Məhkəmə qərarları › İş №2-1(112)-2924/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2924/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2924/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «doğum akt qeydlərinin və doğum haqqında şəhadətnamələrin etibarsız sayılması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X4 doğum akt qeydləri və onların əsasında verilmiş doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 ilə 11 oktyabr 2004-cü il tarixində nikaha daxil olmuş, 2005-ci ilin aprel ayının əvəllərində Almaniya Federativ Respublikasına köçmüş və orada yaşamağa başlamışdır. Bakıya ilk dəfə 13 il sonra, 2018ci ilin avqust ayında gəlmişdir. Həmin müddət ərzində heç vaxt Azərbaycan Respublikasına gəlməmişdir. Almaniya Federativ Respublikasına köçdükdən sonra birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X10 dünyaya gəlmişlər. Onların doğumu Almaniya Federativ Respublikasında qeydə alınaraq doğum haqında şəhadətnamə verilmişdir. İddiaçıya dəqiq məlum olmayan səbəblərdən övladlarının doğumları, eyni zamanda, Azərbaycan Respublikasında da qeydə alınaraq müvafiq doğum haqqında şəhadətnamələr verilmişdir. Belə ki, iddiaçı ilə X3 arasında bağlanmış nikahın pozulmasına dair Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(001)- 3640/2019 saylı qətnaməsi qəbul edildikdən sonra ona məlum olmuşdur ki, övladlarının doğumları, eyni zamanda, Azərbaycan Respublikasında da qeydə alınaraq müvafiq doğum haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra həmin doğum aktı qeydləri və onların əsasında verilmiş doğum haqqında şəhadətnamələrin etibarsız edilməsi barədə Cavabdehnə müraciət etməyinə baxmayaraq, iddiaçıya imtina məktubu ilə cavab verilmişdir. İddiaçının övladları da Almaniya Federativ Respublikasında doğulmuş və doğum haqqında şəhadətnamələrində soyadları “Fəxrizadə” kimi göstərilmişdir. Hazırda əsl soyadı “Mahmudova” soyadına qaytarılmasına dair məhkəmədə iddia qaldırmışdır və iş məhkəmənin icraatındadır. İddiaçı hesab edir ki, Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamələr etibarsızdır. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda iddia ilə bağlı münasibət bildirilmişdir. Məktubda qeyd olunmuşdur ki, İddiaçı doğum haqqında təkrar şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3İ oktyabr 2003-cü il tarixli,145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinin tələblərinə əsasən ərizəsi təmin edilməmişdir. Bununla bağlı vətəndaşa rəsmi imtina məktubu təqdim edilmişdir. İşin həlli məhkəmənin mülahizəsinə buraxılır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh inzibati orqanın nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məmzununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ASAN 1 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır. - Səadət sarayı (Bakı nikah evi) tərəfindən xx.xx.2020-ci il tarixli, 05/Q-327/13 saylı məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş xx.xx.2004-cü il tarixli, 2807 saylı nikah haqqında akt qeydinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1979-cu il təvəllüdlü X3 ilə xx.xx.1984-cü il təvəllüdlü X7 arasında xx.xx.2004-cü ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada “Mahmudova” soyadı verilmişdir. - Almaniya Federativ Respublikası Hamburq-Altona Vətəndaşlıq vəziyyəti aktlarının idarəsi tərəfindən verilmiş 2528/2005 nömrəli doğum haqqında reyestrin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X5 xx.xx.2005-ci il tarixdə Hamburq şəhərində doğulmuşdur, atası X3, anası Mahmudova (Bayramova) Günel Rəşid qızı, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının idarəsində müvafiq qeydiyyat aparılmışdır. - Almaniya Federativ Respublikası Hamburq-Altona Vətəndaşlıq vəziyyəti aktlarının idarəsi tərəfindən verilmiş 2371/2007 nömrəli doğum haqqında reyestrin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X5 xx.xx.2007-ci il tarixdə Hamburq şəhərində doğulmuşdur atası X3, anası Mahmudova (Bayramova) Günel Rəşid qızı, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının idarəsində müvafiq qeydiyyat aparılmışdır. - ünvan 5 ünvanladığı 430 saylı, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı ambulator kartası yoxdur. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 33/33 02 saylı məktubdan müəyyən edilir ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədindən çıxışı, xx.xx.2018-ci il tarixdə girişi, xx.xx.2018-ci il tarixdə isə çıxışı İAMAS bazasında qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport qeydiyyat və miqrasiya idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 018-5945-1220 saylı məktubda bildirilmişdir ki, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş Mahmudova (Bayramova) Günel Rəşid qızı ilk dəfə xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsi tərəfindən AZE 02156626 nömrəli, xx.xx.2004-cü il tarixdə AZE 02623336 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. xx.xx.1979-cu ildə Tovuz rayonunda anadan olmuş X3 isə ilk dəfə xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Xətai rayon Polis İdarəsi tərəfindən AZE 02134903 nömrəli, xx.xx.2004-cü il tarixdə AZE 02503204 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Həmin şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə onlar müəyyən olunmuş qaydada məhv edilmişlər. G. Mahmudova xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi tərəfindən AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və qeyd olunan şəxsiyyət vəsiqəsi əsasında xx.xx.2018-ci il tarixdə ona həmin mərkəz tərəfindən etibarlılıq müddəti 10 il olan C 02150949 nömrəli ümumvətəndaş pasportu verilmişdir. C. Mahmudov isə xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzi tərəfindən AA ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. C.Mahmudova əvvəllər verilmiş AZE 02503204 şəxsiyyət vəsiqəsi əsasında xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi tərəfindən etibarlılıq müddəti 10 il olan C 02219405 nömrəli ümumvətəndaş pasportu verilmişdir. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3640/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən aydın olur ki, X1 ilə cavabdeh İddiaçı arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Səadət sarayında bağlanmış 2807 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X4 cavabdeh İddiaçı yanında saxlanılması qət edilmişdir. - Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx/xx-3204 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydası”nın 26cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olnması haqqında maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Sonda qanunvericiliyin tələblərini nəzərə alaraq yaşayış yeri üzrə qeydiyyat şöbəsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə, əvvəla, qeyd edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36-cı maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər (maddə 36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (maddə 36.2). Müəyyən etmə və ya haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddət ərzində həll edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (maddə 36.3). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, övladlığa götürülmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxlində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişdirir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitabını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 446 nömrəli xx.xx.2006-cı il tarixli Fərmanı ilə (1.6-cı bənd) hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları əsasında hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədilə yerlərdə rayon (şəhər) qeydiyyat şöbələri yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli xx.xx.2003-cü il tarixli Qərarı ilə «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» təsdiq edilmişdir. Qaydanın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Qaydanın 2.1-ci bəndinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Qaydanın 2.2-ci bəndinə görə doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. «İnzibati icraat haqqında» Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İşdə olan sənədlərdən görünür ki, iddiaçının nümayəndəsi «İnzibati icraat haqqında» Qanunun 65.3-cü maddəsinin tələblərinə riayət edilməsi üçün cavabdeh orqana müraciət etmiş, Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/Q-83/15 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizə təmin edilə bilməz. Sonda adiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmiş, bu səbəbdən məhkəmədə iddia irəli sürülmüşdür. Yuxarıda şərh edilmiş iş materiallarından məlum olur ki, xx.xx.2004-cü il tarixdə iddiaçı Mahmudova (Bayramova) Günel Rəşid qızı ilə X3 arasında nikah bağlanmış, iddiaçı xx.xx.2005-ci il tarixdə ölkə (Azərbaycan Respublikası) ərazisini tərk etmiş, xx.xx.2018-ci il tarixdə ölkə ərazisinə geri qayıtmış, həmin müddətdə Hamburq şəhərində birgə nikahdan iddiaçının 23 avqust 2005-ci ildə X5, 10 mart 2007-ci ildə isə X10 adlı övladları doğulmuş və bu barədə Almaniya Federativ Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının idarəsində müvafiq qeydiyyatlar aparılmışdır. Buna baxmayaraq Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli ******* nömrəli tibbi şəhadətnamə əsasında X2 adına 2348 nömrəli 10 sentyabr 2005-ci il tarixli, ******* nömrəli xx.xx.2007-ci il tarixli tibbi şəhadətnamə əsasında isə X4 adına 832 nömrəli, 17 mart 2007-ci il tarixli doğum akt qeydi tərtib edilmiş, həmin akt qeydləri əsasında isə müvafiq olaraq xx/xx-2641 nömrəsi və xx/xx-2642 nömrəsi ilə qeydiyyata alınmış doğum haqqında şəhadətnamələr verilmişdir. İşin şərh edilən hallarından göründüyü kimi uşaqların doğumu iki yerdə, yəni Almaniya Federativ Respublikasında və Azərbaycan Respublikasında qeydə alınmış və buna müvafiq olaraq da iki yerdə şəhadətnamələr verilmişdir. Lakin nəzərə alınmalıdır ki, uşaqları doğmuş ana, İddiaçı 19 aprel 2005-ci il tarixdən Azərbaycan Respublikasına gəlməməsi, yəni həmin tarixdən əvvəlki dövrdə ölkəni tərk etməsi və xx.xx.2018-ci il tarixədək ölkə ərazisində olmaması işdə olan yetərli sübut kimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məlumatı ilə təsdiqlənir. Göstərilən hallar müvafiq doğum akt qeydlərinin və onlar əsasında verilmiş doğum haqqında şəhadətnamələrin birbaşa uşaqların mülki hüquqlarına və manefələrinə uyğun gəlməyən kimi qiymətləndirilməsinə əsas verir. Məhkəmə qeyd edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu xx.xx.2011-ci il tarixdən qüvvədə olsa da, mübahisələndirilən aktların (doğum haqqında akt qeydlərinin) qəbul edildiyi dövrdə bu qəbildən olan məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəası ilə tənzimlənirdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Eləcə də MPM-in (əvvəlki redaksiyada) 285.0.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə işlərə xüsusi iddia icraatı qaydasında baxılır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən müvafiq olaraq xx.xx.2005-ci il tarixdə doğulmuş X2 və xx.xx.2007-ci il tarixdə doğulmuş X4 adına tərtib edilmiş 2348 nömrəli, 10 sentyabr 2005-ci il tarixli və 832 nömrəli, 17 mart 2007-ci il tarixli doğum akt qeydləri, həmin doğum akt qeydləri əsasında verilmiş doğum haqqında şəhadətnamələr (müvafiq ardıcıllıqla qeydiyyat nömrələri: xx/xx-2641, xx/xx-2642) etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62.3-cü, 69-cu, 75-ci, 78-79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən müvafiq olaraq xx.xx.2005-ci il tarixdə doğulmuş X2 və xx.xx.2007-ci il tarixdə doğulmuş X4 adına tərtib edilmiş 2348 nömrəli, 10 sentyabr 2005-ci il tarixli və 832 nömrəli, 17 mart 2007-ci il tarixli doğum akt qeydləri, həmin doğum akt qeydləri əsasında verilmiş doğum haqqında şəhadətnamələr (müvafiq ardıcıllıqla qeydiyyat nömrələri: xx/xx-2641, xx/xx-2642) etibarsız sayılsın. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar