Məhkəmə qərarları › İş №2-1(112)-2930/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2930/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2930/2025 03.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə və tərcüməçi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixindən etibarən ödənilməyən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “xx.xx.2017-ci il tarixindən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixindən etibarən ödənilməyən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən, iddiaçıya 52 yaşının tamam olduğuna görə xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixindən etibarən ödənilməyən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin 12 fevral 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixindən etibarən ödənilməyən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmənin 03 mart 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməyən hissənin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan müraciətinə xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə pensiyanın təyinatından imtina haqqında məktubu ilə cavab vermişdir. Cavabdeh orqanın imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən arayışda xx.xx.1994xx.xx.1994-cü il tarixləri araasındaki dövr ərzində, xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasında dövr ərzində, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri dövr ərzində göstərilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li siyahı üzrə rabitə bölməsində (XXİX) 231000-14629 saylı kodla uyğun gəlmədiyinə görə, cavabdeh tərəfindən mənə cəmi 4 il 6 ay 16 gün güzəştli iş stajı hesablanmışdır. Cavabdehə təqdim edilən iş yerindən xx.xx.2024-cü il tarixli 42 nömrəli arayşda konkret olaraq hansı illərdə və hansı vəzifələrdə işləməyi göstərilmişdir. Qeyd olunan arayışda faktiki olaraq güzəştli iş stajı hesablanaraq 13 il 09 ay 25 gün təşkil edilməsi qeyd edilmişdir və əlavə olaraq bildirmişdir ki, iddiaçının tutduğu vəzifə və faktiki gördüyü iş, vəzifə təlimatlarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li siyahı üzrə rabitə bölməsində (XXİX) 231000-14629 saylı kodla uyğun gəlir, lakin cavabdeh orqan arayışda qeyd olunan faktları nəzərə almadan pensiya təyinatına imtina vermişdir. İddiaçıya məxsus ИТ-1 № ******* saylı əmək kitabçasında soyadı Ciqayeva göstərilmişdir. Əmək kitabçasında müvafiq olaraq nikaha daxil olduğuna görə soyadın dəyişilməsi qeyd olunmuşdur. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 14 iyun 2024-cü il tarixli 42 nömrəli arayışında onun xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində stansiya qurğularının təmiri briqadasında quraşdırıcı, xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Stansiya və komutator qurğularının quraşdırılması və təmiri sexində elektrik quraşdırıcısı, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində rabitə qurğularının tikintisi və təmiri idarəsində quraşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Eyni zamanda sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində analıq məzuniyyətində olduğu müəyyən edilib. Bu fakt "xxxx" MMC-nin 12 avqust 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 6 ay 16 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində)) təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İİ. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin məcəllənin 34.1.-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

10. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Faktiki hallar və sübutlar.

AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X6 Məsuliyyətli Cəmiyyətinin 42 nömrəli, 14 iyun 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşədə Bakı Tikinti Quraşdırma idarəsi “Telefon Tikinti Birliyi trestində” xx.xx.1985-xx.xx.1991-ci illərdə montajçı, xx.xx.1994-xx.xx.1994-cü illərdə Texnoloji avadanlığı təmir edən X1 yeni yaradılmış stansiya qurğularının təmiri briqadasında quraşdırıcı, xx.xx.1997-xx.xx.2003-cü illərdə Stansiya və komutator qurğularının quraşdırılması və təmiri sexində elektrik quraşdırıcısı, xx.xx.2005-xx.xx.2005ci illərdə Rabitə qurğularının tikintisi və təmiri idarəsində quraşdırıcı, xx.xx.2006xx.xx.2006-cı illərdə Rabitə qurğularının tikintisi və təmiri idarəsində 3-cü dərəcəli quraşdırıcı vəzifələrində işləmişdir. İşlədiyi müddətdə qurğuşunlaşdırılmış kabellər, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olub, həmçinin işlədiyi montajçı, quraşdırıcı və elektrik quraşdırıcısı vəzifələri lehimləyici-rabitə montajçılarının xüsusiyyətləri ilə eynidir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 13 il 09 ay 25 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olmaqdan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin , vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə **********629 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı qevvədən düşmüş hesab edilmişdir. İddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək texnoloji kollecddə təhsil almış, xx.xx.1985-ci ildə satsionar kabel montajı üzrə montajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildə SMU PSO “Azersvyazstroy” 4 № köçürülmə ilə əlaqədar işdən azad edilib, xx.xx.1991-ci ildə stansiya tikintisi montajı üzrə 4-cü dərəcəli montajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1994cü ildə B.X.R.M köçürülmə ilə işdən azad edilib, xx.xx.2005-ci ildə işdən azad edilmiş; xx.xx.2005-ci ildə Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsində quraşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmiş; xx.xx.2006-cı ildə 3-cü quraşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmiş; xx.xx.2009-cu ildə “X9 Co LTD” şirkətində texnik vəzifəsinə qəbul olunmuş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivinin MA-150 nömrəli, xx.xx.2024-cü il tarixli Arxiv arayışında qeyd edilmişdir ki, xx.xx.1967-ci ildə anadan olmuş Dubovitskaya (Çiqayeva) Larisa Vladimirovna Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən xx.xx.1985-ci il tarixdən (xx.xx.1985-ci il tarixli, kş/ 82 №-li əmr) “İttifaqtelefqntikinti” Trestinin Bakı Tikinti-Quraşdırma İdarəsinə 3cü dərəcəli montajçı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1989-cu il tarixdən (xx.xx.1989-cu il tarixli, kş/86 Nfi-li əmr) 4-cü dərəcəli montajçı vəzifəsinə keçirilmişdir. xx.xx.1991 -ci il tarixdən (xx.xx.1991-ci il tarixli, kş/12 №-li əmr) “Azərrabitəinşaat” LTB-nin 4 Na-li Tikinti-Quraşdınna İdarəsinə köçürülməklə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1991-ci il tarixdən (xx.xx.1991-ci il tarixli, kş/3 №-li əmr) “Azərrabitəinşaat" LTB-nin 4 №li Tikinti-Quraşdırma idarəsinə 4-cü dərəcəli quraşdırıcı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1994-cü il tarixdən (xx.xx.1994-cü il tarixli, kş/45 №-li əmr) tutduğu vəzifəsindən azad edilmiş və X2 göndərilmişdir. xx.xx.1994-cü il tarixdən (xx.xx.1994-cü il tarixli, T/Ə-37 №-li əmr) Texniki avadanlığı təmir edən X1 yeni yaradılmış stansiya qurucularının təmiri briqadasına 4-cü dərəcəli quraşdırıcı vəzifəsinə köçürülmə yolu ilə qəbul edilmişdir. xx.xx.1995-ci il tarixdən (xx.xx.1995-ci il tarixli, T/Ə-51 №-li əmr) daimi stansiya qurğularının təmiri briqadasına 4-cü dərəcəli elektromontyor vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı il tarixdən (xx.xx.1996-cı il tarixli, T/Ə-13 №-li əmr) BTRİB-in xx.xx.1996-cı il 81 Na-li əmrinə əsasən xx.xx.1996-cı ildən Texniki avadanlığı təmir edən X4 Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsi adlandırılmışdır. xx.xx.2000-ci il tarixdən (xx.xx.2000-ci il tarixli, kş/49 Ns-li əmr) stansiya və kommutator qurğularının quraşdırılması və təmiri sexinə 5-ci dərəcəli elektrik quraşdırıcısı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixdən (xx.xx.2003-cü il tarixli, kş/118 Na-li əmr)4-cü dərəcəli elektromontyor vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixdən (xx.xx.2005-ci il tarixli, kş/62 Na-li əmr) tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2005-ci il tarixdən (xx.xx.2005-ci il tarixli, kş/110 Na-li əmr) Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsinə müqavilə yolu ilə quraşdırıcı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2003-cü il tarixdən (xx.xx.2003-cü il tarixli, kş/118 Na-li əmr) 4-cü dərəcəli elektromontyor vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixdən (xx.xx.2005-ci il tarixli, kş/62 Na-li əmr) tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2006-cı il tarixdən (xx.xx.2006-cı il tarixli kş/93 №~li əmr) müqavilə yolu ilə 3-cü dərəcəli quraşdırıcı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdən (xx.xx.2006-cı il tarixli, T/Ə-29 Na-li əmr) əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifəsindən azad edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- D-209203/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin 14 iyun 2024-cü il tarixli 42 nömrəli arayışında onun xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində stansiya qurğularının təmiri briqadasında quraşdırıcı, xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Stansiya və komutator qurğularının quraşdırılması və təmiri sexində elektrik quraşdırıcısı, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində Rabitə qurğularının tikintisi və təmiri idarəsində quraşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Eyni zamanda sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində analıq məzuniyyətində olduğu müəyyən edilib. Bu fakt ‘Bakı Telefon Rabitə” MMCnin 12 avqust 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 6 ay 16 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-26.02,1991-ci il tarixləri arasındakı dövrlər ərzində)) təşkil edir.

İV. Tətbiq edilən hüquq.

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

10. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 11`. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir.

V. Məhkəmənin mövqeyi:

12. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

13. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, qadınların 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə, vəzifələrdə, istehsalatlarda işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır.

14. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1967-ci il təvəllüdlü iddiaçının xx.xx.2019-cu il tarixində, yəni 52 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir.

15. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıda öz əksini tapmamışdır, iddiaçının xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində analıq məzuniyyətində olmuş bu səbəbdən də 1 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 6 ay 16 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-26.02,1991-ci il tarixləri arasındakı dövrlər ərzində)) təşkil edir.

16. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

17. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

18. İş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X6 Məsuliyyətli Cəmiyyətinin 42 nömrəli, 14 iyun 2024-cü il tarixli arayışında aşagıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşədə Bakı Tikinti Quraşdırma idarəsi “Telefon Tikinti Birliyi trestində” xx.xx.1985xx.xx.1991-ci illərdə montajçı, xx.xx.1994-xx.xx.1994-cü illərdə Texnoloji avadanlığı təmir edən X1 yeni yaradılmış stansiya qurğularının təmiri briqadasında quraşdırıcı, xx.xx.1997xx.xx.2003-cü illərdə Stansiya və komutator qurğularının quraşdırılması və təmiri sexində elektrik quraşdırıcısı, xx.xx.2005-xx.xx.2005-ci illərdə Rabitə qurğularının tikintisi və təmiri idarəsində quraşdırıcı, xx.xx.2006-xx.xx.2006-cı illərdə Rabitə qurğularının tikintisi və təmiri idarəsində 3-cü dərəcəli quraşdırıcı vəzifələrində işləmişdir. İşlədiyi müddətdə qurğuşunlaşdırılmış kabellər, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olub, həmçinin işlədiyi montajçı, quraşdırıcı və elektrik quraşdırıcısı vəzifələri lehimləyici-rabitə montajçılarının xüsusiyyətləri ilə eynidir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 13 il 09 ay 25 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olmaqdan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin , vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə **********629 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı qevvədən düşmüş hesab edilmişdir.

19. Göründüyü kimi, arayışda iddiaçının gördüyü iş ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən iş arasındakı uyğunluğu (eyniliyi), iddiaçının işin xarakteri, işlədiyi müəssisənin fəaliyyəti(istiqaməti) göstərilərək idiaçının qanunla güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan 10 ildən artıq qüzəştli stajın olması təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında olan iddiaçıya aid əmək kitabçasındakı işəgötürən tərəfindən aparılmış qeydlər və müəssisənin arayışı, iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə, qocalığı görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında nəzərdə tutulmuşdur:(Fəsil XXİX. Rabitə;- 23100000— 14629, qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları.)

20. Məhkəmə qanunvericiliyin müddəalarını və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının güzəştli iş stajı xx.xx.2006-ci il tarixinə 10 ildən çox təşkil edir.

21. İddiaçının pensiya hüququ xx.xx.2019-ci il tarixdən, yəni 52 yaşı tamam olduğu tarixdə yaranmışdır.

22. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququ xx.xx.2019-ci ildə yaranmasına baxmayaraq,keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

24. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya pensiya xx.xx.2024-cü il tarixindən əvvəlki 3 üç il üçün( 11.01. 2021-ci il tarixdən) hesablanaraq ödənilməlidir.

25. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. . Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

26. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.

27. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixindən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

28. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.

29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

30. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 34, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixindən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar