Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2940/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı qızının cavabdeh X2rşı (üçüncü şəxs: Dövlət Neft Şirkəti, Cavabdeh2) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı qızı cavabdeh Binəqədi Bələdiyyəsinə “qərarın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan dəqiqləşmə ərizəsi verilərək Cavabdeh2 cavabdeh siyahısından çıxarılmsı və üçüncü şəxs qismində qəbul edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 4 il qabaq Cavabdeh2 18000 manat ödəməklə 1 sot torpaq sahəsi alınmışdır. Ona 12000 manat ödəniş edilmiş, 6000 manat borclu qalınmışdır. Bundan sonra 2019-cu il tarixdə 2 sot torpaq sahəsini həmin şəxsdən 6500 manata almış, bir müddət sonra isə həmin sahədə Cavabdeh2 tikinti işlərinə başlamış, ona torpaq sahəsini aldığını bildirdikdə Cavabdeh2 həmin məbləği borcun əvəzində aldığını bildirmişdir. Cavabdeh2 mülki qaydada iddia qaldıraraq bələdiyyə tərəfindən qəbul edilmiş qərar əsasında alqı-satqı yolu ilə almış olduğu torpaq sahəsinin mübahisələndirilən 50 kv.m hissəsində ondan alınıb iddiaçının istifadəsinə verilməsini xahiş etmiş, iddia təmin edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, torpaq sahəsi bələdiyyə mülkiyyətində yox, Dövlət Neft Şirkətinin istifadəsində olan torpaq sahəsidir. Odur ki, qərar və alqı-satqı aktı etibarsız hesab edilməlidir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd edilmişdir ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, torpaq sahəsini 18000 manata iddiaçıya satmış, 12000 manatı vermiş, qalan 6000 manatı isə ödəyəcəyini desə də ödəməmişdir. Pulu ala bilmədiyindən digər torpaq sahəsini satdığını bildirmiş, pulu həmin yolla iddiaçıdan almışdır. Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 300 kv.m torpaq sahəsinin zəbt edilmiş 50 kv.m hissəsinin cavabdeh İddiaçı alınaraq ona verilməsini xahiş etmiş, iddia təmin edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, bələdiyyə qərarından, alqı-satqı aktından və orderin qəbzindən görünür ki, 300 kv.m torpaq sahəsi iddiaçıya satılmışdır ki, həmin torpaq sahəsinin zəbt edilmiş 50 kv.m hissəsindən cavabdeh İddiaçı çıxarılmalıdır. Qərardan görünür ki, üçüncü şəxs S.X5 Bələdiyyəsi tərəfindən 300 kv.m torpaq sahəsi ayrılmışdır. Alqı-satqıya dair aktdan görünür ki, ayrılan torpaq sahəsinə dair cavabdeh və üçüncü şəxs arasında alqı-satqı müqaviləsi xarakterli akt tərtib edilmişdir. Mülki iş üzrə verilmiş ekspert rəyində qeyd edilmişdir ki, ayrılmış torpaq sahəsi Dövlət Neft Şirkətinin sərhədləri daxilində olmaqla Bələdiyyə mülkiyyətində olmamışdır. Göstərilən torpaq sahəsinin 50 kv.m hissəsi mübahisəli olmaqla İddiaçı faktiki istifadəsindədir. İddiaçı istifadəsində olan tikilinin bir hissəsi yerləşir. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) cavabdeh Binəqədi rayonu X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2005-ci il tarixli 1900 № li qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəminin qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisə etdiyi Qərar 2005-ci ildə qəbul edilmişdir. Həmin Qərarın qəbul edilməsindən 18 ilə yaxın müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi Qərarın etibarsız hesab edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Bundan başqa iddiaçı fiziki şəxs torpaq sahəsinin ayrılmasına dair cavabdehin Qərarını mübahisələndirmək üçün subyektiv hüquqa da malik deyildir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsini verərkən mübahisələndirilən qərarla X1 300 kv.metr torpaq sahəsinin iddiaçının istifadəsində olan torpaqların hüdudları daxilində yerləşdiyini göstərir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mübahisələndirilən torpaq sahəsinin onun istifadəsində olan torpaq sahələrində yerləşməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. iddiaçı həmin ərazinin iddiaçının istifadəsində olması, torpaq sahəsinin magistral qaz kəmərinin mühafizə zolağında yerləşdiyini göstərmişdir. Lakin bu hal iddiaçıya, digər fiziki şəxsə Bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinə dair Qərarın mübahisələndirməsinə əsas vermir. torpaq sahəsinin iddiaçının istifadəsində olan torpaq sahələrində yerləşməsi, ərazidən yüksək təyziqli qaz kəmərinin keçməsi iddiaçıya başqa növ iddialar qaldırmaq üçün subyektiv hüquq verə bilərdi (ərazidə tikinti işlərinin aparılmasının qadağan edilməsi, tikili varsa təhlükəli ərazi baxımından həmin tikilinin sökülməsi və s.). Lakin üçüncü şəxsin Bələdiyyədən aldığı həmin torpaq sahəsinə qanuni gözlənti hüququ vardır. Mübahisələndirilən qərar ilə X3 fərdi yaşayış evi tikilməsi üçün torpaq sahəsi ayrılmış və Bələdiyyənin qeyd edilən qərarı həmin torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olmuş və sonuncu həmin torpaq sahəsinə “qanuni gözlənti”yə sahib olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı həmçinin hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ olmaması əsası ilə iddia mümkün sayılmamalıdır. Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qərardadından görünür ki, şikayət təmin edilməmişdir. Bildirişdən görünür ki, həmin qərardaddan kassasiya şikayəti verilmişdir. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Sözügedən maddəyə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Göründüyü kimi iddiaya mahiyyəti üzrə baxılması onun mümkünlük şərtlərinin ödənilməsindən asılıdır ki, iddiaçının iddia qaldırmasına münasibətdə subyektiv hüquqa malik olması da iddianın mümkünlük şərti qismində çıxış edir. Lakin, hazırkı iş üzrə iddiaya münasibətdə ümümi mümkünlük şərti kimi iddiaçının subyektiv hüquqa malik olmalı olması ilə bağlı şərt ödənilmir. Belə ki, işin faktiki hallarından da müəyyən edildiyi kimi iddiaçı üçüncü şəxs barəsində qəbul edilmiş torpaq sahəsinin ayrılmasına dair cavabdeh bələdiyyə orqanı tərəfindən qəbul edilmiş qərar və həmin qərar əsasında tərtib edilmiş alqı-satqı aktının etibarsız hesab edilməsini xahiş edir. Qeyd olunmalıdır ki, inzibati aktın etibarsız hesab edilməsinə dair iddia müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia hesab edilir ki, AR İPM-nin 36-cı maddəsinin tələbinə əsasən Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Lakin, iddiaçı nəzərə almamışdır ki, etibarsızlığı tələb edilən qərar üçüncü şəxsə torpaq sahəsinin ayrılması ilə bağlıdır ki, adıçəkilən torpaq sahəsinə dair iddiaçının subyektiv hüququ mövcud olmamış, iddiaçının həmin torpaq sahəsi ilə bağlılığı torpaq sahəsi ayrılmış şəxslə arasında mövcud olmuş şifahi razılaşma əsasında olmuş, həmin torpaq sahəsi ümumiyyətlə hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamış, rəsmi olaraq iddiaçı ilə alqı-satqı bağlanılmamışdır. Halbuki, iddianın mümkünlüyü baxımından Plenum Qərarının da tələbindən göründüyü kimi inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddiaçı əsaslandırmalıdır. Hazırkı iş üzrə işin faktiki halları ilə müəyyən edilir ki, torpaq sahəsinə münasibətdə iddiaçının hər hansı qanunla qorunmalı olan marağından söhbət gedə bilməz. Həmin torpaq sahəsinə dair pul vəsaitinin üçüncü şəxsə ödənilərək faktiki torpaq sahəsindən istifadə isə qanunla qorunmalı olan maraq hesab edilməməklə, iddiaçının faktiki marağı ilə əlaqədardır ki, məhkəmə hesab edir ki, qanunla qorunmalı olmayan faktiki marağın realizə üsulu kimi üçüncü şəxs barəsində qəbul edilmiş əlverişli inzibati aktın etibarsızlığının tanınması iddiası subyektiv baxımından mümkünlük şərtləri ödənilmədən təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı şifahi razılaşma əsasında torpaq sahəsi ilə bağlı pul məbləği ödəsə də, tikili inşa etsə də, həmin tikiliyə çəkilən xərc və pul vəsaitinin geri ödənilməsinə dair iddia qaldırılması əvəzinə, ümumiyyətlə həmin torpaq sahəsi ilə bağlı üçüncü şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı qərarın etibarsızlığının tanınması iddiaçı üçün hər hansı əlverişli hüquqi nəticə yaratmır. İddiaçı həmin tikiliyə xərc və pul vəsaitinin üçüncü şəxs tərəfindən ondan geri alınmasını tələb edə bilər ki, nə həmin tələb, eləcə də mülki məhkəmə işi üzrə cavabdehlik iddiaçıya hazırkı iddianı qaldırmaqda subyektiv hüquq müəyyən etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Dövlət Neft Şirkətinin ərazisində yerləşmə əsası ilə iddia ilə məhkəməyə müraciət etmişdir ki, məhkəmə iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, Dövlət Neft Şirkətinin ərazisinə torpaq sahəsinin daxil olması Şirkətin mübahisələndirmə üçün iddia ilə müraciət etmək səlahiyyətini müəyyən edir ki, hər bir halda iddiaçının hər hansı hüququnun olmadığı torpaq sahəsinə dair bələdiyyə qərarının etibarsızlığının tanınmasını həmin hala, yəni torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olmasına istinad etməklə tələb etmək hüququ mövcud olmamışdır. İddiaçı, həmçinin nəzərə almamışdır ki, iddiaçının subyektiv hüququ mövcud olsa belə faktiki mübahisəli hissə 300 kv.m yox, məhz 50 kv.m hissə ilə bağlıdır. İddia isə ümumilikdə torpaq sahəsinin ayrılmasına dair qərara münasibətdə qaldırılmışdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərarın etibarsızlığına yönəlmiş iddia mümkün sayılmadığından həmin tələbdən yaranan alqı-satqı aktnın etibarsızlığı ilə bağlı iddia da mümkünlük şərtini ödəmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-2940/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2940/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver