Məhkəmə qərarları › İş №2-1(112)-2941/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2941/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2941/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X17-zadə oğlunun, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (3-cü şəxslər "xxxx" ASC, "xxxx" ASC) qarşı kredit borclarının restrukturizasiya edilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə "xxxx" ASC-də olan 5077, manat və 1399,88 manat məbləğində kredit borclarınun restrukturizasiya edilməsi öhdəliyinin qoyulması cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" ASC-də olan 11.01.2013-cü il tarixli BAL0024019/12 saylı və 11.02.2014-cü il tarixli LS0030019/13 saylı müqavilə üzrə borcların restrukturizasiya ediləcək borclar siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2941/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx"ASC üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Xaçmaz filialı ilə bağladığı 1 1.01.2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləyə əsasən 1400 manat məbləğində kredit almışdır. Həmin kredit müqaviləsi üzrə ödənişləri vaxtı-vaxtında edə bilimədiyinə görə,bank məhkəməyə müraciət etmiş və Xaçmaz rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli 2(067 )-85/201 7 saylı qətnaməsi ilə ondan 1399,88 əsas, 656,95 manat faiz borcu və 20 manat dövlət rüsumu alınaraq banka verilməsi qət edilmişdir. “Bank of Baku" ASC-nin Xaçmaz filialı ilə bağladığı 13.06.2013-cü il tarixli baş sazişə əsasən ona 11.02.2014-cü il tarixdə 56 ay müddətinə 6747 manat kredit verilmişdir. Eyni ilə həmin kreditidə ödəyə bilmədiyinə görə bank məhkəməyə müraciət etmiş və Xaçmaz rayon Məhkəməsinin 14 oktyabr 2018-ci il tarixli 2(067)-1493/2018 saylı qətnaməsi ilə ondan 5077,9 manat əsas, 1953,64 manat faiz borcu, 5 manat cərimə borcu və 30 manat dövlət rüsumu alınaraq banka verilməsi qət edilmişdir. "xxxx" ASC ilə arasında bağlanmış 25 dekabr 2013-cü il larixli kredit müqaviləsi ilə illik 27 faiz olmaqla 36 ay müddətinə 9.560 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin vaxt 1 ABŞ dolları 78 qəpik idi. Kredit müqaviləsi üzrə atası X9 və qonşusu İsmayıl Xıdırov iddiaçıya zamin durmuşdurlar. O, aylıq ödənişlərini vaxtı-vaxtı ödəmiş, lakin ABŞ dollarının bahalaşmasına görə aylıq ödənişlərini ödəməkdə çətinlik çəkməyə başlamışdır. Çünki kredit müqaviləsi üzrə ödəniş ABŞ dolları ilə nəzərdə tutulmuşdur. 23.07.2015-ci il tarixə kimi 5467,14 ABŞ dolları məbləğində ödəniş etmiş, faktiki "xxxx" ASC -nin Xaçmaz rayon filialına 5647,65 ABŞ olları əsas borcu, 1005,85 ABŞ dolları məbləğində isə faiz borcu olmaqla, cəmi 6653.60 ABŞ dolları məbləğində borcu qalmışdır. Lakin bank tərəfindən düzgün hesablanmamış və 6714.29 ABŞ dolları məbləğində əsas kredit borcu, 690.89 ABŞ dolları məbləğində faiz borcum və 793.6 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış peniya, cəmi 8198,78 ABŞ dolları məbləğin borcum olduğu bildirilmişdir. İddiaçı bankın hesabladığı məbləğlə razı olmadağı üçün Xaçmaz rayon məhkəməsində banka qarşı iddia qaldırmış, Xaçmaz rayon məhkəməsinin 12.10.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının ərizəsi qismən təmin edilərək kredit müqaviləsinin ləğv edilməsi, ondan, zaminlər X3 və X2 müştərək qaydada «Bank Respublika" ASC-nin xeyrinə 6714.29 ABŞ dolları məbləğində əsas kredit borcu, 690.89 ABŞ dolları məbləğində faiz borcu və 793.6 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış penya, cəmi 8198.78 ABŞ dolları, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmışdır.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.04.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunaraq Xaçmaz rayon Məhkəməsinin 2(067)-2550/2015 savlı, 12 oktyabr 2015-ci il tarixli qətnaməsi əsas borc tələbi hissəsində dəyişdirilmiş, cavabdehlər X10,X3 və X2 müştərək qaydada iddiaçı «Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas kredit borcu üzrə 5647,65 ABŞ dolları, faiz borcu üzrə 1005,85 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları, cəmi 6673.5 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində hesablanmaqla tutulması qərara alınmışdır. Qətnamə icraya yönəldildikdən sonra iddiaçı Xaçmaz rayon məhkəməsinə müraciət edərək borcunun hər ay 50 manat olmaqla hissəhissə ödənilməsi barədə qərardad çıxarılması üçün ərizə ilə müraciət etmişdir. Lakin Xaçmaz rayon məhkəməsinin 22.09.2017-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan şikayət verərək ləğv edilməsini, məhkəmə qətnaməsini hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi haqqında qərardad çıxarılmasını xahiş etmiş, Xaçmaz rayon məhkəməsinin 27.10.2017-ci il tarixli qərardadı ilə şikayəti təmin edilmiş, qərardad ləğv edilərək onun tərəfindən hər ay 100 manat olmaqla borcunu hissəhissə ödənilməsinə qərar verildi. 27.10.2017- ci il tarixdən 28.02.2018-ci il tarixə kimi qısa müddət ərzində tərəfindən 740 manat, (420 ABŞ dolları) məbləğində banka pul ödəmişdir. Azərbaycan Bank tərəfindən kredit borcu düzgün göstərilmədiyi üçün onun kredit borcu restruktıırizasiya olunacaq siyahısına salınmayıb. Buna səbəb "xxxx" ASC-nin Xaçmaç rayon filialının müdiri Elçin və onun problemli kreditlər üzrə mütəxəssis işləyən Nazim adlı işçisinin vəzifə qulluq səlahiyyətlərindən sui-istifadə etmələri, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.04.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı, X4 və X1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas kredit borcu üzrə 5647,65 ABŞ dolları, faiz borcu üzrə 1005,85 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları, cəmi 6673.5 ABŞ dolları məbləğində borc olması müəyyən edilsə də, həmin qətnamə məhkəmə və onun tərəfindən banka təqdim edilməsinə baxmayaraq bankın filial müdiri Elçin və işçisi Nazim bilərəkdən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qəsdən qətnaməni sistemə əlavə etməyiblər. Çünki, qətnamə ilə nəzərdə tutulan onun kredit üzrə faiz borcu təşkil edən 1005.85 ABŞ dolları Prezident fərmanı ilə avtomatik olaraq 10.000 ABŞ dollarına kimi problemli krediti olan hər bir şəxsdən silinmişdir. Həmçinin Fərman ilə əsas borcu 0.80 manat ilə kompensasiya olunduğundan 5200 ABŞ dolları əsas borcu restrukturziasiya olunmalıdır. Onlar qətnaməni sistemə işləmədiklərindən və mənim digər bankdan "xxxx" ASC-nin Xaçmaz filialından manatla kredit borcu olduğu üçün birlikdə 17.000 manatı ötdüyündən ona Prezident Fərmanı ilə nəzərdə tutulan kompensasiyaya düşsə də, restrukturizasiyaya düşə bilmir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli fərmanına əsasən 2012-ci il yanvarın birindən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və faiz borcların ödənilməsi 360 gündən çox gecikdiriİmiş olduğda,kredit borcları restrukturizasiya olunmaqla illik faiz dərəcəsi 1% dərəcəsi ilə 5 il müddətinə güzəşt edilməlidir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı adı Fərman çərçivəsində kredit borcu restrukturizsiya eidləcək siyahısına düşməmişdir. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə- 01.03.2019-cu il tarixinə İddiaçı "xxxx" ASC ilə 11.01.2013-cü il tarixində bağladığı kredit müqaviləsi üzrə 1.399,88 mana məbləğində və 11.02.2014-cü il tarixində bağladığı kredit müqaviləsi üzrə 5.077,90 manat məbləğində əsas kredit borcları ilə yanaşı, həmçinin "xxxx" ASC ilə bağlanılmış 25.12.2013-cü il tarixli kredit müqaviləsi üzər 6.296,65 BŞ dolları (10.704,30 manat) və "xxxx" ASC ilə bağlanmış 23.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 103,47 manat əsas kredit borcu ödənilməmiş qalmışdır. İddiaçı 01.03.2019-cu il tarixinə bütün banklara əsas kredit borclarının ümumi qalıq məbləği 17.000 manatdan (10.000 ABŞ dollarından) artıq olduğu üçün onun adı bu hissədə Fərmanın təsiri dairəsinə daxil edilməmişdir. Şifahi məhkəmə baxışı iclası 21 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X12 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İşdə olan sənədlərdən görünür ki: -"xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 11.01.2013-cü il tarixli kredit kartı üzrə bnk hesabı müqaviləsinə əsasən borclu İddiaçı "xxxx" ASC tərəfindən 1400 manat məbləğində kredit verilmişdir. -25 dekabr 2013-cü il tarixli 013CSA133590001 saylı kredit müqaviləsindən görünür ki, “kredit verən” "xxxx" ASC ilə “kredit alan” İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən İddiaçı 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 9560 ABŞ dolları məbləğində kredit verilmişdir. -İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, AA******* seriyalı şəxsiyyət vəsiqəsi İddiaçı məxsusdur. -Xaçmaz rayon Məhkəməsinin 2(067)-85/2017 saylı qətnamədən görünür ki, iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilərək, cavabdeh İddiaçı 1399,88 manat əsas, 656,95 manat faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. -Xaçmaz rayon Məhkəməsinin 2(067)-1493/2017 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilərək, cavabdeh İddiaçı 5077.9 manat əsas, 1953,64 manat faiz, 5 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. - Xaçmaz rayon Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilərək, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 25 dekabr 2013-cü il tarixli 013CASA133590001 saylı kredi müqaviləsinin ləğv edilməsi, İddiaçı qzı, X7 və X2 müştərək qaydada 6714,29 ABŞ dolları məbləğində kredit borcu, 690,89 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dlları məbləğində kredit müqaviləsi üzrə hesablanmış penyanın, cəmi 7415,18 ABŞ dollarının, həmçinin 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə verilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Sumqayıt Apellyaiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-47/2017 saylı 04 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X9 və X5 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-2550/2015 saylı 12 oktyabr 2015-ci il tarixli qətnaməsi əsas borc tələbi hissəsində dəyişdirilərək, cavabdehlər İddiaçı, X9 və X2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas kredit borcu üzrə 5647,65 ABŞ dolları, faiz borcu üzrə 1005,85 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları, cəmi 6673,5 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan mnatına olan məzənnə nisbətində hesablanmaqla tutulması qət edilmişdir. -"xxxx" ASC-nin 01 aprel 2020-ci il tarixli 2364 nömrəli məktubdan görünür ki, İddiaçı 25.12.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 9560 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredi üzrə öhdəliklər icra edilmədiyindən, tərəflərindən məhkəmə orqanına müraciət olunaraq məhkəmə qətnaməsi qəbul olunmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixli Fərmanın icrası ilə əlaqədar 30.12.2019-cu il tarixində müştərinin 5319,76 AZN məbləğində qalıq borcu restrukturizasiya olunmuşdur. -Məhkəmə araşdırılması zamanı "xxxx" ASC-yə göndərilmiş sorğuya 27 iyul 2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış müqavilələr üzrə 01.03.2019-cu il tarixə 11.01.2013-cü il tarixli BAL0024019/12 saylı müqavilə üzrə 1399,88 manat, 11.02.2014-cü il tarixli LS0030019/13 saylı müqavilə üzrə 5077,90 manat təşkil etmişdir. -Məhkəmə araşdırılması zamanı "xxxx" ASC-yə göndərilmiş sorğuya 08 sentyabr 2021-ci il tarixli 013/435 nömrəli cavab məktubundan görünür ki, 01 mart 2019-cu il tarixə Əbilova Aysel Məmməd qızı ilə "xxxx" SC-nin Xaçmaz filialı arasında bağlanmış 25 dekabr 2013-cü il tarixli 013CASA133590001 saylı kredit müqaviləsi üzrə kredit borcunun əsas məbləği 6296.65 ABŞ dolları, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2017-ci il tarixli 2(105)-47/ 2017 saylı qətnaməsi üzrə kredit borcunun əsas məbləği 5647.65 ABŞ dolları təşkil etmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı 11 yanvar 2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi üzrə "xxxx" ASC-dən 14.000 məbləğində kredit götürmüş və həmin müqavilə üzrə 1399.88 manat qalıq borc qalmışdır. Həmçinin İddiaçı ilə "xxxx" ASC arasında 13.06.2012-ci il tarixdə imzalanmış Baş sazişə əsasən borcluya 11.02.2014-cü il tarixdə illik 25% olmaqla 56 ay müddətində 6547 manat kredit verilmiş və həmin kredit müqaviləsinə əsasən 5077,90 manat kredit borcu ödənilməmiş qalmışdır. İddiaçı götürdüyü kredit məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il, 551 saylı Fərmanının əhatə dairəsinə düşdüyü halda, həmin Fərmanın ona münasibətdə tətbiq edilmədiyindən, iddiaçının kredit müqavilələri üzrə qalıq borclarının restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən Fərmanın təsir dairəsinə düşən şəxslərin siyahısına aid olduğu halda müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız olmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman 01.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. Həmin fərmanın 8.6-8.8-ci bəndlərin əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutlmuşdur. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, İddiaçı 01.03.2019-cu il tarixinə bütün banklara əsas kredit borclarının ümumi qalıq məbləği 17.000 manatdan artıq olduğundan və bu səbəbdən iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Qanunun və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar”ı ilə tənzimlənir. Belə ki,“Banklar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, banklar bank sisteminin etibarlığını təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı Milli Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə görə, Banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir. Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Şərh olunan maddələrin normalarından göründüyü kimi, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına, kredit müqaviləsi üzrə tərəflərin adları, həmçinin hüquqi və fiziki şəxslər qismində çıxış edən borcalanların kreditləri barədə məlumat daxil edilir. Həmin məlumatların düzgün və vaxtında daxil edilməsi isə kreditorlar, yəni müvafiq bankların öhdəliyidir. Borcalanın “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşüb-düşməməsi isə, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına daxil edilmiş məlumatlar əsasında yoxlanılır. İşin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı kredit müqavilələri üzrə qalıq borclarının Fərman çərçivəsində restrukturizasiya ediləcək kreditlər siyahısına daxi edilməməsinin əsaslı səbəbi odur ki, onun əsas kredit borcunun devalvasiya tarixinə 10.000 ABŞ dollardan çox olmasıdır. İlk öncə Məhkəmə eyd edir ki, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-47/2017 saylı 04 aprel 2017-ci il tarixli qətnaməsi ilə Xaçmaz rayon Məhkəməsinin 2(067)-2550/2015 saylı 12 oktyabr 2015-ci il tarixli qətnaməsi əsas borc tələbi hissəsində azaldılaraq 5647,65 manat təşkil edildiyi təqdirdə, "xxxx" ASC tərəfindən texniki səhvə yol verilərək Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına İddiaçı 25.12.2013-cü il tarixli müqaviləsi üzrə 6.296,65 ABŞ dolları borc məbləği kimi daxil edilmişdir. İş materiallarının tədqiq edərək görünür ki, İddiaçı 01.03.2019-cü il tarixinə "xxxx" ASC-yə 11.03.2013-cü il tarixli müqavilə üzrə 1399.88 manat və 11.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5077.90 manat cəmi 6477.78 manat, "xxxx" ASC-yə 9.601 manat (5647.65 ABŞ dolları x 1.7=9.601 manat), "xxxx" ASC-yə 103.47 manat ümumilikdə 16.182,25 manat kredit borcu mövcuddur, o da fərmanda nəzərdə tutulmuş 17.000 manatdan artıq deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ilə "xxxx" ASC-nin Xaçmaz filialı arasında bağlanılmış 11.01.2013-cü il tarixli BAL0024019/12 nömrəli və 11.02.2014-cü il tarixli L0030019/13 nömrəli kredit müqavilələri üzrə qalıq borcların “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərman çərçivəsində restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsinə dair iddiası əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka qarşı "xxxx" ASC və "xxxx" ASC üçüncü şəxslər qismində cəlb edilməklə «11.03.2013-cü il tarixli və 11.02.2014-cü il tarixli kredit müqavilələri üzrə qalıq qalan borcların restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi» tələbinə dair iddiası əsaslıdır, təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" ASC-nin Xaçmaz filialı ilə arasında bağlanmış 11 yanvar 2013-cü il tarixli, BAL0024019/12 nömrəli və 11 fevral 2014-cü il tarixli LS0030019/13 nömrəli kredit müqavilələri üzrə qalıq qalan borcun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar