Məhkəmə qərarları › İş №2-1(112)-2947/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2947/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2947/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair istifadə hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan sahədə yerləşən 25 kv.m torpaq sahəsinə İddiaçı istifadə hüququnun qeydə alınmaqla buna dair plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X1 (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. X13 xx.xx.2009-cu il tarixində vəfat etmişdir. Bakı şəhər 9 saylı notariat kontoru tərəfindən verilən xx.xx.2014-cü il tarixli, 3268 nömrəli sənədə əsas o, vəfat etmiş əri X5 qanuni vərəsəsidir. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı” təsdiq edilmişdir. X11 26-27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə “Əzizbəyov” (Koroğlu) metro stansiyası ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə vəfat etmiş əri Sadıq Hüseynova məxsus qeyri-yaşayış sahəsi sökülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli 1255 saylı sərəncamının cira edilməsi üçün Bakı şəhər icra Hakimiyyəti başçısı xx.xx.2009-cu il tarixli 77 saylı sərəncam vermişdir. Bu sərəncama əsasən “Əzizbəyov” (Koroğlu) metrosu ərazisində fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəli ölçülərini saxlamaq şərti ilə sahibkarlara itirilmiş iş yerlərinin bərpa edilməsi üçün Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Nizami rayon icra Hakimiyyəti xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq sifarişçilər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışı almalıdır. xx.xx.2012-ci il tarixli, 113 saylı Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş sərəncam əsasında “Əzizbəyov” (Koroğlu) metrosu ərazisində fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə sahibkarlara itirilmiş iş yerlərinin bərpa edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli Bakı şəhəri, Nizami rayonu, Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan sahədə vəfat etmiş əri Sadıq Hüseynova 25 kv.m torpaq sahəsinin ayrılmasına dair sərəncamı ləğv edilmişdir. Sərəncamın ləğvi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəmsəinin xx.xx.2012-ci il tarixli, 2-1(82)-1580/2012 nömrəli qərarı ilə iddia ərizəsi təmin edilmiş, məhkəmə qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 113 saylı sərəncamı X8 aid hissədə ləğv edilmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-640/2013 nömrəli, xx.xx.2013-cü il tarixli məhkəmə qərarı ilə təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-1(82)-1580/2012 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)-893/13 nömrəli, xx.xx.2013-cü il tarixli məhkəmə qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda sözügdən əmlaka dair çıxarış əldə etmək niyyətindədir. Bakı şəhəri, Nizami rayonu, Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinədək olan ərazidə yerləşən qeyri-yaşayış binası üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubunda müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmiş, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliynin müvafiq struktur bölməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan sahədə yerləşən 25 kv.m torpaq sahəsinə istifadə hüquqlarınn mərhum əri X8 məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli xx.xx.2019-cu il tarixli, ********** nömrəli xx.xx.2024-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********49 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlqəar aparılan araşdırma zamanı məlum olmuşdur i, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən sahə şərti sərhədli olmaqla, yol kənarı yaşıllıq sahədə yerləşir və sərhədi olmayan torpaq sahəsidir. Sahə dövlət mülkiyyətindədir. Sahəyə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Torpaq sahəsinin yarı hisəssi “Çiçək” kafesinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsidnə isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki: - Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-A-0632-8/2024 **********49 nömrəli məktubla imtina edilmişdir. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 93 nömrəli sərəncamından çıxarışa əsasən Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan 600 kv.m torpaq sahəsində D.Cəbrayılova, S.N.Dadaşovaya, X3, X2 və X9 ticarət xəttinin tikintisinə icazə verilmişdir. - Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3268 nömrəli məktuba əsasən V-İİ-ЖГ seriyalı, № 371083 nömrəli, xx.xx.2000-ci ildə Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsi tərəfindən verilmiş “Nikahın bağlanması haqqında” şəhadətnaməyə əsasən bildirir ki, vərəsənin dairəsi müəyyən olunmuş və İddiaçı – X6 vərəsəsidir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 21-3-30/2-43066/2025 nömrəli məkubla bildirilmişdir ki, təqdim edilən kadastr məlumatlarına əsasən şərti sərhədli sahə yaşıllıq ərazisindən ibarət olmaqla əvvəllər “Çiçək” kafesinə məxsus olmuş və bəhs edilən torpaq sahəsi ilə üst-üstə düşən ünvan 2 ünvanında yerləşən əmlak X7 tərəfindən özəlləşdirilərək 000253 nömrəli xx.xx.2006-cı il tarixli “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş, sonradan Bakı şəhəri 6 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 2V-91 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Məhəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 8 dekabr 2025-ci il tarixli, 3-21- 3-30/2-58732/2025 nömrəli məktubla bildirilmişdir ki, İdarə tərəfindən ayrılmış mütəxəssis rəyinə əsasən sözügedən torpaq sahəsi yaşıllıq ərazidə yerləşir. İddiaçının göstərdiyi torpaq sahəsi yol kənarında yerləşir. Həmçinin, müəyyən edilmiş koordinat ilə elektron baza məlumatlarına əsasən sahənin təqribi 18 kv.m-i Çiçək kafesinə ayrılmış sahə ilə üstüstə düşür. Müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi,cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının mərhum ərinə məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan sahədə yerləşən mübahisəli 25 kv.m torpaq sahəsinin 18 kv.m-i Çiçək kafesinə ayrılmış sahə ilə üst-üstə düşür. Təqdim edilən kadastr məlumatlarına əsasən şərti sərhədli sahə yaşıllıq ərazisindən ibarət olmaqla əvvəllər “Çiçək” kafesinə məxsus olmuş və bəhs edilən torpaq sahəsi ilə üst-üstə düşən ünvan 2 ünvanında yerləşən əmlak X7 tərəfindən özəlləşdirilərək 000253 nömrəli xx.xx.2006-cı il tarixli “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş, sonradan Bakı şəhəri 6 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 2V-91 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Belə olan təqdirdə, məhkəmə hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddiaçı ilk öncə, iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşən, digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin fiziki şəxsin adına aparılmış qeydiyyatını mübahisələndirməli, bundan sonra mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı hazırki tələbi irəli sürməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi hazırda digər fiziki şəxsin mülkiyyətində olan əmlakın yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyündən onun hazırki iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsi istisna edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar