Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2931/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, onun 06 avqust 2001-ci ildən 06.04.2009-cu ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olmuş Bakı şəhər İstehlak Bazarı və xidməti departamentində ekspertiza və sertifikatlaşdırma idarəsinə mütəxəssis vəzifəsində, 18 may 2009-cu ildən 22.08.2012-ci ilə qədər Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin Ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin əyarlanma və damğalanma sektoruna aparıcı məsləhətçi-əyarçı, aparıcı məsləhətçi nəzarətçi vəzifələrində, 15.04.2013-cü ildən 07.07.2020-ci ilə qədər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini vəzifəsində, 01.07.2020-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi 18 saylı Regional Xəzinədarlıq İdarəsinin yerli xərclərin maliyyələşdirilməsi sektorunun müdiri vəzifəsində, inzibati vəzifələr üzrə 19 il, 11 ay dövlət qulluq stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi və onu dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi öhdəliyinin Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (iddia tələbinin həcminin azaldılması) dair ərizə təqdim edərək, onun 18 may 2009-cu ildən 22.08.2012-ci ilə qədər Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin Ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin əyarlanma və damğalanma sektoruna aparıcı məsləhətçi-əyarçı, aparıcı məsləhətçi nəzarətçi vəzifələrində, 15.04.2013-cü ildən 07.07.2020-ci ilə qədər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini vəzifəsində, 01.07.2020-ci ildən hazırki iş üzrə məhkəmə qərarı çıxarıldığı günə qədər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Agentliyi 18 saylı Regional Xəzinədarlıq İdarəsinin yerli xərclərin maliyyələşdirilməsi sektorunun müdiri vəzifəsində inzibati vəzifələr üzrə iş stajı nəzərə alınmaqla Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi və onun dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ilk əmək fəaliyyətinə 1984-cü ildən başlamışdır. 06 avqust 2001-ci ildə 169-K nömrəli əmr ilə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olmuş Bakı şəhər İstehlak Bazarı və xidməti departamentində ekspertiza və sertifikatlaşdırma idarəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. 16.01.2004-cu ildə 07- K nömrəli əmr ilə Departamentin “Ekspertiza və Sertifikatlaşdırma İdarəsinə” İstehlakçıların hüquqlarının müdafiəsi şöbəsinə mütəxəssis vəzifəsinə keçirilmişdir. 01.03.2004-cü ildə 32-K nömrəli əmr ilə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin “Xidmət və Ekspertiza İdarəsi”nin ticarət və xidmətin təşkili şöbəsinə mütəxəssis vəzifəsinə keçirilmişdir”. 06.04.2009-cu ildə 24-K nömrəli əmr ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 may 2009-cu il tarixli K-02 nömrəli əmri ilə Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin Ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin əyarlanma və damğalanma sektoruna aparıcı məsləhətçi-əyarçı vəzifəsinə təyin edilmişdir. 20.06.2011-ci ildə İ-23 nömrəli əmr ilə ona üçüncü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 22.08.2012-ci ildə K-34 nömrəli əmr ilə Qiymətli Metallara və X4 Dövlət Xidmətinin Ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin aparıcı məsləhətçi vəzifəsindən nəzarət şöbəsinin aparıcı məsləhətçi nəzarətçi vəzifəsinə keçirilmişdir. 15.04.2013-cü ildə K-07 nömrəli əmr ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İmişli Rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini –xəzinə əməliyyatları sektorunun müdiri vəzifəsinə təyin edilməsi əlaqədar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. 15.04.2013-cü ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin K-30 nömrəli əmri ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İmişli Rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini xəzinə əməliyyat sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 27.01.2014-cü ildə İ-17 nömrəli əmr ilə ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 21.06.2016-cı ildə İ-89 nömrəli əmr ilə ona 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 01.07.2020-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin K-31 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Agentliyi 18 saylı Regional Xəzinadarlıq İdarəsinin yerli xərclərin maliyyələşdirilməsi sektorunun müdiri vəzifəsinə təyin edilmiş və bügünkü günə qədər də tutduğu vəzifədə işləyir. Deməli, 06.08.2001-ci il tarixdən – 02.09.2021 ci il tarixədək onun tutduğu vəzifə daimi dövlət qulluğu sayılmaqla, dövlət qulluqçuları üçün qanunvericiliklə nəzərdə tutulan bütün hüquq və vəzifələr ona da aid olunmuşdur. Onun Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olmuş Bakı şəhər İstehlak bazarı və xidməti departamentində və Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətində dövləl qulluğu vəzifələrində stajı 20 il təşkil etmiş, bu dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. O, dövlət qulluğunun reyestrinə daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmişdir. Lakin tələbi təmin edilməmiş, 07.09.2021-ci il tarixli, MİHO/1.1-2-2021-3334 nömrəli məktubda bildirilmişdir ki, o, Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin 18.05.2009-cu il tarixli, K-02 nömrəli əmri ilə Xidmətin ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin Əyarlanma və damğalanma sektorunda aparıcı məsləhətçi -əyarçı vəzifəsinə, 22.08.2012-ci il tarixli K-34 nömrəli ilə Xidmətin Nəzarət şöbəsində aparıcı məsləhətçi-nəzarətçi vəzifəsinə təyin olunmuşdur. Onun xidmətdə işlədiyi dövrdə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq 3-cü dərəcə dövlət qulluqçusu” (20.06.2011-ci il tarixli İ-23 nömrəli əmr) ixtisas dərəcəsi verilmişdir. Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətində dövlət qulluğu vəzifələrində stajı 3 il 10 ay 28 gün təşkil etmiş, bu dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. X6 tərəfindən Azərbaycan Respublikası Dövlət Qulluçularının Reyestrində olan məlumatların araşdırılması zamanı onun Maliyyə Nazirliyində dövlət qulluğuna qəbulunun “Dövlət Qulluğu haqqında “Azərbaycan Respublikası Qanunun tələblərinin pozularaq müsabiqədənkənar aparıldığı qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, xahişinin təmin edilməsinin imkan xaricində olması qeyd edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası tam qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və onlardan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur.Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və üçüncü şəxs Azərbaycan Respublikası X6nin iddiaya dair yazılı etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1967-ci ildə Kürdəmir şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus İT seriyalı ******* № li əmək kitabçasının və; Bakı şəhər İstehlak Bazarı və Xidmət Departamenti üzrə 169-k nömrəli 06.08.2001ci il tarixli Əmrdən çıxarışdan müəyyən olunur ki, İddiaçı 06 avqust 2001-ci il tarixdən Ekspertiza və Sertifikatlaşdırma idarəsinin istehlakçıların hüquqlarını müdafiəsi şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Bakı şəhər Ticarət və Xidmət Departamenti üzrə 24-k nömrəli 06.04.2009-cu il tarixli əmrdən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə, Mərkəzi Aparatın və ərazi idarələrinin aşağıda adları göstərilən işçilərin 07.04.2009cu il tarixdən tutduqları vəzifələrdən azad edilmələri və onlarla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən istifadə etmədikləri əsas məzuniyyətə görə göstərilən təqvim günləri pul ödənilməsi əmr edilmişdir: “Xidmət və Ekspertiza” idarəsi üzrə, Ticarət və Xidmətin təşkili şöbəsi İddiaçı, mütəxəssis -80 təqvim günü. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin 18 may 2009-cu il tarixli 02-K №-li Əmrinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 18.7-ci bəndini rəhbər tutaraq əmr edilmişdir: İddiaçı vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq 18.05.2009-cu ildən Xidmətin Ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin Əyarlanma və damğalanma sektoruna aparıcı məsləhətçi-əyarçı vəzifəsinə təyin olunmuşdur. İddiaçı ilə Xidmət arasıda əmək müqaviləsinin bağlanması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 11 aprel 2013-cü il tarixli K-30 №-li əmrinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 18.7-ci bəndini rəhbər tutaraq əmr edilmişdir: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin Nəzarət şöbəsinin 2 saylı sektorunun aparıcı məsləhətçi-nəzarətçisi İddiaçı 07 aprel 2013-cü il tarixindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İmişli Rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini-xəzinə əməliyyatları sektorunun müdiri vəzifəsinə təyin edilsin. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin rəisi A.M.Əhmədova tapşırılsın ki, Xidmətin aparıcı məsləhətçi-nəzarətçisi İddiaçı ərizəsini nəzərə alaraq onunla bağlanmış Əmək müqaviləsinə öz arzusu ilə 15 aprel 2013-cü il tarixdən xitam verilməsini təmin etsin. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri N.S.Süleymanova tapşırılsın ki, İmişli Rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini-xəzinə əməliyyatları sektorunun müdiri İddiaçılə müvafiq Əmək müqaviləsinin bağlanmasını təmin etsin. - İddiaçı vəzifə maaşı və digər ödənişləri İmişli Rayonu üzrə Maliyyə İdarəsinin ştat cədvəlinə və dövlət qulluğu haqqında qanunvericiliyə əsasən müəyyən edilsin. Əsas: İddiaçı ərizəsi və Qiymətli Metallara və X4 Dövlət Xidmətinin 09 aprel 2013-cü il tarixli DX- 05/03-224 nömrəli razılıq məktubu. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən 26.01.2022-ci il tarixli MİHO-1.1.-2-2- 2022-34 saylı məktubla məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən: “Təyinat haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli və X4 Dövlət Xidmətinin 18 may 2009-cu il tarixli K-02 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidməti haqqında Əsasnamə”nin 13.3-cü bəndini rəhbər tutaraq əmr edilmişdir: İddiaçı-vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq 18.05.2009-cu ildən Xidmətin Ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin Əyarlanma və damğalanma sektoruna aparıcı məsləhətçi-əyarçı vəzifəsinə təyin edilsin. İddiaçı ilə Xidmət arasında əmək müqaviləsi bağlansın. Əsas: İddiaçı ərizəsi. Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemində daimi dövlət qulluğuna qəbul üçün Əmək müqaviləsinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemi üzrə dövlət quluğuna qəbul üçün Əmək müqaviləsi (kontraktı) Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidməti dövlət orqanının rəhbəri X3 ilə Dövlət qulluqçusu İddiaçı arasında 2008-ci il 18 may tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bağlanmışdır. Müqavilənin müddətsiz bağlandığı və Dövlət qulluqçusu 2009-cu il 18 may tarixindən işə başladığı qeyd olunmuşdur. “İxtisas dərəcəsinin verilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli və X4 Dövlət Xidmətinin 20 iyun 2011-ci il tarixli İ-23 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 03 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları”na uyğun olaraq əmr edilmişdir: 2011-ci il 20 iyun tarixindən aşağıda adları göstərilən dövlət qulluqçularına müvafiq ixtisas dərəcələri verilsin: İddiaçı ekspertiza, əyarlanma və damğalanma şöbəsinə aparıcı məsləhətçi əyarçı 3-cü dərəcəli dövlət qulluqçusu dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin “İddiaçı Nəzarət şöəsinin aparıcı məsləhətçi-nəzarətçi vəzifəsiinə keçirilməsi haqqında” 22 avqust 2012-ci il tarixli K-34 nömrəli əmrin surətindən müəyyən olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, əmr edilmişdir: İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin Ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin Qiymətli metalların əyarlanması və damğalanması sektorunun aparıcı məsləhətçi-əyarçı vəzifəsindən Nəzarət şöbəsinin aparıcı məsləhətçi-nəzarətçi vəzifəsinə 2012-ci il 22 avqust tarixindən keçirilsin. Əsas: İddiaçı ərizəsi və onunla bağlanmış əmək müqaviləsi. Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemində daimi dövlət qulluğuna qəbul üçün Əmək müqaviləsinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemi üzrə dövlət qulluğuna qəbul üçün Əmək müqaviləsi (kontraktı) Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidməti dövlət orqanının rəhbəri X3 ilə Dövlət qulluqçusu İddiaçı arasında 2012-cu il 22 avqust tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bağlanmışdır. Dövlət qulluqçusu Nəzarət şöbəsinin 2 saylı sektorunda aparıcı məsləhətçi-nəzarətçi vəzifəsinə təyin olunmuşdur. Müqavilənin müddətsiz bağlandığı və Dövlət qulluqçusu 2012-ci il 22 avqust tarixindən işə başladığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin “İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında” 11 aprel 2013-cü il tarixli K- 07 nömrəli əmrin surətindən müəyyən olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, əmr edilmişdir: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini-xəzinə əməliyyatları sektorunun müdiri vəzifəsinə təyin edilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin Nəzarət şöbəsinin 2 saylı sektorunun aparıcı məsləhətçi-nəzarətçisi - İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən 2013-cü il 15 aprel tarixindən dövlət qulluğuna xitam verilsin. İddiaçı ilə 2012-ci il 22 avqust tarixində bağlanmış əmək müqaviləsi 2013-cü il 15 aprel tarixindən ləğv edilsin. Əsas: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2013-cü il 11 aprel tarixli K-30 nömrəli əmri və İddiaçı ərizəsi. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 11 aprel 2013-cü il tarixli K-30 nömrəli əmrin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında əsasnamə”nin 18.7-ci bəndini rəhbər tutaraq əmr etmişdir: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin Nəzarət şöbəsinin 2 saylı sektorunun aparıcı məsləhətçi-nəzarətçisi İddiaçı 15 aprel 2013-cü il tarixindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İmişli Rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini-xəzinə əməliyyatları sektorunun müdiri vəzifəsinə təyin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin rəisi A.M.Əhmədova tapşırılsın ki, Xidmətin aparıcı məsləhətçi-nəzarətçisi İddiaçı ərizəsini nəzərə alaraq onunla bağlanmış Əmək müqaviləsinə öz arzusu ilə 15 aprel 2013-cü il tarixdən xitam verilməsini təmin etsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri N.S.Süleymanova tapşırılsın ki, İmişli Rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini-xəzinə əməliyyatları sektorunun müdiri İddiaçılə müvafiq Əmək müqaviləsinin bağlanmasını təmin etsin. İddiaçı vəzifə maaşı və digər ödənişləri İmişli Rayonu üzrə Maliyyə İdarəsinin ştat cədvəlinə və dövlət qulluğu haqqında qanunvericiliyə əsasən müəyyən edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemində daimi dövlət qulluğuna qəbul üçün 026 nömrəli Əmək müqaviləsinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemi üzrə dövlət quluğuna qəbul üçün Əmək müqaviləsi (kontraktı) Maliyyə Nazirliyi, Aparat rəhbəri X2 ilə Dövlət qulluqçusu İddiaçı arasında 11 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bağlanmışdır. Dövlət qulluqçusu İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəsi müavini xəzinə əməliyyatları sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. Müqavilənin müddətsiz bağlandığı və Dövlət qulluqçusu 15 aprel 2013-cü il tarixindən işə başladığı qeyd olunmuşdur. “İxtisas dərəcəsinin verilməsi haqqında” Azərbaycan Resublikası Maliyyə Nazirliyinin 27 yanvar 2014-cü il tarixli İ-17 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 16 və 17-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 03 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarfna uyğun olaraq əmr edilmişdir: 27 yanvar 2014-cü il tarixdən aşağıda adları göstərilən dövlət qulluqçularına müvafiq ixtisas dərəcələri verilsin: İddiaçı-İmişli Rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini- Xəzinə əməliyyatları sektorunun müdiri, 3-cü dərəcə dövlət qulluqçusuna - “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi. Maliyyə Nazirliyinin aparatının Maliyyə-inzibati şöbəsinə və rayon (şəhər) üzrə maliyyə idarələrinə (şöbələrinə) tapşırılsın ki, müvafiq ixtisas dərəcəsi verilmiş dövlət qulluqçularının vəzifə maaşlarına ixtisas dərəcələrinə görə əlavələrin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini təmin etsinlər. Maliyyə Nazirliyinin aparatının Kadrlar şöbəsinə və rayon (şəhər) maliyyə idarələrinə (şöbələrinə) tapşırılsın ki, müvafiq ixtisas dərəcəsi verilmiş dövlət qulluqçularının şəxsi işlərində və əmək kitabçalarında aidiyyəti üzrə qeydlərin aparılmasını təmin etsinlər. Bu əmrin icrasına nəzarət Aparatın rəəhbəri Namiq Süleymanova həvalə edilsin. Əsas: Maliyyə Nazirliyinin Aparatının rəhbəri Namiq Süleymanovun 14 yanvar 2014-cü il tarixli, 15/07-02 nömrəli təhriri məruzəsi. “Dövlət qulluğuna xitam verilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 iyun 2020-ci il tarixli K-53 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinin strukturlarının təkmilləşdirilməsi və X1 17-26 saylı regional xəzinədarlıq idarələrinin yaradılması haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2020-ci il 17 iyun tarixli İ-97 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin üçüncü hissəsini və Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 18.7-ci bəndini rəhbər tutaraq əmr edilmişdir: Maliyyə Nazirliyinin İmişli Rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini-Xəzinə əməliyyatları sektorunun müdiri İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə 30 iyun 2020-ci il tarixdən xitam verilsin. Bu əmrin 1 -21 -ci hissələrində adları göstərilmiş maliyyə idarələrinə (şöbələrinə) tapşırılsın ki, bu əmrlə dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularına son haqqhesabın verilməsini təmin etsinlər. Əsas: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 31 may 2020-ci il tarixli DA01/01 -03-532/1 nömrəli məktubu və bu əmrdə adları göstərilmiş dövlət qulluqçularının ərizələri. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişinin elektron surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 30.06.2020-il tarixdə xitam verilmişdir. “Təyinat haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 30 iyun 2020ci tarixli K-31 nömrəlii əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 17 iyun 2020-ci il tarixli İ-97 nömrəli əmri ilə yaradılmış Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 18 saylı Regional Xəzinədarlıq İdarəsinin kadr heyətinin komplektləşdirilməsini təmin etmək məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə”nin 14.3-cü bəndini uyğun olaraq əmr edilmişdir: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İmişli Rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini-Xəzinə əməliyyatları sektorunun müdiri İddiaçı 01 iyul 2020-ci il tarixindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 18 saylı Regional Xəzinədarlıq İdarəsinin Yerli xərclərin maliyyələşdirilməsi sektorunun müdiri vəzifəsinə təyin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 aparıcı məsləhətçisi-kadr üzrə S.Y.Həsənovaya tapşırılsın ki, bu əmrlə yeni vəzifələrə təyinatı aparılmış dövlət qulluqçuları ilə əmək müqaviləsinin bağlanması üçün tədbirlər görsün. Bu əmrlə yeni vəzifələrə təyinatı aparılmış dövlət qulluqçularının dövlət məvacibləri 18 saylı Regional Xəzinədarlıq İdarəsinin ştat cədvəlinə və dövlət qulluğu haqqında qanunvericiliyə əsasən müəyyən edilsin. Əsas: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 17 iyun 2020-ci il tarixi İ-97 nömrəli əmri, bu əmrdə adları olan dövlət qulluqçularının ərizələri. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində daimi dövlət qulluğuna qəbul edilmə ilə bağlı 152 nömrəli Əmək müqaviləsinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 direktoru X5 ilə daimi dövlət qulluğuna qəbul edilən şəxs İddiaçı arasında 01 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bağlanmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinəddarlığı Agentliyinin 18 saylı Regional Xəzinədarlıq İdarəsinin yerli xərclərin maliyyələşdirilməsi sektoruna sektor müdiri vəzifəsinə qəbul olunmuşdur. Müqavilənin müddətsiz bağlandığı və Dövlət qulluqçusu 01 iyul 2020-ci il tarixindən vəzifəsinin icrasına başlandığı qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası X6nin 27.01.2022-ci il tarixli PHŞ/3-2-20220158 saylı məktubda qeyd olunmuşdur ki, inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul qaydaları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən dövlət qulluğuna qəbul test imtahanından və müsahibədən ibarət olmaqla, müsabiqə əsasında aparılır. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2009cu il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində inzibati vəzifə üzrə dövlət qulluğuna qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqədən (test imtahanı və müsahibədən) keçmədən qəbul olmuşdur. Dövlət qulluğuna xitam verilməsi əsasları yuxarıda adı çəkilən Qanunun 33-cü maddəsində müəyyən edilmişdir. Həmin maddədə qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi göstərilmişdir. İddiaçı barədə məlumatların Dövlət Qulluqçularının Reyestrinə daxil edilib-edilməməsi ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydasnın 2-ci hissəsinə görə Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 12-ci hissəsinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Dövlət qulluqçusu haqqında məlumatların Dövlət Reyestrindən çıxarılması isə “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna xitam verilməsi hallarında baş verir. Dövlət qulluğuna xitam verilmiş şəxs haqqında məlumatlar Dövlət Reyestrinin arxiv hissəsinə keçirilir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı barədə məlumatlar qulluq keçdiyi dövlət orqanı tərəfindən Dövlət Qulluqçularının Reyestrinə daxil edilmiş və 06.08.2001-ci il tarixdən hazırki tarixədək işlədiyi müddət cavabdeh orqan tərəfindən dövlət qulluğu stajı kimi nəzərə alınmışdır. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana ünvanladığı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli MİHO/11-2021-3334 №li məktubda göstərilmişdir ki, o, Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin 18 may 2009-cu il tarixli K-02 nömrəli əmri ilə Xidmətin Ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin Əyarlanma və damğalanma sektorunda aparıcı məsləhətçi-əyarçı vəzifəsinə, 22 avqust 2012-ci il tarixli K-34 nömrəli əmri ilə Xidmətin Nəzarət şöbəsində aparıcı məsləhətçi-nəzarətçi vəzifəsinə təyin olmuşdur. Xidmətdə işlədiyi dövrdə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq “3-cü dərəcə dövlət qulluqçusu" (20.06.2011-ci ıl tarixli İ-23 nömrəli əmr) ixtisas dərəcəsi verilmişdir. Onun Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətində dövlət qulluğu vəzifələrində stajı 3 il 10 ay 28 gün təşkil etmiş, bu dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. X6 tərəfindən Azərbaycan Respublikası Dövlət Qulluqçularının Reyestrində olan məlumatların araşdırılması zamanı onun Maliyyə Nazirliyində dövlət qulluğuna qəbulunun “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq müsabiqədənkənar aparıldığı qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, onun xahişinin (Dövlət qulluğu məlumatlarının Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi barədə) təmin olunması imkan xaricindədir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 15-1.2-ci maddəsinə əsasən Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. Həmin Qanunun 21.1.6-cı maddəsinə əsasən dövlət qulluqçuları üçün dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük təminatı verilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X6 tərəfindən birgə aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavaabdeh inzibati orqanda dövlət qulluğu vəzifələrində stajı 18 may 2009-cu ildən 22.08.2012-ci ilə qədər (Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin Ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin əyarlanma və damğalanma sektorunda aparıcı məsləhətçi-əyarçı, aparıcı məsləhətçi nəzarətçi vəzifələrində), 15.04.2013-cü ildən 07.07.2020-ci ilə qədər (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İmişli Rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini vəzifəsində) və 01.07.2020-ci ildən hazırki vaxtadək təşkil etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmiş, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı uzun müddət ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanında dövlət qulluqçusu kimi çalışdığından, onun maliyyələşdirilməsi də dövlətin bu məqsədə ayrıdığı maliyyə vəsaiti hesabına cavabdeh təşkilat tərəfindən həyata keçirilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 18 may 2009-cu ildən 22.08.2012-ci ilə qədər Maliyyə Nazirliyinin Qiymətli Metallara və X4 Dövlət Xidmətinin Ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin əyarlanma və damğalanma sektorunda aparıcı məsləhətçi-əyarçı, aparıcı məsləhətçi nəzarətçi vəzifələrində, 15.04.2013-cü ildən 07.07.2020-ci ilə qədər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İmişli Rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini vəzifəsində, 01.07.2020-ci ildən hazırki iş üzrə məhkəmə qərarı çıxarıldığı günə qədər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi 18 saylı Regional Xəzinədarlıq İdarəsinin yerli xərclərin maliyyələşdirilməsi sektorunun müdiri vəzifəsində, inzibati vəzifələr üzrə iş stajı nəzərə alınmaqla Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi və İddiaçı dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2931/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2931/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver