Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-293/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil , Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli **********1060 saylı Qərarın Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə zidd olduğunu nəzərə alıb, ləğv etməklə "xxxx" MMC-yə qarşı tətbiq edilmiş 1.399.882,99 manat məbləğində vergi sanks yasının silinməsi və hesabdan silinmiş 340.000 manat pulun qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi İddiaçı MMC-ni keçirilmiş X8nin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 001604 №-li aktla eləcə də Vergi Məcəlləsinin 16.1.3.-cü 58.13 və 71-1-ci maddələrinin tələblərini əsas tutaraq İddiaçı MMC-nin vergi məsuliyyətinə cəlb etməklə 1.399.882,99 manat məbləğində cərimələmişdir. Yoxlama zamanı MMC-nin satışdan əldə etdiyi 340.000 manat pul hesabdan nəzarət baş idarəsi tərəfindən silinərək götürülmüşdür. Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edərək göstərmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə- faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən tədim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə məsuliyyət daşıyır. xx.xx.2021 -ci il tarixdə keçirilmiş X8nin nəticəsi haqqında aktında (seriya DVX №004476) göstərilir ki, malların alışı və ya mədaxilini təsdiq edən elektron qaimə faktura, idxal mallarına münasibətdə X6, sənədlərin tərtib edilməsinə, malların elekron qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinin yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilməmişdir. Keçirilmiş X8 tədbiri ilə əlaqədar olaraq vergi məsuliyyətinə İddiaçı MMC-nin cəlb edilməsi aşağıda göstərilənlərə əsasən bildirilir ki, İddiaçı MMC Türkiyədən və Özbəkistandan müxtəlif çeşidli xalça malları alaraq, topdan satış və pərakəndə satış vasitəsilə ticarət fəaliyyətini aparır. Vergilər qanunvericiliyinin tələblərinə uyğun olaraq MMC satış əməliyyatlarını elektron aparat vasitəsilə həyala keçirir. Malların satışı zamanı demək olar ki, mallar pərakəndə satış vasitəsilə həyata keçirilir. Az miqdarda və təsadüfən alış məqsədi ilə hüquqi şəxslər bizə müraciət edir. Belə ki, demək olar ki, bizim həyata keçirdiyimiz salış fərdi şəxslərlə olur. Hər bir şəxsə elektron qaimə və faktura təqdim edilməsi qeyri-mümkündür. Yəni hər bir şəxs vergi ödəyicisi olmur və sifariş əsasında həyata keçirilmir. Xalça mallarının satışı anbarda və anbara yaxın yerdə elektron kassa aparatı vasitəsilə həyala keçirilir. Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin müavini Ayaz müəllimin və həmin idarənin kassa aparatlarının rəhbəri Səbuhi müəllimin razılığı əsasında MMC-nin anbarda olan mallarını kassa aparatı vasitəsilə satıblar. X8 tədbiri həyala keçirilərkən yanvar 2020-ci il tarixdən may 2021-ci il tarixədək apardığı satışın məbləğini hesablayıb, 1.399.882,99 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmə haqqında qərar verilmişdir. Göstərilən tarixdən apardığı ticarət əməliyyatlarında baş idarədən məsul şəxslər müntəzəm ticarət fəaliyyətinə nəzarət etmişlər və onlar bilmişlər ki, xalçaları fərdi şəxslərə kassa aparatı vasitəsilə satıblar. Belə bir halda onlara heç kim irad tutmamış və malların satışında narazılıq, şikayət olmamışdır. Onların sahəsinə nəzarət edən vergi işçiləri mütəmadi MMC ilə əlaqədə olmuşdur. Qəfil xx.xx.2021-ci il tarixdə vergi işçilərinin operativ tədbiri ilə anbara baxış keçirilərək elektron qaimə-faktura təqdim edilməsini tələb etmişlər və onlara bildirilmişdir ki, bu idarənin razılığı ilə olub, hər hansı bir prosedur qaydalarını, yəni vergi qanunvericiliyinin tələblərinə zidd hərəkət edilməyib. İddiaçı MMC-nin rəhbər işçiləri tam olaraq həyata keçirdikləri alqı- satqı normalarına riayət etməklə, vergi ödəyicisi kimi satılan malların dövləl vergisini təmiz, dürüst ödəmişlər. Yəni göstərilən faktiki hallara görə heç bir maddi ziyan törənməmiş, vergi də vaxtında ödənmişdir. X8 qərar qəbul edərkən müəyyən edib göstərməmişdir ki, İddiaçı MMC-nin pərakəndə satdığı xalça mallarının alıcıları vergi ödəyicisidirlər. Qanunvericiliyin tələbinə görə alıcı tərəf əgər vergi ödəyicisi olarsa, o halda elektron qaimə-faktura təqdim etməli idi. Alıcı tərəf vergi ödəyicisi olmadığı halda elektron qaimə-faktura necə təqdim edilə bilərdi? MMC-nin apardığı alqı-satqı əməliyyatlarında yoxlama zamanı hər-hansı bir vergi ödəyicisi müəyyən edilib, aşkarlanmamışdır. Məcəlləsinin 58.13-cü maddəsində göstərilir ki, elektron qaimə- faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün . malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddədən göründüyü kimi "xxxx" MMC hər-hansı bir sifariş əsasında vergi ödəyicisi olan hüquqi şəxsə xalça mallarını alqı-satqı etməmiş və ona görə də elektron qaimə faktura təqdim elməyə lüzum olmamışdır.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nin cənubu, Lökbatan- Xocəsən sunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında scdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci i tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) X8 a yata keçirilmişdir. X8nin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan rəsəbəsi, Heybət D/Y St-nin cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 13.998.829,93 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 101604 nömrəli Akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 001604 nömrəli Akt İddiaçı MMC-nin rəhbəri X5 tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş X8nin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 001604 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC-nin 1.399.882,99 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin rəhbəri X1-ixrac X4 Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyekti Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nin cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbardan ibarətdir. Satış topdan qaydada aparılır. Saxlancda malı yoxdur. Ticarət əlavəsi 8 (səkkiz) faiz təşkil edir. İş qrafiki 6 gündür və saat 10:00-dan 17:00-dəkdir. Yolda olan malı yoxdur. Eyni zamanda İddiaçı MMC-nin-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatda da bildirmişdir ki, fəaliyyəti topdan qaydadadır, buna baxamayaraq, mallar topdan satılarkən alıcılar onlardan elektron qaimə tələb etmədiyi üçün həmin məbləğ NKA (nəzarət kassa aparatı) ilə rəsmiləşdirilmişdir. Qeyd olunanlardan göründüyü kimi İddiaçı MMC-nin rəhbəri X5 da e-qaimə verilmədən malların satılması faktını etiraf etmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti -əqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin məcəllənin 13.2.62-ci maddəsinə əsasən, eərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura ə ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata seçirilməsi üzrə ticarət fəaliyyətidir. Maddənin tələbindən göründüyü kimi, pərakəndə satış əaliyyəti zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə isimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası təqdim edilir, akfn topdansatış fəaliyyəti zamanı belə bir tələb yoxdur və malların alıcıya satışı (təqdim edilməsi) zamanı birmənalı olaraq elektron-qaimə təqdim edilməlidir. Eyni zamanda Baş İdarənin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, X8nin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********9865 nömrəli Qərarın icrası ilə əlaqədar İddiaçı MMC-nin rəhbəri X3 iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nin cənubu, Lökbatan- Xocəsən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən ə MMC-yə məxsus olan **********-11004 kodlu anbarda SUNMİ V1S markalı VS4319CM60998 nömrəli NKA-nın (nəzarət kassa aparatı) obyektdə olmadığı müəyyən olunmuşdur. Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin əsas fəaliyyət növü kimi ixtisaslaşdırılmamış topdansatış göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən nümunə: xx.xx.2021-ci il tarixdə saat 17:40-dan saat 17:58-dək 18 dəqiqə ərzində hər bir dəqiqədən bir 28 sayda nəzarət-kassa aparatı çekləri üzrə 43.087,9 manat vəsaitin, xx.xx.2021-ci il tarixdə saat 16:25-dən saat 16:48-dək 23 dəqiqə ərzində hər bir dəqiqədən bir 25 sayda nəzarət-kassa aparatı çekləri üzrə 42.907,95 manat vəsaitin, xx.xx.2021-ci il tarixdə saat 16:28-dən saat 16:53-dək 25 dəqiqə ərzində hər bir dəqiqədən bir 35 sayda nəzarət-kassa aparatı çekləri üzrə 57.912,78 manat vəsaitin mədaxil edildiyi görünür. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Göründüyü kimi İddiaçı MMC tərəfindən vergi məcəlləsinin 58.13 maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə təqdim edilmədən 13.998.829,93 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır.
4. Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında məlumata əsasən obyekt mebel, xalça və işıqlandırıcı avadanlıqların topdan satışı fəaliyyəti üzrə uçota alınmışdır.
5. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid melumat reyestrindən çıxarışa əsasən, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alnmasna, mallann elektron qaimə-faktura əsasnda təqdim edilməsinə, habelə mallarn əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasnın tərtib edilməsinə nəzarət edilməsi məqsədilə 11004 Anbar; AZ1063 Bakı şəhəri Qaradağ rayonu fəaliyyət növü: Lökbatan qəsəbəsi ev. Heybət d/y st-nın cənubu, Lökbatan - Xocəsən yolunun cənub-şərq hissəsi. Fəaliyyət növü saxlama və anbarlara yığma olan "xxxx" MMC-də xx.xx.2021-ci il tarixli qərarla xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə X8 növündə yoxlama həyata keçirilmişdir.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, X8nin həyata keçirilməsi üçün qərarda nəzərdə tutulmuş plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsini 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar olmuşdur. Həmin məlumatlar vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı üzrə əldə edilən məlumat olmuşdur. Belə ki, real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisi fəaliyyət növününün formasını (topdan pərakəndəyə) dəyişmədən NKA üzrə ödənişlər həyata keçirilmişdir ki, bu da elektron qaimə-faktura təqdim edilmədən mal təqdim edilməsinə əsaslı şübhələr yaratmışdır. 8.
İİ. İddianın növü və mümkünlüyü
9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır. İddia tələbinin 340.000 manat pulun qaytarılması hissəsi inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbidir.
11. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
12. Vergi Məcəlləsindən: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə 50. X8 50.1. X8 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.2. X8nin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. X8 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X8 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X8nin müddəti və X8ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. X8 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X8ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları …58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
13. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası:
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;
4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabitetinin 2014-cü il tarixli 03 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”:
5. Malların satışına olan ümumi tələblər 5.1. Topdansatış ticarət obyektlərindən mallar hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müqavilələr əsasında satılır. Topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat obyektlərindən, hüquqi və fiziki şəxslər tərəfindən pərakəndə qaydada alınmış ərzaq mallarının, o cümlədən spirtli və spirtsiz içkilərin, tütün və tütün məmulatlarının sonradan pərakəndə satışı qadağandır.
15. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən məlumat qismində plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı üzrə əldə edilən məlumat çıxış etmişdir. Odur ki, məhkəmə X8nin təyin edilməsi zamanı vergi orqanı tərəfindən hüquqlarından sui-istifadə halını müəyyən etmir.
16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddini nəzərdə tutmamışdır. Lakin bu hal təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında satılması və ya təqdim edilən malın növü, dəyəri nəzərə alındıqda bu fəaliyyətin topdansatış ticarət fəaliyyəti kimi qiymətləndirilməsinə mane hesab olunmamalıdır.
17. İşin hallarından bəllidir ki, iddiaçı xalça mallarının təqdim edilməsini həyata keçirmişdir.
18. Anbar təsərrüfat subyektində nəzarət-kassa aparatının quraşdırılmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya nəzarət-kassa aparatının quraşdırılması özlüyündə vergi ödəyicisi kimi onun üzərinə fəaliyyət növünün dəyişdirilməsi ilə bağlı tədbirlərin də görülməsini qoyur.
19. Hazırkı iş üzrə iddiaçı bilavasitə iddiasında topdansatış əməliyyatı həyata keçirdiyini etiraf etsə də, elektron qaimə-fakturaların təqdim edilməməsi səbəbini alıcıların özlərini vergi ödəyicisi qismində təqdim etmədiklərini, lakin vergi ödəyicisi olan iddiaçının yenə də satdığı malları NKA-ya vurmaqla vergidən yayınmadığı, satdığı mallara görə müvafiq vergiləri ödədiyindən maliyyə sanksiyasının tətbiqini əsassız hesab edir.
20. Məhkəmə iddiaçının mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda da göstərildiyi kimi Vergi Məcəlləsinin 58.13-cü maddəsi bilavasitə malları təqdim edən şəxsə - satıcıya münasibətdə tətbiq edilən vergi məsuliyyəti normasıdır. Bu normanın məqsədi satıcını vergi məbləğinin ödənilməsindən yayınmağa görə deyil, bilavasitə vergi hüquq pozmasına şərait yaradan halların aradan qaldırılmasına, həmin hallardan çəkinməyə, vergi orqanında vergi uçotunda durmayan şəxslərin bilavasitə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa məcbur edilməsinə xidmət edir. Üstəlik qanunverici bu vəzifənin icrasını bilavasitə vergi orqanının uçota aldığı vergi ödəyicisinə həvalə edir. Bu baxımdan vergi ödəyicisi olan iddiaçının VÖEN təqdim etməyən alıcılara münasibətdə mal alışını yalnız nəzarət kassa aparatına daxil etməsi onu 58.13-cü maddəsinin müəyyən etdiyi məsuliyyətdən azad etmir.
21. Buna baxmayaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-nin kassa çekləri üzrə cəmi 10.629.986,94 manat ƏDV əsasən vergi ödəyicisi kimi qeydə alınmış eyni şəxslər tərəfindən geri qaytarılmışdır (qeyd edilən siyahı vergi orqanı tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir). Odur ki, vergi orqanı həmin malların məhz vergi ödəyicisi kimi qeydə alınmış şəxslərə elektron qaiməfaktura təqdim edilmədən mal təqdim edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
22. Məhkəmə eyni zamanda qeyd edir ki, fəaliyyət növü saxlama və anbarlara yığma olan təsərrüfat subyektinin 30 dəqiqə ərzində 50.000-60.000 manat dəyərində olan malların ayrı-ayrı çeklərlə pərakəndə qaydada satılması inandırıcı deyil. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeyd edilən dövrdə malların satışı ölkə ərazisində pandemiya ilə bağlı ticarət mərkəzlərinin açıq şəkildə fəaliyyət göstərmədiyi dövrə təsadüf edir. Bu isə qeyd olunan malların faktiki olaraq topdansatış qaydasında satılması anlamına gəlir.
23. Bu mənada məhkəmə razılaşır ki, X8 zamanı nəzarət kassa aparatı məlumatlarına əsasən malların alışının elektron qaimə-faktura təqdim edilmədən nəzarət kassa aparatına vurulmaqla keçirilməsi halı müəyyən edilmiş və bu cavabdeh vergi orqanı 13.998.829,9 manat məbləğində NKA-ya mədaxil edilən malın 10 % dəyəri həddində maliyyə sanksiyası tətbiq etmişdir.
24. Odur ki, X8 tədbiri nəticəsində cavabdeh tərəfindən 1.399.882,9 manat maliyyə sanksiyasının tətbiq edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu məhkəmə araşdırması nəticəsində sübut edilmişdir.
25. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
26. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva