Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-294/2025 25.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X22 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı üçüncü şəxs X6 cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 744 nömrəli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4.320 saylı, 0.12 ha ərazisi olan bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə onun adına Dövlət Resyestrində qeydə alınaraq, bu barədə Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X17 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1320 saylı, 0.12 ha ərazisi olan bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 744 nömrəli sərəncamı iiə ona ayrılmış və həmin bağ sahəsinin ona ayrılması barədə 16 nömrəli order verilmişdir. Həmin torpaq sahəsi qeyd edilən tarixdə naturada istifadəsinə verilmiş o hal-hazıradək həmin bağ sahəsindən istifadə edir. Qeyd edilən bağ sahəsinin dövlət reyestrində qeydə aldırmaq üçün dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X17 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh onun müraciətindən imtina elmişdir. Cavabdeh öz imtinasının əsası olaraq məktubunda göstərmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 744 nömrəli sərəncamının siyahısında hüquq sahibinin adına təqdim edilmiş Orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Cavabdeh eyni zamanda öz məktubunda göstərmişdir ki, elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Cavabdehin məktubuna əsasən torpaq sahəsinin bir hissəsi 4-321 saylı, digər hissəsi isə 4320a saylı torpaq sahələrinin ərazisinə uyğundur, həmçinin torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. O cavabdehin imtinasının əsasları ilə razı deyil və belə hesab edir ki, cavabdeh öz imtinasında haqlı deyildir. Belə ki, qeyd edilən torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 744 nömrəli sərəncamı ilə bağ sahəsi kimi ona ayrıldıqdan sonra həmin torpaq sahəsi yerində onlara təhvil verilmiş və həmin tarixdən də onlar torpaq sahəsində bağ evi tikib yaşamağa başlamışlar. Torpaq sahəsinə dair verilmiş orderin İdarənin arxivində olmaması isə onun təqsiri deyildir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin Aparatının 28 aprel 2022-ci il tarixli arxiv arayışından da görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 744 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4320 saylı bağ 149 nömrəli ВТK tərkibində onun istifadəsinə verilmişdir. Yəni orderin arxiv nüsxəsinin cavabdehin arxivində olmaması, onun həmin əmlak üzərində hüquqlarının qeydə alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməzdi. Çünki, həmin Orderin verilməsinə əsas olmuş sərəncam mövcuddur və sərəncam Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 744 nömrəli sərəncamı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4320 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi cavabdeh öz səlahiyyətlərinə aid olan hərəkətləri belə, etməkdən imtina edir. Bu səbəbdən o uzun illərdir ki, istifadəsində olan torpaq sahəsinin dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə aldıra bilmir. Ona görə də belə hesab edir ki, Bakı şəhəri İcra Hakimiyyəli Başçısının xx.xx.1995-ci il tarixli 744 nömrəli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4.320 saylı, 0.12 ha ərazisi olan bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə onun adına Dövlət Reyestrində qeydə alınaraq, bu barədə Dövlət Reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-11356/2023 nömrəli qərardadı ilə iş üzrə X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 744 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4320 saylı 0.12 ha ərazisi olan bağ sahəsinə X4 məxsus torpaq sahəsi ilə üst-üstə düşən 70 kv.m torpaq sahəsi istisna olmaqla xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.1995-ci il tarixli, 744 saylı sərəncamın siyahısında hüquq sahibinin adı və təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin bir hissəsi 4321 saylı, digər hissəsi isə 4320а saylı torpaq sahələrinin ərazsinə uyğundur. Həmçinin torpaq sahəsinin bir hissəsi digər şəxsin adına (X2) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunveri iliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraza əlavəsində bildirmişdir ki, torpaq sahəsinin bir hissəsi (70 kv.m) digər şəxsin adına (X2 (fin:6LFT9G7)) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 izahatında iddiaçı ilə üst-üstə düşən torpaq sahəsinin olmadığını, torpaq sahələrinin arasında əlavə torpaq sahəsinin olduğunu, ona görə də aralarında hər hansı mübahisənin olmadığını və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İİİ. Tədqiq edilən sübutlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı **********65 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1995-ci il tarixli, 744 saylı sərəncamın siyahısında hüquq sahibinin adı və təqdim etdiyi X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin bir hissəsi 4321 saylı, digər hissəsi isə 4320а saylı torpaq sahələrinin ərazisinə uyğundur. Həmçinin torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üstüstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar ve orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Nümayəndə ünvanladığı xx.xx.2025-ci il tarixli **********98 3-21-3-30/2-M- 19xx-xx/2024 saylı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisində yerləşən 4319 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, təqdim olunmuş sənədlər surətdir və təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. X19 və X8 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X19 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4322 ünvanında yerləşən ümumi sahəsi 0.20751 ha olan torpaq sahəsinin 0.05 ha hissəsinin X5 7500 manata satmışdır. Bakı şəhəri 17 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli bölgü sxeminə dair sazişə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4322 saylı bağ sahəsinin 1075.1 kv.m hissəsi X14, 500 kv.m hissəsi X4, 500 kv.m hissəsi isə X9 ayrılmışdır. X19 və X8 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X19 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4322 ünvanında yerləşən ümumi sahəsi 0.10751 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə 8000 manata, 20.6 kv.m olan bağ evini tam mülkiyyət hüququ üzrə 7000 manata X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********19-11301 nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4322 saylı 1 mərtəbəli 1 otaqlı bağ evinin ümumi sahəsi 20.6 kv.m, yaşayış sahəsi 13.7 kv.m, köməkçi sahəsi 6.9 kv.m, açıq eyvan 16.8 kv.m, tikintialtı sahə 44.2 kv.m, həcmi 128 kv.m-dır. Azərbaycan Respublikası Əmlak X11 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qediyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4322 saylı bağ evi X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin Bağlar təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 15 nömrəli orderindən görünür ki, Bakı şəhər icra hakimiyyətinin xx.xx.1995-ci il tarixli 744 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4319 nömrəli bağ X10 ayrılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Koperativinin Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağ sahəsindəki 149 Nömrəli kooperativin 16 nömrəli orderindən görünür ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 744 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4320 nömrəli bağ ayrılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının M-305- 112 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 744 nömrəli bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə sərəncamdan çıxarışa əsasən Ləhicdəki 4320 nömrəli bağ 149 nömrəli BTK tərkibində İddiaçı istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Ləhiş bağ massivi 4320 saylı bağ sahəsinin hüquqmüəyyən edici sənəd üzrə torpaq sahəsi 1200 kv.m, faktiki isə torpaq sahəsi 1200 kv.m-dır. Göstərilən sahənin bir tərəfinin bir hissəsi qonşu hasar digər tərəfləri isə şərtidir. Tikili yoxdur. Şərti göstərilən sahənin koordinatları əlavə olundu. Sorğu vərəqəsi əlavə olundu. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının M- 305/2-112/2 saylı xx.xx.2022-ci il tarixli bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə arxiv arayışından görünür ki, Ləhicdəki 4319 nömrəli bağ 149 nömrəli BTK tərkibində Q.H.Xəlilovanın istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Flialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1500/2024 saylı məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 1995-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı flialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3- 52/2-2719/2024 saylı bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” sərəncamından çıxarışa əsasən Ləhicdəki 4320 nömrəli bağ 149 nömrəli BTK tərkibində İddiaçı istifadəsinə verilmişdir. X12 tərəfindən verilən orderlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-1978/2024 nömrəli arxiv məlumatının təqdim edilməsi barədə məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 744 nömrəli sərəncamı ilə İddiaçı Sabunçu rayonu, Ləhiş qəsəbəsi ərazisində yerləşən 4320 nömrəli 0.12 ha bağ sahəsinin ayrılmasına dair sənədlərin təsdiq edilmiş surətinin verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Mərkəzin arxivində aparılmış araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 744 nömrəli Sərəncamı ilə İddiaçı 0.12 ha bağ sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 34105/2024 **********05 saylı torpaq sahəsinə dair məlumatların məhkəməyə verilməsi ilə bağlı məktubdan görünür ki, iddiaçının nümayəndəsi tərəfindən 4320 saylı bağ sahəsi kimi ümumi ərazi göstərilmişdir. Sahənin üzərində tikili yoxdur. Sahədə hasarlama işləri aparılmadığından döngə nöqtələrinin koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə müraciətdə qeyd olunan torpaq sahəsinə dair sxematik xəritənin surəti göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin torpaq sahəsinə dair məlumatların məhkəməyə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-41914/2024 **********14 nömrəli məktubundan görünür ki, sahədə hasarlanma işləri aparılmadığından döngə nöqtələrinin koordinatlarını dəqiqləşdirmək mümkün olmamışdır. Eyni zamanda koordinatlar tam olmadığından sorğunun cavabalandırılması mümkün olmamışdır. 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisinin 8İ-37759 reyestr nömrəli xx.xx.2024-cü il tarixli Nümayəndə ərizəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4319 saylı torpaq sahəsinin sənəd üzrə 1200 kv.m sahəsinin azaldılaraq faktiki sahəsi 1144 kv.m kimi sənədləşdirilməsinə və çıxarış verilməsinə heç bir etirazı yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-4178/2025 nömrəli xx.xx.2025-ci il tarixli və 3-21-3-30/2- 16534/2025 nömrəli xx.xx.2025-ci il tarixli torpaq sahəsinə dair məlumatların məhkəməyə verilməsi ilə bağlı məktublarından görünür ki, 4320 saylı torpaq (bağ) sahəsi kimi göstərilən sahənin bir tərəfi hasar, üç tərəfi şərtidir. Torpaq (bağ) sahəsi üzərində tikili yoxdur. Faktiki sahəsi 1144.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq(bağ) sahəsi heç bir özəl torpaq sahəsi ilə üst-üstə düşmür. Eyni zamanda sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Məlumat üçün qeyd edilir ki, iddiaçı əvvəlki müraciətində 4320 saylı torpaq (bağ) sahəsi kimi şərti olaraq indi göstərdiyi sahənin cənub hissəsindəki sahəni göstərmişdir. Bundan əlavə torpaq sahəsinə dair koordinatlar əks olunmuş sxem göndərilmişdir. xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Ləhiş bağ massivi 4319 saylı bağ sahəsinin hüquqmüəyyən edici sənəd üzrə torpaq sahəsi 1200 kv.m, faktiki isə torpaq sahəsi 1144 kv.m-dır. Bağ sahəsinin sərhədləri 3-4 daş hünürlüyündə hasarlanmışdır. Sahədə tikili yoxdur. Vətəndaş tərəfindən 4319 a saylı bağ sahəsi olduğunu bildirilən sahəyə şərti olaraq keçid yolu (eni 3 metr) nəzərə alındıqda 4319 saylı bağın sahəsinə 1144 kv.m artıq qalır. 1144 kv.m sahənin kordinatları əlavə olundu. Dövlət Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4319 saylı bağ sahəsi X7 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 mülkiyyətində olan 0.1144 ha ölçülü **********50 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4319 saylı bağ sahəsi hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2025-ci il tarixinə bazar dəyəri 46000 manat təşkil edir. Nümayəndə və X15 arasında bağlanmış 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2025-ci il tarixli **********150 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Nümayəndə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4319 saylı bağ sahəsi (yeni qaydalarla: AZ1039, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.1144 ha olan torpaq sahəsi tam mülkiyyət üzrə X13 72000 manata satmışdır. Nümayəndə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi arasında bağlanmış müqavilə iş materiallarına əlavə olunmuşdur. IV. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 744 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4320 saylı 0.12 ha ərazisi olan bağ sahəsinə X4 məxsus torpaq sahəsi ilə üst-üstə düşən 70 kv.m torpaq sahəsi istisna olmaqla xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İşin hallarına görə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin Bağlar təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 15 nömrəli orderindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 744 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4319 nömrəli bağ X10 ayrılmışdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddələrinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədə malikdir. Cavabdeh orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi dəlillinə istinad edərək iddia tələbinə etiraz edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi hallar əsassızdır. Belə ki, iddiaçı orderin əslini məhkəməyə təqdim etmiş və iş materiallarına əlavə edilmişdir. İddiaçıya bağ sahəsinin ayrılması həmçinin arxiv nüsxəsi Bakı Şəhər İcra Hakimiyyəti Aparatından məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 744 nömrəli qərarından çıxarışa əsasən də müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3-52/2-2719/2024 saylı “bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” sərəncamından çıxarışa əsasən Ləhicdəki 4320 nömrəli bağ 149 nömrəli BTK tərkibində İddiaçı istifadısinə verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Koperativinin Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağ sahəsindəki 149 Nömrəli kooperativin 16 nömrəli orderindən görünür ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 744 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4320 nömrəli bağ ayrılmışdır. İddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair qərar və order qüvvədədir, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə 4319 saylı bağın sahəsinin ölçüsü 1200 kv.m olaraq qeyd olunsa da, faktiki ümumi ərazinin sahəsi 1144 kv.m təşkil edir. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır. Məhkəmə cavabdehin “torpaq sahəsinin 70 kv.m hissəsi digər şəxs - X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmış sahə ilə üst-üstə düşməsi dəlilinə münasibətdə qeyd edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi üst-üstə düşən 70 kv.m torpaq sahəsi istisna olmaqla xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilmişdir. Cavabdeh inzibati orqan son olaraq etirazını iddiaçının əvvəlki müraciətində iddia etdiyi torpaq sahəsi kimi şərti olaraq son göstərdiyi sahənin cənub hissəsindəki sahəni göstərməsilə əsaslandırmışdır. Qeyd edilən dəlil üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin ərazi iddiaçının nümayəndəsi olan oğlu Nümayəndə dövlət reyestrindən çıxarışla şəxsi mülkiyyətində olan ərazi olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin dəlilləri iddiaçının hüquqlarının qeydiyyatından və çıxarışın tərtib edilməsindən imtina üçün əsas ola bilməz. Odur ki, inzibati orqan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4320 saylı 0.12 ha ərazisi olan bağ sahəsinə X4 məxsus torpaq sahəsi ilə üst-üstə düşən 70 kv.m torpaq sahəsi istisna olmaqla xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 744 nömrəli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4320 saylı 0.12 ha ərazisi olan bağ sahəsinə X4 məxsus torpaq sahəsi ilə üst-üstə düşən 70 kv.m torpaq sahəsi istisna olmaqla xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X24
Məhkəmə qərarları › İş №2-1(112)-294/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-294/2025
25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver