Məhkəmə qərarları › İş №2-1(112)-2925/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2925/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2925/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı “sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X10 pensiyasının təmin edilməsi və mənə çatacaq müavinatın ödənilməsinə dair qətnamə” qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 57 yaşının tamam olduğu 14 oktyabr 2017-ci il tarixdən sosial müavinətin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi X15 Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlar pensiyaya çıxmaq hüququna malikdir. İddiaçının pensiya yaşı, yəni 57 yaşı 2017-ci ilin oktyabr ayının 14-də tamamlanır. Respublika mətbuatında əmək pensiyaları ilə əlaqədar heç bir yerə getmədən Sosial Müdafiə Fondu tərəfindən elektron qaydada təyin edilməsi bildirilmişdir. İddiaçı 1 Saylı Bakı Dost Mərkəzinə ərizə ilə müraciət etmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X15 Filialının 22 oktyabr 2020ci il tarixli **********6 saylı məktubu ilə ona imtina edilərək 29 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa pensiya ilə əlavələr edilmiş dəyişikliyə görə pensiya müavinətının iddiaçıya təyin edilməsinin mümkün olmadıgı bildirilmiş, hansı ki, onun pensiya yaşı 14 oktyabr 2017-ci il tarixə təsadüf edirdi. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, həmin tərəfdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh 19.01.2021-ci il tarixli, **********4 saylı etirazda bildirilmişdir ki, 2- 1(112)-2925/2021 saylı iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin 29 noyabr 2019-cu ilə qədər qüvvədə olmuş redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşma çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlarıdır (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla). Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Lakin iş materiallarından göründüyü kimi İddiaçı 21.05.2007-ci il tarixdən 07.02.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatda olmuş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Yəni, vətəndaşın iddia ərizəsində qeyd etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən yaşa görə müavinət təyin olunması üçün iki şərt ödənilməli idi: 1) şəxsin əmək pensiyası hüququ olmamalı və 2) işləməməlidir. Bu iki şərt birlikdə ödənildiyi təqdirdə şəxsin yaşa görə müavinət almaq hüququ vardır. Digər tərəfdən 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsində “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmış və hazırda qüvvədə olan Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər- əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Göründüyü kimi vətəndaşa yaşa görə müavinət təyin edilməsi üçün ikinci şərt, yəni işləməmə faktı ödənilsə də, birinci şərt - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində müəyyən edilmiş yaş həddi (62 yaş) tələbi və 8-ci maddədə nəzərdə tutulmuş beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmək şərti ödənilmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” X1 verdiyi arayışdan məlum olduğu kimi İddiaçı 4 uşağı vardır. Qeyd olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi vətəndaşa yaşa görə sosial müavinətin təyin edilməsi üçün tələb edilən şərtlər ödənilmir. Sonda iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Cavabdehin 22.10.2020-ci il tarixli **********6 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “DOST” Mərkəzincən daxıl olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Sosial Ödənişlərin X15 Filialda baxılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyunun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) 2020-ci il 1 iyul tarixində qadınların müavinət yaşı 62 yaş müəyyən edilmişdir. Bu Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Bildirilmişdir ki, iddiaçı 21.05.2007-ci il tarixdən 07.02.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi (VÖEN**********) qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsində “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün bu müavinət növü üzrə təyinat nəzərdə tutulmamışdır. Qeyd edilənləri nəzərə alaraq bildirilmişdir ki, vergi ödəyicisi kimi qeydiyyatının 07.02.2020-ci il tarixdən dayandırılmasına baxmayaraq 62 yaşı tamam olmadığı üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından uyğun hesab olunmur. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin 11.08.2020-ci il tarixli **********793300 saylı uçota dair iddiaçıya verilən arayışı ilə bildirilmişdir ki, “Vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olmanız barədə məlumat aşkar edilməmişdir. Vergi uçotunuz 07.02.2020-ci tarixdən ləğv edilmişdir”. - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Masallı rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin № xxxxxxx200004 07.10.2020-ci il tarixli müraciət vərəqəsindən görünür ki, iddiaçı yaşa görə sosial müavinətin verilməsi üçün həmin tarixdə cavabdehə müraciət etmişdir. - İddiaçının 07.10.2020-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı yaşa görə sosial müavinətin verilməsi üçün həmin tarixdə cavabdehə müraciət etmişdir. - DİN tərəfindən verilmiş 14.08.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı 01.10.2017-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 31 avqust 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 01.10.2017-ci il tarixdən, iddiaçının əri X6, iddiaçının qızı X9, iddiaçının qızı Tağıyeva (Baxşiyeva) Aynur Qəfər qızı, iddiaçının qızı Tağıyeva (Aslanova) Aygün Qəfər qızı, iddiaçının qızı Tağıyeva (Ercin) Nurlanə Qəfər qızı ünvan 3 ünvanında yaşayırlar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” X1 14.08.2020-ci il tarixli 2672 saylı arayışı ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1960-cl il tarixində Masallı rayonunda anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 14.08.2020-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1. Ər: X6 (16.03.1956), 2. Uşaq: X9 (07.10.1979), Tağıyeva (Baxşiyeva) Aynur Qəfər qızı (09.10.1980), Tağıyeva (Aslanova) Aygün Qəfər qızı (07.07.1982), Tağıyeva (Ercin) Nurlanə Qəfər qızı (02.05.1984). - Masallı rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 720 saylı 02.10.2020-ci il tarixli arayışında göstərilmişdir ki, “həqiqətən İddiaçı ərazidə yaşadığı müddət ərzində aşağıda adları qeyd olunan uşaqları özü doğub (1 yaşdan 8 yaşa qədər) tərbiyə etmişdir. 1 .qızı : X9 -07.10.1979

2. qızı .X7-09.10.1980

3. qızı: X8 -07.07.1982

4. qızı: X5 -02.05.1984 Arayış Yasamal “Dost Mərkəzi”nə təqdim etmək üçün verildi”. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin 09.02.2021-ci il tarixli **********548000 saylı məktubu ilə bildirilmişdir ki, 09.02.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN **********) 21.05.2007-ci il tarixdə vergi uçotuna alınması və 07.02.2020-ci il tarixdən vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 26.01.2021-ci il tarixli **********8 saylı arayışı ilə bildirilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” alt sisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X15 Filialından heç bir növ sosial müavinət, təqaüd, “Ünvanlı AS” alt sisteminə əsasən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən ünvanlı dövlət sosial yardım almır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 26.01.2021-ci il tarixli **********5 saylı arayışı ilə bildirilmişdir ki, X4 (FİN - xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquq şəxsinin Sosial Ödənişlərin X15 Filialından heç bir növ əmək pensiyası almır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin 18.05.2021-ci il tarixli **********205700 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) vergi uçotu 07.02.2020-ci il tarixdə ləğv edildiyindən 17.05.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı vergi uçotunda olması barədə məlumat müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesabdan çıxarışla bağlı məlumatın təqdim edilməsi mümkün olmamışdır. İş materiallarından məlum olur ki, iddiaçı iddia ərizəsində qaldırdığı məsələ, yəni əmək qabiliyyəti olmayan şəxs olmaqla 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi ona sosial müavinətin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, məsələ ona münasibətdə müsbət həllini tapmamış, ərizənin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə cavabdehin dəlillərini əsaslı hesab edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin 29 noyabr 2019-cu ilə qədər qüvvədə olmuş redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşma çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlarıdır (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla). “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Məzmunu yuxarıda göstərilmiş müddəalara əsasən məhkəmə hesab edir ki, iddiaçının “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin 29 noyabr 2019-cu ilə qədər qüvvədə olmuş redaksiyasına əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etməsi və və 57 yaşına çatması hipotezası (şərtləri) ödənsə də, həmin Qanunun 7.0.2-ci maddəsində göstərilən işləməmək hipotezası (şərti) mövcud olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının VÖEN ********** nömrə ilə 21.05.2007-ci il tarixdə vergi uçotuna alınması müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda oldugundan cavabdeh qanuni və əsaslı olaraq ona müavinətin verilməsindən imtina etmişdir. Bundan başqa, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları sayılır. Həmin qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyunun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) 2020-ci il 1 iyul tarixindən qadınların müavinət yaşı 62 yaş müəyyən edilmişdir. İddiaçının 62 yaşı tamam olmadığı üçün ona qüvvədə olan qanunun tələbinə görə də yaşa görə sosial müavinətin təyin edilməsi mümkün deyil. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı 57 yaşının tamam olduğu 14 oktyabr 2017-ci il tarixdən sosial müavinətin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi X15 Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı 57 yaşının tamam olduğu 14 oktyabr 2017-ci il tarixdən sosial müavinətin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi X15 Filialına həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6

SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar