Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2932/2020 26.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, borclu X1 400.000 X3 dirhəmi (ödəniş gününə həmin valyutanın manata olan məzənnəsi ilə manatla), hüquqi xidmət göstərilməsinə görə 200 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq tələbkar İddiaçı ödənilməsinin təmin edilməsi, icra vərəqəsi üzrə borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərinin keçirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti orqanlara sorğular göndərilməsi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq aşkar olunduğu halda tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi, əks halda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1 və 82.3-cü maddələrinə uyğun olaraq borclunun məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlərin görülməsi öhdəliyinin icrasını işə baxan Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili X2 dəftərxana vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, məhkəmə tərəflərin iştirakları olmadan ərizəyə münasibət bildirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə baxılmadan iddiaçıya geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2932/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2932/2020
26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver