Məhkəmə qərarları › İş №2-1(112)-2927/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2927/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2927/2025 24.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “güzəştli mənzil növbəsi əsasında mənzillə təmin edilmə” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 31 nömrəli sərəncamını ilə mərhum həyat yoldaşı - X9 İİ qrup Əfqanıstan müharibəsi əlilinin İddiaçı ailə tərkibi üzvü olduğundan və mənzil növbəsinə götürüldüyündən və vətəndaşların birinci növbəlik siyahısına daxil edilərək, güzəştli mənzil növbəsi əsasında mənzillə təmin olunmağı məsələsini həll edilməsi öhdəliyinin cavabdeh-Cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə Qazı-Məmməd şəhərində anadan olmuşdur. Mərhum həyat yoldaşı -xx.xx.1961-ci ildə anadan olmuş- X4 SSRİ dövlətinin tərkibində olan zaman Sovet qoşunlarının tərkibində Əfqanıstan Demokratik Respublikasında döyüş əməliyyatlarında iştirak etmişdir və döyüş əməliyyatlarının birində yaralanaraq 2-ci qrup əlil olmuşdur. Mərhum həyat yoldaşı - X10 müharibə veteranı statusu verilmiş və ona - ******* nömrəli müharibə iştirakçısı vəsiqəsi verilmiş və həmin vəsiqə ilə ona müharibə veteranları üçün Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etmək səlahiyyətləri verilmişdir. İddiaçı mərhum həyat yoldaşı - X15 ilə 24 iyun 1986-cı il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş, vəfat edənədək onunla nikahda olmuş və birgə nikahdan 2 övladı vardır. Mərhum həyat yoldaşı - X1 Bakı şəhəri F.X.Xoyski prospekti ev-128, mənzil- 28 ünvanında bir otaqlı mənzildə 4 nəfər ailə üzvüləri ilə birlikdə daimi qeydiyyatda olmuşdur. Mərhum həyat yoldaşı - X2 rayon İcra Hakimiyyətinə müraciəti əsasında, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 31 nömrəli sərəncamını ilə AR, Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə istinad edilərək, mərhum həyat yoldaşı - X15 İİ qrup Əfqanıstan müharibəsi əlili kimi 1 nəfər ailə tərkibi ilə yanaşı mənzil növbəsinə götürülmüş və vətəndaşların birinci növbəlik siyahısına daxil edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 31 nömrəli sərəncamı ilə həmin tarixdən mərhum həyat yoldaşı - X15 mənzil növbəsinə alınmışdır. Həyat yoldaşı - X15 27 may 2024-cü il tarixdə gözlənilməyən anda halı pisləşdi və vəfat etdi. Hal-hazırda, İddiaçı mərhum X9 ailə üzvü (həyat yoldaşı) və vərəsəsi kimi istəyir ki, həmin mənzil növbəsi onun adına rəsmiləşsin və həmin imtiyazdan müharibə əlilinin ailə üzvü (həyat yoldaşı) kimi istifadə edə bilsin. Lakin, Bakı şəhəri Cavabdeh Başçısının müavininin imzası ilə gələn 14,06.2024-cü il tarixli 5-14\2, M-l15-068\2024 və xx.xx.2024-cü il tarixli № 5-14/2-M-160-068/2024 saylı məktublarda bildirilmişdir ki, mərhum həyat yoldaşının adına onun vəfatı ilə əlaqədar onun mənzil növbəliyi hüququnun onun adına saxlanması barədə müraciəti mövcud normativ hüquqi aktın qaydaları ilə ziddiyət təşkil edir. Hesab edir ki, Cavabdeh bununla bağlı İddiaçı qarşı haqsızlıq edir, onun mərhum həyat yoldaşı- X4 SSRİ dövlətinin tərkibində olan zaman Sovet qoşunlarının tərkibində Əfqanıstan Demokratik Respublikasında döyüş əməliyyatlarında iştirak etməsini və müharibə əlili olmasını və müharibə veteranı statusu almasını və ölkə Prezidentinin müharibə əlillərinə və müharibə veterana verilən güzəştli mənzil növbəsi qaydalarını pozur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iş üzrə iddia tələbi iddiaçının ərizəsinə əsasən “İddiaçı Bakı şəhəri Cavabdehin başçısının xx.xx.2017-ci il tarixli, 31 №-li sərəncamına əsasən 2-ci qrup Əfqanıstan müharibəsi əlili kimi mənzil növbəsinə götürülmüş mərhum X9 əvəzinə uçota alınması barədə qərar (sərəncam) qəbul edilməsi öhdəliyinin Bakı şəhəri Cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. Hacıqabul Rayon Hərbi Komissarlığının xx.xx.2011-ci il tarixli M/V seriyalı 082398 nömrəli vəsiqəsindən görünür ki, X15 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir. xx.xx.2014-cü il tarixli AZ-İ seriyalı 953714 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X15 ilə X7 24 iyun 1986-cı il tarixdə nikah bağlamışlar. X15 tərəfindən Bakı şəhəri Cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, F.A.Məmmədov yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Həmin ərizəyə nikah haqqında şəhadətnamə, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, İddiaçı, X8, X5, X6 və X3 daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının olmaması barədə arayış və d. sənədlər əlavə edilmişdir. Bakı şəhəri Cavabdehin başçısının xx.xx.2017-ci il tarixli, 31 №-li Sərəncamına əsasən X13 ilə ailə tərkibi 1 nəfər (özü) olmaqla 2-ci qrup Əfqanıstan müharibəsi əlili kimi mənzil növbəsinə götürülmüş və vətəndaşların birinci növbəlilik siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2015-ci il tarixli 276958 nömrəli vəsiqəsinə əsasən İddiaçı ikinci qrup əlildir. Əlillər Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayonu Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 04/250 nömrəli arayışından görünür ki, F.X.Xoyski küçəsi, ev 128, mənzil 28-də yaşayan X9, İddiaçı, X5, X3, X8, X6 mülkiyyətinə torpaq sahəsi ayrılmamış və satılmamışdır. xx.xx.2024-cü il tarixli AZ-İİ seriyalı 393228 saylı Azərbaycan Respublikasının ölüm haqqında şəhadətnaməsindən görünür ki, X15 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bakı şəhəri Cavabdeh tərəfindən X11 ünvanlanmış 5-14/2-M-115-068/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, X13 Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 31 №-li Sərəncamı ilə ailə tərkibi 1 nəfər (özü) olmaqla 2-ci dərəcəli Əfqanıstan müharibəsi əlili statusunda mənzil növbəsinə götürülmüş və güzəştli siyahıya daxil edilmişdir. Ərizəyə əlavə etdiyi Hacıqabul Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, AZ-İİ № 393228 seriyalı Ölüm haqqında Şəhadətnaməyə əsasən F.A.Məmmədov xx.xx.2024-cü il tarixində vəfat etmişdir. “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanması Qaydası”nın təsdiq edilməs haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu ıl tarixli, 322 nömrəli Qərarının 1.2.2-ci yarımbəndinə əsasən: əlilliyi olan şəxsin ailə üzvləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olar qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslərdir. Həyat yoldaşının vəfatı ilə əlaqədar, onun mənzil növbəliliyi hüququnun adında saxlanılması barədə müraciətin sözügedən normativ hüquqi aktın qaydaları ilə ziddiyyət təşkil edir. Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 37 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı M.Məmmədov küçəsi, 4 nömrəli evin 20 nömrəli mənzilində qeydiyyatsız yaşayır. AZEMİS elektron məhkəmə informasiya sistemində olan şəxsin əmlak məlumatları bölməsindən çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü məcburetmə haqqında iddia növünə aiddir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Bakı şəhəri Cavabdehin başçısının xx.xx.2017-ci il tarixli, 31 №-li Sərəncamına əsasən X15 2-ci qrup Əfqanıstan müharibəsi əlili kimi mənzil növbəsinə götürülmüş və vətəndaşların birinci növbəlilik siyahısına daxil edilmişdir. Sərəncamın qəbul edilməsi üçün əsas olmuş xx.xx.2016-cı il tarixli ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, F.A.Məmmədov yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsini xahiş edərkən həmin ərizəyə nikah haqqında şəhadətnamə, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, İddiaçı, X8, X5, X6 və X3 daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının olmaması barədə arayış və d. sənədləri əlavə etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; ... 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. .. 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu ıl tarixli, 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”na əsasən: 1.2. Bu Qaydada istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; 2.5. Bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. Uçota almanı həyata keçirən orqan qərarın qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq qərarın surətini təmsilçiyə təqdim edir və ya göndərir, yaxud təmsilçiyə göndərilməsi üçün Mərkəzə təqdim edir. 3.1. Vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir: 3.1.1. bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə (bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla); 3.1.2. əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə; 3.1.3. təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə. İddiaçının vəfat etmiş əri olan X15 mənzil növbəsinə götürülərkən onun ailə üzvü (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından) olması işin materialları ilə təsdiq edilərkən, vəfat etmiş, əlilliyi olan şəxsin uçotunun onun ailə üzvü olan iddiaçı üçün saxlanılmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Cavabdehin başçısının xx.xx.2017-ci il tarixli, 31 №-li sərəncamına əsasən 2-ci qrup Əfqanıstan müharibəsi əlili kimi mənzil növbəsinə götürülmüş mərhum X9 əvəzinə uçota alınması barədə qərar (sərəncam) qəbul edilməsi öhdəliyi Bakı şəhəri Cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar