Məhkəmə qərarları › İş №2-1(112)-2930/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2930/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2930/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı -İddiaçı cavabdeh -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 23.09.2021-ci il tarixli **********149938 saylı X2 Yoxlanılmasının keçirilməsi haqqında qərarının ləğv olunması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş 05.10.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 25.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 09.12.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi ilə əvəz edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 09.03.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, cavabdeh tərəfindən 23.09.2021-ci il tarixli, **********14993 8 nömrəli X2 yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara əsasən iddiaçıya Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən oktyabr 2017- aprel 2021ci il tarixləri arasında olan vergi dövrləri üzrə X2 yoxlaması təyin olunmuşdur. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər Həmin Məcəllənin 36.3-cü maddəsində məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi Məcəlləsinin tələblərinə görə səyyar vergi yoxlaması təyin edilməsi qaydalan pozulmuşdur. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 7 1.1 -ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını vaya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan vəya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, vergi orqanı tərəfindən 23.09.2021-ci il tarixli **********149938 nömrəli qərarla Səyyar vergi yoxlanasının keçirilməsinədə ifadə olunan hərəkətlər qanunvericiliyin tələblərinə ziddir və həmin qərar ləğv edilməlidir. Yuxarıda qeyd göstərilən və iddia ərizəsində qeyd olunan digər hallara əsasən iddiaçı inzibati aktın qanunsuz və əsassız olduğunu hesab edərək, məhkəməyə müraciət etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı və nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, yük-gömrük məlumatlarına əsasən MMC-nin 2019-cu il üzrə idxal edilmiş malların statistik dəyərinin 3514599,1 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 3022689,89 manat təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin 489288,83 manat məbləğində süni şəkildə artırılması və büdcəyə hesablanmalı olan vergi məbləğinin azaldılması kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda MMC tərəfindən 19.09.2020-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə dövriyyənin azalmasına baxmayaraq müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilməmişdir. İddiaçı tərəfindən yoxlanılan dövrdə mal-material idxal etməklə alqı-satqı əməliyyatları aparılmış, lakin 01.10.2017-ci il tarixdən hazırkı dövrə kimi səyyar vergi yoxlaması keçirilməmişdir. MMC-də sonuncu səyyar vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 06.11.2017-ci il tarixli **********124427 nömrəli qərarı əsasında 01.02.2016-cı il tarixdən 01.10.2017-ci il tarixə kimi olan dövrlər üzrə keçirilmişdir. Beləliklə İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.10.2017-ci il tarixdən 01.05.2021ci il tarixə kimi olan dövrlər üzrə X2 yoxlamasının keçirilməsinə zərurət yarandığından istintaq orqanı tərəfindən 06.09.2021-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd edilən qərarın icrası məqsədilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən Baş İdarə tərəfindən 23.09.2021-ci il tarixli **********149938 saylı qərar ilə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə X2 yoxlaması təyin edilmişdir (qərar əlavə edilmişdir.) Göründüyü kimi iddiaçıda səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar istintaq orqanının prosessual qərarı əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edilmişdir.Belə ki, Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda vergi orqanları tərəfindən X2 yoxlaması keçirilə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.43-cü maddəsinə əsasən prosessual qərar — cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 64-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Cinayət prosesini həyata keçirən orqanın qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Cinayət-Prosessual Məcəlləsinin 85.4.4-cü maddəsinə əsasən müstəntiqin həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada dövlət orqanlarından və ya auditor təşkilatlarından təftişlərin, inventarlaşdırmaların, ekspertizaların və digər yoxlamaların keçirilməsini tələb etmək hüquqları vardır. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyataxtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin 23.09.2021-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı tam olaraq qanuni və əsaslı şəkildə qəbul edilmişdir. Bununla belə iddiaçı iddia ərizəsində mübahisələndirdiyi qərarın qanunvericiliyə zidd olduğunu bildirsə də, mövqeyini heç bir aidiyyəti hüquq norması, konkret faktlarla və ya dəlillərlə əsaslandırmamış, ümumiyyətlə mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin hansı tələblərinin, habelə inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulması barədə hər hansı qeyd aparmadan, Vergi Məcəlləsinin bir sıra müddəalarını sadalamaqla söz toplusundan ibarət iddia ərizəsi hazırlamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə (70.3.1); vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (70.3.2). Hazırkı iş üzrə mübahisələndirilən qərar məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər aid olduğu şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda həmin qərar prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Cavabdeh qeyd olunanlara və İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul olunmuş 23.09.2021-ci il tarixli **********149938 nömrəli qərarın ləğv edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.10.2017-ci il tarixdən 01.05.2021-ci il tarixə kimi olan dövrlər üzrə X2 yoxlamasının keçirilməsinə zərurət yarandığından istintaq orqanı tərəfindən 06.09.2021-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd edilən qərarın icrası məqsədilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 23.09.2021-ci il tarixli **********149938 saylı qərar ilə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə X2 yoxlaması təyin edilmişdir. Göründüyü kimi iddiaçıda səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar istintaq orqanının prosessual qərarı əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda vergi orqanları tərəfindən X2 yoxlaması keçirilə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Cinayət Məcələsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayətin törədildiyi gündən yeddi il, ağır cinayətin törədildiyi gündən on iki il, xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.43cü maddəsinə əsasən prosessual qərar — cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır. Həmçinin Cinayət Prosessual Məcəlləsinin 64-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Cinayət prosesini həyata keçirən orqanın qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Cinayət Prosessual Məcəlləsinin 85.4.4-cü maddəsinə əsasən müstəntiqin həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada dövlət orqanlarından və ya auditor təşkilatlarından təftişlərin, inventarlaşdırmaların, ekspertizaların və digər yoxlamaların keçirilməsini tələb etmək hüquqları vardır. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin 23.09.2021-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı tam olaraq qanuni və əsaslı şəkildə qəbul edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə (70.3.1); vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (70.3.2). Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar istintaq orqanının prosessual qərarı əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə etdiyindən (7 ildən çox olmayan) cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı cavabdehin 23.09.2021-ci il tarixli **********149938 saylı X2 Yoxlanılmasının keçirilməsi haqqında qərarının ləğv olunmasına dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar