Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2932/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı ”ezamiyyə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İ.Mübahisənin predmeti 1.İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı Bakı İnzibati Məhkəməsində iddia 49660 manat ezamiyyə pulunun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının sabiq Baş prokurorunun 29 sentyabr 2014-cü il tarixli, 11/314-k nömrəli əmri ilə Prokurorluq orqanlarına işə qəbul edilərək Şəki rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, 08 oktyabr 2015-ci il tarixli, 11/326-k nömrəli əmri ilə sınaq müddəti ilə həmin rayon prokurorluğunun müstəntiqi vəzifəsinə 10 iyun 2016-cı il tarixli əmri ilə daimi qulluğa qəbul olunaraq Abşeron rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmiş və ona İİİ dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmişdir. xx.xx.2018-ci il tarixdə vəzifədən azad edilərək həmin ilin may ayında Masallı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edilmişdir.Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2018-ci il tarixli,11/526-k nömrəli əmri ilə xidməti zərurətlə əlaqədar Gədəbəy rayon prokurorluğuna ezam edilmiş, xx.xx.2021-ci il tarixli, 10/203-k nömrəli əmrlə isə ezamiyyətdə olma zərurəti aradan qalxdığı üçün ezamiyyət bitmiş hesab edilmişdir. Ümumilikdə 2 il 6 ay 8 gün ezamiyyətdə olmuşdur. Ezamiyyət müddətində ayrı-ayrı vaxtlarda iddiaçıya təxminən 90 gün müddət üçün nəzərdə tutulmuş ezamiyyə pulu ödənilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 06 sentyabr 2022-ci il tarixli, 10/423-k nömrəli əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan Hacıqabul rayon məhkəməsi üzrə prokuroru vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. 07 avqust 2024-cü il tarixli təhvil-təslim vərəqəsi imzalanarkən Gədəbəy rayon prokurorluğuna ezam olunduğu dövr üçün ezamiyyə pulunun ödənilməsini xahiş etmişdur, lakin həmin pul hal-hazıradək ödənilməmişdir. Ezamiyyətdə olduğu müddətdə 2 dəfə və hər dəfəsində 32 gün olmaqla ümumilikdə 64 gün ödənişli əmək məzuniyyətində olmağını, habelə 90 gün müddət üçün isə ona ezamiyyə pulu ödənilməsini nəzərə aldıqda iddiaçıya ümumilikdə 764 gün üçün ezamiyyə xərcləri ödənilməmişdir. İddiaçının ezamiyyətdə olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir. Belə olan təqdirdə Gədəbəy rayon prokurorluğuna ezamiyyənin 1 günü üçün 65 manat hesablanmalıdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğu iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2012-ci il tarixli, Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın 2-ci bəndinə əsasən Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir və ödəniş həmin vəsiqə əsasında həyata keçirilir.Qərarın 4-cü bəndində “İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla bu müddət 40 gündən yuxarı ola bilməz" qeyd edilmişdir. Həmçinin, Qaydaların ikinci (Respublika ərazisi daxilində ezamiyyələr) maddəsinin 1-ci bəndinə əsasən işçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddəti yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən artıq olmamalıdır, ezamiyyət müddətinin, işçini ezam edən orqanın rəhbərinin sərəncamı (əmri) ilə əlavə 5 gün artırılmasına icazə verilir.İddiaçı Gədəbəy rayon prokurorluğuna göndərilməsi ezamiyyət kimi müvəqqəti olaraq xidmət yerinin dəyişdirilməsi olaraq qəbul edilməlidir. Belə ki, o, Gədəbəy rayon prokurorluğunda olarkən Gədəbəy rayon prokurorluğunun icraatında olan işləri yerinə yetirmişdir. Həmçinin, işlərin yerinə yetirilmə müddətində zərurətlə əlaqədar Gədəbəy rayon prokurorunun verdiyi ezamiyyə vəsiqələri ilə 2019- 2021-ci illər ərzində Bakı şəhərinə 64 gün ezam olunmuş və ezamiyyə xərcləri almışdır.Beləliklə, İddiaçı iddia tələbində göstərilənlər üzrə iddia müddətinin bitməsini, onun həmin dövrdə Gədəbəy rayonunda olmasının ezamiyyət kimi deyil, müvəqqəti olaraq xidmət yerinin dəyişdirilməsi olaraq qəbul edildiyini, onun Gədəbəy rayonuna ezam olunması barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2012-ci il tarixli, Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın əlavəsinə uyğun olaraq "Ezamiyyə vəsiqəsi”nin olmamasını, habelə Gədəbəy rayon prokurorluğunun icraatında olan işləri yerinə yetirdiyini, Gədəbəy rayon prokurorluğu tərəfindən dəfələrlə ezamiyyətə göndərildiyini və bunun müqabilində 2019-2021-ci illər ərzində 64 gün üçün ezamiyyətdə olduğunu əsas gətirərək cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, müraciəti təmin edilməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə və P.Adıgözəlov iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. 7.İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Baş Prokurorluğunun 10/203-k nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışa əsasən Gədəbəy rayon prokurorluğuna ezam edilmiş Masallı rayon prokurorunun köməkçisi İddiaçı ezamiyyəti zərurət aradan qalxdığı üçün bitmiş hesab edilmişdir; Əmək kitabçasına əsasən iddiaçı xx.xx.2014-cü ildən xx.xx.2024-cü ilə qədər Azərbaycan Respublikasının Baş Prokurorluğunda və tabeli orqanlarında stajor, müstəntiq, prokuror köməkçisi, Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuror işləmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun məhkəməyə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubuna əsasən iddiaçı Masallı rayon prokurorunun köməkçisi işlədiyi dövrdə Baş Prokurorluq üzrə xx.xx.2018-ci il tarixli, 11/526-k nömrəli əmrlə xidməti zərurətlə əlaqədar Gədəbəy rayon prokurorluğuna ezam edilmiş və xx.xx.2021-ci il tarixli, 10/203-k nömrəli əmrlə zərurət aradan qalxdığı üçün həmin tarixdən ezamiyyəti bitmiş hesab edilmişdir. Bundan başqa məhkəməyə iddiaçı və cavabdeh tərəfindən iddiaçının bank hesabından çıxarışlar, iddiaçıya aid ezamiyyə vərəqələri, gediş sənədləri, Gədəbəy rayon Prokurorluğundan Azərbaycan Respublikasının Baş Prokurorluğuna ezam edilməsi haqqında məlumatlar və ezamiyyə vəsiqələri təqdim edilmişdir.
İV.Məhkəmənin mövqeyi.
8.Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab etmir:
9. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında göstərilir:
1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin (xx.xx.2024-cü il tarixə olan redaksiyasına əsasən).
4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir (xx.xx.2024-cü il tarixə olan redaksiyasına əsasən).
5. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.
10.Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Q-01 nömrəli, 18 yanvar 2012ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nda göstərilir:
1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir.
4. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz.
6. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.
İİ. Respublika ərazisi daxilində ezamiyyələr
1. İşçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddəti yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən artıq olmamalıdır. Ezamiyyət müddətinin işçini ezam edən orqanın rəhbərinin sərəncamı (əmri) ilə əlavə 5 gün artırılmasına icazə verilir.
11.Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 181. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər təminatların verilməsinin tənzimlənməsi İxtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
12. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 13.Təqdim edilmiş sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2014cü ildən xx.xx.2024-cü ilə qədər Azərbaycan Respublikasının Baş Prokurorluğunda stajor, müstəntiq, prokuror köməkçisi, Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuror işləmişdir, iddiaçı Masallı rayon prokurorunun köməkçisi işlədiyi dövrdə Baş prokurorun xx.xx.2018-ci il tarixli, 11/526-k nömrəli əmrilə xidməti zərurətlə əlaqədar Gədəbəy rayon prokurorluğuna göndərilmişdir və xx.xx.2021-ci il tarixli, 10/203-k nömrəli əmrə əsasən onun həmin orqandakı fəaliyyəti başa çatmışdır. Hal-hazırda iddiaçının hüquqi marağı ondan ibarətdir ki, xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər olan müddət ərzində ezamiyyə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin əsaslılığı ilə bağlı qanunvericiliyin yuxarıda sadalanan tələbləri təhlil olunmalıdır. Yuxarıda sadalanan normalardan görünür ki, işçilərin ezamiyyət müddəti 40 gündən, Respublika daxilində isə 5 gündən artıq ola bilməz, işçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği barədə 3 gün ərzində avans hesabatı təqdim etməyə borcludur. Lakin işin mübahisəli halıdır ki, iddiaçının ezamiyyət pulunu tələb etdiyi dövr qanunvericiliklə ezamiyyə üçün müəyyən edilmiş müddətdən dəfələrlə artıqdır, habelə iddiaçıya həmin dövr ərzində ezamiyyə vəsiqəsinin yazılması və iddiaçı tərəfindən hər hansı bir avans hesabatının cavabdehə təqdim edilməsi sübuta yetirilməmişdir, belə olan halda iddiaçı barəsində verilən əmrdə “ezam” ifadəsinə formal yanaşılmamalı, işin digər qeyd edilən halları ilə birlikdə dəyərləndirilməlidir, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinin işin faktiki hallarına tətbiqi məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, 2 ildən çox bir müddətə (qanunvericiliyin tələblərinə əsasən ezamiyyət müddəti Respublika daxilində 5 gündən çox ola bilməz) iddiaçının Gədəbəy rayon prokurorluğuna göndərilməsi onun hansısa xidməti tapşırığı yerinə yetirmək üçün ezam edilməsi deyil, müvəqqəti olaraq xidməti yerinin dəyişdirilməsidir, məhkəmə o halı da qeyd edir ki, iddiaçı həmin müddət ərzində Gədəbəy rayon Prokuroru tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər,xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildən 2.04.2021-ci ilə qədər, xx.xx.2021-ci ilə qədər xx.xx.2021-ci ilə qədər Azərbaycan Respublikasının Baş Prokurorluğuna ezam edilmişdir, halbuki qanunvericilikdə işçinin ezam olunduğu qurum tərəfindən hansısa başqa bir quruma, o cümlədən geriyə ezamiyyətə göndərilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulan 1 il müddəti buraxılmışdır, belə ki, iddiaçının ezamiyyətinin başa çatması barədə əmr xx.xx.2021-ci ildə verilmişdir, iddiaçı isə məhkəməyə iddia ilə xx.xx.2024-cü ildə müraciət etmişdir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 15.Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı 49660 manat ezamiyyə pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün rədd еdilməlidir. 16.Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
NƏTİCƏVİ HİSSƏ
17.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRАRА АLDİ:
İddiа tələbi rədd еdilsin. Qərаrdаn оnu аldıqdаn 30 gün müddətində Bаkı İnzibаti Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2аkim Miminat Hacıbəyova