Məhkəmə qərarları › İş №2-1(112)-2929/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2929/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2929/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatın bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatın bərpa edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı onun xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixindək ünvan 2 ünvanında qeydiyyatının bərpa olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 3 ünvanına 21 iyul 2003-cü il tarixində qeydiyyata alınmışdır. Lakin, xəbəri olmadan xx.xx.2010-cu ildən qeydiyyatdan öz razılığı olmadan (xaricdə olmuş) qeydiyyatdan çıxarılmışdır. Yalnız, Bakı şəhərinə qayıtdıqdan sonra xx.xx.2018-ci il tarixdə yenidən öz ünvanına qeydiyyata düşmüşdür. Bununla əlaqədar, 2019-cu il fevralın 14-də İddiaçı ünvan 2 ünvanında xx.xx.2010-cu ildən xx.xx.2018-ci il tarixədək pasport qeydiyyatında olub-olması barədə məlumatın əldə olunmasına dair vəkil sorğusu ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin rəisi X11 müraciət edilmişdir. Nərimanov Rayon Polis İdarəsi tərəfindən 25 fevral 2019-cu il tarixində cavab məktubu göndərilmişdir. Cavab məktubuna əsasən yaşayış yeri kimi ünvan 2 ünvanı qeyd olunmuşdur. Bildirmək istəyir ki, qeydiyyatdan çıxarılmasının səbəbi bacısının işləri ola bilərdi, çünki o, onun razılığı olmadan evi öz adına keçirmək təşəbbüsündə olmuşdur. Nəticədə o, qeydiyyatda olduğu ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmışdır. Daha sonra o, şəxsiyyət vəsiqəsini bərpa etmək üçün müraciət etdikdə aşkar olunmuşdur ki, xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək qeydiyyatdan çıxarılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, qeydiyyatdan çıxarıldığı vaxtdan şəxsiyyət vəsiqəsini aldığı vaxta qədər onun heç bir yerdə qeydiyyatı olmamışdır. Belə ki, xx/xx-5140 №-li xx.xx.2022-ci il tarixində Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin rəisi X11 vəkil sorğusu ilə müraciət edilmişdir. Sorğuda ünvan 2 ünvanında xx.xx.2010-cu ildən xx.xx.2018-ci il tarixədək pasport qeydiyyatında olubolmaması barədə məlumat verilməsini və əgər qeydiyyatdan çıxarılmışsa əsas olmuş sənədin surətinin təqdim olunmasını xahiş etmişlər. 26 avqust 2022-ci il tarixində ünvanladıqları xx/xx-5140 sorğuya cavab gəlmişdir. xx/xx-5140 №-li xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq qeyd edilmişdir ki, xx.xx.2010-cu il tarixində İddiaçı qeydiyyatdan çıxarılmış və qeydiyyatdan çıxarılmasına əsas olan sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək ünvan 2 ünvanında qeydiyyatda olmamışdır. Sorğuya verilən cavab onu qane etməmişdir. Belə ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Aydındır ki, məhkəmənin yaşayış sahəsindən çıxarılma barədə heç bir qətnaməsi yoxdur. Belə halda, onun ünvan 2 ünvanında xx.xx.2010-cu ildən xx.xx.2018-ci il tarixədək qeydiyyatdan çıxarılması qanunsuzdur. Buna görə də, məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək ünvan 5 ünvanında qeydiyyatının bərpa olunmasını xahiş edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə məktubla müraciət edərək işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz (münasibət) təqdim edilməmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 078-24397-1222 nömrəli məktuba əsasən İddiaçı xx.xx.2010-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Qeydiyyatdan çıxarılmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün tərəflərindən məhv edilmişdir. İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək ünvan 6 ünvanında qeydiyyatda olmamışdır.

7. Cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ***-**** nömrəli məktuba əsasən, İddiaçı forma 1 (fərdi uçot kartoçkasının) kserosurəti təqdim edilmişdir. Fərdi uçot kartoçkasının surətində aparılmış qeydə əsasən xx.xx.2010cu il tarixdə Rusiya Federasiyasına getməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır.

8. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 078-33357 nömrəli məktuba əsasən İddiaçı Nərimanov rayonu, F.Məmmədov küçəsi, ev 10, mənzil 4 ünvanında pasport qeydiyyatındadır.

9. Rusiya Federasiyasında müvəqqəti yaşamaq icazəsinə dair qeydiyyat vəsiqələrinə əsasən İddiaçı xx.xx.2011, xx.xx.2011, xx.xx.2018-ci il tarixlərdə müvəqqəti yaşama icazələri almışdır.

10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-50/2-7518 nömrəli məktuba əsasən İddiaçı xx.xx.2003-cü il tarixdə ünvan 3 ünvanına pasport qeydiyyatına alınmışdır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyndən tərəflərindən məhv edilmişdir. Ona görə də, göndərilməsi mümkün olmamışdır.

11. Məhkəmənin sorğusuna əsasən 37 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş may 2019-cu il tarixli arayışa əsasən İddiaçı Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və X4 göndərdiyi bildirişə əsasən (bildiriş arayış əlavə edilmişdir) xx.xx.2010-cu il tarixdən qeydiyyatdan çıxarılmışdır. Təkrarən şəxsiyyət vəsiqəsinə əsasən (AZE ********) xx.xx.2018-ci il tarixdə yenidən qeydiyyata alınmışdır.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-38-33/2- 1467/23 nömrəli məktubla xx.xx.1977-ci il təvəllüdlü X10 2005-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı aşağıdakı məlumatlar təqdim edilmişdir: xx.xx.2010-cu il, istiqamət “çıxış”; xx.xx.2011-ci il, istiqamət “giriş”; xx.xx.2011, istiqamət “çıxış”; xx.xx.2018-ci il, istiqamət “giriş”.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/2-20017/2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən ünvan 3 ünvanında, xx.xx.2018-ci il tarixdən ünvan 7 ünvanında, xx.xx.2018-ci il tarixdən yenidən Nərimanov rayonu, F.Məmmədov küçəsi, ev 10, mənzil 4 ünvanına qeydiyyata alınmışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4292/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı cavabdehlər X5 və Bakı şəhəri 21 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə X8 arasında 21 saylı Notariat Kontorunda 09 aprel 2014-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X2 mülkiyyətində olmuş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 4/6 hissəsinin X2 ölümündən sonra qalmış miras kütlə hesab olunması, iddiaçının X2 mülkiyyətində olmuş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 4/6 hissəsinə vərəsəlik hüququnun tanınması, onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/6 hissəsində sahiblik və istifadəsinə cavabdeh X8 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)- 2224/2019 nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) İddiaçı cavabdehlər X5 və Bakı şəhəri 21 saylı Notariat Kontoruna qarşı “əmlakda olan payın bağışlama müqaviləsinin etibarsız sayılması, həmin payın miras kütlə hesab edilməsi, miras kütlə hesab edilən paya vərəsəlik hüququnun tanınması, əmlakda olan paya sahibliyin bərpa edilməsi, əmlakda olan paya sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı başqa icraatda cavabdehlər X5, Bakı şəhəri 21 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən X6 sağ qalmış arvadı X2 adına verilmiş 29 fevral 2012-ci il tarixli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlakın qalan 1/2 hissəsindən, 1/6 hissəyə X2, 1/6 hissəyə X3 vərəsəlik hüququ tanınması, İddiaçı 1/6 hissə payı isə açıq saxlanması barədə 29 fevral 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş MA seriyalı ******* nömrəli Çıxarışın və RX seriyalı 130577B nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə X2, 1/3 hissəsinə X3 və 1/3 hissəsinə İddiaçı vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)- 584/2020 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 nömrəli Dövlət Notariat Kontoru tərəfindən X6 sağ qalmış arvadı X2 adına verilmiş 29 fevral 2012-ci il tarixli mülkiyyət hüququ haqqında və 29 fevral 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar ləğv edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)- 2224/2019 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)- 584/2020 nömrəli qətnaməsindən isə cavabdeh X8 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2020-ci il tarixli, 2(103)-5175/2020 nömrəli qərardadı ilə mülki işlər bir icraata birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)-680/2020 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsi qismən ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 fevral 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə X2 və 1/3 hissəsinə X3 vərəsəlik hüquqları tanınmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)- 584/2020 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)-2224/2019 nömrəli qətnaməsi ləğv edilmiş, həmin iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası qismən təmin edilmiş, X7 ilə X8 arasında Bakı şəhəri 21 saylı Notariat Kontorunda bağlanılmış 09 aprel 2014-cü il tarixli bağışlama müqaviləsi qismən etibarsız hesab edilmiş, yəni həmin müqavilə üzrə X7 tərəfindən X5 Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilin 1/3 hissəsi bağışlanılmış hesab edilmiş, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin onun miras payı olan 1/3 hissəsindən istifadəsinə X8 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı və cavabdeh X8 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)-680/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının və onun vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

21. Tərəflərin izahatlarından, iddia ərizəsindən və işin hallarından müəyyən olunduğu kimi, iddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağı onun xx.xx.2010xx.xx.2018-ci il tarixləri arasında ünvan 2 ünvanında qeydiyyatının olmaması nəticəsində anası X7 ilə bacısı X8 arasında bağlanılmış bağışlama müqaviləsi əsasında mənzilə dair pozulmuş hüquqlarının bərpa edilməsidir ki, məhkəmə hazırki mübahisəni həll edərkən iddiaçının həmin bu hüquqi marağını rəhbər tutaraq, həmçinin iş üzrə aidiyyəti qurumlardan əldə edilmiş məlumatlara əsasən iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Belə ki, ilk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən ünvan 3 ünvanında, xx.xx.2018-ci il tarixdən ünvan 7 ünvanında, xx.xx.2018-ci il tarixdən yenidən Nərimanov rayonu, F.Məmmədov küçəsi, ev 10, mənzil 4 ünvanına qeydiyyata alınmışdır. Göründüyü kimi, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin yaşayış yeri üzrə qeydiyyat barədə məlumatlarında iddiaçının xx.xx.2010-xx.xx.2018-ci il tarixləri arasında sözügedən ünvanda qeydiyyatda olmaması halı müəyyən edilməmişdir.

22. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən ünvana mübahisəli dövrlərdə qeydiyyatının bərpa edilməsi nəticəsində çatmaq istədiyi hüquqi marağa (mənzilə dair bağlanılmış bağışlama müqaviləsinin ləğvi) mülki məhkəmə icraatında nail olmuşdur. Bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

24. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

25. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

26. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

27. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

29. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

30. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

33. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən - 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

34. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyətlə qeydiyyatsız qalmalarına da, səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərədə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir.

35. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

36. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar