Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2931/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Biləcəri qəsəbəsi ərazisində tikdirdiyi ümumi sahəsi 96 kv.m olan iki mərtəbəli ofisin cavabdeh tərəfindən dağıdılması, setka hasarın dəmir dirəklərin və evinin sökülməsi nəricəsində ona dəymiş 68000 (altmış səkkiz min) manat məbləğində maddi ziyanın, işgüzar nüfuzuna vurulmuş 20.000 (iyirmi min) həcmində zərərin əvəzinin, 36.000 (otuz altı min) manat həcmində əldən çıxmış faydanın, ümumilikdə 104.000 (yüz dörd min) manatın cavabdehdən onun xeyrinə tutulması və qeyd olunan qurumun əməkdaşları barədə xüsusi qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci il 03 və 11 noyabr ayında və s. tarixlərdə də Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin 02 noyabr 2007-cı il tarixli, 943/b saylı qərarı əsasında mülkiyyətinə verilmiş 120 kv.metr torpaq sahəsini, 03 noyabr 2005-ci il tarixdə həmin qəsəbə ərazisindən 13 saylı protokolla, 679 saylı Bələdiyyə qərarı ilə 98,0 kv.metr torpaq sahəsini və bu qaydada bir neçə torpaq sahələrini almışdır. Faktiki olaraq istifadəsində üzərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olunması üçün 800 kv.metrdən artıq torpaq sahəsi vardır. Yəni bu torpaq sahələrinin alınması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsini, “Bələdiyyələrin statusu haqında” AR Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, "Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında" Qanununun müvafiq tələblərini əsas tutaraq Binəqədi Rayon İcra Hakimiyyətinin razılığına əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin nizamnaməsinə uyğun olaraq ehtiyac olduğu nəzərə alınmış, rəsmi müraciəti qanunla müəyyən edilmiş qaydada təmin edilmiş və mümkün sayılmışdır. Binəqədi rayon icra hakimiyyətinin əməkdaşları 08 noyabr 2020-ci il tarixdə, təkrarən 08 iyul 2022-ci il tarixdə onun mülkiyyətində olan Bələdiyyə torpaqları hesab edilən əraziyə qanunsuz daxil olaraq öz vəsaiti hesabına tikilən tikililəri, heç bir xəbərdarlıq etmədən traktorun qabağına verərək uçurmuş və setka hasarı, dəmir dirəkləri və evini zorla dağıtmışlar. Əkdiyi ağacları sındırıb məhv etmişlər. Bununla da məhkəmə qərarı olmadan ona məxsus əmlak qanunsuz olaraq dağıdılmış və 55.000 (əlli beş min) manat dəyərində ziyan vurulmuşdur. Binəqədi rayon icra hakimiyyəti qanunsuz olaraq ona məxsus torpaq sahəsinə daxil olaraq ona maddi və mənəvi ziyan vurmuşlar. İddiaçı bildirir ki, 2018-ci il mart ayından 2022-ci ilin iyul ayınadək mülkiyyətinə məxsus torpaq sahəsinə külli miqdarda xərclər çəkmişdir.
3. Məhkəmə İPM-nin 13-cü maddəsini rəhbər tutaraq iddiaçıya hüquqi yardım məktubu göndərərək iddia ərizəsində qeyd olunan əmlakla bağlı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməklə maddi və mənəvin zərərin ödənilməsinə dair cavabdeh quruma müraciətin mövcudluğu, olduğu təqdirdə məhkəməyə təqdim edilməsi təklif edilmişdir.
4. İddiaçı hüquqi yardım məktubunda qeyd edilən məsələlərə münasibət bildirməmişdir.
5. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli 943/b nömrəli qərarına əsasən Biləcəri bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 120.0 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə ünvan 1 ünvanda yaşayan X2 ayrılmışdır.
6. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 30 dekabr 2019-cu il tarixli 132 nömrəli qərarına əsasən Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 943/b saylı xx.xx.2007-ci il tarixli qərarı ilə vətəndaş X1 adına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün sənədləşdirilmiş 120.0 kv.m torpaq sahəsinin X1 adından notarial qaydada qarşılıqlı razılaşmaya görə ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı adına sənədləşdirilmişdir (təqdim edilən qərar kserosurətdir).
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı torpaq sahəsinin alqı-satqısına dair bələdiyyə ilə bağlanmış aktlar digər şəxslərin adınadır (təqdim edilən sənədlər kserosurətdir).
8. Tərəflər məhkəmə iclasında iştirak etmirlər.
II. İddianın mümkünlüyü
9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
11. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X3rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X4rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
12. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
18. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
19. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağını təsdiq edən sübutlar təqdim edilməyib. İddiaçının ona məxsusluğunu iddia etdiyi torpaq sahəsində inşa etdiyi 96 kv.m olan iki mərtəbəli ofisin ona məxsusluğuna dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Digər tərəfdən vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiaçının müvafiq ərizə ilə cavabdeh quruma müraciəti mövcud deyildir. Qeyd edilən hallarda bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilmiş, lakin iddiaçı tərəfindən həmin hallar aradan qaldırılmamış və məhkəmə iclasında iştirak etməmişdir.
20. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiadakı cavabdeh qurumun əməkdaşları barədə xüsusi qərar qəbul edilməsi tələbi vəsatət xarakterlidir. Odur ki, iddia mümkün sayılmadığından həmin vəsatətə münasibət bildirilməsi zərurəri yoxdur.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva