv.m hissəsinə dair İddiaçı2 və X4 adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cfı il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmiş və torpaq sahəsinin planı, döngə nöqtələri və koordinatları qeyd edilmişdir. Bundan sonra, qeyd olunan ünvanda yerləşən 621,3 kv.m torpaq sahəsinin yerdə qalan 250,0 kv.m (0,025 ha) hissəsi xx.xx.2016-cı il tarixdə paylı mülkiyyət hüququ üzrə İddiaçı2 və X3 adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və buna dair Reyestrdən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Əlavə olaraq bildirilir ki, hal-hazırda sözügedən torpaq sahəsi üzərində olan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış sahələri istifadəyə yararsız vəziyyətdə olduğundan iddiaçılar tərəfindən sökülmüş və yerində qeyri-yaşayış binası inşa edilmişdir. Hal-hazırda müvafiq ünvanda yerləşən 371,3 kv.m torpaq sahəsi mövcud vəziyyətdə və mübahisəsiz olaraq iddiaçıların qanuni mülkiyyətindədir. Hazırda isə iddiaçılar həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində bərabər paylı şəkildə qeydiyyata alınmasını istəyirlər. Bu səbəbdən də, müvafiq ünvanda yerləşən 371,3 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququmuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə bağlı qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada müraciət olunmuş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın 3-21-3-30/2-B-0615-8/2023 **********14 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubunda imtina səbəbi kimi “qeyd edilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 371 kv.m hissəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi, elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binasının tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə qeyd olunan sahədən kənarda yerləşdiyi, bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı razılaşdırılmış eskiz layihədə tikilinin 2-ci mərtəbəsində faktiki mövcud olan bəzi sahələr nəzərə alınmadığı və göstərilmədiyi, həmçinin, sözügedən sahələr tikinti obyektinin istismarına icazə sənədində öz əksini tapmadığı” qeyd edilmiş və imtina məktubu Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci və 11.1-ci maddələrinə istinad edilmişdir. İddiaçılar hesab edir ki, cavabdehin qeyd olunan imtinası qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqan iddiaçıların hüquqlarını pozmaqla əsassız olaraq müraciəti təmin etməmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd edilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 371 kv.m hissəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binasının tikintialtı sahəsinin bir hissəsi sənəd üzrə qeyd olunan sahədən kənarda yerləşir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı müəyyən edilmişdir ki, razılaşdırılmış eskiz layihədə tikilinin 2-ci mərtəbəsində faktiki mövcud olan bəzi sahələr nəzərə alınmamış və göstərilməmişdir. Həmçinin, sözügedən sahələr tikinti obyektinin istismarına icazə sənədində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən 371.3 kv.m torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair iddiaçıların adına reyestrdən çıxarışın (elektron) və planölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı2 iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********86 xaricolma nömrəli məktubla cavab verilmişdir. İddiaçı1 isə qeyd olunanlar ilə bağlı İdarəyə müraciəti olmamışdır. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən ümumi sahəsi 250 kv.m olan torpaq sahəsi hazırda paylı mülkiyyət hüququ üzrə İddiaçı2 (9/18 hissə) və X3 (9/18 hissə) mülkiyyətindədir. 371 kv.m torpaq sahəsinə dair isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin (371 kv.m) 30 kv.m hissəsi 202 saylı orta məktəbin ərazisində yerləşir. Həmçinin bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ümumi ölçüsü 621.5 kv.m təşkil edir və iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.
5. Daha sonra məhkəməyə birgə ərizə təqdim edilərək əsl olmayan İddiaçı1 əsl iddiaçı X8 ilə əvəz edilməsi xahiş edilmişdir.
6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə əsl olmayan İddiaçı1 əsl iddiaçı X8 ilə əvəz edilmişdir.
7. Qeyd edilən ünvan üzrə mövcud arxiv sənədləri məhkəmə tərəfindən tələb edilmiş, cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1970-ci ildə verilmiş Texniki inventarlaşdırma Pasportuna əsasən Nərimanov rayonu, Moskovski prospekti (hazırda Xətai prospekti), 47 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 621,3 kv.m qeyd olunmuşdur.
8. Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM 139788 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Xətai prospekti 47 saylı evin 36,7 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 3 saylı mənzili İddiaçı2 adına xx.xx.2003-cü il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir.
9. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.0358 ha torpaq sahəsində yerləşən 47 nömrəli 1 mərtəbəli binanın girişində, 1-ci mərtəbəsində yerləşən 27 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində MA ******* seriya nömrəli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində MA ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 47, mənzil 1 ünvanında yerləşən mənzil İddiaçı1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı2 (9/18 hissə), X9 (2/18 hissə) və İddiaçı1 (7/18 hissə) adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsinə dair İddiaçı1 və İddiaçı2 adına xx.xx.2014-cü il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı2 (9/18 hissə) və İddiaçı1 (9/18 hissə) adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
15. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı, MA seriyalı ******* saylı, Nazirlər Kabineti yanında DƏDRX-nin xx.xx.2006-cı il tarixli MH seriyalı ******* saylı Çıxarışları və Bakı şəhəri İH Texniki İnventarlaşdırma və MHQİ-nin xx.xx.2003-cü il tarixli OM seriyalı 139788 saylı Qeydiyyat vəsiqəsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində 47 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı İddiaçı2 və İddiaçı1 adına Torpaq sahəsinin planı və ölçüsü xx.xx.2014-cü il tarixdə tərtib edilmişdir.
16. Reyestrdə 4Ə-651 nömrə ilə qeyd olunan xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın Alqı-satqı Müqaviləsinə əsasən satıcı İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 9/18 hissəsini alıcı X1.
17. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı2 və X3 adına xx.xx.2016-cı il tarixdə Torpaq sahəsinin planı tərtib edilmişdir.
18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı2 (9/18) və X3 (9/18) adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
19. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 47, mənzil 1 ünvanında yerləşən mənzil X3 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
20. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzil X3 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
21. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
23. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
24. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
25. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
26. X15 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
27. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
28. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
29. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
30. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
31. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
32. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
34. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);
35. Məhkəmə ilkin olaraq müəyyyən edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən ümumi sahəsi 250 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun hazırda İddiaçı2 (9/18 hissə) və X3 (9/18 hissə) adına qeydiyyat alınması işin mübahisəsiz halıdır. Belə ki: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı2 (9/18 hissə), X9 (2/18 hissə) və İddiaçı1 (7/18 hissə) adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı2 (9/18 hissə) və İddiaçı1 (9/18 hissə) adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Reyestrdə 4Ə-651 nömrə ilə qeyd olunan xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın Alqı-satqı Müqaviləsinə əsasən satıcı İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 9/18 hissəsini alıcı X1. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı2 (9/18) və X3 (9/18) adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
36. İddia ərizəsinin məzmunundan aydın olur ki, birgə iddiaçılar İddiaçı2 və X8 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən torpaq sahəsinin ümumi ölçüsünün 621,50 kv.m olduğunu bildirərək qalan 371,3 kv.m torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb etmişdir.
37. Cavabdeh orqan imtinanın ilkin dəlili olaraq qeyd etmişdir ki, 250 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınsa da, 371 kv.m torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
38. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1970-ci il tarixdə verilmiş Texniki inventarlaşdırma Pasportu mövcuddur (Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən).
39. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1970-ci il tarixli “Texniki inventarlaşdırma Pasportu” torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.
40. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1970-ci il tarixdə verilmiş Texniki inventarlaşdırma Pasportuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən vahid torpaq sahəsinin ölçüsü 621,3 kv.m qeyd edilmişdir. Eyni zamanda cavabdeh orqan tərəfindən bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman torpaq sahəsinin ümumi ölçüsü 621.5 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Odur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən vahid torpaq sahəsinin ölçüsü barədə hər hansı mübahisə yoxdur.
41. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən torpaq sahəsinin yalnız 250 kv.m hissəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınsa da, sözügedən torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1970-ci il tarixli “Texniki inventarlaşdırma Pasportu” əsasında vahid ölçüsü 621 kv.m olmaqla tam şəkildə (371 kv.m də daxil olmaqla) mülkiyyətçilərin istifadəsində olmuşdur, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yaranmamışdır və ya torpaq sahəsinə dair hər hansı digər şəxsin tələbi olmamışdır.
42. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən torpaq sahəsi bir neçə dəfə özgəninkiləşdirildikdən sonra hazırda birgə iddiaçılar İddiaçı2 və X3 qanuni istifadəsindədir, məhz elə bu səbəbdən də ləğv edilmiş X11 Komitəsi tərəfindən İddiaçı2 və İddiaçı1 adına tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin ölçüsü 621,3 kv.m olaraq qeyd edilmişdir və həmin sənəd də Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1970-ci il tarixli “Texniki inventarlaşdırma Pasportu” ilə birlikdə iddiaçıların torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün əsasdır.
43. Mülki Məcəllənin 243.2-ci maddəsinə əsasən, özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
44. Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
45. Odur ki, iddiaçılardan X8 qeyd edilən daşınmaz əmlakı İddiaçı1 satın aldığından qeyd edilən hissədə torpaq sahəsi üzərində hüquqlar da ona keçmişdir. Məhkəmə qeyd edir ki, əvvəllər tərtib edilmiş plan-ölçü sənədi İddiaçı2 və İddiaçı1 adına (birgə) tərtib edildiyindən və hazırda mülkiyyətçilər dəyişdiyindən (İddiaçı2 və X8) iddiaçıların həmin sənədi əldə etməkdə hüquqi maraqları mövcuddur.
46. Belə olan təqdirdə məhkəmə hesab edir ki, torpaq sahəsinin yalnız 250 kv.m hissəsində mülkiyyət hüquqları tanınmış iddiaçıların qalan 371 kv.m torpaq sahəsi üzərində də (ümumilikdə 621 kv.m) mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı “qanuni gözlənti”ləri var.
47. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən torpaq sahəsi bir neçə dəfə özgəninkiləşdirildikdən sonra hazırda birgə iddiaçılar İddiaçı2 və X3 istifadəsindədir.
48. Cavabdeh orqan imtinanın digər əsası olaraq qeyd etmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin (371 kv.m) 30 kv.m hissəsi 202 saylı orta məktəbin ərazisində yerləşir.
49. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh orqan qeyd edilən halı təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda sözügedən 621 kv.m torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Texniki inventarlaşdırma Pasportu” əsasında 1970-ci il tarixdən etibarən vahid hasar daxilində istifadə edilir və torpaq sahəsinin hasar daxilindəki yerləşmə mövqeyi ilə bağlı hər hansı uyğunsuzluq mövcud deyil.
50. Odur ki, iddiaçıların hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçıların üzərinə həddən artıq yük qoymuşdur.
51. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
52. X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
53. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçıların X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
54. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
55. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
56. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
57. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən 371 kv.metr torpaq sahəsi üzərində birgə iddiaçılar İddiaçı2 və X3 paylı mülkiyyət hüquqlarını qeydə alaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva