Məhkəmə qərarları › İş №2-1(112)-2925/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2925/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2925/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1981-ci il tarixdən 2018-ci il tarixə qədər Bakı şəhərində müxtəlif təyinatlı sənaye müəssisələrində, müxtəlif istehsalat və müxtəlif peşələr üzrə işləmişəm və əmək fəliyyəti adına verilmiş əmək kitabçasında qeyd edilmişdir. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi xahişi ilə cavabdehə müraciət etmiş, cavabdeh özünün xx.xx.2024-cü il tarixli, 3- 17-112-Ş-200440/2024 nömrəli məktubu ilə sözügedən müraciətini baxılmamış saxlamış və mövqeyini bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)- 5596/2019 və Bakı Apellyasiya Məhkəməsinin İnzibat Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2- 1(103)-3338/2023 nömrəli qərarlarda müəyyən edilmiş hallarla əsaslandırmışdır. Belə ki, Ali Məhkəmənin istinad edilən qərarında müəyyən edilmişdir ki, "işin halları ilə iddiaçının 55 yaşı tamam olduğu 11 dekabr 2028-ci il tarixə 20 il 11 gün ümumi sığorta stajı olsa da, o, bu bu müddətin 1 il 2 ay 5 gün müddətində ödənişsiz məzuniyyətdə oması müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda isə 20 ildən az (18 il, 2 ay, 16 gün) təşkil edir, həmin müddətdə iddiaçının faktiki əmək qabiliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş "vətəndaşların pensiya təminatı haqqında" Qanunun 97-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi tutulmamışdır. Məhkəmə Kollegiyasının həmin qərarında digər mövqeyi belə olmuşdur ki, "xxxx"ASC məhkəməyə və cavabdehə təqdim etdiyi izahlı arayışda həmin vəzifənin ikinci siyahıya uyğun pensiya almaq hüququ verdiyini təsbit etsə də, istinad etdiyi qərarı ilə təsbit olunmuş 1 nömrəli siyahıda göstərilən koda uyğun olmuş, həm həmin kod,həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyin 1993- cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda göstərilən koda uyğun olmuş, həm həmin kod, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıda istinad etdiyi kod yığıcı deyil, ştamplayıcı dəmirçilər peşəsinə aid olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığından, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda istinad olunan ştamplayıcı dəmirçi peşəsinə uyğun gəldiyindən, iddiaçı isə yığıcı kimi işlədiyindən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz". Bakı Apellyasiya Məhkəməsinin yuxarıda cavabdeh tərəfindən istinad edilən qərarında da məhkəmələr tərəfindən müəyyən edilmiş eyni hallar göstərilmişdir. Bununla da cavabdeh tərəfindən qeyd edilən məhkəmə qərarlarına istinad edərərək müraciətimə baxılmamış saxlanılması əsasızdır. Cavabdehin bu cavabını imtina kimi qəbul edir, hesab edir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əmək stajı kifayət edir. Belə ki, cavabdeh tərəfindən qeyd edilən məhkəmə qərarlarında o cümlədən Ali Məhkəmənin istinad edilən qərarında müəyyən edilmiş " iddiaçının 55 yaşı tamam olduğu 11 dekabr 2028-ci il tarixə 20 il 11 gün ümumi sığorta stajı 20 ildən az yəni 18 il 2ay, 16 gün təşkil edir kimi müddəası hazırki halda güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinanın əsası kimi qəbul edilə bilməz. Belə ki, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər Bakı "xxxx" ASC-də hamarlayıcı şagirdi, hamarlayıcı maşın operatoru işində işləmişdir. Həmin "xxxx" ASC-dən verilmiş güzəştli arayışda işlədiyi peşə üzrə ("Güzəştli şərtlərilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın yüngül sənaye bölməsinin. Səh.188 Hamarlayıcı sexində əl işləri ilə məşğul olan keçə məmulatlarını hamarlay anlar"). 2 il 2 ay 30 gün güzəştli əmək stajın təşkil etməsini göstərir. Bu arayışıla bağlı məsələ Bakı inzibati, Bakı Apellyasiya və Ali Məhkəmələrin çıxartığı qərarlarda Yeni açılmış hal üzrə icraatın başlaması üçün kifayət deyildir kimi dəyəndirilmişdir. Ali Məhkəmənin qərarında müəxjyən edilmiş güzəştli şərtlərtlə yaşa görə əmək pensiyası hüququ verən 18 il 2 ay 16 günün üstünə 2 il 2 ay 30 gün gəldikdə 20 il 5 ay 14 gün təşkil edir bu da sığorta stajının yetərli olmasını təsdiq edir. İmtina cavabında istinad edilmiş Ali Məhkəmə Kollegiyasının digər mövqeyi ilə yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığından, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda istinad olunan ştamplayıcı dəmirçi peşəsinə uyğun gəldiyindən, iddiaçı isə yığıcı kimi işlədiyindən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz". Hesab edirəm ki, Ali Məhkəmənin bu mövqeyi də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən styaj kimi qəbul edilməlidir. Belə ki, "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli güzəştli arayışdan göstərilmişdir ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.20922-ci il tarixinədək "Azərelektromaş"İB -də işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Metalurgiya istehsalat bölməsinin səh.21,bənd 3.3. səh.sətir 19.Bu peşə üzrə 11 il 2 ay 5 gün güzəştli əmək stajı təşkil edir. Ştamplama dəmirçi sexində səsin 95,0-98,0 d BA olmuşdur ki, bu da normadan 15-18 d BA çoxdur. Göstərilən faktlar iş gününün 90%-dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Əmək kitabçasında da qeyd edilidiyi kimi qeyd edilən ASC-də elektrik maşınların yığıcı çilingər peşəsi üzrə işləmiş qanuni qüvvədə olan Ali Məhkəmənin qərarında həmin cəmiyyətdə yığıcı peşəsi üzrə işləməsi göstərilməklə siyahıda isə ştamplayıcı dəmirçi peşəsinin olmasını müəyyən etməklə və yığıcı peşəsinin qeyd edilən siyahıda olmamasına istinad edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilməzliyini göstərmişdir. Ali Məhkəmə qeyd edilən siyahıda işlədiyi peşə adının olmamasını nəzərə alaraq pensiya təyin edilməsini qeyri mümkün saymışdır. Halbuki, "xxxx"ASC tərəfindən verilmiş arayışda işlədiyi peşəyə istinadən deyi, çalışdığı iş yerinin yəni ştamplama dəmirçi sexində səsin təzyiqinin normadan dəfələrlə çox olmasını və səs təzyiqinin iş gününün 90% ni təşkil etdiyindən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Göründüyü kimi məhkəmə qeyd edilən arayışı və istinad etdiyi sözügedən siyahıda qeyd edilən ona aidiyyatı olan peşəni və çalışdığı istehsalat sahəsini səhv təvsir etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə həmçinin əvvəlki analoji qərarında "Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nı tərtib etmişdir, hər iki siyahıda zərərli istehsalat sahələri həmin güzəştli siyahıya aid edilmişdir. Hesab edir ki, məhkəməyə təqdim etdiyi həmin arayışda göstərilən iş yeri zərərli iş yeri hesab etməklə həmin iş yerində çalışdığı staj əmək stajına daxil edilməklə güzəştli hesab edilir ki, zərərli istehsalat sahələrini güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən staj kimi hesablanmalı və ona pensiya təyin edilməlidir. Beləliklə hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən 20 il 5 ay 14 gün təşkil edən əmək stajı vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh iddiaya ərizə təqdim etmiş və ərizədə bildirilmişdir ki, iddiaçının cavabdeh inzibati orqana qarşı olan tələbi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işlədiyini iddia etdiyi Komvol ASC-nin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuş xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və Yeni Bemz ASC-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuş xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrlərin onun güzəştli stajına daxil edilərək ona 55 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. İddiaçının iddia tələbinin mümkünlük məsələsi ilə bağlı bildirirlər ki, iddiaçı əvvəlki iddia ərizəsi ilə (2-1(112)-5596/2021 nömrəli iş) Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, onun iddia tələbi 55 yaşdan əmək pensiyasının təyin edilməsi olmuşdur. Qeyd olunanlardan görünür ki, iddiaçının hazırki iddia tələbi ilə əvvəlki iddia tələbi eyni məzmun və formaya malik olmaqla, hüquqi marağı yenə 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının əvvəlki iddia ərizəsi üzrə iş, yəni 2-1(112)-5596/2021 nömrəli iş Bakı İnzibati Məhkəməsinin icraatında olmuş, xx.xx.2021-ci il tarixli qərarla iddiaçının iddia tələbi təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (112)-5596/2021 nömrəli qərarından narazı qalan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-809/2022 nömrəli qərarı, kassasiya şikayəti isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (102)- 1100/2022 nömrəli qərarı ilə təmin edilməmişdir. Nəticədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci ii tarixli 2-1(112)-5596/2021 nömrəli qərarı qanuni qüvvəsini almışdır. Həmçinin əlavə olaraq onu da qeyd edirik ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ilkin icraat zamanı yeni sübutların ondan aslı olmayan səbəblərə görə təqdim edə bilmədiyinin nəzərə alınıb, inzibati məhkəmə icraatının təzələnməsi və ona “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının birdəfəlik təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan ərizəyə münasibətdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5596/2021 nömrəli qərardadından görünür ki, iş üzrə iddiaçının yeni açılmış hallara dair ərizəsinə hüquqi qiymət verən məhkəmə aşağıdakıları qeyd edir: -Ərizədən görünür ki, iddiaçı ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli arayışlara istinad edərək, bu arayışların ilkin məhkəmə icraatı zamanı təqdim edilə bilmədiyini, həmin arayışlara əsasən güzəştli şərtlərlə yaşa görə görə pensiya hüququnun yarandığını iddia edir. -Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli güzəştli arayışı ilkin məhkəmə icraatı zamanı təqdim etməsə də, sonuncu arayışı təqdim etmiş, işə baxan məhkəmələr tərəfindən həmin arayışda qeyd olunanlara artıq qiymət verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1 (102)-1100/2022 saylı qərarında qeyd olunmuşdur ki, “işin hallan ilə iddiaçının 55 yaşının tamam olduğu 11 dekabr 2018-ci il tarixə 20 il 11 gün ümumi sığorta stajı olsa da, o, bu müddətin 1 il 2 ay 5 gün müddətində ödənişsiz məzuniyyətdə olması müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda isə 20 ildən az (18 il 2 ay 16 gün) təşkil edir. Həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş hazırkı qərarın 20-ci bəndində göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdı -Göründüyü kimi, iddiaçının ərizəsinə əlavə etdiyi arayışda göstərilənlər artıq ilkin məhkəmə icraatı zamanı məhkəməyə məlum olmuş, həmin sübut qiymətləndirilməklə iddiaçının tələbi təmin olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, təqdim edilən sübut yeni hallar olmadığından həmin sübut qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün əsas təşkil etmir. -"xxxx" ASC tərəfindən verilmiş arayışa gəldikdə orada iddiaçının cəmi 2 il 2 ay 30 gün güzəştli əmək stajının olması göstərildiyindən məhkəmə həmin sübutun məhkəmə icraatının təzələnməsi üçün kifayət hesab etmir. Qeyd edirik ki, iddiaçının yeni açılmış hallara dair ərizəsinə hüquqi qiymət verən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5596/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-3338/2023 nömrəli qərardadı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Göründüyü kimi hazırki iddia ərizəsində qeyd olunan iddiaçının əmək fəaliyyəti dövrləri və 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəmə araşdırmasının nəticəsi olaraq qanuni qüvvəyə minmiş qərar mövcuddur. -İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli, 2-1(112)-5596/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2- 1(103)- 809/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1100/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2- 1(103)- 809/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. -İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin icraat zamanı yeni sübutların ondan asılı olmayan səbəblərə görə təqdim edə bilmədiyinin nəzərə alınıb, inzibati məhkəmə icraatının təzələnməsi və ona “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının birdəfəlik təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5596/2021 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı ərizə rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3338/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2995/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2- 1(103)-3338/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ş-200440/2024 nömrəli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının 2- 1(112)-5596/2019 nömrəli və 2-1(102)-2995/2023 qərarları ilə sizin şikayətləriniz təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2023cü il tarixli 2-1(103)-3338/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən vətəndaşın müraciətində göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda müraciət baxılmamış saxlanılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin hallarından müəyyən edilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə münasibət bildirilmişdir. Belə ki, iddiaçının 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaya qiymət verilərkən məhkəmələr iddiaçının güzəştli pensiya təyin edilməsi üçün tələb olunan ilkin şərtinə-ümumi sığorta stajı ilə bağlı aşağıdakıları qeyd etmişlər: İ. İddiaçının 55 yaşının tamam olduğu 11 dekabr 2018-ci il tarixə 20 il 11 gün ümumi sığorta stajı olsa da, onun bu müddətin 1 il 2 ay 5 gün müddətində ödənişsiz məzuniyyətdə olması müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda isə 20 ildən az (18 il 2 ay 16 gün) təşkil edir. Həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş hazırkı qərarın 20-ci bəndində göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. (Ali Məhkəmənin 2-1(102)1100/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı) Göründüyü məhkəmənin qanuni qüvvəsini almış qərarları ilə iddiaçının güzəştli pensiya təyinatı üçün tələb olunan ümumi sığorta stajının hesablanması zamanı ödənişsiz məzuniyyətdə olduğu dövr onun sığorta stajından çıxılmış və yekunda iddiaçının 18 il 2 ay 16 gün ümumi sığorta stajı müəyyən olunmuşdur ki, qeyd edilən müddət iddiaçı üçün güzəştli pensiya təyinatına əsas verməyən ilkin şərtdir. İİ. Güzəştli iş stajı ilə bağlı qeyd edilmişdir ki, iddiaçının işlədiyi "xxxx" ASC tərtib etdiyi arayışlarda (sonuncu dəfə xx.xx.2022-ci il tarixli arayış) və aktlarda iddiaçının işlədiyi peşənin deyil, iş yerinin zərərli olmasına istinad etmiş, həmin müəssisənin səlahiyyətli şəxsi iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid olmamasına dair tərtib edilmiş müvafiq aktı imzalamışdır. Digər tərəfdən "xxxx" ASC məhkəməyə və cavabdehə təqdim etdiyi izahlı arayışda həmin vəzifənin ikinci siyahıya uyğun pensiya almaq hüququ verdiyini təsbit etsə də, istinad etdiyi kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda göstərilən koda uyğun olmuş, həm həmin kod, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda istinad etdiyi kod yığıcı deyil, ştamplayıcı dəmirçilər peşəsinə aid olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığından, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda istinad olunan peşə ştamplayıcı dəmirçi peşəsinə uyğun gəldiyindən, iddiaçı isə yığıcı kimi işlədiyindən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz (Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli, 2-1(112)-5596/2021 nömrəli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2- 1(103)-809/2022 nömrəli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1100/2022 nömrəli qərarı) Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçının xx.xx.1984xx.xx.1995-ci il tarixədək “Azərelektromaş” İB, yəni sonradan "xxxx" MMC-də işlədiyi yığıcı peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər hansı vəzifə koduna uyğun olmadığı, eləcə də işlədiyi vəzifənin siyahıda adıçəkilən ştamplayıcı dəmirçilər peşəsinə uyğun gəlmədiyi və bununla da iddiaçının güzəştli iş stajına malik olmadığı bilavasitə müəyyən edilmişdir. İİİ. İddiaçı "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 09 nömrəli güzəştli arayışı təqdim edərək xx.xx.1981-ci ildən xx.xx.1984-cü il tarixədək Bakı Komvol Kombinatında işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahısının Yüngül sənayə bölməsinin səh.188 hamarlayıcı sexində əl işləri ilə məğul olan keçə məmulatını hamarlayanlar peşəsinə uyğun olaraq 2 il 02 ay 30 gün güzəştli əmək stajının olduğunu iddia etmişdir. Qeyd edilməlidir ki, iddiaçı həmin arayışı xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edərək, ilkin icraat zamanı yeni sübutların ondan asılı olmayan səbəblərə görə təqdim edə bilmədiyinin nəzərə alınıb, inzibati məhkəmə icraatının təzələnməsi və ona “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının birdəfəlik təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında da göstərilmişdir ki, iddiaçı "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli güzəştli arayışını ilkin məhkəmə icraatı zamanı təqdim etməsə də, "xxxx" ASC tərəfindən verilən arayışı təqdim etmiş, işə baxan məhkəmələr tərəfindən həmin arayışda qeyd olunanlara artıq qiymət verilmişdir. İddiaçının ərizəsinə əlavə etdiyi arayışda göstərilənlər artıq ilkin məhkəmə icraatı zamanı məhkəməyə məlum olmuş, həmin sübut qiymətləndirilməklə iddiaçının tələbi təmin olunmamışdır. "xxxx" ASC tərəfindən verilmiş arayışda iddiaçının cəmi 2 il 2 ay 30 gün güzəştli əmək stajının olması göstərildiyindən məhkəmə həmin sübutun məhkəmə icraatının təzələnməsi üçün kifayət hesab etmir. (Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-5596/2021 nömrəli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3338/2023 nömrəli qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 2995/2023 nömrəli qərarı). Beləliklə, iddiaçının təqdim etdiyi sonuncu arayışdakı 2 il 2 ay 30 gün güzəştli əmək stajı belə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 10 il zərərli iş stajı üçün yetərli olmamışdır. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün istər ümumi sığorta stajı, istərsə də güzəştli iş stajı bundan əvvəlki məhkəmə mübahisələrinin predmeti olmuş, istər əsas iddiaya ilkin olaraq baxıldığı, istərsə də həmin iş üzrə yeni açılmış hallarla bağlı ərizəyə baxıldığı zaman hər üç instansiya məhkəmələri tərəfindən iddiaçının ümumi və güzəştli stajına hüquqi qiymət verilmiş və nəticə etibarı ilə güzəştli pensiya təyinatı üçün yetərli olmadığı qənaətinə gəlinmişdir. Başqa sözlə, hazırkı inzibati məhkəmə icraatında iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə bağlı bundan əvvəl eyni hüquqi və faktiki hallara əsasən inzibati məhkəmə icratında iddia qaldırmışdır. Həmin iş üzrə inzibati məhkəmə icraatında iddiaçının iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilmiş və tələbi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təmin edilməmişdir. İddiaçının pensiya hüququ ilə bağlı məhkəmələr tərəfindən münasibət bildirilməmiş və inzibati orqan üçün isə yeni inzibati icraatın açılmasına əsas olan yeni hal və sübutlar mövcud deyildir. İddiaçının hazırda başqa bir məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qiymət verilmiş eyni iddianı hazırkı inzibati mühakimə icraatı qaydasında yenidən qaldırılması prosessual məhdudiyyətlərdən yayınmaqla həmin tələbə məhkəmə qaydasında yenidən baxılmasına nail olmağa əsas verir ki, bu da prosessual qanunvericiliklə yolverilməzdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumu “G.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli yekun qərarının hüquqi nəticələrinin mülki məhkəmə icraatı qaydasında faktiki olaraq qüvvədən salınmasını narahatlıqla qeyd edərək bildirir ki, belə hallar məhkəmələrin fəaliyyətində qeyri-konstitusion təcrübə yaratmış olar. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə (istər mülki, istər inzibati məhkəmə) mübahisə predmeti ola və baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 52, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar