Məhkəmə qərarları › İş №2-1(112)-2927/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2927/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2927/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (Balaxanı qəs, 2-ci Mədən küş, ev 59Q ünvanda qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X5 (Məhkəmə mübahisələri iş şöbəsinin mütəxəssisi, Kürdəmir rayonu, Xınıslı kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştıi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hərəkətlərinin qanunsuz sayılması İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 55 yaşdan hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyasının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o xx.xx.1965-ci ildə Qəbələ rayonunda anadan olmuş, əmək fəaliyyətinə 15.02.1981-ci ildə X1 güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan əyrici vəzifəsində işləməyə başlamışdır. 01.03.1995-ci il tarixində həmin müəssisədə tutduğu vəzifədən azad edilmişdir. 06.01.200ci ildən 24.12.2005-ci il tarixədək Şəki rayonu X4 xadiməçi işləmişdir. Lakin 16.05.2006-cı il tarixdə Bələdiyyənin inzibati binasında baş vermiş yanğın nəticəsində hesablanmış əmək haqqı cədvəlləri və əmr kitabları yanaraq məhv olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməsi üçün 24.05.2021- ci il tarixdə müvafiq sənədlərlə birlikdə ərizə ilə müraciət etsə də, İdarənin 20.08.2021-ci il tarixli məktubuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiysının verilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 21.05.2021-ci il tarixli ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə (52 yaşdan) yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala 24.05.2021-ci il tarixdə daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılaraq, aşağıda qeyd olunan səbəblərdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən verilən imtina əsaslı və qanuni olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Turan Bələdiyyəsinin 5 iyun 2018-ci il tarixli 29 nömrəli arayışında onun 06.01.2000- 24.12.2005-ci il tarixləri arasındakı dövr ərzində xadimə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda müəssisədə baş verən yanğın səbəbindən müəssisənin yanaraq məhv olduğu, möhür və sənədlərin saxlanılmadığı qeyd olunmuşdur. Eyni zamanda Azərbaycan X7 filialının iddiaçıya dair arxiv arayışında iddiaçının 16.02.1991-22.01.1994-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz analıq məzuniyyətində olduğu qeyd olunmuşdur. Qeyd edilənlərə görə 16.02.1991-22.01.1994-cü il və 06.01.2000-24.12.2005-ci il tarixləri arasındakı dövrləri iddiaçının ümumi iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (11 il 1 ay 10 gün (15.02.1981-16.02.1991- ci il və 22.01.1994-01.03.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44640,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 10702,28 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, X6 filialının 18.05.2021-ci il tarixli arxiv arayışında 1991-ci ilin yanvar, 1993-cü ilin yanvarnoyabr, 1994-cü ilin fevral, aprel-may aylarında iddiaçıya əmək haqqı hesablanmadığı qeyd edilmişdir. Həmçinin sözügedən arayışa əsasən 2-ci əyrici sexinin 1992-ci ilin əmək haqqı cədvəllərində iddiaçının adı qeyd edilməmişdir. Halbuki “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin qeyd edilməlidir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarfna 2 nömrəli əlavədə "Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1 -ci bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Lakin iddiaçı tərəfindən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməmişdir. Buna görə də cavabdeh hesab edir ki, İddiaçı "güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1965-ci il təvəllüdlüdür. - İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə 15.02.1981-ci il tarixdə başlamış, 15.02.1981-ci il tarixdən 30.08.1981-ci il tarixinədək X1 əyrici şagirdi olaraq, 30.08.1981-ci ildə əyrici vəzifəsinə keçirilmiş, 16.02.1991-22.01.1994-cü illər ərzində analıq məzumiyyətində olmuş, 23.01.1994-cü il tarixdən 01.03.1995-ci ilədək əyrici, 06.01.2000-ci il tarixdən 24.12.2005-ci il tarixədək Turan Bələdiyyəsinin yerləşdiyi idarə binasında xadimə vəzifəsində çalışmışdır. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı, 20.08.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi filiala təqdim etdiyi "Turan Bələdiyyəsinin sizə dair 5 iyun 2018-ci il tarixli 29 nömrəli arayışında 06.01.2000-24.12.2005-ci il tarixləri arasındakı dövr ərzində xadimə vəzifəsində işlədiyi qeyd olunmuş, lakin sözügedən arayışda müəssisədə baş verən yanğın səbəbindən müəssisənin yanaraq məhv olduğu, möhür və sənədlərin saxlanılmadığı qeyd olunmuşdur. Eyni zamanda Azərbaycan X7 filialının iddiaçıya dair arxiv arayışında 16.02.1991- 22.01.1994-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz analıq məzuniyyətində olduğu qeyd olunmuşdur. Qeyd edilənlərə görə 16.02.1991-22.01.1994-cü il və 06.01.2000- 24.12.2005-ci il tarixləri arasındakı dövrləri iddiaçının ümumi iş stajınıza daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (11 il 1 ay 10 gün (15.02.1981- 16.02.1991 -ci il və 22.01.1994-01.03.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə hazırda 44640,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 10702,28 manat təşkil edir. Qeyd olunanların nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. - Şəki rayon Turan Bələdiyyəsi tərəfindən verilən 05 iyun 2018-ci il tarixli Arayışdan görünür ki, Turan bələdiyyəsinin yerləşdiyi idarə binası 16.05.2006-cı il tarixdə yanmışdır. İdarə binası yanan zaman S.Orconikidze adına Taxılçılıq sovxozunun həmin binada mühafizə olunan 1946-1992-ci illərə aid əmək haqqı cədvəlləri və əmr kitabları da yanıb məhv olmuşdur. O cümlədən Turan Bələdiyyəsinə aid olan 2000-ci ildən 16.05.2006-cı il tarixədək bələdiyyə dpövrünə aid hesablanmış əmək haqqı cədvəlləri və əmr kitabları da yanıb məhv olmuşdur. Əsas: Şəki rayonu X8 hissəsinin 01.06.2017-ci il tarixli 105 saylı Arayışı. - Azərbaycan Respublikasının Arxiv İdarəsi Azərbaycan Respublikasinin X7 Filiali tərəfindən verilən 18 may 2021-ci il tarixli arxiv arayışından görünür ki, filialda mühafizə olunan arxiv fondu X2 şəxsi heyət üzrə əmrlər kitablarında, işçilərin şəxsi vərəqəsində, əmək haqqı cədvəllərində G.F.Səlimova (Babayeva) qeyd edilmişdir. X3 şəxsi vərəqəsində aşağıdakı kimi qeyd edilmişdir: 14 mart 1981 -ci il tarixli 108/k saylı əmrinə əsasənl5.02.1981-ci il tarixdən əyrici şagirdi; -07 sentyabr 1981 -ci il tarixli 479/k saylı əmrinə əsasən 30.08.1981-ci il tarixdən əyrici; F.№ 192, siy. № 8, sax/vah. № 79, vərəq № 64; Kombinatın 23 fevral 1991-ci il tarixli 44/k saylı əmrinə əsasən İddiaçı-əyricı, 06.02.1991 -ci il tarixdən 3 illik analıq məzuniyyətinə buraxılmişdir. Kombinatın 14 avqust 1995-ci il tarixli 277/kş saylı əmrinə əsasən əyrici İddiaçı Feruz 01.03.1995-ci il tarixdən işdən azad edilmişdir. (Soyadı, adı və atasının adı sonradan qələmlə yazılmışdır). F.№ 192, siy. № 8, sax/vah. № 429, vərəq № 189. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış olan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçının fərdi sığorta hesabında toplanılmış pensiya kapitalının pensiya təminatına imkan verib-vermədiyi müəyyən olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Qanunvericiliyin tələbi baxımından 55 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, onlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “e” bəndinə əsasən toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar—Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə 50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “e” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il güzəştli iş stajının mövcud olması. 2) İddiaçının 52 yaşının tamam olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan Qanunun tələbi mövcud münasibətlərə tətbiq edilməklə müəyyən edilmişdir ki, iddiaçının 01.01.2006-ci il tarixə qədər əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının toplayıb-toplamadığı araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “e” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 01.01.2006-cı ilə qədər 20 il güzəştli iş stajı mövcud olmamışdır. Məhkəmə həmçinin iddiaçıya 01.07.2017-ci il tarixədək 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının hüququnun olub-olmamasını da araşdırmış və iş materiallarına əlavə edilmiş əmək kitabçasından və arxiv arayışlarından müəyyən edilmişdir ki, iddiaçı qanunvericiliklə tələb olunan iş stajını yığmamışdır. Belə ki, iş üzrə araşdırılan hallardan məyyən edilimişdir ki, iddiaçı müəyyən dövrlər ərzində əmək haqqı almamış və buna müvafiq olaraq da həmin illər üzrə sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Beləliklə qeyd olunanlardan da göründüyü kimi iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi onun üçün uğurlu hesab edilmədiyindən iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar yaş və işlədiyi zərərli iş peşəsi ilə bağlı uyğunsuzluğu olmasa belə, yəni iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 23.01.2007-ci il 12 saylı Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısının Azbest texniki məmulatların istehsalı bölməsinin aşağıda göstərilən sexlərdə, sahələrdə və şöbələrdə nəzarət-ölçü cihazlarının avtomatika və kommunikasiyasının təmiri, profilaktikası və xidməti ilə məşğul olan fəhlələr: hazırlayıcı, toxucu (parça), əyirici, toxucu, aparat, doldurucu, avtomobil-traktor hissələri, avtoqəlibləmə hissələri, spiralsarıdıcı araqat, karton və süzgəclər, paranit, yaymalenti (elastik material) təcrübə-sınaq sənaye-texniki fəhlələri adı ilə qeyd olunan 8.1.12-ci a) yarımbəndində nəzərdə tutulan əyrici peşəsinə uyğun olsa da, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı aşağı olduğundan, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qüvvədə olan qanunvericiliyin tələblərini mövcud münasibətə tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşı qadınlar üçün 1 iyul 2020 – 30 iyun 2021 illər üçün (61 il 6 ay yaş) tamam olur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 40.800 manat təşkil etməlidir. Məhkəmə məhz “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının pensiya yaşını, güzəştli şərtlə pensiya çıxma yaşını, qanunvericilikdə nəzərdə tutulan pensiya ödənişi müddətini və əmək pensiyasının minimum məbləği nəzərə alaraq bu nəticəyə gəlmişdir. Hesablama qaydası: 61.6 yaş – 55 yaş = 6,6 x 12 = 79,2 ay +144 ay (gözlənilən pensiya ödənişi müddəti ) = 223,2 ay x 200 manat (minimum pensiya məbləği) = 44.640 manat. Göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 44.640 manat təşkil etməli olduğu təqdirdə, onun qeydə alınmış pensiya kapitalı cəmi 10702,28 manat təşkil etmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən 3 şərtdən (yaş, staj və zəruri pensiya kapitalı) biri - zəruri sığorta kapitalının olması hissəsində ödənilməmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. İddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçıya pensiya təyin edilməsinin mümkün olmamasının qanunauyğunluğu sübut edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin “Əmək pensiyaları haqqında” Qanunvericiliyinin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmək pensiyasının minimum fərdi sığorta hesabı üzrə pensiya kapitalının artırılması məqsədilə xüsusi hesab vasitəsilə əlavə vəsaiti ödəmək hüququna malikdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18-ci maddəsinə əsasən xüsusi hesab – əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar