Məhkəmə qərarları › İş №2-1(112)-2929/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2929/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2929/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şirvan Şəhər X5 Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı sol ayaq pəncəsinin dəlib keçən güllə yarası, 2-ci daraq sümüyünün açıq sınığı kimi aldığı xəsarətlərlə əlaqədar müharibə əlili əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Şirvan ŞHK tərəfindən hərbi xidmətə cağırılmış və döyüş zonasında hərbi xidmət keçərkən 20.04.1994-cü il tarixdə yaralandığı üçün Əli-Bayramlı şəhər mərkəzi xəstəxanasına yerləşdirilmişdir. 27.04.1994-cü il tarixdən 31.05.1994-cü il tarixə kimi Əli-Bayramlı şəhər mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. Ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25.10.2019-cu il qərarı ilə “sol ayaq pəncəsinin dəlib keçən güllə yarası, 2-ci daraq sümüyünün açıq sınığı” diaqnozu qoyulmuş və həmin travmanın hərbi travma olduğu və Azərbaycan Respublikası müdafiəsi zamanı aldığı qeyd edilmişdir. Bununla bağlı olaraq o, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı sol ayaq pəncəsinin dəlib keçən güllə yarası, 2-ci daraq sümüyünün açıq sınığı kimi aldığı xəsarətlərlə əlaqədar müharibə əlili əlillik dərəcəsinin təyin olunması üçün müraciət etsə də, ona bununla bağlı müraciətinə müsbət cavab verilməmişdir. Hesab edir ki, cavabdehin imtinasını əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 10.02.2021-ci il tarixli 2-1(112)-2929/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şirvan Şəhər X5 Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) 29.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Üçüncü şəxsin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Cavabdeh yazılı etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti Şirvan şəhər Mərkəzi Xəstəxanasının 20.03.2020-ci il tarixli 0254003AAGBA saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr=>W00-X59 -Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Sol ayaq pəncənin dəlib keçən güllə yaralanmasından sonrakı kobud kellod çapıq toxuması.ll daraq sümüyünün qeyri düzgün bitmiş sınığı. Sol qapayıcı sinirinin postromatik nevriti.Sol pəncənin periferik parezi. Sag ag ciyərin xərçəngi.pT2bN1M0.İİİb mərhələ. Cərrahi əməliyyatdan və kimyəvi dərman müalicəsindən sonrakı vəziyyət. Tənəffüs çatmamazlıgı İİ dərəcə; Məzkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: əsas diaqnoz və ağərlaşmaları təsdiq edən müayinələrin nəticələrii dəqiqləşdirilsin" səbəbi ilə imtina verilmişdir.Daha sonra həmin xəstəxananın 28.08.2020-ci il tarixli 0254003AAGGW saylı göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrıayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G57 - Aşağı ətrafın mononevropatiyaları => G57.2 - Bud sinirinin zədələnməsi; Diaqnozun mətni: Sol ayaq pəncənin dəlib keçən güllə yaralanmasından sonrakı kobud kellod çapıq toxuması. İİ daraq sümüyünün qeyri düzgün bitmiş sınığı. Ətrafda Venoz durğunluq. Pəncə əzələlərinin atrofiyası. Daimi agrı sindromu ilə. Bud sinirinin zədələnməsi, Sol qapayıcı sinirinin postravmatik nevriti. Sol pəncənin periferik parezi. Sag ag ciyərin xərçəngi.pT2bN1M0.İlib mərhələ.Cərrahi əməliyyatdan və kimyəvi dərman müalicəsindən sonrakı vəziyyət. Xroniki respirator çatmamazlıq, Tənəffüs çatmamazlıgı İİ dərəcə. Digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən respirator pozğunluqlar, Sag tərəfli plevrit. Digər xəstəliklərlə bağlı olan ikincili sideroblast anemiya, ll-li anemiya. Agır dərəcə; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstə ETTOİ-da müayinə olunmalı, patofunksional pozğunluqlar dəqiqləşdirilməlidir” səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın 23.02.2021-ci il tarixli 0254003AAGYH saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aışq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S91 - Aşıq-baldır oynağı və ayaq nahiyəs; Diaqnozun mətni: Əsas diaqnoz W33 Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Sol pəncənin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Yanaşı xəstəliklər C34.2 Bronxların və ya ağciyərin orta payının, Sag ag ciyərin xərçəngi.pT2bN1M0.İlib mərhələ.Cərrahi əməliyyatdan və kimyəvi dərman müalicəsindən sonrakı vəziyyət G57.2 Bud sinirinin zədələnməsi, Sol qapayıcı sinirinin postravmatik nevriti.Sol pəncənin periferik parezi; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli patofunksional dəyişikliklər və patohistoloji müayinənin nəticəsi qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir.Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddənin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X3 iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X9 etirazda qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən göstərilənlərin nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin 301 №li 22.10.2019-cu il tarixli arayışından müəyyən olunur ki, İddiaçı 16.05.1982-ci il tarixdən 22.06.1984-cü il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 21.07.1993-cü il tarixdən 27.04.1994cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində səfərbərliklə əlaqədar həqiqi hərbi xidmət keçmiş və N saylı hərbi hissədə hərbi xidmət etdiyi dövrdə Qarabağda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən 27.04.1994-cü il tarixdə sol ayaq pəncəsinin dəlib keçən güllə yarası aldığı üçün Şirvan şəhər Mərkəzi xəstəxanasında müalicə olunmuş və xidmət yerinə geri qayıtmamışdır. Bu əməlinə görə Füzuli Hərbi Prokurorluğu tərəfindən hüquqi qiymət verilmişdir. Ehtiyatda olmanın son yaş həddində çatdığı üçün 2013-cü ildə SHÇDX-nin Şirvan şəhər şöbəsinin hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 884 №li 25.10.2019-cu il tarixli Qərarı ilə müəyyən olunur ki, Şirvan ŞHK tərəfindən 1993cü ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun 09.10.2019-cu il tarixli 17/4762 nömrəli məktubunda barəsində təqsirləndirici material və ya cinayət işi olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 20.04.1994-cü ildə aldığı və 27.04.1994-cü ildən 31.05.1994-cü ilə kimi Əli-Bayramlı şəhər mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol ayaq pəncəsinin dəlib keçən gülləyarası, İİ daraq sümüyünün açıq sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Şirvan şəhər şöbəsinin 22.10.2019-cu il tarixli 1056 nömrəli göndərişi, 22.10.2019-cu il tarixli 301 nömrəli arayışı, Əli-Bayramlı şəhər mərkəzi xəstəxanasından verilmiş 1994-cü il tarixli 1383 nömrəli xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim müətəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı almışdır. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndi, MNMHHK-nın 783 nömrəli 25.10.2019-cu il tarixli prtokolu. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şirvan rayon X5 Hüquqi şəxsi tərəfindən 19.08.2020-ci il tarixli 0254003AAGGW saylı göndərişlə göndərilmiş № 088 saylı arayış əsasında qiymətləndirmə nəticəsində əsas diaqnoz W33 Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş Sol pəncənin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət; Ağırlaşma; G57,2 bud sinirinin zədələnməsi sol qapayıcı sinirinin postravmatik nevriti, Sol pəncənin periferik parezi. Yanaşı xəstəliklər; C 34.2 bronxların və ağciyərin orta payının Sağ ağ ciyərin xərçəngi pT2bN1M0.İİİb mərhələ. Cərrahi əməliyyatdan və kimyəvi dərman müalicəsindən sonrakı vəziyyət; J96.1 xroniki respirator çatmamazlıq Tənəffüs çatmamazlığı İİ dərəcə; J99.8* digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən respirator pozğunluqlar Sağ tərəfi plevrit; D64.1 digər xəstəliklərlə bağlı olan ikincili siderobalst anemiya İİ-li anemiya. Ağır dərəcə. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şirvan rayon X5 Hüquqi şəxsi tərəfindən sonuncu dəfə 20 fevral 2021-ci il tarixli 0254003AAGHY saylı göndərişlə göndərilmiş № 088 saylı arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, əsas diaqnoz; W33 Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş Sol pəncənin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət; Ağırlaşma; G57,2 bud sinirinin zədələnməsi sol qapayıcı sinirinin postravmatik nevriti, Sol pəncənin periferik parezi. Yanaşı xəstəliklər; C 34.2 bronxların və ağciyərin orta payının Sağ ağ ciyərin xərçəngi pT2bN1M0.İİİb mərhələ. Cərrahi əməliyyatdan və kimyəvi dərman müalicəsindən sonrakı vəziyyət; J96.1 xroniki respirator çatmamazlıq Tənəffüs çatmamazlığı İİ dərəcə; D64.1 digər xəstəliklərlə bağlı olan ikincili siderobalst anemiya İİ-li anemiya. Ağır dərəcə; J99.8* digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən respirator pozğunluqlar Sağ tərəfi plevrit; S92 Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı Sol ayaq pəncənin dəlib keçən güllə yaralanmasından sonrakı kobud kellod çapıq toxuması. İİ daraq sümüyünün qeyri-düzgün bitmiş sınığı. Ətrafda Venoz durğunluq. Pəncə əzələlərinin atrofiyası. Daimi ağrı sindiromu ilə. (20.04.1994-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmışdır). Məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş **********2 №li 04.11.2020-ci il tarixli cavab məktubunda qeyd olunur ki, İddiaçı barəsində Şirvan şəhər Mərkəzi Xəstəxanasının 19.08.2020-ci il tarixli, 0254003AAGGW nömrəli göndərişi əsasında tibbi-sosial ekspertiza müayinəsi aparılmış, göndərişin natamam doldurulması müəyyən edildiyindən əlillik vəziyyətini qiymətləndirmək mümkün olmamışdır. Belə ki, aparılmış tibbi-sosial ekspertiza müayinəsinə əsasən patofunksional pozğunluqların dəqiqləşdirilməsi məqsədilə şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsində (Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunda) müayinə edilməsi ilə bağlı məlumatın göndərişində əksini tapmadığı müəyyən edilmişdir. Göndərişdə qeyd olunmuş müayinə ilə məlumat daxil edildikdən sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə dair qərar qəbul ediləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 69/2021 saylı (ekspertizanın başlanma tarixi 19 mart 2021-ci il, başa çatma tarixi 15 aprel 2021-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı adına Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şirvan rayon mərkəzi xəstəxanasının 19.08.2020-ci il tarixli 0254003AAGGW saylı və 20.02.2021-ci il tarixli 0254003AAGHY saylı göndərişlərdə 088 saylı arayışlarda şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmiş diaqnoz, yəni onun hazırda əziyyət çəkdiyi xəstəlik, xəstəliyin dinamikası, müalicə tədbirləri, onların səmərəliliyi, klinik proqnozu düzgün göstərilsə də, hərbi xidmət keçərkən aldığı və Əli-Bayramlı şəhər xəstəxanasında müalicədə olduğu “sol ayaq pəncəsinin dəlib-keçən güllə yarası, İİ daraq sümüyünün açıq sınığı” ilə əlaqədar sol pəncənin vəziyyətini həmin vaxt üçün əks etdirən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun 18.11.2020-ci il tarixli 9152/5642 saylı tibbi arayışda qeyd edilənlər əlillik dərəcəsinin təyini üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş əsasnamənin meyarlarına uyğun gəlmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; - 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini, məhkəmə-tibbi ekspertizası aparılarkən 19.08.2020-ci il tarixli 0254003AAGGW saylı və 20.02.2021-ci il tarixli 0254003AAGHY saylı göndərişlərdə 088 saylı arayışlarda şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmiş diaqnoz, yəni onun hazırda əziyyət çəkdiyi xəstəlik, xəstəliyin dinamikası, müalicə tədbirləri, onların səmərəliliyi, klinik proqnozu düzgün göstərilsə də, hərbi xidmət keçərkən aldığı və Əli-Bayramlı şəhər xəstəxanasında müalicədə olduğu “sol ayaq pəncəsinin dəlib-keçən güllə yarası, İİ daraq sümüyünün açıq sınığı” ilə əlaqədar sol pəncənin vəziyyətini həmin vaxt üçün əks etdirən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun 18.11.2020-ci il tarixli 9152/5642 saylı tibbi arayışda qeyd edilənlərin əlillik dərəcəsinin təyini üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş əsasnamənin meyarlarına uyğun gəlmədiyini nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar