Məhkəmə qərarları › İş №2-1(112)-2932/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2932/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2932/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı İsfəndiyar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı İsfəndiyar oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə ona güzəştli şərtlərlə 57 yaşından pensiya təyin olunması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 24.06.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1963-cü ildə doğulmuşdur. Güzəştli şərtlərlə pensiya almaq üçün qanunvericiliyə uyğun olaraq işlədiyi müəssisədən arxiv arayışı almışdır. Arayışdan da görünür ki, 04.03.1984-cü il tarixdən “Bakıtuneltikinti”nin Mexanikləşdirmə İdarəsinə 3-cü dərəcə ilə ekskavator maşinistinin köməkçisi peşəsinə qəbul edilmişdir; 09.07.1984-cü il tarixdən 3-cü dərəcə ilə səyyar kompressor qurğusunun maşinisti peşəsinə keçirilmişdir; 01.12.1985-ci il tarixdən 3-cü dərəcə ilə ekskavator maşinistinin köməkçisi peşəsinə keçirilmişdir; 01.03.1987-ci il tarixdən 4-cü dərəcə verilmişdir; 08.10.1987-ci il tarixdən 4-cü dərəcə ilə yol-tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə keçirilmişdir; 01.04.1988-ci il tarixindən 5-ci dərəcə verilmişdir; 16.09.1988-ci il tarixindən 4-cü dərəcə ilə motovoz maşinistinin köməkçisi (yeraltı şəraiti üzrə) peşəsinə keçirilmişdir; 05.10.1989-cu il tarixindən 5-ci dərəcə ilə yol-tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə; 10.04.1990-cu il tarixindən 5-ci dərəcə ilə qaldırıcı kran maşinisti peşəsinə keçirilmişdir; 17.07.1991-ci il tarixindən 5-ci dərəcə ilə avtodrezin maşinisti peşəsinə keçirilmişdir; 18.12.1991-ci il tarixindən sürücü peşəsinə keçirilmişdir; 18.03.1992-ci il tarixindən 5-ci dərəcə ilə avtokran maşinisti peşəsinə keçirilmişdir; 07.01.1993-cü il tarixindən 6-cı dərəcə verilmişdir; 26.11.2012-ci il tarixindən 6-cı dərəcə ilə avtorkan maşinisti (yeraltı şəraiti üzrə) peşəsinə keçirilmişdir; 01.10.2016-cı il tarixindən 7-ci dərəcə verilmişdir. Hal-hazırda Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomexanikləşdirmə kolonunun mexanizmlərin istismar sahəsində 7-ci dərəcə ilə avtokran maşinisti peşəsində işləyir. Güzəştli şərtlərlə pensiya təyinatı haqqında müraciətinə Filialdan 26.10.2020-ci il tarixdə **********4 nömrəli məktubla imtina verilmişdir. Məktubda göstərilmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyi 15 mart 1984cü il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasında 09.07.1984-01.12.1985-ci il tarixləri arasındakı dövr ərzində “Bakıtuneltikinti”nin Mexanikləşdirmə İdarəsində işlədiyi səyyar kompressor qurğusunun maşinisti, 08.10.1987-01.04.1988-ci il və 05.10.1989-10.04.1990cı il tarixləri arasındakı dövr ərzində yol tikinti maşın və traktorların təmiri üzrə çilingər, 18.03.1993-ci il tarixindən bugünədək avtokran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuzdur. O, artıq 01.01.2016-cı ilə qədər güzəştli şərtlərlə 13 il 7 ay staj toplamışdır. Belə ki, onun çalışdığı avtomobil kranlarının maşinisti vəzifəsi hər iki qərarda nəzərdə tutulmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X5 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 15 mart 1984-cü il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında 09.07.1984-01.12.1985-ci il tarixləri arasındakı dövr ərzində “Bakıtuneltikinti”nin Mexanikləşdirmə idarəsində işlədiyi səyyar kompressor qurğusunun maşinisti, 08.10.1987-01.04.1988-ci il və 05.10.1989-10.04.1990-cı il tarixləri arasındakı dövr ərzində yol tikiniti maşın və traktorların təmiri üzrə çilingər, 18.03.1992-ci il tarixindən bugünədək avtokran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı“nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İsfəndiyar oğlu xx.xx.1963-cü ildə Oğuz rayonu, Xaçmaz kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 16.11.1981-ci ildən 27.12.1983-cü ilə qədər (2 il 1 ay 12 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Oğuz rayon Dövlət Arxivinin 43 №-li, 04.06.2021-ci il tarixli arxiv arayışından görünür ki, Oğuz rayon Mollalı kəndi “Kalinin” adına kolxozun staj kitablarına əsasən İddiaçı kolxozda 1980-cı ildə kolxozçu işləmiş, minumum norma 210, iş günü 152, əmək haqqı 437-50, 1981-ci ildə minumum norma 250, iş günü 240, əmək haqqı 897-40 təşkil etmişdir. - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı İsfəndiyar oğlu 16.11.1981-ci ildən 27.12.1983-cü ilə qədər Sovet ordusunda xidmət etmişdir (2 il 1 ay 12 gün), 14.03.1984-cü il tarixindən 09.07.1984-cü ilə qədər UM “Bakıtuneltikinti”-də İİİ dərəcəli ekslavator maşinistinin köməkçisi (3 ay, 26 gün), 09.07.1984-cü ildən 01.12.1995ci ilə qədər İİİ hərəkətli kompressorun maşinisti (11 il, 4 ay, 23 gün), 01.12.1985-ci ildən 01.03.1987-ci ilə qədər İİİ dərəcəli ekskavator maşinistinin köməkçisi (1 il 3 ay,1 gün), 08.10.1987-ci ildən 01.04.1988-ci ilə qədər yol inşa maşınlarının və traktorlarının təmiri üzrə İV çilingər (5 ay 24 gün), 01.04.1988-ci ildən 16.09.1988-ci ilə qədər yeraltı şəraitdə işlərin aparılması üçün İV maşinist köməkçisi (5 ay, 16 gün), 16.09.1988-ci ildən 05.10.1989-cu ilə qədər yol təmiri maşınlarının və traktorlarının təmiri üzrə V dərəcəli çilingər (1 il, 0 ay, 20 gün), 05.10.1989-cu ildən 10.04.1990-cu ilə qədər V dərəcəli kran maşinisti köməkçisi (6 ay 6 gün), 10.04.1990-cu ildən 26.11.2012-ci ilə qədər Vİ dərəcə ilə avtokran maşinisti (22 il, 7 ay, 17 gün), 26.11.2012-ci ildən 31.07.2014-cü ilə qədər Vİ dərəcə ilə avtokran maşinisti (1 il 8 ay 6 gün), 01.08.2014-cü ildən 01.09.2016-cı ilə qədər "xxxx" QSC-də Vİ dərəcə ilə avtokran maşinisti (2 il 1 ay 1 gün), 01.10.2016-cı ildən hal hazıradək Vİİ dərəcə avtokran maşinisti işləyir. - Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş A/170 №-li, 15.07.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 04.03.1984-cü il tarixindən “Bakıtuneltikinti”nin Mexanikləşdirmə İdarəsinə 3-cü dərəcə ilə ekskavator maşinistinin köməkçisi peşəsinə qəbul edilmişdir (Əmr № 26/J1C, 11.03.1984-cü il); 09.07.1984-cü il tarixindən 3-cü dərəcə ilə səyyar kompressor qurğusunun maşinisti peşəsinə keçirilmişdir (Əmr №89/JlC, 20.07.1984-cü il); 01.12.1985-ci il tarixindən 3-cü dərəcə ilə ekskavator maşinistinin köməkçisi peşəsinə keçirilmişdir (Əmr №168/JlC, 28.11.1985-ci il); 01.03.1987-ci il tarixindən 4-cü dərəcə verilmişdir (Əmr №25/JlC, 17.02.1987-ci il); 08.10.1987-ci il tarixindən 4-cü dərəcə ilə yol-tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə keçirilmişdir (Əmr №160/JlC, 21.10.1987-ci il); 01.04.1988-ci il tarixindən 5-ci dərəcə verilmişdir (Əmr №38/JlC, 30.03.1988-ci il); 16.09.1988-ci il tarixindən 4-cü dərəcə ilə motovoz maşinistinin köməkçisi (yeraltı şəraiti üzrə) peşəsinə keçirilmişdir (Əmr №129/JlC, 21.09.1988-ci il); 05.10.1989-cu il tarixindən 5-ci dərəcə ilə yol-tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə keçirilmişdir (Əmr №61/OK, 26.05.1989-cu il); 10.04.1990-cı il tarixindən 5-ci dərəcə ilə qaldırıcı kran maşinisti peşəsinə keçirilmişdir (Əmr №45/OK, 07.04.1990-cı il); 17.07.1991-ci il tarixindən 5-ci dərəcə ilə avtodrezin maşinisti peşəsinə keçirilmişdir (Əmr №104/KLU, 17.07.1991-ci il); 18.12.1991 -ci il tarixindən sürücü peşəsinə keçirilmişdir (Əmr №195/KLU, 18.12.1991-ci il); 18.03.1992-ci il tarixindən 5-ci dərəcə ilə avtokran maşinisti peşəsinə keçirilmişdir (Əmr №38/KŞ, 18.03.1992-ci il); 07.01.1993-cü il tarixindən 6-cı dərəcə verilmişdir (Əmr №3/KŞ, 07.01.1993-cü il); 26.11.2012-ci il tarixindən 6-cı dərəcə ilə avtokran maşinisti (yeraltı şəraiti üzrə) peşəsinə keçirilmişdir (Əmr №98/KŞ, 24.11.2012-ci il); 01.10.2016-cı il tarixindən 7-ci dərəcə verilmişdir (Əmr №Ş-8401, 27.09.2016-ci il). Hal-hazırda Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomexanikləşdirmə kolonunun mexanizmlərin istismar sahəsində 7-ci dərəcə ilə avtokran maşinisti peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərara müvafiq olaraq həmin siyahının 1. Dağmədən işləri maddəsinin 1.2.1 bölməsinin “a” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun zərərli əmək şəraitində işlədiyi əmək stajı 30 il 11 ay 12 gün (otuz il on bir ay on iki gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.01.1992-ci il tarixli, 2 №-li Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsinin bazası əsasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.1993-cü il tarixli, 77 saylı Sərəncamına əsasən "xxxx" İstehsalat Birliyi "xxxx" Dövlət şirkəti adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16.07.1998-ci il tarixli, 857 saylı Sərəncamına əsasən "xxxx" Dövlət Şirkəti "xxxx" SC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli, 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Mexanikləşdirmə İdarəsi - Mexanikləşdirmə kolonu adlandırılmışdır. Avtonəqliyyat və Mexanikləşdirmə kolonunun yenidən təşkili yolu ilə Nəqliyyat və Xüsusi Texnika Departamenti yaradılmış, Mexanikləşdirmə kolonu - Avtomexanikləşdirmə kolonu adlandırılmışdır. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 40N-10/3- 693 №-li, 09.06.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 04.03.1984-cü il tarixindən 09.07.1984-cü il tarixinədək “Bakıtuneltikinti” İdarəsinin Mexanikləşdirmə İdarəsində ekskavator maşinistinin köməkçisi, 09.07.1984-cü il tarixindən 01.12.1985-ci il tarixinədək kompressor maşinisti, 01.12.1985-ci il tarixindən 10.04.1990-cı il tarixinədək yol tikinti maşın və traktorların təmiri üzrə çilingər, 10.04.1990-cı il tarixindən 17.07.1991-cı il tarixinədək kran maşinisti, 17.07.1991-cı il tarixindən 18.12.1991-ci il tarixinədək avtodrezin maşinisti, 18.12.1991-cı il tarixindən 18.03.1992-ci il tarixinədək sürücü, 18.03.1992-ci il tarixindən 31.07.2014-cü il tarixinədək "xxxx" SC-nin Mexanikləşdirmə idarəsində avtokran maşinisti peşəsində çalışmışdır. 01.08.2014-cü il tarixindən 01.09.2016-cı il tarixinədək "xxxx" QSC-nin Tikinti Departamentinin Mexanikləşdirmə kolonunun İstismar sahəsində avtokran maşinisti, 01.09.2016-cı il tarixindən bu günədək "xxxx" QSC-nin Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomexanikləşdirmə Kolonunun istismar sahəsində avtokran maşinisti peşəsində işləyir. İddiaçı ağır əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 34 il 10 ay 11 gün (otuz dörd il on ay on bir gün) (08.06.2021-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’mn İ. Dağ-mədən işləri maddəsinin 1.2.1 Acıqda dağ-mədən işləri və yer səthində işlər bölməsinin “a” bəndinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.01.1992-ci il tarixli, 2 №-li Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsinin bazası əsasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.1993-cü il tarixli 77 saylı Sərəncamına əsasən “Azərtunelmetrotikinti" İstehsalat Birliyi "Azərtunelmetrotikinti” Dövlət şirkəti adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16.07.1998-ci il tarixli, 857 saylı Sərəncamına əsasən "xxxx" Dövlət şirkəti "xxxx" SC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Mexanikləşdirmə İdarəsi - Mexanikləşdirmə kolonu adlandırılmışdır. Avtonəqliyyat və Mexanikləşdirmə kolonunun yenidən təşkili yolu ilə Nəqliyyat və Xüsusi Texnika Departamenti yaradılmış, Mexanikləşdirmə kolonu - Avtomexanikləşdirmə kolonu adlandırılmışdır. - Fililalın iddiaçının 24.07.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 26.10.2020-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi 15 mart 1984cü il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında 09.07.1984-01.12.1985-cı il tarixləri arasındakı dövr ərzində "Bakıtuneltıkinti”nin Mexanikləşdirmə idarəsində işlədiyi səyyar kompressor qurğusunun maşinisti, 08.10.1987-01.04.1988-ci il və 05.10.1989-10.04.1990cı il tarixləri arasındakı dövr ərzində yol tikiniti maşın və traktorların təmiri üzrə çilingər, 18.03.1992-ci il tarixindən bugünədək avtokran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı“nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Məhkəmə araşdırılması zamanı iddiaçının kolxozda işlədiyi, hərbi xidmətdə olduğu və əmək kitabçası üzrə işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı ilədək ümumi iş stajının 25 il 12 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı 10.04.1990-cı ildən 17.07.1991-ci il tarixə kimi, 18.03.1992-ci ildən 01.01.2006-cı il tarixə kimi "xxxx" QSC-də işlədiyi vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında “Dağ-mədən işləri” adlı 1 saylı bölmənin a) yarımbəndində nəzərdə tutulmuş “avtomobil kranlarının maşinistləri” və “kran maşinistləri (krançılar)” vəzifələrinə uyğun olmaqla 01.01.2006-cı ilədək güzəştli iş stajı 15 il 22 gün təşkil edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüquqi verən işdə çalışmasına dair iş yerinin mötəbər arayışı mövcuddur və iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmişdir. Göründüyü kimi hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən İddiaçı İsfəndiyar oğluna 57 yaşı tamam olduğu tarixdən, yəni 24.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı İsfəndiyar oğluna 57 yaşı tamam olduğu tarixdən, yəni 24.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı İsfəndiyar oğluna 57 yaşı tamam olduğu tarixdən, yəni 24.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar